Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1661/2023 10.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X18, X6 və X9) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, X5, Məmmədova (Əsədullayeva) Aydan Sabir qızının və Məmmədova (Novruzi) Fidan Sabir qızının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21 ünvanında yerləşən 1 saylı mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəni təmin etməkdən imtina etmiş və iddiaçıya ünvanladığı xx.xx.2022ci il tarixli, 073-8140M-3222 nömrəli məktubla bildirmişdir ki, göstərilən şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Buna görə də iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10, X2 və X5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4, mənzil 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X18, X6 və X9 (bundan sonra üçüncü şəxslər) üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4, mənzil 1 onun xüsusi mülkiyyətindədir və ona bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarış verilmişdir. Üçüncü şəxslər X18, X6 və X9 demək olar ki, bir gün də olsun onun mülkiyyətində olan evdə yaşamamışlar. Hazırda onlar başqa ünvanda yaşayırlar. Üçüncü şəxslərin onun evində pasport qeydiyyatında qalması mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Onlara görə mənzilkommunal xərcləri ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Üçüncü şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi (əvvəlki adı - Firudin bəy Köçərli küçəsi) ev 21, mənzil 1-dən qeydiyyatdan çıxarılmaları üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, Novruzi (Məmmədova) Fidan Sabir qızı, Əsədullayeva (Məmmədova) Aydan Sabir qızı və X5 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Firudin bəy Köçərli küçəsi, ev 21, mənzil 1-dən qeydiyyatdan çıxarılması Sabunçu RPİ QMB-nın səlahiyyətləri daxilində deyil. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, məhkəmə qərarı ilə, X18, X6 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi (keçmiş adı Firudin bəy Köçərli küçəsi) ev 21, mənzil 1-dən pasport qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxs X9 məhkəməyə təqdim etdiyi yazılı etirazında iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının mülkiyyəti kimi qeyd etdiyi Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, 21 saylı evin 1-ci mənzili Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya ÖM, 137514 nömrəli, xx.xx.1995-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən onun mərhum qayınanası X3 xüsusi mülkiyyətində olmuşdur. Onun qayınanası, iddiaçının isə anası olmuş X7 xx.xx.1998-ci ildə vəfat etmişdir. O, iddiaçının qardaşı olan X11 ilə rəsmi nikaha daxil olduqdan dərhal sonra o zaman dövlət mülkiyyətində olan və kirayəçisi mərhum qayınanası olmuş Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21, mənzil 1 ünvanına ailə üzvü kimi qeydiyyata düşmüşdür. O, həmin ünvana ailə üzvü kimi qeydiyyata düşdükdən sonra, yəni 1995-ci ildə mənzil ailə üzvlərinin (o cümlədən onun) razılığı əsasında mərhum qayınanasının adına özəlləşdirilmişdir. Onlar hamısı, hazırda iddiaçı olan Oktay Məmmədov, onun həyat yoldaşı Sabir, özü, sonradan isə övladları olan Fidan və Aydan həmin ünvana qeydiyyata düşmüşlər. Mənzilin sahəsi az (20 kv.metr) olduğundan istər onlar (əri, özü və 2 övladı), istərsə də iddiaçı həmin mənzildə yaşamamışlar. Müvafiq mənzil miras əmlakdır. Yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21, mənzil 1 mərhum qayınanasından qalan əmlakdır. İş üzrə iddiaçı miras əmlakı digər qanun üzrə vərəsələrin razılığını (paydan imtina barədə) almadan hansısa yolla özəlləşdirmişdir ki, bu da mövcud qanunvericiliyə zidd olduğundan qanun üzrə digər vərəsələr bu məsələ, yəni verilmiş vərəsəlik şəhadətnaməsinin və iddiaçının hal-hazırda məhkəməyə təqdim etdiyi “çıxarışın" ləğvi ilə bağlı məhkəməyə müraciət etmək üçün zəruri sənədləri toplayırlar. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi çıxarışa nəzər saldıqda mənzilin bu yaxınlarda (xx.xx.2022-ci il) xüsusi mülkiyyət kimi qeydiyyatdan keçdiyi aydın olur. İstənilən halda mənzilin mülkiyyətçisi dəyişirkən həmin ünvanda qeydiyyatda olanların razılığı istənilir. Lakin onların bundan xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs G.Məmmədova etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki: - İşdə olan “Balaxanıneft” NQÇİ-nin MKTB-nin 07 nömrəli, xx.xx.1994-cü il tarixli əmrindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanda yaşayan X3 xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. - xx.xx.1994-cü il tarixli müqavilədən görünür ki, “Balaxanıneft” NQÇİ əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21 ünvanında yerləşən 1 saylı mənzilin əvəzsiz olaraq X3 mülkiyyətinə verilməsi barədə müqavilə bağlanmışdır. - İşdə olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 137514 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21 ünvanında yerləşən 1 saylı mənzilə dair X3 mülkiyyət hüququ xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmışdır. - 27.05.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi olan oğlu İddiaçı miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21 ünvanında yerləşən, ü/s 35.46 kv.m, y/s 20 kv.m, 1 otaqlı 1 saylı mənzilə dair pay hüququ müəyyən edilmişdir. - ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21 ünvanında yerləşən 1 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında digər şəxslərlə yanaşı xx.xx.1993-cü il təvəllüdlü X18, xx.xx.1995-ci il təvəllüdlü X6 və xx.xx.1070-ci il təvəllüdlü X9 da qeydiyyatdadır. - İşdə olan AZ-İ №269572 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1961-ci il tarixdə doğulmuşdur. X1, anası isə X4r. - 254692 nömrəli, xx.xx.1992-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X11 və X14 xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. - İşdə olan Bakı şəhəri “Balaxanıneft” NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatı Birliyinin Mənzil İstismar Sahəsinin 2847 nömrəli, xx.xx.2008-ci il tarixli arayışından görünür ki, X9 xx.xx.1994-cü il tarixdə, onun əri X11 xx.xx.1981-ci il tarixdə, qızı Məmmədova (Novruzi) Fidan Sabir qızı 1994-cü il tarixdə, qızı X12 1995-ci il tarixdə və qaynı İddiaçı xx.xx.1984-cü il tarixdə ünvan 3 ünvanına qeydiyyata alınmışlar. - Eyni zamanda işdə olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, üçüncü şəxs Gülarə Məmmədova (Əliyeva) nikaha əsasən xx.xx.1994-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi, ev 21, mənzil 1 ünvanına qeydiyyata alınmış, şəxsi vərəqədə ailə üzvləri kimi qızı - 1993-cü il təvəllüdlü X13, 1995ci il təvəllüdlü X12 da qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Baki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X18, X6 və X5 Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən, 1 saylı mənzilə dair mülkiyyət, istifadə və ya digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı hazırda qardaşı arvadı X5 və və onun uşaqları olan X10 və X2 ona məxsus 1 saylı mənzildə yaşamadığına və hüququnun olmadığına istinad edərək onların həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Üçüncü şəxslərin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun olması ilə bağlı məhkəmə qeyd edir ki, işin yuxarıda sadalanan hallarından görünür ki, üçüncü şəxs G.Məmmədova 1992-ci ildə hazırkı mülkiyyətçinin qardaşı, əvvəlki mülkiyyətçinin isə oğlu olan X11 ilə rəsmi nikaha daxil olmuş, bundan sonra həmin nikaha əsasən xx.xx.1994-cü ildə 1 saylı mənzilə qeydiyyata alınmışdır. Digər üçüncü şəxslər isə onun bu nikahdan doğulan övladları olmaqla, F.Novruzi 1994-cü ildə, A.Əsədullayeva isə 1995-ci ildə həmin mənzilə qeydiyyata alınmışdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı iş üzrə tərəflər arasında münasibətlərin xx.xx.2001-ci ildən əvvəl yarandığını nəzərə alan məhkəmə qeyd edir ki, həmin dövrdə qüvvədə olan və xx.xx.2009-cu il tarixdə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin mənasına görə mülkiyyətçi qeyd-şərt göstərmədən ailə üzvlərini özünə məxsus evə köçürdükdə, onlar bu evdən (onun yaşayış sahəsindən) istifadə etmək hüququna malik olurlar. Lakin ailə üzvlərinə bərabər tutulan şəxs bu hüququ o halda əldə edə bilər ki, evə mülkiyyətçinin hətta şifahi razılığı ilə köçürülsün və bundan sonra onunla ümumi təsərrüfat aparmış olsun (“A.M.Cavidanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı). Hazırkı iş üzrə üçüncü şəxslərin mübahisəli mənzilin keçmiş mülkiyyətçisi Satina Məmmədovanın ailə üzvü kimi mübahisəli mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmasını nəzərə alan məhkəmə istinad olunanlara əsasən hesab edir ki, onların faktiki olaraq mübahisəli mənzildə yaşayıb yaşamaması, mülkiyyətçi ilə birgə təsərrüfat aparıb aparmaması, bununla da həmin mənzilə istifadə hüququnun yaranıb-yaranmamasının müəyyən edilməsi mülki məhkəmə icraatının predmeti olduğundan hazırkı icraat üzrə həmin məsələlərin qiymətləndirilməsi, buna uyğun olaraq hazırkı iddianın həll olunması inzibati mühakimə icraatının predmetini təşkil etmir. Belə olan halda aydındır ki, bu halların müəyyən edilməsi həmçinin inzibati orqanın da səlahiyyəti olmamış, buna görə də cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova