Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1663/2023 27.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İ. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.20N7-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N992-N994-cü illərdə Azərbaycan Respublikasının ərazisi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmişdir. Ona xəstəlik “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir. xx.xx.20N7-ci il tarixdə səhiyyə müəssisəsinin 4NN0003AABNC nömrəli göndərişi (forma 88) ilə cavabdeh tərəfindən ona 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. 2020-ci ilin yanvar ayında pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman məlum olmuşdur ki, cavabdeh tərəfindən əlillik vəziyyəti əsasız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilmişdir. Cavabdeh onun əlillik hüquqlarını əsasız olaraq pozmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin N8 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.20N7ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin 27 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikası ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar xx.xx.20N7-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin əlilliyə dair qiymətləndirmənin əlillik alt sistemində etibarsız hesab edildiyi xx.xx.20N9-cu il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Tibb İdarəsinin xx.xx.20N7-ci il tarixli 4NN0003AABNC saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X2; XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posstravmatik ensefalopatiya, generalizə olunmuş tez-tez baş verən epileptik gıcolma tutmaları ilə (ayda 7-8 dəfə).vertebro-bazilyar sistemdə keçirilmiş işemik tipli pozğunluqların nəticələri, yaddaş zəifliyi və idrakın enməsi. Şəkərli diabet İİ tip, çoxsaylı ağırlaşmalarla. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, BQDÇ İİ dərəcə, dissirkulyator ensefalopatiya .vestibulyar - vegetativ krizlər.koordinator – statik pozğunluqlar, kəskin asteno-nevrotik sindrom. Kəllədaxili hipertenziya., Üix.stabil gərginlik stenokardiyası FS İİİ, tez-tez tutmalarla. Hipertoniya xəstəliyi İİİ mərhələ, ən yüksək risk . QDÇ - İİ dərəcə. Onurğa sütünunun yayılmış osteoxondrozu .skolioz-N dərəcə, kəskin, davamlı, kökçük ağrıları, tez-tez residiv gedişli xroniki boyun radikulopatiyası. Qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyyəsində bir ədəd, döş gəfəsinin sağ ön səthində bir ədəd, sol əlin N-ci barmağının distal falanqalası proyeksiyasında bir ədəd çapıq toxumaları (N993-ci il döyüş zonası); Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.NN. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40- G4N.9);” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. X8 Nazirliyinin Tibb İdarəsi xx.xx.20N9-cu il tarixli 029-3854-N2N9/5 nömrəli məktubla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisəsləri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilməklə göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınmasını xahiş etmişdir. İddiaçının adı göndərişlərin etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış N0 iyul 2022-ci il tarixli, **********0 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, Agentlikdə nəzarət qaydasında əyani müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2020-ci ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik etibarsız edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış N0 noyabr 2022-ci il tarixli, **********N saylı məktubda bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyəti Daxili işlər Nazirliyinin Tibb İdarəsinin 4NN0003AABNC nömrəli göndərişi əsasında xx.xx.20N7-ci il tarixdə elektron qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış yoxlamanın nəticəsi üzrə tərtib olunmuş 4NN0003AABNC nömrəli göndəriş etibarsız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Qeydiyyatda olduğu dövlət tibb müəssisəsi tərəfindən müayinə-müalicə olunacağı və tibbi göstəriş olarsa göndəriş (Forma-088) rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, İddiaçı 08 avqust 20N7-ci il tarixdə “Keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posstravmatik ensefalopotiya, generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları ilə (ayda 7-8 dəfə).vertebro-bazilyar sistemdə keçirilmiş işemik tipli pozğunluqların nəticələri, yaddaş zəifliyi və idrakın enməsi. Şəkərli diabet İİ tip, çoxsaylı ağırlaşmalarla. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, BQDÇ İİ dərəcə, dissirkuİyator ensefalopatiya, vestibulyar-vegetativ krizlər, koordinator-statik pozğunluqlar, kəskin asteno-nevrotik sindrom. Kəllədaxili hipertenziya., Üix.stabil gərginlik stenokardiyası FS İİİ, tez-tez tutmalarla. Hipertoniya xəstəliyi İİİ mərhələ, ən yüksək risk. QDÇ İİ dərəcə. Onurğa sütununun yayılmış osteoxondrazu, skoliaz – İ dərəcə, kəskin, davamlı, kökçük ağrıları, tez-tez residiv gedişli xroniki boyun radikulopatiyası. Qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyəsində bir ədəd, döş qəfəsinin sağ ön səthində bir ədəd, sol əlin İ barmağının distal falanqalası proyeksiyasında bir ədəd çapıq toxumaları” diaqnozu ilə qiymətləndirilmiş, əlilliyin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmiş, əlillik səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Arxiv tərəfindən iddiaçıya təqdim olunmuş arxiv arayışına əsasən N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: ə/k - N992-N994, səh. 4) N968-ci il təvəllüdlü sıravi İddiaçı xx.xx.N993-cü il tarixdə xidmətə çağrılması və N №-li hərbi hissəyə göndərildiyi üçün komandirin xx.xx.N994-cü il tarixli N №-li əmri ilə hərbi hissədən azad olunması barədə qeydiyyat aparılmışdır. Lakin komandirin xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrində İddiaçı xidməti barədə məlumat aşkar olunmayıb. N №-li hərbi hissə komandirinin 0N fevral N994-cü il tarixli N №-li əmrinin N9-cu paraqrafına əlavə olunmuş “hərbi hissəni özbaşına tərk etmiş şəxsi heyətin adlı siyahısın”da (əsas: sıra N02) N968-ci il təvəllüdlü Cəbrayıl RHK çağrışçısı sıravi İddiaçı xx.xx.N994-cü il tarixdə hərbi hissəni tərk etməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N aprel N994-cü il tarixli 363 №li əmrində (əsas: § N, sıra 59, əmrdə adı yazılmayıb, atasının adı “İmiş” yazılmışdır) N №li hərbi hissədən fərarilikdən qayıtmış Cəbrayıl RHK çağrışçısı Abdullayev ... İmiş oğlunun şəxsi heyət siyahısına, bütün növ təminatlara salınması barədə məlumat vardır. Əmrdə adı yazılmadığından və atasının adı “İmiş” yazıldığından məlumatın İddiaçı aid olduğu təsdiq edilə bilmir. Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Silahlı Qüvvələrdən ehtiyata tərxis olunduğundan (25 yaş və ondan yuxarı yaş həddinə görə) 2-ci MAT-da xidmət edən sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N fevral N996-cı il tarixli 34 №-li əmrilə (əsas: § N, səh. 60, sıra 92) şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Sumqayıt ŞHK-na göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 29 iyul 20N6-cı il tarixli, 7N0 saylı qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N993-cü ilin avqust ayında aldığı və xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri – diaqnoz: Qəlpə yaralanmalarından sonra başın sol arxa ənsə nahiyəsində bir ədəd, döş qəfəsinin sağ ön səthində bir ədəd, sol əlin İ barmağının distal falanqalası proyeksiyasında bir ədəd çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin xx.xx.20N6-cı il tarixli N363 nömrəli göndərişi, xx.xx.20N6-cı il tarixli, 3N6 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.20N6-cı il tarixli, 272 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir.) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx.xx.20N9-cu il tarixli 029- 3854-N2N9/5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslılığının araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciətinə baxılmışdır. Müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara nazirliyin tibb müəssisəsləri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş olunmuşdur. Cavabdeh tərəfindən məhkəmənin iddiaçıya təyin olunmuş əlilliyin dayandırılması və ya etibarsız hesab edilməsi barədə hər hansı qərarın mövcud olub-olmaması, olduğu təqdirdə İddiaçı aparılmış inzibati icraata cəlb edilib-edilməməsi barədə sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4NN0003AABNC nömrəli göndərişi əsasında xx.xx.20N7-ci il tarixdə şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlər üzərindən qiymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərişlərin əsaslılığının müəyyən edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi ilə birgə araşdırılma aparılmış və Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.20N9-cu il tarixli 029-3854-N2N9/5 nömrəli məktubu ilə təqdim olunan siyahıda adları qeyd olunan şəxslərə aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar olaraq İddiaçı aparılmış əlillik təyinatı xx.xx.20N9-cu il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində ləğv olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. İİ. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N5-ci il 30 dekabr tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin N.2-ci bəndinə əsasən, əlillik və ya N8 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. X5-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmiş (bax 3cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli N077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və XN 3.N.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin N.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin N.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: N.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasından: 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 7N-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X7 Konvensiyasından irəli gəlir. -Konstitusiyanın N2-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. -X7 Konvensiyasının N-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən: Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququn qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, N3, 67-69-cu maddələrində əksini tapmışdır. -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayı verilmişdir. -N3-cü maddə etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - N3.N. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - N7. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - N9.N. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - N9.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.N. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il N6 yanvar tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - N.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi Tibbi Sosial Ekspert komissiyası tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Məhkəmə müəyyən edir ki, iddiaçıya ilkin əlillik xx.xx.20N7-ci ildə təyin olunmuş, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində əlilliyin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.20N9-cu il tarixli 029-3854-N2N9/5 nömrəli məktubuna istinad edilmiş, cavabdehin əsaslandığı həmin məktub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq məktubuna cavab olaraq verilmişdir. Həmin məktubun məzmununa əsasən göndərişlərin etibarsız hesab edilməsinin nəzərə alınması xahiş edilmişdir. Bununla da cavabdeh tərəfindən xx.xx.20N7-ci ildə iddiaçıya təyin edilmiş ikinci dərəcəli əlilliyin ləğv edilməsinə dair əsaslı şübhələrin olmadığı müəyyən edilmiş, bu cür halların mövcudluğuna dair cavabdeh orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab edərkən cavabdeh orqan yalnız müvafiq elektron sistemdə düzəliş etməklə kifayətlənmiş, qanunvericilik normalarının tələbləri pozularaq əlilliyin ləğv edilməsi barədə hər hansı inzibati qərar qəbul edilməmiş, bu barədə iddiaçıya məlumat verilməmişdir. Məhkəmə hesab edir ki, bu hal cavabdehə hər hansı icraat aparmadan iddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin etibarsız hesab edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh, iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona ikinci dərəcə əlillik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən, göndərişi verən orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubuna əsasən Altsistem vasitəsilə etibarsız hesab etməkdə qanunsuzluğa yol vermişdir. Həmçinin iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlil olmaması ilə bağlı cavabdeh inzibati akt qəbul edə bilərdi. İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh iddiaçının əlilliyini Əlilliyin Qiymətləndirilməsi altsistemində ləğv etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik altsistemində iddiaçıya aid qiymətləndirməni ləğv etmişdir Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh inzibati icraat haqqında qanunvericiliklə tələb olunan qaydada lazımi inzibati icraat aparmamış və iddiaçının əlilliyinin ləğv edilməsi barədə hər hansı əsaslandırılmış qərar (inzibati akt) qəbul etməmişdir. Cavabdeh öz hərəkətlərinin qanuniliyini Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin məktubu ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 20N5-ci il tarixli 4N3 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 yanvar 2020-ci il tarixli NN nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.20N9-cu il tarixli 029-3854-N2N9/5 nömrəli məktubuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsin əlillik dərəcəsini ləğv etməkdə cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əlilliyin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.N-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, cavabdehin hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehin hərəkətləri qanunsuz hesab olunmalı, İddiaçı 4NN0003AABNC nömrəli, xx.xx.20N7-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.20N9-cu il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.N, 23.N, 58.7, 69, 75, 78 – 79, 8N, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 4NN0003AABNC nömrəli, xx.xx.20N7-ci il tarixli Forma 88 əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyin etibarsız hesab olunduğu xx.xx.20N9-cu il tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-1663/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1663/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver