Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1664/2020 06.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadəninkatibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “bağ torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Vəkil cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 226 BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan «4468v» saylı bağ sahəsinə dair iddiaçının adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 226 BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan «4468 v» saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı ilə iddiaçıya Sabunçu rayonu, Ləhiş bağlar massivində 226 BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan «4468 v» saylı bağ sahəsi ayrılmışdır. Həmin vaxtdan bağ sahəsi onun qanuni istifadəsindədir. 2017-ci ildə iddiaçı həmin bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin sonuncu tərəfindən iddiaçıya bildirilmişdir ki, onun bağ sahəsinə dair başqa bir şəxsin adına çıxarış verilmişdir. Sonra cavabdeh tərəfindən iddiaçıya o da bildirilmişdir ki, X11 onun torpaq sahəsinə xx.xx.2015-ci il tarixdə dövlət reyestrindən çıxarış almışdır. Çıxarışda bağ sahəsinin nömrəsi 729 saylı göstərilmişdir. Halbuki həmin bağ sahəsi əvvəllər X3 məxsus olmuş, lakin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 94 saylı sərəncamına əsas tuturaq 5 inzibati orqanın yaratdığı komissiya tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli akta əsasən 729 saylı bağ sahəsinə verilmiş order ləğv edilmişdir. Həmin order ləğv edildiyi halda Quliyev Abbas qanunsuz olaraq öz adına çıxarış almış, həmin bağ sahəsinin koordinatlarını iddiaçının bağ sahəsinin koordinatları ilə dəyişmişdir. Halbuki, 729 saylı bağ sahəsi iddiaçıya məxsus bağ sahəsindən 2 km məsafədə yerləşir. Ona görə də iddiaçı 2017-ci ildə iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən sahəsi 0,118 ha torpaq sahəsindən ibarət olan 729 saylı bağ sahəsinə dair Bakı şəhəri 38 saylı notariat X1 ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən sahəsi 0,118 ha torpaq sahəsindən ibarət olan 729 saylı bağ sahəsinə dair X5 adına verilmiş seriya RX, ******* saylı, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən sahəsi 0,118 ha torpaq sahəsindən ibarət olan 729 saylı bağ sahəsinə dair X2 adına verilmiş seriya RX, ******* saylı, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş xx.xx.2015-ci il tarixli, seriya RX, ******* saylı dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini, cavabdeh X9 ona məxsus Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 226 BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan «4468v» saylı bağ sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-2272/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-2272/2017 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə icra olunmuş və cavabdehlər iddiaçıya məxsus bağ sahəsindən çıxarılmışlar. DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2019cu il tarixli məktubu ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)-2272/2017 saylı qətnaməsinin icra olunduğu və digər şəxslərin adına sözügedən bağ sahəsinə dair verilmiş çıxarışların ləğv edildiyi göstərilmişdir. Bundan sonra iddiaçı yenidən cavabdeh inzibati orqana müraciət edərək, ona məxsus bağ sahəsinə dair adına çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən ona əsassız olaraq imtina edilmiş, imtinaya əsas kimi sənədlərin əsllərinin təqdim edilmədiyi göstərilmişdir. İddiaçı isə cavabdehə adına verilmiş orderin əslini, DƏDRX-in Bakı şəhər ərazi idarəsinin xx.xx.2015-ci il tarixli məktubunu, 226 saylı BTK üzvlərinin siyahısını və digər sənədləri təqdim etmiş, xahişi təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 06 mart 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçıya ünvanlanmış cavab məktubunda yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməməsiniməhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 226 nömrəli kooperativ tərəfindən verilmiş orderin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən İddiaçı Ləhiş bağlar sahəsində 226 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan «4468 v» nömrəli bağ sahəsi ayrılmışdır. İşə əlavə edilmiş, DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********95 nömrəli cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 4468V saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən ünvanda yerləşən bağ sahəsinə dair sənədlərin əsli 1 saylı Bakı Ərazi idarəsinə təqdim edildiyi təqdirdə müraciətinizə yenidən baxılacaqdır. Yuxarıda qeyd edilənlərdən əlavə iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(008)- 2272/2017 saylı qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X10 və X6 qarşı alqı-satqı müqaviləsinin, çıxarışlann etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən sahəsi 0.12 ha torpaq sahəsindən ibarət olan 729 saylı bağ sahəsinə dair X2 adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli və Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.118 ha torpaq sahəsindən ibarət olan 729 saylı bağ sahəsinə dair RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən, 0.118 ha torpaq sahəsindən ibarət olan 729 saylı bağ sahəsinə dair X5 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 0.118 ha torpaq sahəsindən ibarət olan 729 saylı bağ sahəsinə dair Bakı şəhəri 38 saylı Notariat X1 ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etbarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən sahəsi 0.118 ha torpaq sahəsindən ibarət olan 729 saylı bağ sahəsinə dair X9 adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və X9 Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlar massivində yerləşən 0.118 ha torpaq sahəsindən ibarət olan 4468V saylı bağ sahəsindən çıxanlması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-7225/2018 saylı qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X10 və X6 qarşı alqı-satqı müqaviləsinin, çıxarışların etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsinin cavabdeh X10 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir; - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış **********31 saylı, xx.xx.2019-cu il tarixli məktubda sonuncunun 2(008)- 2272/2017 saylı, xx.xx.2018-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2272/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən X2 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli və RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli, X5 adına verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli, X9 adına verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli reyestrdən çıxarışlar İdarə tərəfindən ləğv edilmişdir. İşə, həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin 06 noyabr 2015-ci il tarixli, 3164 saylı məktubunun, 226 BTK nəzdində Ləhiş bağ tikinti kooperativi üzvlərinin siyahısının surətləri və digər sənədlər də əlavə edilmişdir. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair order iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Qeyd olunan maddənin məzmunundan müəyyən olunur ki, torpaq sahəsi üzərində hüquqların yaranmasının əsaslarından biri bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən orderlər hesab olunur. İş materiallarından və qüvvədə olan məhkəmə qərarlarından görünür ki, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 226 BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan «4468 v» saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 20 iyun 1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən İddiaçı ayrılmışdır. İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsinin Ləhiş bağlar sahəsindəki 226 nömrəli kooperativ tərəfindən verilmiş orderə uyğun olaraq qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və onun adına çıxarış verilməsi barədə cavabdeh inzibati orqana müraciət etmişdir ki, həmin sahəyə dair hüquqla bağlı əvvəllər mövcud olmuş mübahisəli hal da məhkəmə müstəvisində öz həllini tapmışdır. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Daha sonra, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İşin şərh edilən hallarından müəyyən olunur ki, iddiaçı torpaq sahəsinin onun qanuni istifadəsində olduğuna dair qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 226 BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan «4468V» saylıbağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən, 226 BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan «4468 V» saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1664/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1664/2020
06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver