Məhkəmə qərarları › İş №2-1(112)-1660/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1660/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1660/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxslər Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi və Binəqədi rayon Binəqədi Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən 27 aprel 2012-ci il tarixli 15 saylı qərarına əsasən, xx.xx.2004-cü il tarixli bələdiyyə tərəfindən qəbul edilmiş X4 mülkiyyətinə verilmiş 5000 kv.metr torpaq sahəsinin 2500 kv.metri-nin İddiaçı adına rəsmiləşdirilməsi qərarına əsasən, İddiaçı verilmiş Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.metr torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2004-cü il dekabr ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ortağı X10 ilə birlikdə M.Ə.Rəsulzadə bələdiyyəsinin ərazisindən torpaq sahəsi əldə etmək istəmişlər. Lakin onlardan heç birinin Binəqədi rayonunda qeydiyyatı olmadığı üçün Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq küçəsi ev 12də yaşayan İddiaçı yaxın dostu X7 müraciət etmiş və torpaq sahəsini onun adına almaq istədiyini bildirmişdir, onun da razılığı ilə xx.xx.2004-cü ildə X11 M.Ə.Rəsulzadə bələdiyyəsinə müraciət etmişdir. Buna uyğun olaraq M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli, 589 saylı qərarına əsasən Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 5000 kv.metr torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin alqı-satqısı üçün tələb olunan 56 milyon köhnə Azərbaycan manat vəsaitin yarısını isə ortağı X10 ödəmişdir. Onlar sonradan öz aralarında M.Ə.Rəsulzadə bələdiyyəsinin qərarı ilə ayrılmış 5000 kv.metr torpaq sahəsinin hərəsinə 2500 kv.metr olmaqla aralarında qeyri-rəsmi olaraq ortağı X12 ilə bölmüşlər. Sənədləşmə işləri başa çatdıqdan sonra hərə özünə aid 2500 kv.metr torpaq sahəsində öz vəsaiti hesabına abadlaşdırma işləri aparmış və paylarına uyğun ondan istifadə etmişlər. Sentyabr ayının sonlarında onlar istifadələrində olan torpaq sahəsini hərə öz adına sənədləşdirmək istəmişlər. Bununla bağlı İddiaçı M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən verilən qərarda dəyişiklik edilməsi ilə bağlı M.Ə.Rəsulzadə bələdiyyəsinə müraciət etsələr də, imtina məktubu ilə cavab verilmişdir. Buna görə də, iddiaçı Azərbaycan Respublikası 1 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən xx.xx.2011-ci ildə işə baxılaraq M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən X4 adına verdiyi xx.xx.2004-cü il tarixli, 589 saylı qərarın dəyişdirilərək. 5000 kv.metr torpaq sahəsindən 2500 kv.metrni İddiaçı adına, 2500 kv.metrini isə X5 adına rəsmiləşdirilməsi öhdəliyi M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır. 1 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsi tərəfindən xx.xx.2011-ci il verilmiş qərara əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən 27 aprel 2012ci il tarixli 15 saylı qərarına əsasən xx.xx.2004-cü il tarixli bələdiyyə tərəfindən qəbul edilmiş qərarla X4 mülkiyyətinə verilmiş 5000 kv.metr torpaq sahəsinin 2500 kv.metri-nin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən 27 aprel 2012-ci il tarixli 15 saylı qərarına əsasən, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində ********** nömrəli ərizə ilə Bakı massivində yerləşən torpaq sahsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci ildə ərizəyə imtina məktubu ilə cavab verilmişdir. İmtina məktubunda imtina əsası olaraq göstərilmişdir ki, təqdim olunan bələdiyyə qərarı və alqı-satqı aktı qanunvericiliyin tələblərinə uyğun deyildir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsi dövlət torpağı olmaqla Böyükşor gölünün mühafizə zonasında yerləşir. Həmçinin göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti qeydə alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən torpaq sahəsinin bir tərəfindən 7.9 metr məsafədə 6 kV-luq elektrik transformatorunun mövcud olduğu aşkar edilmişdir. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən ünvanlanmış məktubda bildirilmişdir ki, təqdim edilən bələdiyyə qərarı və alqı-satqı aktı qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, “X9 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət torpağı olmaqla Böyükşor gölünün mühafizə zonasında yerləşir. Təqdim edilən yerləşmə cizgisində dəqiq istinad məsafələr və perimetrik ölçülər qeyd olunmamışdır. Həmçinin, göstərilən torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti qeydə alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən torpaq sahəsinin bir tərəfindən 7.9 metr məsafədə 6 kV-luq elektrik transformatorunun mövcud olduğu aşkar edilmişdir. “Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2017-ci il tarixli 221 nömrəli Qərarına əsasən mühafizə zonasının sərhədləri təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən 27 aprel 2012-ci il tarixli 15 saylı qərarına əsasən xx.xx.2004-cü il tarixli bələdiyyə tərəfindən qəbul edilmiş X4 mülkiyyətinə verilmiş 5000 kv.m torpaq sahəsinin 2500 kv.m-nin İddiaçı adına rəsmiləşdirilməsi qərarına əsasən İddiaçı verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı tərəfindən təqdim edilən bələdiyyə qərarı və alqı-satqı aktı qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, “X9 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-cİ maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən 1 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət torpağı olmaqla Böyükşor gölünün mühafizə zonasında yerləşir. Təqdim edilən yerləşmə cizgisində dəqiq istinad məsafələr və perimetrik ölçülər qeyd olunmamışdır. Həmçinin göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X13) müraciəti qeydə alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən torpaq sahəsinin bir tərəfindən 7.9 metr məsafədə 6 kV-luq elektrik transformatorunun mövcud olduğu aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********98 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “X9 edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “X9 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “X9 edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və tutulmuş “müvafiq icra Respublikasının Dövlət təsərrüfatı və qeyri-kənd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “X9 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. "Böyükşor gölünün və onun mühafizə zonasının sərhədlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2017-ci il, 221 nömrəli Qərarına əsasən mühafizə zonasının sərhədləri təsdiq edilmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları” aşağıdakı qaydada müəyyən edilmişdir: Un, kV — xətlərin gərginliyi; L, m — məsafələrdir; Un, kV l>20 35 110 150 220 330-500 L, m 10 15 20 25 25 30

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

6. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “vətəndaş X1 fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2004-cü il tarixli, 589 №-li Qərarına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şossesinin sağ tərəfində yerləşən 5000 kv.m (0.5 ha) torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə alqı-satqı yolu ilə vətəndaş X4 mülkiyyətinə verilmişdir.

7. 26.04.2005-ci il tarixli “Torpaqların alqı-satqısına dair” Akta əsasən X11 tərəfindən M.Ə.Rəsulzadə Bələdiyyəsinə xx.xx.2004-cü il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,5 ha torpaq sahəsi satılması barədə xx.xx.2004-cü il tarixli, 589 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X11 tərəfindən “Azərnəqliyyatbank” KB bankının **********101 saylı hesabına əvvəlcədən 56 000 000 (əlli altı milyon) manat haqq ödənilmişdir (225719 №-li qəbz iş materiallarına əlavə olunmuşdur).

8. M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində Binəqədi şossesinin sağ trəfində yerləşən X7 fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin yerləşdiyi Ərazinin Planı məhkəməyə təqdim edilmişdir.

9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-2152/2011 saylı, xx.xx.2011-ci il tarixli Qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün M.Ə.Rəsulzadə bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi ev 12-də yaşayan vətəndaş X4 adına verdiyi xx.xx.2004-cü il tarixli, 589 №-li qərarının dəyişdirilərək 5000 kv.m torpaq sahəsindən 2500 kv.m-i vətəndaş İddiaçı adına, qalan 2500 kv.m-i isə vətəndaş X5 adına rəsmiləşdirilməsi qərara alınmışdır.

10. Binəqədi rayonu M.Ə.X2 iclasının xx.xx.2012-ci il tarixli, 05 saylı protokolundan çıxarışa (Qərar № 15) əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin İş № 2-inz “81”- 2152/2011 inzibati iş üzrə xx.xx.2011-ci il tarixli qərarının icrasını təmin etmək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün M.Ə.Rəsulzadə bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi ev 12-də yaşayan vətəndaş X4 adına verdiyi xx.xx.2004-cü il tarixli, 589 №-li qərarının dəyişdirilərək 5000 kv.m torpaq sahəsindən 2500 kv.m-i vətəndaş İddiaçı adına, qalan 2500 kv.m-i isə vətəndaş X5 adına rəsmiləşdirilmişdir.

11. 10.05.2012-ci il tarixli “Torpaqların alqı-satıqsına dair” Akta əsasən İddiaçı tərəfindən xx.xx.2011-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və M.Ə.Rəsulzadə bələdiyyə ərazisində 0,25 ha torpaq sahəsi satılması barədə xx.xx.2012-ci il tarixli, 15 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən "xxxx" ASC bankının **********101 saylı hesabına əvvəlcədən 5600,00 manat (beş min altı yüz manat, 00 qəpik) haqq ödənilmişdir (225719 №-li qəbz iş materiallarına əlavə olunmuşdur).

12. M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 589 saylı qərarına əsasən M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən ərazidən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə vətəndaş X4 mülkiyyətinə verilmiş 5000 kv.m torpaq sahəsindən 1 saylı Bakı İnzibati-İqtisadə Məhkəməsinin İş “ 2 İNZ 81-2152/2011, xx.xx.2011-ci il tarixli qərarına əsasən vətəndaş İddiaçı adına sənədləşdirilmiş 2500kv.m torpaq sahəsinin yerləşdiyi Ərazinin Planı məhkəməyə təqdim edilmişdir.

13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli mayinə (baxış) aktında qeyd olunmuşdur ki, faktiki göstərilən torpaq sahəsi bir tərəfdən m/d hasarla, iki tərəfdən m/d hasar və üzərindəki tikilinin çöl divarı ilə sərhədlənib. Faktiki göstərilən torpaq sahəsi üzərində qeyri-yaşayış binası olan Sta=2568.0 m2 olan anbar, Sta=6.0 m2 S/Q-ı və bir ədəd Sta=8.0 m2 tikili inşa olunmuşdur. Torpaq sahəsinin bir tərəfindən 7.9 m məsafədə 6 KV-lıq Transformator mövcuddur. Torpaq sahəsinə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər qeyd olunmamışdır. Faktiki göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün akta əlavə edilmişdir.

14. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadı ilə X13 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qisində cəlb edilmişdir.

15. Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin “X8 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” xx.xx.2005-ci il tarixli, 1650/11 saylı Qərarına əsasən Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudlarıı daxilində, Binəqədi Qəsəbə ərazisindən 2 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün vətəndaş X6 alqı-satqı qaydasında mülkiyyətinə ayrılmışdır.

16. 03.11.2005-ci il tarixli “Torpaqların alqı-satıqsına dair” Akta əsasən X13 tərəfindən xx.xx.2005-ci il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Binəqədi qəsəbə bələdiyyə ərazisində 2 hektar torpaq sahəsi satılması barədə xx.xx.2005-ci il tarixli, 96 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X13 tərəfindən Binəqədi rayon Binəqədi bankının BSB 1 saylı hesabına əvvəlcədən on yeddi milyon altı yüz min manat haqq ödənilmişdir (577171 №-li qəbz iş materiallarına əlavə olunmuşdur).

17. Üçüncü şəxsin nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, iddia ərizəsi əsassızdır və iddia tələbi təmin oluna bilməz. Təmin olunacaq iddia ərizəsi üçüncü şəxsin hüquqlarını pozacaqdır və bundan şikayət etməli olacaqdır. Hazırki iş üzrə iddiaçının iddia etdiyi 0,25 ha-lıq torpaq sahəsi üçüncü şəxsə 2005-ci il tarixində bələdiyyə sənədləşməsi ilə ayrılmış 2(iki) ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Bildirilir ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2005-ci il tarixli,1650/1 saylı qərarı ilə torpaq sahəsinin sənədləşdirilməsi rəsmiləşdirilmişdir. Üçüncü şəxsin müvafiq sənədləri – alqı-satqı aktı, ödəniş qəbzi, yerləşmə sxemi, həmçinin indiyə qədər torpaq vergisi ödəməyini təsdiq edən müvafiq arayış vardır ki, bunlar da hazırki yazılı etiraz əlavə edilmişdir. Üçüncü şəxsə məxsus torpağın yerləşmə yeri ilə bağlı tərtib olunmuş plan-sxemdən də görünür ki, üçüncü şəxsin torpaq sahəsinin məkan göstəriciləri ilə iddiaçının iddia etdiyi 5000kv.m.-lik (X4 adına olan torpaq sahəsinin 2500kv.m.-ə iddia edir) torpaq sahəsi ayrılarkən tərtib olunmuş plansxemdəki məkan göstəriciləri fərqlənir. 2005-ci il tarixində bələdiyyə sənədləşməsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsi ilə bağlı müvafiq sənədlərə malikdir, torpağın faktiki sahidir, İddiaçı adlı şəxsi tanımır. Həmin torpaq sahəsi ilə bağlı neçə illərdir ki, vergilər ödəyir. Həmin torpaq sahəsi ilə bağlı hüquqlarının tanınması ilə bağlı bir neçə il bundan əvvəl hətta Bakı İnzibati Məhkəməsində iddia da qaldırmışdır. Ərazidə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislər, ekspertlər olublar, çöl-ölçmə işləri aparıblar, koordinatlar, döngə nöqtələri dəqiqləşdirilib, elektron kadastr bazasına da bu barədə müvafiq qeydlər edilib ki, buraya üçüncü şəxsin hüququ var. 2-1(112)-1796/2021 saylı həmin məhkəmə işi Covid-19 xəstəliyi ilə bağlı karantin qaydalarına görə uzanıb, daha sonra daşınmaz əmlakın dövlət reyestri orqanlarında struktur və kadr dəyişiklikləri olub, bələdiyyə sənədləri ilə bağlı rəsmiləşdirilmə işləri ölkədə müvafiq qanunvericilik aktı qəbul edilənə kimi dayandırıldığına görə o ərizəni geri götürmüşdür. Bu faktın özü də təsdiq edir ki, ona məxsus torpaq sahəsi ilə bağlı hətta məhkəmə baxışı da olmuş, hüquqlarının müzakirəsi həyat keçirilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi məhz bu səbəbdən onun hazırki işdə maraqlı şəxs olmağını iddia ərizəsinə etirazında ifadə etmişdir. 2) İddiaçı tərəfin iddia ərizəsinə qoşma olaraq təqdim etdiyi sxemlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış 2 inz “81”-2152/2011 tarixli işdə olan sxem (torpağın yerləşmə planında) arasında uyğunsuzluqlar vardır. Məsələ bundan ibarətdir ki, M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə X4 mülkiyyətinə verilmiş 5000 kv.metr torpaq sahəsinin (hansı ki, bunun yarısına, yəni 2500kv.m.-nə hazırki işdəki İddiaçı iddia edir, bununla bağlı məhkəmə qərarı vardır) yerləşmə yeri ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz81-2152/2011 tarixli iş üzrə qəbul edilmiş xx.xx.2011-ci il tarixli qərarı əsasında M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin qəbul etdiyi xx.xx.2012-ci il tarixli qərara istinadla 2500kv.m. üçün tərtib edilmiş sxem (torpaq sahəsinin yerləşmə planı) arasında ciddi fərqlər vardır. Əvvəla, sxemlər arasında ərazi – məkan/səmt fərqi vardır. Belə ki, 1-ci sxem M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsi ərazisinə - Baksol massivinə düşür, 2-ci sxem isə Binəqədi qəsəbəsi bələdiyyəsinin ərazisinə - Böyükşor massivinə düşür. İddiaçıya məxsus sxem (ərazi planı sənədi) M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsi tərəfindən tərtib edilmişdir, üçüncü şəxsə məxsus ərazi isə Binəqədi qəsəbəsi bələdiyyəsinə aid ərazidə yerləşir. Yerləşmə əraziləri arasında məsafə fərqi vardır. 1-ci sxemlə 2-ci sxemdə əks olunan torpaq sahələrinin yerləşmə yeri arasında təxminən 1000 metrlik/bir kilometrdən çox məsafə fərqi vardır. Halbuki iddiaçı iddia edir ki, 2500kv.m.-lik sahə 5000kv.m.-dən ayrılıb ona verilib. 5000kv.m.-lik sahə Baksol ərazisində yerləşirsə, Böyükşör ərazisində yerləşən üçüncü şəxsin torpaq sahəsi ilə necə üst-üsə düşə bilər? Sxemlər arasında fərq bunlarda xüsusi adlarlar əks olunmuş (“Binəqədi şossesi”, “Azpetrol”, “Zəngəzur” firması və s.) və yaxınlıqda yerləşən o zamankı və mövcud obyektlərə görə də vardır. Belə ki, 5000kv.m.-lik ərazi M.Ə.Rəsulzadə qəsəbəsindən Binəqədi qəsəbəsinə hərəkət istiqamətindəki Binəqədi şossesinin sağ tərəfində yerləşən “Azpetrol” benzindoldurma stansiyasının və “Zəngəzur” firmasına məxsus qıldaŞ˝ruzəgnəZ˝ sarayının arxasındakı səmtdə yerləşir. 2500kv.m.-lik mübahisəli torpaq sahəsi, hansı ki ona məxsusdur, Böyükşor gölünün ətrafında/yaxınlığında (1 saylı BƏİ-nin etirazında gölün mühafizə zonası kimi göstərilmişdir) yerləşir. Bu səmtdə “Azpetrol” benzindoldurma stansiyası və “Zəngəzur” şadlıq sarayı mövcud deyildir. Məhkəmənin nəzərinə çatdırılır ki, üçüncü şəxsə məxsus torpaq sahəsi artıq 15 ildən çoxdur ki, onun faktiki sahibliyindədir. Üçüncü şəxsin iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-1796/2021 saylı məhkəmə işinin gedişində 2021-ci il tarixində mühəndis-texniki ekspertizası təyin edilib və ekspertiza tədqiqatı aparılıb. Həmin iş zamanı ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdu:

1. Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1650/1 nömrəli 31 oktyabr 2005-ci il tarixli qərarı ilə iddiaçı X8 ayrılmış torpaq sahəsinin faktiki ölçüsü nə qədərdir?

2. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1650/1 nömrəli 31 oktyabr 2005-ci il tarixli qərarı ilə iddiaçı X8 ayrılmış torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin əraz hüdudları daxilində yerləşirmi?

3. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1650/1 nömrəli 31 oktyabr 2005-ci il tarixli qərarı ilə iddiaçı X8 ayrılmış torpaq sahəsi üçüncü (digər) şəxslərə məxsus (mülkiyyətində və istifadəsində olan) torpaq sahələri ilə üst-üstə düşürmü? Həmin ekspertiza tədqiqatı nəticəsində məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində deyilir ki, Qərardadın birinci sualı üzrə Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1650/1 nömrəli 31 oktyabr 2005-ci il tarixli qərarı ilə iddiaçı X8 ayrılmış torpaq sahəsinin faktiki ölçüsünün 20000 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə Qərardadın ikinci sual ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində, elecə de mülki iş materiallarında olan məlumatlara əsasən, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1650/1 nömrəli 31 oktyabr 2005-ci il tarixli qərarı ilə iddiaçı X8 ayrılmış torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Qərardadın üçüncü sualı üzrə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 1650/1 nömrəli 31 oktyabr 2005-ci il tarixli qərarı ilə iddiaçı X8 ayrılmış torpaq sahəsinin boş torpaq sahəsi olduğunu və həmin torpaq sahəsina dair digər şəxslərə aid heç bir sənəd olmadığını və torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1650/1 nömrəli 31 oktyabr 2005-ci il tarixli qərarı ilə iddiaçı X8 ayrıldığını nəzərə alaraq, həmin torpaq sahəsinin üçüncü (digər) şəxslərə məxsus (mülkiyyətində və istifadəsində olan) torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunur. Ekspert rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 1650/1 nömrəli 31 oktyabr 2005-ci il tarixli qərarı ilə mənə ayrılmış torpaq sahəsinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin üçüncü şəxsə məxsus torpaq sahəsinin üçüncü (digər) şəxslərə məxsus olan (mülkiyyətində və istifadəsində olan) torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. İddiaçı özü isə iddia ərizəsində bilavasitə göstərir ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 589 saylı qərarına əsasən, yaxın dostu X7 mülkiyyətinə Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 5000 kv.metr torpaq sahəsi verilmişdir. Üçüncü şəxsin sübut kimi təqdim etdiyi ekspert rəyindən, həmçinin, o da görünür ki, üçüncü şəxsin torpaq sahəsi Binəqədi qəsəbəsi bələdiyyəsinin ərazi hüdudları daxilində yerləşir. İddiaçı tərəfin iddia ərizəsinə qoşma olaraq təqdim etdiyi sxemlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış 2 İNZ ˝18˝-2152/2011 tarixli işdə olan sxem (torpağın yerləşmə planında) arasında uyğunsuzluqların əyani təsdiqi üçün hər iki sənədin arxiv nüsxəsini vəkil sorğusu ilə əldə etmişdir. Həmin sənədlər də sübut olaraq məhkəməyə təqdim edilmişdir. Bundan əlavə, həmin sxemlərdəki məkan göstəricilərinin uyğunsuzluğunu təsdiq edən coğrafi xəritədən çıxarışı (yer quruluşu mütəxəssə hazırladılmışdır) da əyani sübut kimi məhkəməyə təqdim edir. Beləliklə, yuxarıda göstərilən dəlillərdən görünür ki, iddiaçının tələbi və dəlilləri tamamilə əsassızdır. İddiaçı haqsız və ədalətsiz olaraq üçüncü şəxsin torpaq sahəsinə iddia irəli sürür. Əslində,onun yeri başqa bir yerdir, lakin qanunsuz yolla tərtib olunmuş saxta texniki sənədlə üçüncü şəxsə məxsus olan, faktiki və qanuni sahibliyində/istifadəsində olan torpaq sahəsini məhkəmə qərarı ilə ələ keçirmək istəyir. Məhkəmədən xahişi odur ki, işə baxılarkən hazırki yazılı izahatımda qeyd etdikləri nəzərə alınsın və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilsin. Həmçinin iş üzrə məhkəmə ekspertizası təyin edilməsi və işdə olan sxemlərdəki məkan göstəriciləri arasında uyğunsuluğun olub-olmaması, M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə X4 adına 5000 kv.m.-lik torpaq sahəsinin yerləşmə yeri ilə bağlı tərtib edilmiş sxemlə M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin qəbul etdiyi xx.xx.2012-ci il tarixli qərarla X17 adına 2500 kv.m.-lik torpaq sahəsi üçün tərtib olunmuş sxemlər arasındakı uyğunsuzluqlar, həmçinin üçüncü şəxsə Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən ayrılmış 2 ha torpaq sahəsinin yerləşmə yeri arasındakı üst-üstə düşmə faktların müəyyən edilməsi xahiş edilmişdir. Əgər,ekspert rəyi ilə müəyyən olunsa ki, X17 adına 2500kv.m.-lik torpaq sahəsi üçün tərtib olunmuş sxem üçüncü şəxsin torpaq sahəsi üzərinə düşür, bu, o deməkdir ki, ona verilmiş plan-sxem sənədi saxtadır, çünki, onun 2500 kv.m.-lik torpaq sahəsi Binəqədi şossesinin yaxınlığında/Azpetrol benzindoldurma stansiyasının arxasında yerləşən, X4 adına sənədlşdirilmiş 5000 kv.m.-lik torpaq sahəsinin tərkib hissəsi olmuş, buna bitişik bir sahə olmuşdur, həmin sahə ilə üçüncü şəxsin sahəsi arasında isə 1000 metrdən çox məsafə vardır.

18. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyət tərəfindən tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin balansında olan hər hansı bir elektrik xəttinin mühafizə zonasında yerləşmir.

19. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli, 827-İİİQ №-li Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısının 1.1.5-ci bəndinə əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisi M.Ə.Rəsulzadə bələdiyyəsinn əhatə etdiyi ərazi vahididir.

20. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vahid elektron kadast məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət torpağı olmaqla Böyükşor gölünün mühafiə zonasında yerləşir. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahəyə dair sənəd təqdim edilməmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi bir tərəfdən Binəqədi rayonunun Binəqədi, Binəqədi qəsəbə və Biləcəri bələdiyyələrinin, digər tərəfdən Nərimanov rayonunun Nərimanov bələdiyyəsinin əhatə etdiyi inzibati ərazi hüdudları ilə sərhəddə yerləşir.

21. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - İddiaçı iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsi Böyükşor gölünün mühafizə zonasının sərhədləri daxilində yerləşirmi? - İddiaçı iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m torpaq sahəsinə dair ərazinin planı faktiki vəziyyətinə uyğundurmu?

22. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin mütəxəssisinin Bakı İnzibati Məhkəməsinin 10 fevral 2023-cü il tarilxi № 2-1(112)- 16602023 nömrəli qərardad üzrə tərtib etdiyi Mütəxəssis Rəyində qeyd olunmuşdur: 1) İddiaçı iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m. torpaq sahəsi Böyükşor gölünün mühafizə zonasının sərhədləri daxilindədir. 2) İddiaçı iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m. torpaq sahəsinə dair ərazinin planı faktiki vəziyyətinə uyğundur.

23. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Binəqədi rayon M.Ə.Rəsulzadə Bələdiyyəsi və Binəqədi rayon Binəqədi Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.

24. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X6 hazırki inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

25. Məhkəmənin əvvəlki iclasında iştirak edən M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinin nümayəndəsi bildirdi ki, qeyd edilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla vaxtilə məhkəmə qərarı əsasında İddiaçı adına bələdiyyə tərəfindən sənədləşdirilərək mülkiyyətinə verilmiş, İddiaçı məxsus torpaq sahəsi göldən xeyli aralı ərazidə yerləşir və onun tərəfindən sahibkarlıq məqsədilə təyinatına uyğun olaraq istifadə edilir, həmin ərazidə, hətta gölə lap yaxın yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması halları mövcuddur.

26. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun çıxış edərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən vaxtdan, hətta ondan daha əvvəl təyinatına uyğun olaraq sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilir. Ərazidə iddiaçı tərəfindən inşa edilmiş anbar sahəsi mövcuddur.

27. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

28. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

29. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

30. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

31. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

32. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

35. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır.

36. Torpaq sahəsinə münasibətdə məhkəmə tərəfindən aşağıdakı sənədlər tədqiq edilmişdir: - İddiaçı ayrılmış torpaq sahəsinin mövqeyi mütəxəssis rəyinə əsasən təsdiqlənmişdir (Mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində yerləşən 2500 kv.m. torpaq sahəsinə dair ərazinin planı faktiki vəziyyətinə uyğun olduğu müəyyən edilmişdir); - vətəndaş X1 fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2004-cü il tarixli, 589 №-li Qərar əsasında 5000 m2 torpaq sahəsinin M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə X11 arasında torpaqların alqı-satqısına dair akt bağlanmış və torpaq sahəsinin müəyyən edilmiş dəyəri əvvəlcədən ödənilmişdir (qəbzin № 225719) (sərəncamın, aktın və qəbzin əsli məhkəmə iclasında tədqiq edilmiş və surətləri iş materiallarına əlavə edilmişdir); - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-2152/2011 saylı, xx.xx.2011-ci il tarixli Qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün M.Ə.Rəsulzadə bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi ev 12-də yaşayan vətəndaş X4 adına verdiyi xx.xx.2004-cü il tarixli, 589 №-li qərarının dəyişdirilərək 5000 kv.m torpaq sahəsindən 2500 kv.m-i vətəndaş İddiaçı adına, qalan 2500 kv.m-i isə vətəndaş X5 adına rəsmiləşdirilməsi qərara alınmışdır. - Binəqədi rayonu M.Ə.X2 iclasının xx.xx.2012-ci il tarixli, 05 saylı protokolundan çıxarışa (Qərar № 15) əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 589 №-li qərarının dəyişdirilərək 5000 kv.m torpaq sahəsindən 2500 kv.m-i vətəndaş İddiaçı adına rəsmiləşdirilmişdir, torpaqların alqı-satqısına dair akt bağlanmış və torpaq sahəsinin müəyyən edilmiş dəyəri əvvəlcədən ödənilmişdir (qəbzin № 225719) (protokoldan çıxarış, aktın və qəbzin əsli məhkəmə iclasında tədqiq edilmiş və surətləri iş materiallarına əlavə edilmişdir); - İddiaçının qeyd etdiyi torpaq sahəsi ilə eyni ərazidə yerləşən X15 məxsus torpaq sahəsinə dair torpaq sahəsinin plan-ölçü sənədi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış məhkəmə tərəfindən tədqiq edilmiş və iş materiallarına əlavə olunmuşdur. (həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir)

37. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarından: ...Konstitusiya Məhkəməsinin Plenumu inzibati ədliyyənin bəzi xüsusiyyətlərini qeyd etməyi zəruri hesab edir. İnzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar, bir qayda olaraq, şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini, hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 20 aprel tarixli Qərarı). Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur. Belə ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində yaranır və bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyribərabər hüquqi vəziyyətdə olurlar. Tərəflərdən biri suverenlik daşıyıcısı olaraq digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. Bununla yanaşı, öz maraqlarının müdafiəsi üçün inzibati orqanlar həm təşkilati, həm də əmək resurslarına malikdir ki, əksər hallarda belə resurslar fiziki və ya hüquqi şəxslər üçün əlçatmazdır. Məhz bu səbəbdən inzibati prosesdə mülki prosesdən fərqli olaraq, inkvizisiya prinsipi tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Qeyd edilməlidir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir (İnzibati Prosessual Məcəllənin 68.2 və 69.4-cü maddələri). Torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “X9 edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir...

38. Cavabdeh imtinanın dəlili olaraq göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X13) müraciəti qeydə alındığını bildirmişdir.

39. Məhkəmə bununla bağlı qeyd edir ki, inzibati icraata üçüncü şəxs qismində cəlb edilmiş X6 nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş etirazda iddiaçı tərəfindən mübahisələndirilən ərazinin M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsinə aid ərazidə, üçüncü şəxsə məxsus ərazinin isə Binəqədi qəsəbəsi bələdiyyəsinə aid ərazidə yerləşdiyi bildirilmiş, yerləşmə əraziləri arasında (torpaq sahələrinin yerləşmə yeri arasında) təxminən 1000 metrlik (1 kilometrdən çox) məsafə fərqi olduğu qeyd olunmuşdur.

40. Odur ki, İddiaçı və üçüncü şəxs X8 məxsus torpaq sahələri üst-üstə düşmədiyi və ayrı ərazilərdə yerləşdiyi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 hazırki inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

41. Cavabdeh tərəfindən imtinada qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı qeyd edilən torpaq sahəsinin bir tərəfindən 7,9 metr məsafədə 6 kV-luq elektrik transformatorunun mövcud olduğu aşkar edilmişdir.

42. Məhkəmə nəzərə alır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyət tərəfindən tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunan torpaq sahəsinin (iddiaçı tərəfindən mübahisələndirilən) "xxxx" ASC-nin balansında olan hər hansı bir elektrik xəttinin mühafizə zonasında yerləşmədiyi qeyd olunmuşdur.

43. Cavabdeh tərəfindən imtinanın digər dəlili olaraq elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət torpağı olmaqla Böyükşor gölünün mühafizə zonasında yerləşdiyi bildirilmişdir.

44. Məhkəmə bununla bağlı qeyd edir ki, “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanına əsasən Böyükşor gölünün bərpa edilməsi, mühafizəsi və istifadəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Bakı şəhərində yerləşən Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmiş, Fərmanın 5.1-ci bəndinə əsasən Gölün (onun mühafizə zonasının) sərhədlərini dəqiqləşdirmək Nazirlər Kabinetinə tapşırılmışdır.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 23 may tarixli 221 nömrəli qərarı ilə “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 26 dekabr tarixli 61 nömrəli Fərmanının 5.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Böyükşor gölünün 1159,39 hektarlıq sahəsi olan akvatoriyasının və onun 467,85 hektarlıq sahəsi olan mühafizə zonasının əlavə olunmuş xəritədə göstərilmiş sərhədləri təsdiq edilmişdir.

46. Odur ki, Böyükşor gölünün mühafizə zonasının sərhədləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı və həmin qərarın icrası nəticəsində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 27 aprel 2012-ci il tarixli 15 saylı Qərarından xeyli müddət sonra müəyyənləşdirilmişdir. Odur ki, qeyd edilən hal iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas ola bilməz.

47. Torpaq Məcəlləsindən:

1. Su fondunun torpaqlarına aşağıdakı torpaq sahələri daxildir: Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar; su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar; hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.

2. Su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir.

3. Su fondu torpaqları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə, hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər.

4. Su fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir.

48. Torpaq sahəsi faktiki olaraq təyinatına uyğun olaraq iddiaçı tərəfindən istifadə olunur. Bununla bağlı hər hansı mübahisə mövcud deyildir. Qeyd edilən hal torpaq sahəsinə dair müayinə aktı ilə də təsdiq olunmuşdur. Odur ki, zəruri olduğu təqdirdə həmin torpaq sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada geri alınmasının mümkünlüyü də istisna edilmir.

49. Digər tərəfdən iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi ilə eyni ərazidə (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində) yerləşən digər torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqları Hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X14 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

50. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

51. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.

52. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

53. X22 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

54. X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

55. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

56. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan 2500 kv.m. torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.

57. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İddiaçı 2500 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsi sahibkarlıq fəaliyyətinə aid torpaqlar kateqoriyasına aiddir.

58. Bələdiyyəsi tərəfindən torpaq sahəsinin yerləşmə planı təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş sərəncamın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur.

59. Torpaq sahəsinin bələdiyyəyə məxsus olmasına münasibətdə məhkəmə qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinin X4 adına verdiyi xx.xx.2004-cü il tarixli 589 saylı qərarının dəyişdirilərək 5000 kv.m. torpaq sahəsindən 2500 kv.m.-ni İddiaçı adına, 2500 kv.m.-ni isə X5 adına rəsmiləşdirilməsi M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi ilə həmin torpaq sahəsinin bələdiyyə mənsubiyyəti təsdiq edilmişdir. Həmin məhkəmə qərarı bələdiyyə tərəfindən icra edilmişdir.

60. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

61. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.

62. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.

63. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

64. Məhkəmə iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi ilə eyni ərazidə yerləşən digər torpaq sahəsinə aid çıxarışın tədqiqinə əsasən qeyd edir ki, ərazidə sahibkarlıq fəaliyyəti kateqoriyasına aid olmaqla xüsusi mülkiyyət kimi qeydiyyat alınan torpaq sahələri mövcuddur, mübahisə edilən torpaq sahəsi sahibarlıq fəaliyyətinə aid torpaqlar kateqoriyasına aiddir.

65. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə eyni ərazidə yerləşən torpaq sahəsi (X14 adına qeydiyyata alınmış) məhz bələdiyyə sərəncamı ilə ayrılmış torpaq sahəsidir və həmin torpaq sahəsi üzərinə hüquqlar qeydə alınmışdır. Odur ki, eyni ərazidə (Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfi - Baksol massivində) yerləşən torpaq sahəsinin xüsusi mülkiyyət kimi qeydiyyata alınmasına baxmayaraq, hazırda iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin dövlət mülkiyyətinə olmasına dair cavabdeh tərəfindən bildirilən dəlil ağlabatan deyil və eyni vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftardır.

66. Qeyd edilən torpaq sahəsi kateqoriyasına görə sahibkarlıq fəaliyyəti torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir, qeyd edilən hal 2011-ci il tarixdə məhkəmə qərarı ilə də təsdiqini tapmışdır.

67. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının X22 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

68. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

69. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

70. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 27 aprel 2012-ci il tarixli 15 saylı Qərarına əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfində, Baksol massivində ayrılmış 2500 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarış verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar