Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1670/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 1964.31 manat məbləğində olan borcun silinməsi və pensiyanın yenidən düzgün hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı daha sonra yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək “pensiya məbləğinin təyini zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1.1-ci və 46-cı maddələrini nəzərə almaqla pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü ildə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək cavabdehin artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə qərarının ləğv edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması, pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1.1-ci maddəsinə əsasən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 10 yanvar 2023-cü ildə güzəştli şərtlərə pensiyaya çıxmalı olduğu halda 2014-cü ildə pensiyaya çıxmışdır. O, pensiyaya 1 il gec çıxdığına görə həmin məbləğ hesablanaraq ona ödənilmişdir, beləliklə o, 10 yanvar 2013-cü ildə pensiyaya çıxmış hesab olunur.İddiaçı pensiyada ola-ola müxtəlif işlərdə işləyərək pensiya kapitalı toplamışdır ki, həmin pensiya kapitalı DSMF-nin verdiyi sənədlərlə təsdiq edilir. Qanunla müəyyən olunmuş pensiyada ola-ola iddiaçı 6 il işlədikdən sonra, bu müddət ərzində qazandığı pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. 25 iyul 2020-ci ildə onun müraciətinə əsasən, DSMF tərəfindən müəyyən edilmişdir ki, 2013-cü ildə ona az pensiya hesablanmışdır və bu hal nəzərə alınaraq 1 oktyabr 2020-ci ildən 31 dekabr 2022-ci qədər həmin az hesablanmış pensiyası iddiaçıya ödənilmişdir. Lakin, 12 aprel 2023-cü il tarixdə onun telefonuna DSMF-dən gəlmiş SMS-də iddiaçıya 1964.31 manat artıq məbləğ ödənildiyi, pensiyanın aylıq məbləğinin azaldılaraq 385.96 manat olaraq, hər ay bu məbləğdən 38.60 manat məbləğində pul tutulacağı bildirilmişdir. İddiaçı dəfələrlə cavabdedhə müraciət etməsinə baxmayaraq DSMF-dən düzgün izah ala bilməmişdir.Hər dəfə onun müraciətinə şablon cavablar yazılmış, cavablarda pensiya kapitalı müxtəlif və fərqli məbləğlərdə göstərilmişdir.Belə ki, iş materiallarına əlavə edilmiş cavabdehin 02 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya pensiya təyin edilərkən xx.xx.2006—xx.xx.2013-cü il tarixləri arasındakı fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital 2338,56 manat hesablanmışdır. Lakin cavabdehin iddiaçıya təqdim etdiyi hesabdan çıxarışdan bəlli olur ki, həmin illər üzrə pensiya kapitalı ikı qat artıq olmuşdur. Hesab edir ki, pensiyası yığılmış kapitala uyğun hesablansaydı daha düzgün və ədalətli olardı.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı.Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 il 8 ay təşkil edirdi. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq "Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 30,30 manat (25.67 il x 170 manat 144 ay) hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 54,14 manat müəyyən edilmiş, üzərinə xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı iddiaçının işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2338,56 manat sığorta kapitalına uyğun 16,24 manat (2338,56 :144) və baza hissəsi (85,00 manat) əlavə edilərək 155,38 manat (54,14+16 24+85,00 indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 248,08 manat)) ödənilməli olduğu halda, iddiaçıya 148,73 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinə 237,73 manat)) əmək pensiyası ödənilib.Bundan başqa, iddiaçının xx.xx.2020-ci il tarixli müraciəti ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq xx.xx.2013-cü il tarixinə 187,82 manat (01.06 2020-ci il tarixinə 298,06 manat) müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, əmək pensiyasının üzərinə keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 4296,25 manat pul vəsaiti hesablanmışdır. Həmin 4296,25 manat pul vəsaiti xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa göra əmək pensiyasının pensiya tayin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta va yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il va daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir."Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyasi təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2020-ci il tarixinə kişilər 64 il 6 ay) arasındakı ayların sayı qədər artırılır.Araşdırma zamanı iddiaçının xx.xx.2020-ci il tarixində işdən azad olmağıyla əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 3283,77 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 3283,77 manat sığorta kapitalı "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 111 (64 il 6 ay-64 il 4 ay =2 ay +(144 ay-35 ay) işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı) aya bölünməklə (3283,77/111=29,58 manat) qanuni əmək pensiyasının (248,08 manat) üzərinə əlavə edilərək (248,08+29,58=277,66 manat (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 385,96 manat)) iddiaçıya ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 3156,92 manat sığorta kapitalı 111 aya bölünərək (3156,92/111=28,44 manat) düzgün olmayan əmək pensiyasının (298,06 manat) üzərinə əlavə edilməklə (298,06+28,44=326,50 manat (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 450,48 manat)) iddiaçıya ödənilmişdir. "Əmək pensiyaları haqqında" Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindan qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 1964,31 manat artıq pul vəsaiti ödənilib.İddiaçı iddia əizəsində qeyd etdiyi kimi, artıqvermənin məbləği və yaranma səbəbləri barədə iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verilmişdir. Lakin iddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün müraciət etməmişdir.İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir.Qeyd olunan artıqvermənin məbləği və yaranma səbəbləri barədə iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verilmişdir. Lakin iddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün tədbir görməmişdir. Buna görə də həmin artıq ödənilmiş 1964,31 manat pul vəsaiti cari ilin may ayından etibarən hissə-hissə hər ay (38,60 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.1-ci mаddəsinə əsаsən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 32.1-ci mаddəsinə əsаsən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 5.Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun, Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. 7.Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə qərarının ləğv edilməsi” barəsində iddiası mümkünlük şərtlərinə cavab vermir.
8. ”İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır; Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır; Həmin Qanunun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir; Həmin Qanunun 57.2-ci maddəsinə əsasən yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır; Həmin Qanunun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 9.İnzibati məhkəmə işinin materiallarından, o cümlədən cavabdehin təqdim etdiyi iddiaçı barədə pensiya işində olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçıya münasibətdə iddiaçıdan artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə qərar kimi inzibati akt cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilməmişdir. 10.”İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 11.Hal-hazırda cavabdeh tərəfindən iddiaçı barədə iddiaçıdan artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə qərar qəbul edilmədiyi üçün, yəni iddiaçının mübahisələndirdiyi qərar mövcud olmadığı əsası və səbəbi ilə iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. 12.Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçıdan artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarının ləğv edilməsi hissəsində iddiası mümkün sayılmamalıdır. 13.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
14. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 15.Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçıdan artıq ödənilmiş pensiyanın geri qaytarılması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qərarının ləğv edilməsi hissəsində iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova