Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1661/2020 06.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, X1, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər Xətai rayon Şöbəsinəqarşı “əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi”nə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər Xətai rayon Şöbəsinə, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər İdarəsinə, Cavabdeh3 QSC “Zığ” Gəmi Təmiri və Tikinti zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən 61 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi və vurulan maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər Xətai rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh3 QSC “Zığ” Gəmi Təmiri və Tikinti zavodu cavabdehlikdən çıxarılaraq, məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1661/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququnun yarandığına görə iddiaçı 2 saylı Bakı Asan Xidmət Mərkəzi vasitəsi ilə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Xətai rayon Şöbəsinə 2019-cu ilin aprel ayında rəsmi ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Xətai rayon Şöbəsi xx.xx.2019-cu il tarixli məktubu ilə pensiya tələbindən imtina olunmuşdur. İmtinanın səbəbi onun ilə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında “ Qanunun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Cavabdeh orqan iddiaçının tələb olunan iş stajı olmadığına əsaslanaraq, ərizənin təmin edilməsini mümkün olmadığını bildirmişdir. Lakin, iddiaçı bildirir ki, o “Cavabdeh3 “ QSC “Zığ “Gəmi Təmiri və Tikinti Zavodunda 2006-cı ilin iyul, iyul, avqust və sentybar aylarında işlədiyi dövrdən əmək haqqından 159,67 manat məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Ona görə də əmək pensiyası almaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Xətai rayon Şöbəsinin nümayəndəsi X5 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının əmək kitabçasından müəyyən olunur ki, iddiaçı 2006-cı il sentyabrın 25-dək əmək fəaliyyəti ilə məşğul olmuş və 2006-cı il sentyabrın 25-i öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Buna əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunarkən 2006-cı il yanvarın 1-də qüvvəyə minmiş və hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları şamil olunaraq pensiya təyin olunmalıdır. Lakin əmək kitabçasından və şəxsin iddia ərizəsinə əsasən də müəyyən olunur ki, İddiaçı qızının sığorta stajı 25 ildən azdır və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. İddiaçının maddi və mənəvi ziyanın vurulması ilə bağlı hissədə isə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən maddi və mənəvi ziyanın vurulması məsələsi tam əsaslandırılmamış, sübutlar təqdim edilməmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-1661/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər Xətai rayon Şöbəsinə və Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər İdarəsinə qarşı iddiası “maddi və mənəvi ziyanın ödənilməsi”nə dair hissədə mümkün sayılmamışdır. Baki İnzibati Məhkəməsinin 2-1(112)-1661/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı “əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi”nə dair iddia ərizəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhər İdarəsinə qarşı hissədə mümkün sayılmamışdır. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin əsaslı olduğunu bildirərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Xətai rayon Şöbəsinin nümayəndəsi X5 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək, iddia tələbi əsassız olduğundan rədd edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-cı ildə doğulmuşdur, Bakı şəhərində yaşayır. Mənzil Kommunal Təsərrüfat Birliyinin 101 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 325 saylı, xx xxx 2019-cu il tarixli arayışına əsasən, İddiaçı Bakı şəhəri, İ.Həbibov küçəsi, 60 saylı evin 7-ci mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X14 Bakı şəhəri Xətai rayon Şöbəsinin əmək pensiyasının təyin edilməsi barədə xx xxx 2019-cu il tarixli bildirişindən görünür ki, İddiaçı pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinə əsasən, onun tələb olunan iş stajı olmadığı üçün ərizənin təmin edilməsi mümkün deyildir. Cavabdeh3 QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən verilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatdan görünür ki, X3 2006-cı ilin iyun, iyul, avqust və sentyabr ayı üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqları 159,67 manat təşkil etmişdir. Cavabdeh3 QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli, RM01/03/Z-121-36 saylı məktubdan görünür ki, iddiaçının sığorta ödənilməsi barədə tələb etdiyi arayışda göstərilən məbləğ barədə Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi Dövlət X12 İri Sığortaedənlərə iş üzrə İdarəsinə məlumat verilmişdir. İşdə olan iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - xx.xx.1976-cı il tarixdən Bakı Qazan-mexaniki zavodu “İstilikenerjiavadanlıq” tr-tinə 1№-li sexə naryad vəzifəsinə, xx.xx.1977-ci il tarixdə alət paylayan vəzifəsinə keçirilmiş və xx.xx.7978-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1978-ci il tarixdən Bakı radiozavodunda “radio qovşaqların yığılması 6 saylı sexə radio aparatlarının montajçı şagird” vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci il tarixdə texnik-texnoloq vəzifəsinə keçirilmiş və xx.xx.1980-ci il tarixdə işdən azad edilmiş; xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı baş tikinti istehsalat müəssisələri idarəsində kuryer vəzifəsində fəaliyyət göstərmiş; xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək “Azneftkimzavodtəmir” tresti 1 №-li Təmirtikinti idarəsində istehsalat şöbəsində mühəndis vəzifəsində; xx.xx.1984-cü il tarixdən Mənzil- Kommunal İdarəsində MTTŞ agent-ekspeditor vəzifəsində, xx.xx.1986-cı ildə köçürmə yolu ilə işdən azad edilmiş; xx.xx.1986-cı il tarixdən Azneftkimzavodtəmir tresti RRM No 1-də AzSSR NKSN MKİ köçürmə qaydasında katib-makinaçı vəzifəsində, xx.xx.1987-ci il tarixdə SİB mühəndiz vəzifəsinə, xx.xx.1988-ci ildə xüsusi sahəyə 1-ci dərəcəli temoizolyasiya istlik izoltyatorçu vəzifəsi, xx.xx.1988-ci ildə TİŞ 2 kateqoriyalı mühəndis vəzifəsinə fəaliyyət göstərmiş və xx.xx.1998-ci il tarixdə “Səlim” firmasına köçürmə yolu ilə işdən azad edilmiş; xx.xx.1998-ci il tarixdən xx xxxxxxx 2000-ci il tarixə kimi mühasib vəzifəsində; xx xxxx 2006-cı il tarixdən xx xxxxxxxx 2006-cı il tarixədək “Xəzərdənizgəmitəmiri” İB-yi Zaqtederasiya a-na X7rderobçu vəzifəsində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X9 xx xxxx 2020-ci il tarixli, **********8 saylı məktubunda qeyd olunmuşdur ki, sığortaedən “Zakfederasiya adına gəmi təmiri zavodu” (SUN **********7) tərəfindən təqdim edilmiş 2006-cı il üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) İddiaçı sosial sığorta şəhadətnaməsinin nömrəsi qeyd edilmədiyi üçün Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnfornmasiya Sisteminin “Sığorta” (Hesabat) altsistemində “Bölüşdürülməmüş” hesablar bölməsinə düşmüş və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, vətəndaş İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta” (Monitorinq) altsisteminin Sığortaolunanların reyestr bölməsində sığortaolunan kimi qeydiyyatda deyil və sığortaedən tərəfindən uçot dövründə daimi, dəyişilməz sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılmamışdır. Həmçinin, bildirilmişdir ki, vətəndaş İddiaçı sığortaolunan kimi “Zakfederasiya adına gəmi təmiri zavodu”nun hüquqi varisi Cavabdeh3 QSC (SUN **********7) tərəfindən qeydiyyata alındıqdan və “Elektron Hökümət Portalında” (e-gov.az) Nazirliyin təqdim etdiyi elektron xidmətlər bölməsində verilmiş müvafiq funksionallıqdan istifadə edərək 2006-cı il üzrə “MEİS”-in “Sığorta” (Hesabat) altsistemində “Bölüşdürülməmiş” hesablar bölümünə düşmüş məlumatlarında düzəlişlər edildikdən sonra məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunacaqdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçı X10 1960-cı il təvəllüdlüdür və onun 61 yaşı xx xxxx 2019-cu il tarixdə tamam olur. Bu səbəbdən, iddiaçının pensiya hüququ həmin andan yaranır və pensiya hüququ ilə bağlı yaranan məsələlər məhz “Əmək pensiyaları haqında” Qanununun normaları ilə tənzimlənir. Belə ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və X6 Nazirliyinin Kollegiyasinın 17 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1.-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 31.1-ci və 32.1-1-ci maddələrinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Maddələrin məzmunu belə izah olunur ki, 60 yaşına çatmış qadınların yaşa görə pensiya hüququnun yaranmasının zəruri edən aşağıdakı şərtlərdən biri mövcud olmalıdır: (1) sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya məbləğinə imkan verməlidir və yaxud (2) azı 25 il sığorta stajı olmalıdır. Lakin yaş həddi ilə bağlı “qeyd” hissəsində nəzərə alınan şərtə görə, xx xxxx 2018-ci il tarixindən xx xxxx 2019-cu il tarixinə qədər qadınların pensiya hüququnun yaranması üçün onların 61 yaş həddinə çatmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunan əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Maddələrin tələblərinin tətbiqi onu ehtiva edir ki, 2019-2020-ci illərdə yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, sığortaolunanın xx xxxxxx 2006-cı ilə qədər sığorta stajı 25 ildən az olduqda, lakin onun xx xxxx 2018-ci il tairixinə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduğu halda, sığortaolunanın xx xxxxxx 2006-cı il tarixədək sığorta stajı 25 il kimi qəbul edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 23 il 04 ay 21 gün; xx xxxxxx 2006-cı il tarixdən sonra isə sosial sığorta stajı 03 ay 11 gün təşkil etmişdir. Göründüyü kimi, iddiaçının xx xxxxxx 2006-cı il tarixədək yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilik ilə nəzərdə tutulmuş 25 il sığorta stajı tamam olmamışdır. Lakin, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sığorta stajı tamamlanmasa belə, həmçinin iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğu halda (kapital - 159, 67 manat), qüvvədə olan qanunvericiliyin tələbləri əsasında onun xx xxxx 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcuddur. Bu səbəbdən Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciətinə baxılarkən qüvvədə olan qanunvericiliyin bu norması nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının müraciətinə imtina edilmişdir. Bundan başqa, Məhkəmə bir məsələni də vurğulamağı zəruri hesab edir ki, İddiaçı sığortaolunan kimi qeydiyyata düşməməsində, həmçinin məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, o cümlədən, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların fərdi şəxsi hesabında əks olunmamasında, iddiaçının hər hansı bir təqsirkar hərəkəti olmamışdır. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına ilk dəfə əmək fəaliyyətinə başlayan sığortaolunan barədə məlumatları bir ay müddətində, eləcə də sığortaolunanlar haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Göründüyü kimi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi sığortaolunanın deyildə, sığortaedənin vəzifəsinə aid edilir. Hazırki, iddia tələbi üzrə İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların onun fərdi şəxsi hesabında əks olunmaması, həmçinin onun Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta” (Monitorinq) altsisteminin Sığortaolunanların reyestr bölməsində sığortaolunan kimi qeydiyyatda olmaması, iddiaçının sığortaolunan kimi çıxış etməsini, həmçinin onun pensiya kapitalının mövcud olmasını istisna etmir. Konstitusiya Məhkəməsinin Plenumu ―Hərbi qulluqçuların pensiya təminatı haqqında və ―Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” xx xxxx 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, ―... pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcuq qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Məhkəmə həmçinin qeyd edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, İddiaçı 61 yaşı tamam olduğu xx xxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi cаvаbdеh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Xətai rayon Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2, 68-ci, 69-cu,85-ci maddəsinə əsasən, Məhkəmə QƏRARA ALDİ İddia tələbi təmin edilsin. İddiаçı İddiaçı 61 yaşı tamam olduğu xx xxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin ödənilməsi cаvаbdеh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Xətai rayon Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1661/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1661/2020
06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver