Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-167/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı( Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühəndis, işsiz), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, sovxoz ərazisində yerləşən torpaq sahəsinə dair iddiaçının adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, sovxoz ərazisində yerləşən torpaq sahəsinə dair iddiaçının adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon donuzkökəltmə sovxozunun xx xxxxxx 1991-ci il tarixli, 108 nömrəli əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır. Həmin vaxtdan qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsindədir. Torpaq sahəsini hüquqi qeydiyyata alınması üçün iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx xxx 2019-cu il tarixli məktubu ilə elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin sovxozun ərazisindən kənarda yerləşməsi və torpağın sahəsinin sənədi ilə 800 kv.m göstərilsə də, faktiki olaraq 708 kv.m olmasını əsas gətirərək, ərizənin icrasından imtina etmişlər. Cavabdehin xx xxx 2019-cu il tarixli imtina ərizəsi əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşmişdir. Həmçinin torpaq sahəsi sənəd üzrə 800.0 kv.m, faktiki olaraq 708.0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********86 nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Yenidən aparılan araşdırma zamanı fərdi yaşayış evi aşkar olunmamış və hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçını, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2019cu il tarixli, **********85 nömrəli bildirişdən görünür ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi sovxoz ərazisindən (ayrıc aktından) kənarda yerləşmişdir. Həmçinin torpaq sahəsi sənəd üzrə 800.0 kv.m, faktiki olaraq 708.0 kv.m təşkil etdiyindən azalma ilə bağlı notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi təqdim edilməmişdir. Bu səbəbdən iddiaçının ərizəsinin icrası cavabdeh orqan tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikası Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, Q-50-091 nömrəli məktubuna əsasən, torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış və təsdiq edilərək iddiaçıya göndərilmişdir. Binə qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışından (Abşeron rayonu, donuzkökəltmə sovxozu 108 saylı, xx.xx.1991-ci il tarixli əmrdən çıxarış) görünür ki, İddiaçı adına tərtib edilmiş torpaq sahəsinin cizgisi və xəritəsi Xəzər RİH-nin təsərrüfat şöbəsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, F-397 nömrəli arxiv arayışına əsasən Abşeron rayon donuzkökəltmə sovxozu direktorunun xx xxxxxx 1991-ci il tarixli, 108 saylı əmri Abşeron rayon Dövlət arxivində saxlanılır. xx xxxxxx 1991-ci il tarixli 108 saylı əmrdə göstərilir ki, Abşeron rayon RİK-in 47 nömrəli 26.mart 1991-ci il tarixli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş, xx xxxxxx 1991-ci il tarixli, 7 nömrəli qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,08 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıda vətəndaş İddiaçı adı 1612 sıra sayı ilə qeyd olunmuşdur. xx xxxxxx 1991-ci il tarixli, 108 nömrəli Donuzkökəltmə sovxozu üzrə əmrin çıxarışına əsasən, Abşeron rayon İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 47 saylı qərara və sovxozun həmkarlar ittifaqı tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 7 saylı qərara və protokola əsasən qeyd olunan işçilərə fərdi tikinti üçün 8 hektar civarında torpaq sahələri ayrılsın: İddiaçı Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanladığı xx.xx.2019-cu il tarixli, **********29 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, müraciətdə göstərilən torpaq sahəsinə baxış keçirilmiş və idarənin elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsinin Abşeron rayonu Donuzkökəltmə sovxozu ərazisinin hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)- 2358/2019 saylı məktubuna əsasən, İddiaçı ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, sovxoz ərazisində yerləşən torpaq sahəsinin naturada yerinin Abşeron rayonu donuzkökəltmə sovxozu üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsini müəyyən etmək üçün GPS aparatı vasitəsi ilə yerində ölçmə işləri apararaq mütəxəssiz rəyinin verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli, **********97 nömrəli məktub ilə mütəxəssis rəyinə əsasən, İddiaçı torpaq sahəsinin ayrılması eləcədə onun adına hər hansı hüquqi və texniki sənədin verilməsi barədə elektron kadastr bazasında heç bir məlumat aşkar edilməmiş, İddiaçı iddia etdiyi torpaq sahəsinin faktiki ölçüsü 704 kv.metrdir ki, bundan 677 kv.m hissəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 2866 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin istifadəçiliynə ayrılmış ərazidir, 27 kv.m hissəsi isə Abşeron rayonu keçmiş Donuzkökəltmə sovxozunun ərazisi olduğu bildirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2358/2019 saylı qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/2949 nömrəli ekspert rəyinə əsasən, İddiaçı torpaq sahəsinin ayrılması eləcədə onun adına hər hansı hüquqi və texniki sənədin verilməsi barədə elektron kadastr bazasında heç bir məlumat aşkar edilməmiş, İddiaçı iddia etdiyi torpaq sahəsinin faktiki ölçüsü 704 kv.metrdir ki, bundan 677 kv.metr hissəsi Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 2866 nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin istifadəçiliyinə ayrılmış ərazidir, 27 kv.metr hissəsi isə Abşeron rayonu keçmiş Donuzkökəltmə sovxozunun ərazisi olduğu bildirilmişdir. Məhkəmə yuxarıda sadalanan sənədlərdən, verilən izahatlardan müəyyən etmişdir ki, Abşeron Rayon donuzkökəltmə sovxozunun xx xxxxxx 1991-ci il tarixli, 108 nömrəli əmri ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, donuzkökəltmə sovxozunda fərdi ev tikmək üçün 800 kv.m torpaq sahəsi iddiaçıya ayrılmışdır və o, həmin əmlak üzərində qanunvericiliyə əsasən sahiblik və istifadə hüququ əldə etmişdir. İddiaçı tərəfindən həmin torpaq üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi xahiş edilsə də cavabden müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Həmin Məcəllənin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.8-ci maddəsinə uyğun olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə görə dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx xxxxxx 1999-cu il tarixli Azərbaycan Respublikasi Prezidentinin Fərmanında geyd edilmişdir: 4. Qanuni istifadədə olan yaşayış evlərinin (binaların) həyətyanı torpaq sahələri əvəzsiz olaraq həmin evlərin (binaların) mülkiyyətçilərinə verilsin. 5. Azərbaycan Respublikasının X2 Komitəsi həyətyanı sahələrin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə araşdırılmasını təmin etsin.6. Azərbaycan Respublikasının X2 Komitəsinə tapşırılsın ki, bu Fərmanın 4-cü bəndində göstərilmiş şəxslər üçün onların həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin rəsmiləşdirilməsini təmin etsin.7. Vətəndaşlar və hüquqi şəxslər tərəfindən qanunsuz istifadə edilən və ya zəbt edilən torpaq sahələrini dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirləri həyata keçirsin. İşin həqiqi hallarından göründüyü kimi, Azərbaycan Respublikasi Prezidentinin Fərmanında irəli gələn öhdəlikləri Azərbaycan Respublikasının X2 Komitəsi tərəfindən icra edilməmiş, müvafiq sənədləri araşdırılaraq iddiaçının 30 ilə yaxın müddət ərzində sahibliyində və istifadəsində olan torpaq sahəsi adına rəsmiləşdirilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarşın verilməsindən cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina olunması qanuna ziddir və həmin imtina bir mülkiyyətçi olaraq onun (iddiaçının) hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh iddiaya dair etirazda, iddiaçının istifadəsində olan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 2866 nömrəli sərəncamına əsasən Bakı şəhəri İcra Hakimiyyətyinin istifadəçiliyinə ayrılmış torpaq olması barədə dəlil göstərmişdir. Lakin cavabdehin istinad etdiyi xx xxxx 2008-ci il tarixli 2866 nömrəli “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında vətəndaşların istifadəsində olan torpaqların dövlətin mülkiyyətinə qaytarılması barədə hər hansı tələb və tapşırıq göstərilməmişdir. Məhkəmə cavabdehin bu dəlili əsassız hesab edir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid dövlət kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikasi Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5. –ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; İşin həqiqi hallarından göründüyü kimi, iddiaçının istifadəsində olan torpaq sahəsi ona xx xxxxxx 1991-ci il tarixli, 108 nömrəli donuzkökəltmə sovxozu üzrə əmri əsasında ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. İddiaçının qanuni əsaslarla istifadə etdiyi torpaq sahəsinin ümumi sahəsinin sənədlərdə göstərildiyindən az olması hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyil. Məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, sovxoz ərazisində yerləşən torpaq sahəsinin qanuni istifadəçisi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Torpaq sahəsinin onun qanuni istifadəsinə verilməsi iş materiallarında olan müvafiq arxiv arayışı və donuzkökəltmə sovxozunun əmri ilə təsdiq edilimişdir.. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, sovxoz ərazisində yerləşən torpaq sahəsinə dair iddiaçının adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci,69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, sovxoz ərazisində yerləşən torpaq sahəsinə dair İddiaçı adına plan və ölçünün tərtib olunması və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-167/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-167/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver