Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1666/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 13 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, növbədənkənar seçkidə seçildiyi fəaliyyət dövrü tam dövr kimi nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq təvir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının növbədənkənar seçkidə seçildiyi fəaliyyət dövrü tam dövr kimi nəzərə alınmaqla, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-1-6122/2024 saylı qərarın ləğv edilməklə İddiaçı təyin edilmiş əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1958-ci il tarixdə Bakı şəhərində doğulmaqla, Azərbaycan Neft-Kimya İnstitutunu bitirmişdir. Bundan başqa, o, 1980-1989cu il tarixdə Neft və qaz sahəsi üzrə mühəndisliklə əmək fəaliyyətinə başlamış, daha sonra 1989-1999-cu il tarixlərdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində fəaliyyətimi davam etdirmişdir. 1999-2001-ci illərdə ARDNŞ-nin “Dənizneftqazlayihə”-nin direktoru, 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Yanacaq-energetika naziri, 2004-2005ci illərdə Azərbaycan Respublikasının Sənaye-energetika naziri, 2005-2010-cu illərdə Azərbaycan Respublikasının "xxxx" Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmış, 2006-2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” və “Bakı-Tbilisi-Ərzurum” layihələrinin həyata keçirilməsi üzrə komissiyanın sədri olmuş, “Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın və “Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramının işləni hazırlanmasına rəhbərlik etmişdir. Təxminən bir ay öncə Azərbaycan Respublikasının Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən rəsmi olaraq bildirilmişdir ki, vaxtilə ona sabiq deputat kimi yaşa görə əmək pensiyası təyin edilərkən faiz məbləğinin düzgün müəyyən edilməməsi ilə əlaqədar əmək pensiyanın düzgün hesablanmadığı aşkar olunmuşdur. Buna etiraz edərək bildirir ki, o, Yeni Azərbaycan Partiyasının təqdimatı ilə 42-ci Sumqayıt seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi fəaliyyət göstərmişdir. Növbədənkənar deputat seçildiyindən fəaliyyət müddəti bir neçə ay natamam olmuşdur. Ancaq mövcud qanunvericiliyin tələbinə uyğ azlığı səbəbindən pensiyanın azaldılması qanunsuzdur. Həmçinin, cavabdeh tərəfə edilmiş müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixdə əmək pensiyası yenidən hesablanaraq 6631,97 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra, cavabdeh tərəfindən 17 may 2024-cü il tarixli məktubla sabiq deputat kimi yaşa görə əmək pensiyanın faiz məbləğinin düzgün müəyyən edilməməsi ilə əlaqədar əmək pensiyasının düzgün hesablanmamasının qeyd edilməsi başa düşülən deyil. Hesab edir ki, cavabdeh təşkilatın ona ünvanlanmış məktubu qanunvericiliyin tələblərinə ziddir və mənim sosial təminat hüquqularını pozur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair yazılı münasibətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatların (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla); əmək pensiyasına əlavələr almaq hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Bildirilir ki, İddiaçı 16 dekabr 2023-cü il tarixindən sabiq deputat kimi yaşa görə əmək pensiyası təyin edilib. Araşdırma zamanı, İddiaçı vaxtilə sabiq deputat kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiya faizinin düzgün müəyyən edilməməsi ilə əlaqədar pensiya məbləğinin düzgün hesablanmadığı aşkar olunub. Belə ki, ona vaxtilə fəaliyyət göstərdiyi vəzifə üzrə vəzifə maaşı 2485,00 manat, vəzifə maaşına görə əlavə 4970,00 manat olmaqla orta aylıq əmək haqqı 7455,00 manat təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən 4 il 5 ay 16 gün sabiq deputat kimi fəaliyyət dövrünə uyğun olaraq orta aylıq əmək haqqının (7455,00 manat) 70,67 faizi-5268,45 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, 2023-cü ilin dekabr (16 gün üçün) ayı üzrə ona 2719,20 manat pul vəsaiti ödənilməli olduğu halda, 3078,19 manat ödənilib. Buna görə də, həmin ay üzrə adıçəkilən şəxsə 358,99 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar onun pensiyası həmin tarixdən 5858,52 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 6631,97 manat məbləğində ödənilib. Bu səbəbdən də, həmin dövr üzrə İddiaçı 3867,25 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsə ümumilikdə 4226,24 (358,99+3867,25) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilib. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Pensiyanın əvvəlki məbləğdə (qaydada) ödənilməsi barədə tələb isə 32.1-ci maddənin ikinci cümləsinə əsasən mübahisələndirilən qərarın nəticələrinin aradan qaldırılması tələbinə uyğun olmaqla bütövlükdə mübahisələndirmə haqqında iddia ilə əhatə olunur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-3565/2024 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, iddiaçının pensiya məbləği 5858,52 manatdan 6631,97 manata dəyişdirilmişdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-7-6122/2024 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, pensiya məbləği 6631,97 manatdan 971,07 manata azaldılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.1. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla) ... 20.2. Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla), əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.3. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq deputat səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komitə və komissiya sədri və ya sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, sədrin birinci müavini, sədrin müavini, komissiya sədri və ya komissiya sədrinin müavini vəzifəsinə seçilmişdirsə, onun əmək pensiyasına müvafiq vəzifə üzrə aldığı əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla), 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Hazırkı iddia tələbi ilə iddiaçı növbədənkənar seçkidə seçildiyi fəaliyyət dövrü tam dövr kimi nəzərə alınmamasının və onun pensiyasının yenidən hesablanaması ilə bağlı qərarın qanunsuz olduğunu qeyd edir. Məhkəmə iddiaçının tələbi ilə bağlı cavabdehin mövqeyini haqlı hesab edir. Belə ki, İddiaçı 16 dekabr 2023-cü il tarixindən sabiq deputat kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı vaxtilə sabiq deputat kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiya faizinin düzgün müəyyən edilməməsi ilə əlaqədar pensiya məbləğinin düzgün hesablanmadığı aşkar olunub. Ona vaxtilə fəaliyyət göstərdiyi vəzifə üzrə vəzifə maaşı 2485 manat, vəzifə maaşına görə əlavə 4970 manat olmaqla orta aylıq əmək haqqı 7455 manat təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən 4 il 5 ay 16 gün sabiq deputat kimi fəaliyyət dövrünə uyğun olaraq orta aylıq əmək haqqının (7455,00 manat) 70,67 faizi-5268,45 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən, 2023-cü ilin dekabr (16 gün üçün) ayı üzrə ona 2719,20 manat pul vəsaiti ödənilməli olduğu halda, 3078,19 manat ödənilib. Buna görə də, həmin ay üzrə adıçəkilən şəxsə 358,99 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar onun pensiyası həmin tarixdən 5858,52 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hər ay 6631,97 manat məbləğində ödənilib. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının pensiyasının yenidən hesablanması zamanı yol verilmiş səhv davam etdirilə bilməzdi və cavabdeh məbləğin yenidən hesablanaraq azaldılmasında haqlı olmuşdur. İddiaçının növbədənkənar seçkidə seçildiyi fəaliyyət dövrünün tam dövr kimi nəzərə alınması ilə bağlı tələbinə nəzərən məhkəmə qeyd edir ki, iddia tələbinə və iş materiallarına əsasən iddiaçının deputat kimi fəaliyyət dövrünün natamam olması işin mübahisəsiz halıdır. Həmin dövrün tam dövr kimi nəzərə alınması ilə bağlı qanunvericilikdə hər hansı norma müəyyən edilməmişdir. Eyni zamanda, Qanunun 20.2-ci maddəsində əsasən nəzərdə tutulmuşdur ki, bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Yəni tam və natamam fəaliyyət dövrü üçün fərqli hesablama qaydası göstərməklə qanunvericilikdə həmin dövrlərin eyniləşdirilməsinin yolverilməz olduğu göstərilmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “qərarın ləğv edilməsi və s.” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1666/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1666/2025
13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver