Məhkəmə qərarları › İş №2-1(112)-1670/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1670/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1670/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə ona müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2012-ci il tarixli qərarı ilə mərhum anası X5 iddiası təmin edilərək, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə X8 verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bundan sonra sözügedən məhkəmə qərarı icra edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfındən mərhum anası X9 adına Abşeron rayonu Binə qəsəbəsindəki Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək, onlara təqdim edilmişdir. Anası X13 08.04.2014-cü il tarixdə vəfat etmişdir. Tərəfindən müvafiq ərizə ilə Bakı şəhəri 9 saylı Notariat Ofisinə müraciət edilərək, anasına məxsus Abşeron rayonu, Binə qəsəbəsindəki 0,10 ha torpaq sahəsinə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofısinin xüsusi notariusu Rəşadət Sadıqov tərəfindən 23.04.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi şöbəsinə müraciət edilərək, vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Abşeron rayonu, Binə qəsəbəsi ünvanında yerləşən 1000 kv.m torpaq sahəsinə dair çıxarışın-vərəsəsi İddiaçı (ona) verilməsi xahiş edilmişdir. Onu da qeyd etmək istəyir ki, anasına məxsus olan Abşeron rayonu, Binə qəsəbəsindəki 0,10 ha torpaq sahəsi 1990-cı il tarixdən hal-hazıradək onların sahiblik və istifadələrində olmuşdur. Qeyd olunan torpaq sahəsi hazırda Bakı şəhəri Xəzər rayonunun ərazisi hesab edilir. Tərəfindən İdarəyə müraciət edilərək Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafıq çıxarışın verilməsinin təmin edilməsi xahiş edilmişdir. Lakin müraciətinin 14.06.2021-ci il tarixdə çatdırılmasına baxmayaraq, cavabdeh İdarə tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Hesab edir ki, cavabdeh İdarənin müraciətinə hər hansı bir cavab verməməsi, bununla da qanuni tələbinin yerinə yetirilməməsi ilə bağlı hərəkətsizliyi tamamilə əsassızdır və bu onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Qanunvericilik normalarından da göründüyü kimi qanunun yuxarıda göstərilən tələbləri cavabdeh təşkilatın müvafıq vəzifəli şəxsləri tərəfindən pozulmuş, tamamilə əsassız olaraq müraciəti təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, İddiaçı iddiası tərəflərindən etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirirlər ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşmmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Bununla bağlı idarə tərəfindən İddiaçı **********35 qeydiyyat nömrəli 23.06.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Oktyabr (indiki Yasamal) rayon VVAQ şöbəsi tərəfindən 07.02.1982-ci il tarixdə verilmiş Vİİİ-ЖГ 412688 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X15, anası X2 İddiaçıoviç xx.xx.1982-ci il tarixdə Bakı şəhəində doğulmuşdur. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 16.04.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 679541 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 kəskin koronar çatmamazlıq səbəbindən 08.04.2014-cü il tarixdə ölmüşdür. - Abşeron rayon Dövlət Arxivi tərəfindən Nina Əliyevaya ünvanlanmış 859 №-li, 08.09.2009-cu il tarixli məktubun surətindən görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, 12.07.1990-cı il tarixli əmrindən çıxarışa əsasən fəhlə X8 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, 12.07.1990-cı il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.1989cu il tarixli, 52 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10.06.1990-cı il tarixli 23 nömrəli qərarının tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına – X8 fərdi ev tikmək üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarının surətindən görünür ki, həmin qərar ilə X5 iddiası təmin edilmiş, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 saylı əmri ilə X8 verilmiş Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xərtiəçəkmə Komitəsi tərəfindən 21.12.2012-ci il tarixdə X16 kitabında 20327 nömrə ilə uçota alınmış torpaq sahəsinin plan və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin plan və ölçü X8 fərdi yaşayış evi tikmək üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21.11.2012-ci il tarixli, 2(85)-2176/2012 nömrəli qərarı ilə Abşeron rayonu, Binə qəsəbəsində yerləşən 1000 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisi notariusu tərəfindən “ASAN” Xidmət Mərkəzinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi şöbəsinə ünvanlanmış 23.04.2021-ci il tarixli məktubun surətindən görünür ki, 08.04.2014-cü il tarixdə vəfat etmiş, 20.04.1956-cı il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olmuş X5 vərəsəlik işi ilə əlaqədar olaraq vərəsəsi İddiaçı notariat ofisinə müraciət etmişdir. Bununla əlaqədar, kadastr planına (A 425315) əsasən Abşeron rayon, Binə qəsəbəsi ünvanında yerləşən 1000 kv.m. torpaq sahəsi X8 məxsusdur. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar Abşeron rayon, Binə qəsəbəsi ünvanında yerləşən 1000 kv.m. torpaq sahəsinə dair çıxarışı vərəsəsi - İddiaçı (etibarnamə əsasında çıxış edir X11) verilməsi xahiş edilmişdir. - İddiaçı tərəfindən cavabdehı ünvanlanmış və cavabdeh tərəfindən qəbul edilmiş 10.06.2021-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsi üzərində anası X5 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafıq çıxarışın verilməsinin təmin edilməsini xahiş etmişdir. - Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 02.12.2021-ci il tarixli, H-369 nömrəli məktuba əlavə edilmiş Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, 12.07.1990-cı il tarixli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.1989-cu il tarixli, 52 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10.06.1990-cı il tarixli 23 nömrəli qərarının tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 24.02.2022-ci il tarixli, H55 nömrəli məktubdan görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 12.07.1990-cı il tarixli, 135 saylı qərarında X5 adı aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 06.01.2022-ci il tarixli, **********71 nömrəli məktubdan görünür ki, arxivdə araşdırma zamanı X5 adına işlənmiş Abşeron rayonu, Binə qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə aid AN 425315 (kod **********0310) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi və onun işlənməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 15.01.2014-cü il tarixli, 1(101)-66/2014 saylı hökmünün lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 1991-ci ildən 1999-cu ilə kimi olan müddətdə Abşeron rayonu Donuzkökəltmə sovxozunun direktoru, 2000-ci ildən 2005-cı ilin sonuna kimi isə "xxxx" X6 İstehsalı Müəssisəsinin direktoru işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, rəsmi sənədlərə əsasən Donuzkökəltmə sovxozunun 1990-cı ilin iyun ayına cəmi 322 nəfər, 1991-cı ilin sentyabr ayına isə cəmi 330 nəfər işçisi olmasına baxmayaraq, Azərbaycan SSR Nazirlər Sovetinin 150 nəfər sovxoz işçisi, həyətyanı torpaq sahəsinin ayrılmasını nəzərdə tutan 28.12.1989-cu il tarixli 51 №-li Qərarına istinad edilərək hər ailəyə 0,07 ha torpaq sahəsinin ayrılmasına dair sabiq sovxoz direktoru Akif Alxasovun adından verilmiş 12.07.1990-cı il tarixli 135 nömrəli, eləcə də Abşeron rayon X10 İcrayə Komitəsinin sovxozun 170 nəfər işçisinə cəmi 13.6 hektar torpaq sahəsinin ayrılması barədə, 26.03.1991-ci il tarixli 47 №-li Qərarına istinad edilərək hər ailəyə 0,08 ha torpaq sahəsinin ayrılması barədə özünün imzaladığı 108 №-li əmrlərə, ərazidə yaşayan vətəndaşlar arasında nüfuzunu bu yolla artırmaq məqsədi ilə, uzun illər boyu davamlı olaraq Donuzkökəltmə sovxozu ilə heç bir əlaqəsi olmayan, torpaq almaq üçün müraciət etmiş vətəndaşların adlarını kütləvi şəkildə qeyd olunan əmrlərdə göstərilmiş şəxslərin siyahısına əlavə etməklə, bir sıra hallarda eyni zamanda torpaq sahələrini onlara yerində təqdim etməklə və ya həmin şəxslərə torpaq sahəsinin ayrılması barədə qeyd olunan saxtalaşdırılmış əmrlərdən çıxarışlar verməklə 135 №-li əmrə əsasən 105,7 hektar torpaq sahəsinin guya sovxoz işçiləri olan cəmi 1501 nəfərə, eyni ilə 108 saylı əmrə əsasən isə 142,8 hektar torpaq sahəsinin cəmi 1786 nəfərə ayrılması barədə, yəni sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlərin tərtib edilməsini təşkil etmiş, bununla da Donuzkökəltmə sovxozuna təhkim olunmuş, dövlət mülkiyyətində olan iri torpaq sahələrinin özgəninkiləşdirilməklə dövlət mülkiyyətindən çıxması ilə nəticələnmiş hərəkətləri etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan ziyan vurmuşdur. Törtədiyi əməllərə görə X12, Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.2, 313, 178.2.1, 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum cəzası təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzbati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, iddiaçı Abşeron rayonu Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrinə əsasən anası X4 sovxozunun ərazisindən 0,10 ha torpaq sahəsinin ayrılmasını iddia edərək buna dair əmrdən çıxarışı təqdim etsə də məhkəmə araşdırılması zamanı Abşeron rayonu Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28.10.1989-cu il tarixli, 52 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə əmək kollektivi şurasının birgə ümumi iclasında qəbul edilmiş 10.06.1990-cı il tarixli 23 nömrəli qərarının tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılması, həmçinin X3 həmin əmrə, ərazidə yaşayan vətəndaşlar arasında nüfuzunu bu yolla artırmaq məqsədi ilə, uzun illər boyu davamlı olaraq Donuzkökəltmə sovxozu ilə heç bir əlaqəsi olmayan, torpaq almaq üçün müraciət etmiş vətəndaşların adlarını kütləvi şəkildə qeyd olunan əmrlərdə göstərilmiş şəxslərin siyahısına əlavə etməklə, bir sıra hallarda eyni zamanda torpaq sahələrini onlara yerində təqdim etməklə və ya həmin şəxslərə torpaq sahəsinin ayrılması barədə qeyd olunan saxtalaşdırılmış əmrlərdən çıxarışlar verməklə 135 №-li əmrə əsasən 105,7 hektar torpaq sahəsinin guya sovxoz işçiləri olan cəmi 1501 nəfərə ayrılması barədə, yəni sair şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edilmiş rəsmi sənədlərin tərtib edilməsini təşkil etməsi və həmin cinayət əməlini törətməsi ilə bağlı təqsirli bilinərək məhkum edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bundan əlavə Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 24.02.2022-ci il tarixli məktubdan da göründüyü kimi Abşeron rayon Donuzkökəltmə sovxozunun 12.07.1990-cı il tarixli, 135 saylı qərarında X5 adı aşkar edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə, Abşeron rayon Dövlət Arxivi tərəfindən Nina Əliyevaya ünvanlanmış 859 №-li, 08.09.2009-cu il tarixli məktubdan və Nina Əliyevaya aid Abşeron rayon Donuztökmə sovxozu üzrə 135 saylı, 12.07.1990-cı il tarixli əmrindən çıxarışda qeyd olunan məlumatlar məhkəmə sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Abşeron rayon Donuztökmə sovxozu üzrə 135 saylı, 12.07.1990-cı il tarixli əmrin lazımi qaydada təsdiq edilmiş surətindəki məlumatlar arasında ziddiyyətlərin olması aşkar surətdə görünür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 45.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Belə olan halda hazırki məhkəmə araşdırılması ilə Abşeron rayonu, Binə qəsəbəsi (hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisi) ünvanındakı 0,10 ha torpaq sahəsinin iddiaçının məhrum anası Nina Əliyevaya qanunu əsaslarla ayrılmadığı müəyyən edilir. Odur ki, hazırki iş üzrə İddiaçı iddiası əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar