Məhkəmə qərarları › İş №2-1(112)-1664/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1664/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1664/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni 01.08.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1959-cu il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. 31.12.1976-cı il tarixdən 19.10.2010-cu il tarixədək əmək stajı vardır. Presləyici- vulkanlaşdırıcı, kəsici, presləyici-vərdənəçi vəzifələrində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (2110A00- A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: a) sexlərdə (sahələrdə): kalandr, yığım, qol, nəqliyyat lentləri, kəmərlər (qayış), avtokamer, qəlibləyən və qəlibləməyən texnika (rezin qəlibləyən və qəlibləməyən hissələrin emalını çıxmaq şərtilə), rezin ayaqqabı (çeşidləmə və qablaşdırma sahələrini çıxmaq şərtilə), biçmə-boyama, makan məmulatları, ebonit və ondan məmulatlar, havauçuşu və mühəndis malları, məsaməli məmulatlar, kimyəvi müdafiə vasitələri, rezinləşdirilmiş parçalar, qapalı tutumların və kimyəvi aparaturaların, vərdənə və digər məmulatların, regeneratın (köhnə rezin sahələri və hazırlama sexlərini çıxmaq şərtilə), quttaperçin yapışqanlaşdırılması) həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 8.3.1 A (Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin rəhbərləri, mütəxəssisləri və fəhlələri: a) sexlərdə (sahələrdə): kalandr, yığım, qol, nəqliyyat lentləri, kəmərlər (qayış), avtokamer qəlibləyən və qəlibləməyən texnika (rezin qəlibləyən və qəlibləməyən hissələrin emalını çıxmaq şərtilə), rezin ayaqqabı (çeşidləmə və qablaşdırma sahələrini çıxmaq şərtilə), biçməboyama makan məmulatları, ebonit və onun məmulatları, havauçuşu və mühəndis malları, məsaməli məmulatlar, kimyəvi müdafiə vasitələri, rezinləşdirilmiş parçalar, qapalı tutumların və kimyəvi aparaturaların, vərdənə və digər məmulatların, regeneratın (köhnə rezin sahələri və hazırlama sexlərini çıxmaq şərtilə) quttaperçin yapışqanlaşdırılması bəndində öz əksini tapmışdır. 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi stajı vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin sonuncu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 10 avqust 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21398,70 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə doğulmuş Qəmbərov X3 şəhəri, H.Əliyev prospekti, ev ½, mənzil 71 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus 05.12.1980-ci il tarixli 68 №li “Kolxozçunun əmək kitabçası”nın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 31.10.1976-cı ildən 05.11.1980-ci ilədək Kəlbəcər rayon Puşkin adına kolxozda, 13.01.1981-ci ildən 04.05.1982-ci ilədək isə X1 işləmişdir. Azərbaycan Respublikasının Dövlət X4 tərəfindən verilmiş 05.04.2021-ci il tarixli 117 saylı məktubundan müəyyən olunur ki, filialda mühafizə olunan arxiv fondu X2 şəxsi heyət üzrə əmr kitablarında İddiaçı qeyd edilmişdir. Kombinatın 20 yanvar 1981-ci il tarixli 28/k saylı əmrinə əsasən İddiaçı 13.01.1981-ci il tarixdən əyrici sexinə trepalşik şagirdi qəbul edilmişdir. F.№ 192, siy. № 8, sax/vah. № 220, vərəq № 19. Kombinatın 13 aprel 1982-ci il tarixli 157/k saylı əmrinə əsasən trepalşik İddiaçı 25.04.1982-ci il tarixdən işdən azad edilmişdir. F.№ 192, siy. № 8, sax/vah. № 233, vərəq № 387. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin 07 aprel 2021-ci il tarixli 432 nömrəli məktubundan müəyyən olunur ki, 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən 15.11.1977-ci il tarixdən 03.12.1979-cu il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsas : Hərbi bilet NZ № 3640066. 15.07.1985-ci il tarixli əmək kitabçasının təsdiq və tərcümə olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 04.03.1983-cü ildə “Azrezintexnika” zavoduna 2 saylı qəlib texnikası sexində vulkanizator-presləyici şagirdi vəzifəsinə qəbul edilmişdir (Əmr № 33/k, 04.03.1983); 05.10.1983-cü ildə 2-ci dərəcəli presləyici vəzifəsinə keçirilmişdir (Əmr № 146/k, 10.10.1983); 05.10.1984-cü ildə 3-cü dərəcəli pres kəsən vəzifəsinə keçirilmişdir (Əmr № 139/k, 05.10.1984); 02.07.1985-ci ildə həmin sexdə 2-ci dərəcəli vulkanizatorpresləyici vəzifəsinə keçirilmişdir ( Əmr № 93/k, 03.07.1985); 10.04.1986-cı ildə həmin sexdə 6-cı dərəcəli usta köməkçisi vəifəsinə keçirilmişdir ( Əmr № 59/k, 10.04.1986); 23.07.1987-ci ildə 6-cı dərəcəli vulkanizator-presləyici vəzifəsinə keçirilmişdir (Əmr № 127/k, 27.07.1987); 13.03.1989-cu ildə həmin sexdə pres kəsən vəzifəsinə keçirilmişdir (Əmr № 40/k, 13.03.1989); 31.05.1989-cu ildə pres kəsən briqadiri seçilib (Əmr № 78/k, 31.05.1989); 01.06.1994-cü ildə əməyin yeni ödəniş şərtlərinə keçidlə və təkrar tarifikasiya ilə əlaqədar olaraq 8-ci dərəcə müəyyən edilmişdir (Əmr № 81/k, 04.08.1994); 01.03.1999-cu ildə istehsalat şöbəsinə 10-cu dərəcə ilə istehsalatın hazırlığı üzrə mühəndis vəzifəsinə keçirilmişdir (Əmr № 14/k, 22.02.1999); 12.05.2000-ci il tarixdə 2 saylı formalı rezin istehsal edən sexə 11-ci dərəcə ilə sahə ustası vəzifəsinə keçirilmişdir (Əmr № 35/k, 15.05.2000);01.08.2000-ci ildə sınaq sahəsinə 6-cı dərəcə ilə r/q vərdənçisi keçirilmişdir (Əmr № 52/k, 01.08.2000); 01.06.2001-ci ildə Sınaq sahəsinə 12-ci dərəcəli rəis vəzifəsinə keçirilmişdir (Əmr № 0533/k, 30.05.2001); 03.09.2001-ci il tarixdə 2 saylı formalı rezin istehsal edən sexə 6-cı dərəcə ilə presləyici vəzifəsinə keçirilmişdir (Əmr № 40/k, 12.09.2001); 25.11.2002-ci il tarixdə 8-ci dərəcəli presləyici vəzifəsinə keçirilmişdir (Əmr № 79/k, 25.11.2002); 02.05.2005-ci ildə ştat cədvəlinin dəyişməsi ilə əlaqədar olaraq 2 saylı sahədə 6-cı dərəcə ilə presləyici vulkanizatorçu vəzifəsinə keçirilmişdir (Əmr № 41/k, 24.05.2005); 01.09.2005-ci il tarixdə ştat cədvəlinə əsasən 7-ci dərəcəli presləyicivulkanizatorçu təyin edilmişdir (Əmr № 65/k, 07.09.2005);01.10.2007-ci ildə imtahanların nəticəsinə görə 8-ci dərəcə presləyici vəzifəsinə təyin edilmişdir (Əmr № 46/k, 01.10.2007); 19.11.2010-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 33/k, 19.11.2010). “X6” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 02.04.2021-ci il tarixli güzəştli arayışda qeyd olunmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən “Azrezintexnika’' istehsalat birliyinin X6 məmulatları zavodunda aşağıda göstərilən fəhlə peşəsində işləmişdir. 04.03.1983-cü il tarixdən zavodun 2№-li formalı texniki rezin məmulatları istehsalı sexinə xüsusi zərərli iş şəraitində işləməklə presləyici-vulkanlaşdırıcı şagirdi qəbul edilib. Əmr №-33/k 04.03.1983-cü il; 05.10.1983-cü il tarixdən 2 №-li formalı texniki rezin məmulatları istehsalı sexində presləyici-vulkanlaşdırıcı 2 dərəcə ilə. Əmr №146/k. 10.10.1983-cü il; 05.10.1984-cü il tarixdən həmin sexə 3 dərəcə ilə zərərli iş şəraitində işləməklə kəsici keçirilib. Əmr №-139/k. 05.10.1984-cü il; 02.07.1985-ci il tarixdən həmin sexə 2 dərəcə ilə xüsusi zərərli iş şəraitində işləməklə presləyicivulkanlaşdırıcı keçirilib. Əmr №-93/k. 03.07.1985-ci il; 10.04.1986-cı il tarixdən həmin sexə 6 dərəcə ilə zərərli iş şəraitində işləməklə usta köməkçisi keçirilib. Əmr №-59/k,82/k, 10.04.1986-cı il. 19.05.1986-cı il; 23.07.1987-ci il tarixdən həmin sexə zərərli iş şəraitində işləməklə briqadir presləyici- vulkanlaşdırıcı keçirilib. Əmr №-126/k, 27.07.1987-ci il; 13.03.1989-cü il tarixdən həmin sexə 3-cü dərəcə ilə zərərli iş şəraitində işləməklə kəsici keçirilib.Əmr №-40/k. 13.03.1989-cü il; 31.05.1989-cü il tarixdən həmin sexə kəsicilərin briqadiri keçirilib. Əmr №-78/k. 31.05.1989-cü il; 24.01.1994-cü il tarixdən kəsicilərin briqadiri 6-cı dərəcə. Əmr №-23/k. 01.03.1994-cü il; 01.06.1994-cü il tarixdən briqadir 7-ci dərəcə. Əmr №-68/k. 08.07.1994-cü il; 01.06.1994-cü il tarixdən kəsici 8-ci dərəcə. Əmr №-81 /k. 04.08.1994-cü il; 01.03.1999-cü il tarixdən istehsalat şöbəsinə 10-cu dərəcə ilə istehsalatın hazırlığı üzrə mühəndis keçirilib. Əmr №-14/k. 22.02.1999-cu il; 01.08.2000-ci il tarixdən Sınaq sahəsinə 6-cı dərəcə ilə vərdənəçi keçirilib. Əmr №-52/k 01.08.2000-ci il; 01.06.2001-ci il tarixdən Sınaq sahəsinə 12-ci dərəcə ilə rəis keçirilib. Əmr №-15/k. 30.05.2001-ci il; 03.09.2001-ci il tarixdən 2№li sexə 6-cı dərəcə ilə presləyici- vərdənəçi keçirilib. Əmr №- 40/k. 12.09.2001-ci il; 25.11.2002-ci il tarixdən presləyici 8-ci dərəcə.Əmr №-79/k. 25.11.2002-ci il; 01.09.2005-ci il tarixdən presləyici-vulkanlaşdırıcı 7-ci dərəcə. Əmr №-65/k. 07.09.2005- ci il; -01.10.2007-ci il tarixdən presləyici 8-ci dərəcə. Əmr №- 46/k. 01.10.2007-ci il; 19.11.2010-cu il tarixdən Azərbaycan Respublikası Əmək Qanun Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. Əmr№ 33/k 19.11.2010-cu il. Xammal və material çatışmamazlığı ilə əlaqədar olaraq zavod üzrə verilmiş əmrlərə əsasən ona əmək haqqı saxlanılmamaqla məzuniyyət verilmişdir. Əmək haqqı saxlanılmamaqla öz hesabına məzuniyyət:-01.07.1997-ci ildən 31.07.1997-ci ilədək. Əmr № 64/k -01.08.2001-ci ildən 31.08.2001-ci ilədək. Əmr № 28/k 1 -11.09.2001 -ci ildən 01.11.2001 -ci ilədək. Əmr № 41 /k,58/k -02.01.2002-ci ildən 01.02.2002-cı ilədək. Əmr № 02/k, 11/k -01.04.2002-ci ildən 08.07.2002-ci ilədək. Əmr № 21/k,52/k -20.10.2004-cü ildən 01.11.2004-cü ilədək. Əmr № 60/k,70itş -03.01.2005-ci ildən 10.01.2005-ci ilədək. Əmr № 01 itş,07/k -11.08.2006-cı ildən 30.08.2006-cı ilədək. Əmr № 60itş,60/k - 13.02.2007-ci ildən 26.04.2007-ci ilədək. Əmr№ 14itş,21 itş -14.02.2008-ci ildən 01.05.2008-ci ilədək. Əmr № 06itş, 14itş -11.06.2008-ci ildən 30.06.2008-ci ilədək. Əmr № 22/k -01.07.2008-ci ildən 31.07.2008-ci ilədək. Əmr № 25/k -01.08.2008-ci ildən 31.08.2008-ci ilədək. Əmr № 21 itş -06.10.2008-ci ildən 02.01.2010-ci ilədək. Əmr № 25,30,32,35itş,42/k -05.01.2010-cü ildən 19.11.2010-cu ilədək. Əmr № 01 /k,33/k. Yekun: 03 il 06 ay 00 gün. Zərərli iş stajı hesablanarkən ümumi iş stajından çıxılmışdır: Güzəştli iş stajı: 24 il 02 ay 15 gündür. “X6” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən presləyici-vulkanizator vəzifəsində 2 nömrəli istehsal sexində 04.03.1983-cü ildən (Əmr № 33/k) 19.11.2010-cu ilədək (Əmr № 33/k) işləmişdir. İşlədyi vəzifə üzrə sosial sığorta stajı 24 il 2 ay 15 gün təşkil edir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq “X6” ASC tərəfindən verilmiş 05.01.2022-ci il tarixli məktubla İddiaçı 04.03.1983-cü ildən 19.11.2010-cu il tarixədək "X6” ASC-də müxtəlif peşələrdə işləməsi və "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin Siyahısfnda güzəştli şərtlərlə pensiyası hüququ verən peşələrə uyğunluq təşkil edilməsi barədə məumatı məhkəməyə təqdim olunmuşdur. “X6” ASC tərəfindən verilmiş 05.01.2022-ci il tarixli məktuba əlavə olunmuş güzəştli arayışdan müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı həqiqətən “Azrezintexnika" istehsalat birliyinin X6 məmulatları zavodunda aşağıda göstərilən fəhlə peşəsində işləmişdir. 04.03.1983-cü il tarixdən zavodun 2№-li formalı texniki rezin məmulatları istehsalı sexinə xüsusi zərərli iş şəraitində işləməklə presləyici-vulkanlaşdırıcı şagirdi qəbul edilib. Əmr №-33/k 04.03.1983-cü il; 05.10.1983-cü il tarixdən 2№-li formalı texniki rezin məmulatları istehsalı sexində presləyici-vulkanlaşdırıcı 2-ci dərəcə ilə. Əmr№146/k. 10.10.1983-cü il; 05.10.1984-cü il tarixdən həmin sexə 3-cü dərəcə ilə zərərli iş şəraitində işləməklə kəsici keçirilib.Əmr №-139/k. 05.10.1984-cü il; 02.07.1985-ci il tarixdən həmin sexə 2-ci dərəcə ilə xüsusi zərərli iş şəraitində işləməklə presləyicivulkanlaşdırıcı keçirilib.Əmr №-93/k. 03.07.1985-ci il; 10.04.1986-cı il tarixdən həmin sexə 6-cı dərəcə ilə zərərli iş şəraitində işləməklə usta köməkçisi keçirilib.Əmr №-59/k,82/k, 10.04.1986-cı il.19.05.1986-cı il; 23.07.1987-ci il tarixdən həmin sexə zərərli iş şəraitində işləməklə briqadir presləyici-vulkanlaşdırıcı keçirilib. Əmr №-126/k, 27.07.1987-ci il; 13.03.1989-cü il tarixdən həmin sexə 3-cü dərəcə ilə zərərli iş şəraitində işləməklə kəsici keçirilib. Əmr №-40/k. 13.03.1989-cü il; 31.05.1989-cü il tarixdən həmin sexə kəsicilərin briqadiri keçirilib. Əmr №-78/k. 31.05.1989-cu il; 24.01.1994-cü il tarixdən kəsicilərin briqadiri 6-cı dərəcə. Əmr №-23/k. 01.03.1994-cü il; 01.06.1994-cü il tarixdən briqadir 7-ci dərəcə.Əmr №-68/k. 08.07.1994-cü il; 01.06.1994-cü il tarixdən kəsici 8ci dərəcə.Əmr №- 81/k. 04.08.1994-cü il; 01.03.1999-cü il tarixdən istehsalat şöbəsinə 10-cu dərəcə ilə istehsalatın hazırlığı üzrə mühəndis keçirilib.Əmr №-14/k. 22.02.1999-cu il; 01.08.2000-ci il tarixdən Sınaq sahəsinə 6-cı dərəcə ilə vərdənəçi keçirilib.Əmr №-52/k. 01.08.2000-ci il; 01.06.2001-ci il tarixdən Sınaq sahəsinə 12-ci dərəcə ilə rəis keçirilib.Əmr №-15/k 30.05.2001-ci il; 03.09.2001-ci il tarixdən 2№ sexə 6-cı dərəcə ilə presləyici-vərdənəçi keçirilib.Əmr №- 40/k. 12.09.2001-ci il; 25.11.2002-ci il tarixdən presləyici 8-ci dərəcə.Əmr №-79/k. 25.11.2002-ci il; 01.09.2005-ci il tarixdən presləyici-vulkanlaşdırıcı 7-ci dərəcə. Əmr №-65/k. 07.09.2005- ci il; 01.10.2007-ci il tarixdən presləyici 8-ci dərəcə.Əmr №-46/k. 01.10.2007-ci il; -19.11.2010-cu il tarixdən Azərbaycan Respublikası Əmək Qanun Məcəlləsinin 69 maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilib. Əmr№ 33/k 19.11.2010-cu il. Xammal və material çatışmamazlığı ilə əlaqədar olaraq zavod üzrə verilmiş əmrlərə əsasən ona əmək haqqı saxlanılmamaqla məzuniyyət verilmişdir: Əmək haqqı saxlanılmamaqla öz hesabına məzuniyyət:-01.07.1997-ci ildən 31.07.1997-ci ilədək. Əmr № 64/k -01.08.2001-ci ildən 31.08.2001-ci ilədək. Əmr № 28/k 1 -11.09.2001 -ci ildən 01.11.2001 -ci ilədək. Əmr № 41 /k,58/k -02.01.2002-ci ildən 01.02.2002-cı ilədək. Əmr № 02/k, 11/k -01.04.2002-ci ildən 08.07.2002-ci ilədək. Əmr № 21/k,52/k -20.10.2004-cü ildən 01.11.2004-cü ilədək. Əmr № 60/k,70itş -03.01.2005-ci ildən 10.01.2005-ci ilədək. Əmr № 01 itş,07/k -11.08.2006-cı ildən 30.08.2006-cı ilədək. Əmr № 60itş,60/k - 13.02.2007-ci ildən 26.04.2007-ci ilədək. Əmr№ 14itş,21 itş -14.02.2008-ci ildən 01.05.2008-ci ilədək. Əmr № 06itş, 14itş -11.06.2008-ci ildən 30.06.2008-ci ilədək. Əmr № 22/k -01.07.2008-ci ildən 31.07.2008-ci ilədək. Əmr № 25/k -01.08.2008-ci ildən 31.08.2008-ci ilədək. Əmr № 21 itş -06.10.2008-ci ildən 02.01.2010-ci ilədək. Əmr № 25,30,32,35itş,42/k -05.01.2010-cü ildən 19.11.2010-cu ilədək. Əmr № 01 /k,33/k. Yekun: 03 il 06 ay 00 gün. Zərərli iş stajı hesablanarkən ümumi iş stajından çıxılmışdır: Güzəştli iş stajı: 24 il 02 ay 15 gündür. Gördüyü işlərin xarakterinə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən 1 № -li Siyahının Vİİİ bölməsinin 1 1080 АО 10 bəndində və 2№-li siyahının X bölməsinin a 2110A010 bəndində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12№-li Qərarına əsasən 2 №-li Siyahının 8-ci bölməsinin 8.3.1.”a”və 8.3 bəndlərində nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21398,70 manat təşkil edir. Göründüyü kimi, müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İş materiallarından görünür ki, iddiaçının ümumi və xüsusi iş stajları işin mübahisələndirilməyən hallarındandır. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək (əmək haqqı saxlanılmamaqla öz hesabına məzuniyyətdə olduğu-01.07.1997-ci ildən 31.07.1997-ci ilədək; 01.08.2001-ci ildən 31.08.2001-ci ilədək; 11.09.2001-ci ildən 01.11.2001-ci ilədək; 02.01.2002-ci ildən 01.02.2002-cı ilədək; 01.04.2002-ci ildən 08.07.2002-ci ilədək; 20.10.2004-cü ildən 01.11.2004-cü ilədək; 03.01.2005-ci ildən 10.01.2005-ci ilədək; 11.08.2006-cı ildən 30.08.2006-cı ilədək; 13.02.2007-ci ildən 26.04.2007-ci ilədək; 14.02.2008-ci ildən 01.05.2008-ci ilədək; 11.06.2008-ci ildən 30.06.2008-ci ilədək; 01.07.2008-ci ildən 31.07.2008-ci ilədək; 01.08.2008-ci ildən 31.08.2008-ci ilədək; 06.10.2008-ci ildən 02.01.2010-ci ilədək; 05.01.2010-cü ildən 19.11.2010-cu ilədək olan dövrlər, cəmi 03 il 06 ay nəzərə alınmadan) 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” “Kimya istehsalatı” adlanan nın 8-ci bölməsinin 8.3-cü bəndində nəzərdə tutulmuşdur: Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin rəhbərləri, mütəxəssisləri və fəhlələri; Asfalt, pek materialları, asfalt-pek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; dekorativ, emulsiya, sürtülmüş, bədii, keramik quru boyaq, xalis əlifdə boyaq; yod-brom suyu (hasilat və hazırlama); polietilendən məmulatlar, polietilen və onların məmulatları əsasında kompozisiyalar; ftor-xlor üzvi birləşmələrin əsasında polimerkimilərdən və polimerlərdən məmulatlar; isti üsulla məmulatlar: plastik kütlələrdən, plastik kütlələr, viniplast polixlorvinil plastikatı (*), fenol və karbomid plastikatları, üzvi şüşədən məmulatların, poliamidin, polimetakril birləşmələrin, stirol və onun polimerkimilərinin əsasında plastik kütlələr; zəylər; sintetik korundu; mineral doldurucuları; dolama məmulatları; akril və metakril birləşmələri əsasında plastik kütlələr; süni qaragül lifl əsasında plastik dəri (*) və süni dərilər (*); lifin kimyəvi hazırlanma şöbəsi; təbii və quyu sodası (hasilatı); parçaların hopdurulması və emalı (*), təbii sulfatın və tenarditin hasilatı; rezin, texniki rezin və şin (8.3.1.). Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Lakin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, hazırki halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün nəzərdə tutulmuş 3 şərtdə (1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006-cı il tarixədək mövcud olmalıdır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması tələb olunmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 01.08.2016-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 57 yaşdan, yəni 01.08.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 02 iyul 2021-ci il tarixli **********1 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 04.05.2021-ci ildə müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (04 may 2021-ci il) əvvəlki illər üçün, yəni 04 may 2018-ci ildən hesablanaraq, ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni 01.08.2016-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar