Məhkəmə qərarları › İş №2-1(112)-1665/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1665/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1665/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı evin 60 saylı mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizəyə əlavə edilən mənzilə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 136 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir.

3. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz və əsassız hesab edilməklə, ünvan 1 ünvanında yerləşən 60 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına ilkin hüquqi qeydiyyata alınması və buna dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun ünvan 2 ünvanında yerləşən 60 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması:

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2006-ci il tarixli “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” nın icrası ilə əlaqədar yaşadığı binanın qəzalı vəziyyətdə olduğu üçün yenidən tikilməsi məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən akt əsasında alınaraq sökülmüşdür və bunun əvəzində həmin bina sakinlərinin yeni mənzillərə köçürülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 19 mart 2012-ci il tarixli, 29-780 BB saylı məktub ilə Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət edərək, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərarın təsdiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 136 nömrəli, 15 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında İctimai mənzil Komissiyasının təklifi nəzərə alınaraq Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yeni inşa edilmiş yaşayış evinin 5 mərtəbəli, 20 mənzilli 44 və 6 mərtəbələri, 60 mənzilli 46 ünvanında yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni mənzillərə köçürülməsi barədə qərar təsdiq edilmişdir. Bununla iddiaçıya ailəsi ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən ev 46, 4-cü giriş, 6-ci mərtəbə, 1 otaqlı, 44.85 kv.m olan 60 saylı mənzil verilmişdir. 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən müvafiq mənzilin plan cizgisi də tərtib edilərək təsdiq edilmişdir. 2012-ci ildən fasiləsiz olaraq müvafiq mənzildə yaşayır. Bundan başqa 150 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş “Forma 2” arayışından da görünür ki, müvafiq mənzil tam kommunal şəraitlidir. Mənzilin bütün kommunal xərcləri mütəmadi olaraq iddiaçı tərəfindən ödənilmişdir. Həmin bina dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. Hətta müvafiq binada yerləşən bəzi mənzillər daşınmaz əmlakın reyestrində ilkin hüquqi qeydiyyata alınmış və müvafiq reyestrdən çıxarışlar və texniki sənədlər verilmişdir.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya etirazında iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi

9. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

10. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

11. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Hazırkı iddia yaşayış sahəsinin qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

14. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən müəyyən edilir ki: - Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 24 saylı mənzil növbəsinə qəbul edilməsi haqqında Sərəncamı ilə Səbiyyə Nurməmməd qızı 17 nəfər ailə tərkibi ilə- özü, qızı Solmaz – 4 nəfər, oğlu Vahid – 4 nəfər, oğlu Nizami – 8 nəfər olmaqla birinci qrup əlil kimi mənzil növbəsinə qəbul edilmiş və növbədənkənar siyahıya salınmışdır. -“Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin xx.xx.1995-ci il tarixli 01-10/799 saylı məktubu ilə Ə.Ç.Əmirov adına NQÇİ-nin müdriyyəti İddiaçı 5 nəfər ailə tərkibi ilə pasport qeydiyyatı və mənzil hüququ olmayan Lökbatan qəsəbəsi, Lenin prospekti, ev 40, mənzil 12-də (qəzalı, qamış ev, 3 otaqlı, yaşayış sahəsi 43 kv.metr) müvəqqəti, mənzil şəraitinin yaxşılaşdıranadək yaşamağa icazə vermişdir. -Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının xx.xx.2011-ci il tarixli aktının surətindən görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 24, 24 “a”, 25 və 27-ci məhəllələrdə 6 mərtəbəli (+çardaq, -3.30 metr səviyyəsində zirzəmi) 4 girişli yaşayış binası (2 saylı) istismara qəbul edilmişdir. -Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının təsdiq edilməsi haqqında” 27 fevral 2006-cı il tarixli 1338 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən, kəskin qəzalı vəziyyətdə olan qamış konstruksiyalı yaşayış evlərində yaşamış və yeni tikilmiş yaşayış evlərinə köçürülmüş sakinlərə müvafiq hüquqtəsdiqedici sənədlərin verilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının xx.xx.2012-ci il tarixli 2 nömrəli protokolu ilə “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin xx.xx.1995-ci il tarixli 01-10/799 nömrəli məktubu əsasında ünvan 3 ünvanında yaşamış, Lökbatan qəsəbəsi, Massiv 2, ev 1 ünvanında anası Səbiyyə Nurməmməd qızına məxsus evdə qeydiyyatda olan, xx.xx.1993-cü il tarixindən 4 nəfər (özü, həyat yoldaşı, 2 qızı) ailə tərkibi ilə Qaradağ Rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə növbədənkənar mənzil növbəsinə dayanmış, ünvan 4 ünvanında inşa edilmiş 60 mənzilli yaşayış binasından 4-cü giriş 6-cı mərtəbədə yaşayış sahəsi 20.3 kv.metr olan 1 otaqlı 60 nömrəli mənzilə köçürülmüş İddiaçı adları aşağıda göstərilən ailə üzvləri ilə birlikdə müvafiq hüquqtəsdiqedici sənədlərin verilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət edilməsi qərara alınmışdır: İddiaçı, X11, X4, X6. -Həmin Protokola əsasən ARDNŞ tərəfindən xx.xx.2012-ci il tarixdə 29-780BB nömrəli məktubla Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edilmiş və göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 nömrəİi Sərəncamının icrası haqqında” ARDNŞ prezidentinin 13 iyun 2006-cı il tarixli 101 nömrəli Əmri ilə tədbirlər proqramı təsdiq edimişdir. Belə ki, ARDNŞ-nin Sosial İnkişaf İdarəsinin sifarişi əsasında ünvan 5 ünvanında 5 mərtəbəli 2 girişli 20 mənzilli və S.Orucov küçəsi 46 ünvanında 6 mərtəbəli 4 girişli 60 mənzilli yaşayış binaları inşa edilmişdir. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən kəskin qəzalı qamış konstruksiyalı binalarda yaşayan sakinlərin bir hissəsi qeyd olunan yeni tikilmiş yaşayış binalarına köçürülmüş, nəticədə digər qəzalı evlərdə yaşayan sakinlərin köçürülməsi məqsədilə yeni yaşayış evlərinin tikintisi üçün 3 qəzalı ev tamamilə, 1 qəzalı ev isə qismən sökülmüşdür. Yeni yaşayış binalarına köçürülənlərdən 32 nəfəri ARDNŞ üzrə, 2 nəfəri isə yaşayış yeri üzrə mənzil növbəsindədir. 44 ailə isə yeni yaşayış binalarının tikintisi məqsədilə sökülmüş qamış konstruksiyalı evlərdə yaşayan ailələrdir. Qamış konstruksiyalı kəskin qəzalı evlərdə yaşamış sakinlərin yeni mənzillərə köçürülməsi və müvafiq hüquqtəsdiqedici sənədlərin verilməsi məqsədilə Azərbaycan Respublikası Respublika X19 Rəhbərliyi və ANQSİHİ Respublika Komitəsinin birgə iclası keçirilmiş, bununla bağlı müvafiq protokol tərtib edilmişdir.” Məktubla qəbul edilmiş qərarların təsdiq edilməsi üçün qeyd olunan protokol və mənzil uçotunda olanların mənzil uçot qovluqları Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə göndərilmiş, məktubda Qaradağ RİH (yaşayış yeri) üzrə mənzil uçotunda olmaqla yeni mənzillərə köçürülənlər siyahısında İddiaçı adı 2-ci sırada qeyd olunmuş, köçürüldüyü binanın ünvanı olaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 46 göstərilmişdir. - Həmin məktuba əsasən Bakı Şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısı xx.xx.2012-ci il tarixli 136 saylı Sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciətlərini və Qaradağ rayon İcra Hakimiyyəti başçısı aparatı yanında “İctimai mənzil komissiyası”nın təklifini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən qəza vəziyyətində olan evlərdən sakinlərin yeni inşa edilmiş 44 saylı 5 mərtəbəli 20 mənzilli və 46 saylı 6 mərtəbəli 60 mənzilli yaşayış evlərindəki yeni mənzillərə köçürülməsi barədə qərarı təsdiq etmiş, həmin Sərəncamın 1.59-cu bəndinə əsasən Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, 4-cü giriş, 6-cı mərtəbə, 1 otaqlı 20.3 kv.m. olan 60 saylı mənzil İddiaçı 4 nəfər ailə tərkibinə verilmişdir: İddiaçı 1961, özü, X10-1957, h/yoldaşı, X3 -1989, qızı, X5- 1991, qızı. - Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 46 nömrəli 6 mərtəbəli evin 6-cı mərtəbəsində, sahəsi 20.3 kv.m olan 60 saylı 1 otaqlı mənzildə yaşayır. Mənzil tam kommunal şəraitlidir və mənzildə daimi qeydiyyatda olan 4 nəfər vardır: İddiaçı, X11, X7, X8. - 21.06.2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, 60 nömrəli mənzilin hüquq müəyyənedici sənəd üzrə yaşayış sahəsi 20.3 kv.metr, faktiki yaşayış sahəsi 20 kv.metr, köməkçi sahəsi 25.3 kv.metr olmaqla ümumi sahəsi 45.3 kv.mdir. Ünvanda icazəsiz tikili yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport. Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2013-cü il tarixədək ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş. xx.xx.2013-cü il tarixdən hazıra kimi ünvan 8 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********93 nömrəli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. -İşdə olan xx.xx.2022-ci il tarixli **********903, **********914, **********902 nömrəli ərizələrdən görünür ki, X8, X7 və X1 rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 46, mənzil 60 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə razıdırlar, etirazları yoxdur.

15. Beləliklə, işin sadalanan halları ilə iddiaçının xx.xx.1993-cü ildə Qaradağ rayonu üzrə mənzil uçotuna götürülməsi, xx.xx.1995-ci ildə “Azneft” İB-nin Ə.Ç.Əmirov adına NQÇİ tərəfindən iddiaçıya Lökbatan qəsəbəsi, Lenin prospekti, ev 40, mənzil 12-də mənzil şəraitini yaxşılaşdıranadək, müvəqqəti yaşamağa icazə verilməsi, daha sonra həmin binanın qəzalı vəziyyətdə olduğundan sökülməsi və iddiaçının sökülmüş mənzil əvəzinə S.Orucov küçəsi, ev 46, mənzil 60 ünvanına köçürülməsi, bu halın Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli 136 saylı Sərəncamı ilə rəsmiləşdirilməsi müəyyən edilir.

16. İddiaçı hazırda 60 saylı mənzilin onun adına özəlləşdirilməsini xahiş edir, cavabdeh isə iddiaçının hüquqlarının xx.xx.2009-cu il tarixdən sonra yaranmasına istinad edərək müraciəti təmin etməkdən imtina edir.

17. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir.

19. xx.xx.2009-cu il tarixdən qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən həmin Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.

20. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normasından görünür ki, mənzilin özəlləşdirilməsi üçün mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam təqdim edilməlidir ki, iddiaçı müvafiq sərəncamı cavabdehə təqdim etmişdir.

21. Cavabdeh həmin sərəncamın Mənzil Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.2009cu il tarixdən sonra qəbul edildiyinə istinad edərək imtina etsə də, hazırkı mənzilin verilməsinə əsas olan 12 saylı mənzilin iddiaçıya 1995-ci il tarixdə verildiyini nəzərə almamışdır.

22. Belə ki, iddiaçıya 40 saylı evin 12 saylı mənzili ayrılarkən qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədəni-maarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. Həmin Məcəllənin 33-cü maddəsinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda vətəndaşlar uçotdan çıxarılırlar. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.

23. İşdən görünür ki, iddiaçı yaşayış yeri üzə mənzil uçotuna alınsa da, 1995-ci ildə iş yerindən müvəqqəti olaraq mənzillə təmin edilmiş, buna görə də daha sonra o, yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən mənzillə təmin olunmamışdır. 12 saylı mənzil iddiaçıya verilərkən müvafiq qərar qəbul edilməmiş, yalnız məktub vasitəsilə şəxs mənzillə təmin olunmuşdur. Lakin iddiaçıya müvafiq mənzil sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilməməsi onun təqsiri ucbatından olmamışdır.

24. Ə.Ç.Əmirov adına NQÇİ-nin xx.xx.1995-ci il tarixli məktubu əsasında iddiaçıya müvafiq mənzilin ayrılması, onun 17 ildən artıq həmin mənzildə yaşamaqla ondan istifadə etməsi, bu müddətdə həmin mənzildə yaşaması ilə bağlı hər hansı etirazın daxil olmaması iş materialları ilə tam təsdiq olunur. Məhz buna görə də 12 saylı mənzilin yerləşdiyi bina söküldükdən sonra iddiaçıya yeni inşa olunmuş yaşayış binasında mənzil verilmiş və bu fakt Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

25. Məhkəmə hesab edir ki, şəxsin yaşayış sahəsinə köçməsinə əsas olan sənədin hansı formada olması, qərar, order və ya məktub formasında rəsmiləşdirilməsi onun deyil, həmin sənədi tərtib edən orqanın səlahiyyəti və təqsiridir və bu hal şəxsin hüquqlarına təsir edən hal kimi qiymətləndirilməməlidir. Belə ki, bu zaman diqqət yertirilməli məsələ müvafiq qurumun həmin mənzili ayırmasına dair səlahiyyətinin olması, şəxsin buna hüququnun çatmasıdır ki, iş üzrə bu hallar öz təsdiqini tapır.

26. Digər tərəfdən, yaşayış sahəsinin ayrılması haqqında qərar şəxs üçün müəyyən hüquqi nəticə yaratmaqla onun mənzillə təmin olunmasına, order isə həmin mənzilə köçməsinə əsas kimi çıxış edirsə, hazırkı halda İddiaçı mənzil ayrılmasına dair xx.xx.1995ci il tarixli məktub da onun üçün eyni hüquqi nəticə yaratmışdır. Belə olan halda aydın olur ki, istinad olunan məktub qanunvericiliklə nəzərdə tutulan qərarla eyni məzmuna malik olmuş, iddiaçının 40 saylı evin 12 saylı mənzili ilə bağlı hüquqları 1995-ci ildən yaranmışdır.

27. Qüvvədə olan Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir.

28. İşdən görünür ki, iddiaçının yaşadığı qəzalı vəziyyətdə olan 40 saylı evin 12 saylı mənzili söküldüyündən o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən 60 saylı mənzilə köçürülmüş, bununla da iddiaçının 12 saylı mənzilə olan hüquqları 60 saylı mənzilə keçmiş, səlahiyyətli inzibati orqan da iddiaçının bu hüququnu tanıyaraq müvafiq sərəncam qəbul etmişdir, hansı ki, iddiaçı barəsində qəbul edilmiş bu sərəncam ona yeni hüquq verməmiş, xx.xx.2009-cu il tarixədək olan hüquqlarının təsdiqi xarakteri daşımışdır.

29. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə hüququ xx.xx.2009-cu il tarixə qədər yarandığından cavabdehin müvafiq sərəncamın həmin tarixdən sonra qəbul edilməsi barədə əsasa istinad etməsi düzgün olmamışdır. Buna görə də iddia tələbi əsaslı sayılmalı və təmin olunmalıdır.

30. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1

qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 46 saylı evin 60 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar