Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1662/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə olmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (Kirov) qəsəbəsi, Məmmədyarov döngəsi 38 nömrəli fərdi yaşayış evinə dair 1981-ci il tarixdə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşa Bürosu tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X17 adına texniki pasport tərtib edilmişdir. X22 xx.xx.1988-ci ildə vəfat etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3650/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X9, X10 və Hüseynova Zeynəb Rəşid qızının cavabdehlər İddiaçı və X11 qarşı yaşayış və qeyri-yaşayış sahələrindən çıxarılma, həmin sahələrin boşaldılaraq təhvil verilməsi tələbinə dair ilkin iddia ərizəsi; iddiaçılar İddiaçı və X5 cavabdehlər X9, X10 və Hüseynova Zeynəb Rəşid qızına qarşı cavabdehlər tərəfindən yaşayış sahəsindən istifadə etmə qaydalarının pozulması və digər tələblərinə dair iddialar rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10521/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X9, X10 və Hüseynova Zeynəb Rəşid qızının apellyasiya şikayətinin təmin edilməsi, cavabdehlər İddiaçı və X5 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3650/2019 saylı, 30 may 2019-cu il tarixli qətnaməsi qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanda yerləşən mübahisəli yaşayış sahəsi üzərində İddiaçı və X5 hüquqlarını məhdudlaşdıran və Binəqədi Rayon Məhkəməsinin 2405/2000 saylı, xx.xx.2000-ci il tarixli Qətnaməsi əsasında bölünmüş və istifadə qaydaları müəyyən edilmiş yaşayış sahələrindən əlavə sahələrin zəbt edilməsinə yönələn cavabdehlər X9, X10 və Hüseynova Zeynəb Rəşid qızının hərəkətlərinin qanunsuz hesab edilməsi və bu cür hərəkətlərə son qoyulması, İddiaçı və X11 aid (Binəqədi Rayon Məhkəməsinin 2405/2000 saylı, xx.xx.2000-ci il tarixli Qətnaməsi ilə X6 istifadəsinə verilmiş – 2 yaşayış otağı-20 kv.m və 12 kv.m, yardımçı sahə 18 kv.m olan) yaşayış sahəsindən istifadə etmə qaydalarına cavabdehlər X9, X10 və Hüseynova Zeynəb Rəşid qızı tərəfindən edilən müdaxilələrin aradan qaldırılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1084/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçılar X9, X10 və Hüseynova Zeynəb Rəşid qızının kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(103)-10521/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (bundan sonra – iddiaçı) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Kirov (hazırda Binəqədi) rayonu, Kirov (hazırda M.Ə.Rəsulzadə) qəsəbəsi, Məmmədyarov küçəsindəki (döngəsindəki) 38 nömrəli (hazırda İ.Hacıyev küçəsi, döngə 2, 4 nömrəli) ev üzərində mülkiyyət hüququnun mərhum Qurban Əmir-Əhməd oğluna məxsus olması haqqında arayışın təqdim edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubda bildirmişdir ki, “... təqdim olunan sənədlər surətdir. İdarənin arxivində mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1981-ci il tarixində tərtib edilən texniki pasportda hüquq sahibi kimi adı qeyd edilmiş şəxslə sizin aranızda əlaqəli sənəd təqdim edilməmişdir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi (əvvəlki Kirov) rayonu, M.Ə.Rəsulzadə (əvvəlki Kirov) qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 2, 4 nömrəli (əvvəlki Məmmədyarov küçəsindəki (döngəsindəki) 38 nömrəli) ev üzərində mülkiyyət hüququnun mərhum Qurban Əmir-Əhməd oğluna məxsus olması haqqında arayışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Kirov (hazırda Binəqədi) rayonu, Kirov (hazırda M.Ə.Rəsulzadə) qəsəbəsi, Məmmədyarov küçəsindəki (döngəsindəki) 38 nömrəli ( hazırda İ.Hacıyev küçəsi, döngə 2, 4 nömrəli) evin sahibi- Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi forma üzrə, 1964-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasportuna (bundan sonra Pasport adlanacaq) əsasən - Qurban Əmir-Əhməd oğludur; Qurban Əmir-Əhməd oğlu xx.xx.1988-ci ildə vəfat etmişdir; Həmin ev, Qurban Əmir-Əhməd oğlunun 1-ci növbəli vərəsələri olan övladlarından, 3 nəfəri, yəni X13, X14 və X15 tərəfindən faktiki olaraq qəbul edilmişdir; Həmin evlə bağlı 3 qardaş arasında sonradan məhkəmə mübahisəsi yaranmış və Binəqədi Rayon Məhkəməsinin 02 may 2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsi əsasında, ev 3 qardaş arasında bölünməklə, hər birinə aid olan yaşayış və həyətyanı sahədən istifadə qaydaları müəyyən edilmişdir. Həmin Qətnamə ilə - 20 kvadrat metr və 12 kvadrat metrdən ibarət 2 (iki) yaşayış otağı və 18 kvadrat metr olan yardımçı sahə X6 istifadəsinə verilmişdir. X13 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun ailəsi və 1-ci növbəli vərəsələri olmadığına görə, Rafiqdən qalan bütün miras əmlaklar onun 2-ci növbəli vərəsəsi olan bacısı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməklə, idarə edilmiş və bunu bütün vərəsələrə bəyan etdirilmişdir. Eyni zamanda, İddiaçı 2 övladı ilə birlikdə hal-hazırda da həmin sahələrdə yaşamasını davam etdirir; X6 digər 2-ci növbəli vərəsələri (qardaş və bacıları) olan X7 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-11122 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsində göstərilmişdir ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X3 miras qalmış miras əmlakı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair heç bir iddiası yoxdur (X15 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir); X8 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-11121 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsində göstərilmişdir ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X3 miras qalmış miras əmlakı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair heç bir iddiası yoxdur; X4 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-11120 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsində göstərilmişdir ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X3 miras qalmış miras əmlakı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair heç bir iddiası yoxdur; X2 xx.xx.2017-ci il tarixli reyestrdə 7E-54370 № ilə qeyd edilmiş notariat kontoruna ünvanlanmış ərizəsində göstərilmişdir ki, o, xx.xx.2012-ci ildə vəfat etmiş qardaşı X3 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair iddia ilə məhkəməyə müraciət etməyəcəkdir. X6 digər qardaşı və 2-ci növbəli vərəsəsi olan X14 xx.xx.2014-cü il tarixdə vafat etmişdir. X14 2-ci növbəli vərəsə olaraq, xx.xx.2012-ci ildən xx.xx.2014-cü il tarixədək (ölənədək), yəni sağlığında Rafiqdən miras qalmış əmlakları qəbul etməmiş və bacısı İddiaçı və onun 2 övladının həmin yaşayış sahəsində yaşamasını hər hansı bir formada mübahisələndirməmişdir. X2, X4, X8 və X1 notarial qaydada təsdiq olunmuş xx.xx.2018-ci il tarixli **********156 saylı ərizələrində göstərilmişdir ki, X6 yaşadığı, eləcə də atasının ölümündən sonra istifadəsində olan ünvan 2 ünvanında yerləşən evin yaşayış sahəsi iki yaşayış otağı 20 kv.m və 12 kv.m., veranda 18 kv.m üzərində istifadə etmək hüququ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-405/2000 saylı xx.xx.2000-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 ailəsi olmadığı üçün onun hüzr mərasimlərini əsasən bacısı İddiaçı idarə etmiş və həmin dövrdən sonuncu 2 qızı ilə mərhum X6 istifadəsində olan yaşayış sahəsinə köçməklə hal-hazırda həmin sahədən istifadə edirlər. X3 miras qalmış bütün əşyalar bacısı İddiaçı tərəfindən faktiki olaraq qəbul edilmiş, sonuncunun digər vərəsələrə də bəyan etdirmiş və hal-hazırda da həmin yaşayış sahəsində 2 qızı ilə birlikdə yaşayaraq mərhum qardaşı X3 miras qalmış bütün əşyalardan istifadə edirlər. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynidir. Əlavə olaraq bildirilmişdir ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin əvvəlki iclaslarında iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və vəkili məhkəmənin sonuncu iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə (Kirov) qəsəbəsi, Məmmədyarov döngəsi 38 nömrəli fərdi yaşayış evinə dair 1964-cü il tarixdə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşa Bürosu tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X17 adına texniki pasport tərtib edilmişdir. Həmçinin fərdi yaşayış evinə dair 1981-ci il tarixdə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşa Bürosu tərəfindən Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid X17 adına texniki pasport tərtib edilmişdir. X22 xx.xx.1988-ci ildə vəfat etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, həmin fərdi yaşayış evinin mərhum X19 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan İdarənin arxivində mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1981-ci il tarixində tərtib edilən texniki pasportda hüquq sahibi kimi adı qeyd edilmiş şəxslə iddiaçı arasında əlaqəli sənəd yerləşdiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, cavabdeh imtinasında bildirir ki, iddiaçı X22 ilə arasında əlaqəli sənəd təqdim etməmişdir. İddiaçı iddia tələbində mülki iş üzrə çıxarılmış məhkəmə qərarlarına istinad edərək bildirir ki, fərdi yaşayış evi Qurban Əmir-Əhməd oğlunun 1-ci növbəli vərəsələri olan övladlarından, 3 nəfəri, yəni X13, X14 və X15 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Həmin evlə bağlı 3 qardaş arasında sonradan məhkəmə mübahisəsi yaranmış və Binəqədi Rayon Məhkəməsinin 02 may 2000-ci il tarixli, 2405/2000 saylı qətnaməsi əsasında, ev 3 qardaş arasında bölünməklə, hər birinə aid olan yaşayış və həyətyanı sahədən istifadə qaydaları müəyyən edilmişdir. Həmin Qətnamə ilə - 20 kvadrat metr və 12 kvadrat metrdən ibarət 2 (iki) yaşayış otağı və 18 kvadrat metr olan yardımçı sahə X6 istifadəsinə verilmişdir. X13 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Onun ailəsi və 1-ci növbəli vərəsələri olmadığına görə, Rafiqdən qalan bütün miras əmlaklar onun 2-ci növbəli vərəsəsi olan bacısı İddiaçı (iddiaçı) tərəfindən faktiki olaraq qəbul edilməklə, idarə edilmiş və bunu bütün vərəsələrə bəyan etdirilmişdir. Eyni zamanda, o, 2 övladı ilə birlikdə halhazırda da həmin sahələrdə yaşamasını davam etdirir. İddiaçı bildirir ki, digər vərəsələr miras əmlakdan onun xeyrinə imtina etmişlər. Məhkəmə qeyd edir ki, təqdim edilən məhkəmə qərarları iddiaçının X17 vərəsəsi olmasına dair deyil, fərdi yaşayış evindən X17 vərəsələrinin həmin evdən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. İş mmateriallarında iddiaçının miras əmlakı qəbul etməsi və vərəsə olmasına dair Qanun üzrə ərəsəlik hüququ haqqında Şəhadətnamə və ya miras əmlakın qəbul edilməsinə dair məhkəmə qətnaməsi mövcud deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının X17 vərəsəsi olmasına dair vərəsəlik şəhadətnaməsi və ya miras əmlakın faktiki qəbulu ilə bağlı ilə bağlı məhkəmə qətnaməsi olmadığı halda, inzibati mühakimə icraatında qeyd edilən məsələləri qiymət vermək inzibati mühakimə icraatında işə baxan hakim tərəfindən araşdırılmalı məsələ deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). İş materiallarında olan Bakı şəhəri 26 saylı Notariat Ofisinin Xüsusi Notariusu İ.B.Hüseynov tərəfindən qəbul edilmiş 08 aprel 2022-ci il tarixli Qərarla Notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Qərarda qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı qardaşı X3 miras qalmış ünvan 4 ünvanında yerləşən yaşayış evindən mirasın qəbul edilməsi, ona qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi ilə bağlı 08 aprel 2022-ci il tarixdə təqdim etdiyi ərizə və həmin ərizəyə əlavə edilmiş digər sənədləri nəzərdən keçirərək müəyyən edilmişdir ki, X13 həqiqətən 25 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. Təqdim edilən ərizə və sənədləri nəzərə alaraq hal-hazırda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi aşağıdakı səbəblərə görə mümkün deyil: Təqdim edilən sənədlər sırasında mülkiyyətin hüquqmüəyyənedici sənədi yoxdur. Vərəsəlik işinin aparılması üçün tələb edilən sənədlərin təqdim edilməməsi və mərhumun digər vərəsələri (bacı, qardaşları) ilə əmlak bölgüsü ilə bağlı aralarında olan mübahisə. Məhkəmə qeyd edir ki, mirasın formal üsuli kimi qəbulundan notariusun qərarı ilə imtina edildiyi görünür. İddiaçı tərəfindən notariusun həmin qərarını (hərəkətini) mübahisələndirməsi müəyyən edilmir. Məhkəmə mirasın faktiki olaraq qəbul edilməsi ilə bağlı isə bidirir ki, qeyd edilən hal mülki mühakimə icraatında araşdırılmalı və qiymət verilməli məsələdir. Notairusun imtina qərarından görünüyü kimi, mərhumun digər vərəsələri (bacı, qardaşları) ilə əmlak bölgüsü ilə bağlı aralarında olan mübahisə vardır. İddiaçı tərəfindən mirasın irsi transmissiya ilə qəbul edilib-edilməsi, iddiaçı tərəfindən mirasın faktiki oaraq qəbul edilməsi, digər vərəslərin miras əmlakdan iddiaçının xeyrinə, yoxsa ümumiyyətlə miras əmlakın qəbulundan imtina edib-etməmələri mülki mühakimə icraatında araşdırımalı məsələlərdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Sadalanan normalardan göründüyü kimi, mülkiyyət və digər əşya hüquqlarının ölmüş şəxsə məxsus olmasında dair arayış, hüquq sahibinin qanun üzrə, və ya vəsiyyət üzrə vərəslərinə verilir. Baxılan işdə isə, iddiaçının mərhum X17 qanun üzrə və ya vəsiyyət üzrə vərəsəsi olması müəyyən edilmir. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbini təsdiq edən sənədləri təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə olmasına dair arayışın verilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1662/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1662/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver