Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1662/2021 23.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı X2, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı X14 üçüncü şəxs qismində işə cəlb edilməklə “mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 6, 75 saylı mənzilin X7 ½ hissədə payına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 200/2016 saylı iş üzrə 15.03.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının X14 ilə birgə nikah dövrü əldə etdiyi “Mersedes E-270” CDİ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19.000 manat) 1/2 hissəsi 9.500 (doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin X6 alınaraq iddiaçıya qaytarılması, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlakın üzərində 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə cavabdeh X7 payının müəyyən edilməsi və həmin hissəyə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh tərəfindən yuxarı instansiya məhkəmələrinə şikayət verilmiş, lakin şikayətlər təmin edilməmişdir. Bundan sonra cavabdehlə paylı mülkiyyətində olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq satışıdan əldə edilmiş vəsaitin paylara münasibətdə bölünməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)- 232/2018 saylı iş üzrə 16 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. X1 Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti təmin edilmədikdə, aralarında notarial qaydada barışıq müqaviləsi bağlanaraq X4 əmlakdan öz payından iddiaçının xeyrinə imtina etmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, ona 23.04.2020-ci il tarixli məktubla imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak barədə X14 arasında notarial qaydada təsdiqlənmiş müqavilə olmadığı üçün X7 payına mülkiyyət hüquqları qeydiyyata alına bilməz. Hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan ləğv edilməli, əmlak üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Belə ki, Xasıyev Səyavuş Ramiz oğlu ilə aralarında notarial qaydada bağlanmış 06.05.2019-cu il tarixli barışıq sazişi ilə aşağıdakı hüquq və vəzifələr aralarında müəyyənşdirilmişdir: 1. Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 saylı mülki iş üzrə 15 mart 2016-cı il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzil birgə nikah dövrü əldə edilmiş əmlak kimi bölünərək 1/2 hissədə Xasıyev Səyavuş Ramiz oğlunun, 1/2 hissədə X2 paylarının müəyyən edilməsi hissəsində X15 öz payından X2 xeyrinə imtina edir. 2. Həmin qətnamə ilə “Mersedes E 270 SDİ” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19.000,00) 1/2 hissədə Xasıyev Səyavuş Ramiz oğlunun, 1/2 hissədə X2 paylarının müəyyən edilməsi hissəsində İddiaçı öz payından Xasıyev Səyavuş Ramiz oğlunun xeyrinə imtina edir. 3. X5 qeyd edilən məhkəmə qətnaməsi ilə X6 tutularaq onun xeyrinə ödənilməli olan pul məbləğlərini ümumiləşdirərək, xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzildən X7 payına düşən 28.500 (iyirmi səkkiz min beş yüz) manat puldan çıxaraq (735 manat dəyəri olan bölünmüş əmlakdan 370 manat, 300 manat aliment borcundan) ona ümumilikdə 19.600 (on doqquz min altı yüz) manat pul ödəyir. 4. Tərəflər yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə gələcəkdə bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklər. 5. X14 mənzili 06 iyun 2019-cu il tarixinədək boşaltmağa öhdəlik götürür. Göründüyü kimi əmlak üzərində 1/2 pay hüququ iddiaçının, 1/2 hissədə isə X7 mülkiyyət hüququ qeydiyyata alınmış, Xasıyev Səyavuş Ramiz oğlu isə öz payından iddiaçının xeyrinə notarial qaydada bağlanmış müqavilə ilə imtina etmişdir ki, bu da əmlak üzərində tam mülkiyyət hüququnun qeydiyyata alınmasına əsasdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin məhkəməyə təqdim edilmiş 09.10.2020-ci il tarixli, **********74 saylı etirazında göstərilmişdir ki, iddiaçı müvafiq tələblə 18.03.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilinə dair (paylı) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 saylı 15.03.2016-cı il tarixli icra vərəqəsi icra olunaraq, daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə X2 mülkiyyət hüququ (paylı) tanınmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzili üzərində tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********16 saylı, 23.04.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində müqavilə növü kimi barışıq sazisi nəzərdə tutulmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin ½ hissəsi üzərində X8, qalan ½ hisssəsi üzərində isə İddiaçı mülkiyyət hüququ 26.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 23.04.2020-ci il tarixli, **********16 nömrəli cavab məktubunda iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilinə dair (paylı) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-200/2016 saylı 15.03.2016-cı il tarixli icra vərəqəsi icra olunaraq, daşınmaz əmlakın dövlət reyestrində 1/2 hissədə mülkiyyət hüququ (paylı) tanınmış və elektron çıxarışla rəsmiləşdirilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 6 saylı evin, 75 saylı mənzilin üzərində tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməlidir. - 19 saylı notariat ofisində reyestrdə 3M-424 nömrə ilə qeyd edilmiş xüsusi notarius X19 oglu tərəfindən təsdiq edilmiş X5 ilə Xasıyev Səyavuş Ramiz oğlu arasında baglanmış 06.05.2019-cu il tarixli barışıq sazişindən görünür ki, 1.1 Tərəflər aralarında olan məhkəmə mübahisələrini barışıq sazişi ilə tamamlamaq qərarına gələrək aşağıdakı göstərilənlər barədə tam razılığa gəlmişlər:
1. Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 saylı mülki iş üzrə 15 mart 2016cı il tarixli qətnaməsi ilə xüsusi mülkiyyət hüququ ilə X9 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzil birgə nikah dövrü əldə edilmiş əmlak kimi bölünərək 1/2 hissədə Xasıyev Səyavuş Ramiz oğlunun, 1/2 hissədə X2 paylarının müəyyən edilməsi hissəsində Xasiyev Səyavuş Ramiz oğlu öz payından X2 xeyrinə imtina edir.
2. Həmin qətnamə ilə “Mersedes E 270 SDİ” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19.000,00) 1/2 hissədə Xasıyev Səyavuş Ramiz oğlunun, 1/2 hissədə X2 paylarının müəyyən edilməsi hissəsində İddiaçı öz payından Xasıyev Səyavuş Ramiz oğlunun xeyrinə imtina edir.
3. X5 qeyd edilən məhkəmə qətnaməsi ilə X6 tutularaq onun xeyrinə ödənilməli olan pul məbləğlərini ümumiləşdirərək, xüsusi mülkiyyət hüququ ilə Xasıyev Səyavuş Ramiz oğluna məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 6, 75 saylı mənzildən X7 payına düşən 28.500 (iyirmi səkkiz min beş yüz) manat puldan çıxaraq (735 manat dəyəri olan bölünmüş əmlakdan 370 manat, 300 manat aliment borcundan) ona ümumilikdə 19.600 (on doqquz min altı yüz) manat pul ödəyir.
4. Tərəflər yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə gələcəkdə bir-birlərinə qarşı hər hansı bir tələb irəli sürməyəcəklər.
5. X14 mənzili 06 iyun 2019-cu il tarixinədək boşaltmağa öhdəlik götürür. Saziş notarial qaydada təsdiq olundugu andan qüvvəyə minmişdir. - Yasamal rayon Məhkəməsinin 2(004)-232/2018 saylı iş üzrə 16 yanvar 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X10 qarşı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, bina 6, 75 saylı mənzilin naturada bölünməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. - Yasamal Rayon Məhkəməsinin 2(004)-200/2016 saylı mülki iş üzrə 15 mart 2016-cı il tarixli qətnaməsindən görünür ki, X14 ilə birgə nikah dövrü əldə etdiyi “Mersedes E-270" CDİ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin (19.000 manat) 1/2 hissəsi 9.500 ( doqquz min beş yüz) manat məbləğində pul vəsaitinin X6 alınaraq iddiaçıya qaytarılması, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlakın üzərində 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə cavabdeh X7 payı müəyyən edilməsi və həmin hissəyə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-200/2016 tarixli 05.10.2021-ci il saylı məktubundan görünür ki, İddiaçı cavabdeh X10 qarşı “cehiz əşyaları və birgə nikah dövründə əldə edilmiş əmlak tələbinə” dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-200/2016 saylı, 15 mart 2016-cı il tarixli qətnaməsi 15.12.2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmədə müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli mənzil Yasamal rayon Məhkəməsinin 2(004)-200/2016 saylı iş üzrə 15.03.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının 3-cü şəxs X14 ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək, həmin əmlakın üzərində 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə X7 payının müəyyən edilməsi və həmin hissəyə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Qətnamə icra olunaraq tərəflərə müvafiq çıxarışlar verilmişdir. Bundan sonra tərəflər aralarında notarial qaydada barışıq müqaviləsi bağlayaraq X4 əmlakdakı payından iddiaçının xeyrinə imtina etmiş, iddiaçı da cavabdehə müraciət edərək əmlak üzərində tam mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının xahişi təmin edilməmiş, imtina onunla əsaslandırılmışdır ki, mənzilin üzərində tam mülkiyyət hüququnun tanınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq notarial qaydada təsdiq edilmiş müqavilə təqdim edilməlidir. Məhkəmə, cavabdehin imtinası ilə razılaşmır ona görə ki, iddiaçının adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasını istədiyi daşınmaz əmlak notarial qaydada bağlanmış 06.05.2019-cu il tarixli barışıq sazişinə əsasən iddiaçıya /2 hissədə Xasiyev Səyavuş Ramiz oğlu tərəfindən onun xeyrinə imtina edilmiş əmlakdır və cavabdehə təqdim etdiyi ərizəsinə həmin sənədləri əlavə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı. Həmin Məcəllənin 144.1.-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmastnın (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Hazırki iş üzrə də, notariat qaydada bağlanmış müqavilə (saziş) yuxarıda qeyd edilən Qanunun 8.0.3-cü maddəsində göstərilən aktlardan biri hesab edildiyindən, cavabdeh inzibati orqanın ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsinə istinad etməsi ilə bağlı hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Halbuki, məhkəmə araşdırması zamanı göstərilən halların heç birisi hazırki iş üzrə müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzilin üzərində iddiaçının tam mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Cavabdeh yalnız formal mülahizələrə əsaslanaraq sazişin hüquqmüəyyənedici sənəd olmadığa istinad etmişdir. Lakin, cavabdeh inzibati orqan həmin notarial qaydada bağlanmış sazişin məhz onu bağlayan tərəflərin iradəsini ifadə edən ikitərəfli əqd-müqavilə olmasını nəzərə almamışdır. Həmin əqdin adına müqavilə və ya saziş yazılması müqavilənin mahiyyətinə xələl gətirmir. Həmin barışıq sazişi mahiyyət etibarı ilə mənzilin tam mülkiyyət hüququ ilə iddiaçıya verilməsini özündə ifadə edir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil üzərində iddiaçı X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu Yeni Yasamal-1, bina 6, 75 saylı mənzil üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5
SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA