Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-167/2020 02.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Oğuz rayonu, Xalxal kəndi; ixtisası: orta; iş yeri:Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Gənclik” İqamətgahında baş mütəxəssis), 3-cü şəxs X8 (Ünvan:ünvan 1) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə 3-cü şəxs - X15 qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı (3-cü şəxs X15) cavabdehin imtinasının qeyriqanuni hesab edilməsi və iddiaçının ünvan 1 ünvanına şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçının ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddia ərizəsinə əlavə edilmiş doğum haqqında şəhadətnamədən göründüyü kimi İddiaçı xx.xx.1977-ci ildə əvvəlki 26 ünvan 3 ünvanında doğulmuş və doğulduğu andan hal hazıradək ünvan 4vanında qeydiyyatsız yaşayır. ünvan 5ləşən mənzil ünvan 6nzilin şəxsi hesab vərəqi” əsasında mərhum anası X1 adına qeydiyyatdan keçmişdir. Anası xx.xx.2008-ci ildə öldükdən sonra Səbail rayonu 149 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən mənzilin komunal ödənişlərlə bağlı qeydiyyatını aparmaq üçün qardaşı, hal hazırda həmin mənzildə yeganə qeydiyyatda olan şəxs X8 adına qeydiyytdan keçmişdir. İddia ərizəsinə əlavə edilmiş 3 saylı Bakı ASAN xidmət mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 5ləşən mənzildə qaradaşı X15 və onun övladları X16, X17 qeydiyyatdadırlar.Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatı, Mənzil Kommunal Təsərüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərüfatı Birliyi, 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 07 iyun 2019-cu il tarixli 148 nömrəli arayışından göründüyü kimi qonşular tərəfindən tərtib edilmiş akta əsasən iddiaçı ünvan 7 ünvanında hal-hazırda qeydiyyatsız yaşayır. ünvan 8 ünvanında yaşayan X6, ünvan 10 ünvanında yaşayan X7 və ünvan 11 ünvanında yaşayan X4 qonşuları olaraq məhkəmə iclasına gələrək iddiaçının xx.xx.1977-ci ildən hal hazıradək Səbail rayonu, E.İsmayılov küçəsi 55 ünvanında ailə üzvləri ilə birlkidə qeydiyyatsız yaşamasını təsdiq edəcəklər. Mənzilin şəxsi hesab vərəqəsi adına olan və mənzildə yeganə qeydiyyatda olan qaradaşı X9 onun sözügedən mənzilə şəxsiyyət vəsiqəsi üzrə qeydiyyata alınmasına etiraz etmir. İddiaçı əmək qabliyyətinə başladığı dövrdən indiyədək Bakı şəhərində işləmiş və iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Gənclik İqamətgahının xx.xx.2019-cu il 02 nömrəli arayışından göründüyü kimi idddiaçı xx.xx.2010-cu il tarixindən hal hazıra qədər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Gənclik İqamətgahında baş mütəxəsssis vəzifəsində işləyir. İddiaçı daimi olaraq yaşadığı mənzilə qeydiyyata alınmalıdır. Ona görə ki, iddiaçı yaşadığı mənzildə deyil Oğuz rayonu, Xalxal kəndində formal olaraq qeydiyyatda olması iddiaçının bir çox hüquqlarını məhdudlaşdıraraq hər dəfə ona yaşayıış yeri barədə arayışların alınması eyni zamanda tibbi müayinələrdən keçirilməsi ilə bağlı arayışların tələb edilməsi zamanı iddiaçı əlavə maliyyə xərcləri çəkərək formal qeydiyyatda olduğu Oğuz rayonuna gedib oranın müvafiq qurumlarından lazımi sənədləri alıb gəlir. Bundan əlavə idarələrdən onun adına ünvanlanan məktubların, çağırışların və ona çatmasında problem yaradır. Qeydiyyatda olduğu Oğuz rayonu, Xalxal kəndindəki mənzilin mülkiyyətçisi onun orda formal qeydiyyatda olduğu üçün iddiaçıya görə komunal ödənişlərin edilməsi ilə bağlı hər dəfə onun orda formal qeydiyyatına etiraz edir və onun həmin mənzildən qeydiyyatda çıxmasını tələb edir. Bundan əlavə iddiaçının yaşadığı mənzildə qeydiyyatda olmaması konstitusion hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Bununla bağlı olaq iddiaçı cavabdehə ərizə ilə müraciət edərək onun faktiki yaşadığı ünvan 11 ünvanında olan mənzilə qeydiyyata alınmasını xahiş etdi, lakin cavabdeh qurum bunun mümkün olmadığı bildirilərək ona xx.xx.2019-cu il tarixli imtina məktubu vermişdir.Cavabdeh tərəfindən iddiaçının daimi olaraq yaşadığı mənzilə qeydiyyata alınmaması qanunsuz və əsasızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs öz izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır və o, 1977-ci ildən X3 məxsus olan ünvan 1 ünvanında yaşayır. Mərhum anasına məxsus olan mənzildə qeydiyyatda yeganə şəxs X10r və o iddiaçının həmin mənzilə qeydiyyata alınmasına etiraz etmir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Oğuz rayonu, Xalxal kəndi ünvanda qeydiyyatdadır. İş materiallarından görünür ki, 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 148 nömrəli xx.xx.2019-cu il tarixli məktubuna əsasən İddiaçı ünvan 1 ünvanda qeydiyyatsız olaraq yaşayır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna və 1977-ci ildə tərtib edilmiş müvafiq qaydada təsdiq edilmiş şəxsi mülkiyyət hüququ ilə Texniki Pasporta əsasən ünvan 1 ünvana dair X2 adına Texniki Pasport tərtib edilmişdir. İş materiallarından görünür ki, 471693 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı “Anası” qrafasında “X5” göstərilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli Arayışına əsasən xx.xx.1978-ci il təvəllüdlü X15 və onun övladları xx.xx.2009-cu il təvəllüdlü X18, xx.xx.2004-cü il təvəllüdlü X19 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarından və 3-cü şəxsin izahatından müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan iddiaçının qardaşı 3-cü şəxs X15 iddiaçının qeyd edilən ünvana qeydiyyata alınmasına etiraz etmir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Aşağıdakı əsaslara görə məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Sözügedən Qanunun 9-cu maddəsinə əsasən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanının (Daxili İşlər Nazirliyinin) məlumatına əsasən yasayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Həmin qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. 25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada şəxsiyyət vəsiqəsini sadalanan hallardan biri baş verdikdən sonra bir ay ərzində dəyişdirməlidir. Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə»nin 14-cü maddəsinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə»nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı qeydiyyatda olduğu ünvanda (Oğuz rayonu, Xalxal kəndi) yaşamadığından, onun yaşadığı yer üzrə qeydiyyata alınması zəruri olduğundan və başqa yaşayış yeri olmadığından (bu barədə cavabdeh inzibati orqanın heç bir arqumenti yoxdur), eləcə də yaşadığı ünvanda qeydiyyatda olan şəxs iddiaçının qeydiyyata alınmasına dair razılıq verdiyindən, həmçinin qanunvericiliyə uyğun olaraq evə dair müvafiq sənədlər mövcud olduğundan (yaşadığı evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmasa da, həmin evə dair 1977-ci ildə iddiaçının anasının adına şəxsi mülkiyyət hüququ ilə Texniki Pasport tərtib edilmişdir), onun yaşadığı ünvana qeydiyyata alınmasından imtina olunması qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-167/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-167/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver