Məhkəmə qərarları › İş №2-1(112)-1671/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1671/2020

15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1671/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8- publik hüquqi şəxsin X4 üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə nəticələnin hərəkətin qanunsuz hesab edilməsi və təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə» iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə verilən pensiyanın dayandırılmasının əsassız və qanunsuz hesab edilərək, təyin edilmiş pensiyanın verilməsinin bərpa edilib davam etdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinin İddiaçı xx.xx.2018-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə nəticələnən hərəkətinin qanunsuz hesab edilməsi və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8-nun X4 üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.2007-ci il tarixə kimi müxtəlif peşələrdə çalışmışdır. İşlədiyi dövrün əsas hissəsi xxxxxxxxxxxxxxxxxxndə əmək fəaliyyəti ilə məşğul olma dövrünü əhatə edir. Belə ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1995-ci ilə qədər xxxxxxxxxxxxxxxxxxndə müxtəlif peşələrdə işləmişdir. xxxxxxxxxxxxxxxxxxndə işlədiyi bütün müddət ağır əmək şəraiti üzrə peşə sahəsinə aiddir. Ağır əmək şəraiti üzrə işlədiyi peşə üzrə stajı 13 il 05 ay 8 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin, istehsalatların və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli qərarına əsasən iddiaçının işlədiyi maşinist köməkçisi və maşinist peşəsi ağır əmək şəraitli peşələr siyahısına daxidir və bu əsasdan da onun güzəştli pensiya almaq hüququ yarandığından iddiaçı müvafiq hüquqverici sənədləri toplayıb pensiya təyinatı orqanına müraciət etmiş və sonuncu tərəfindən təqdim olunmuş sənədlərə əsasən iddiaçıya pensiya təyin edilmişdir. Lakin iddiaçıya məlum olmayan səbəbdən Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsi iddiaçıya verilən pensiyanı xx.xx.2019-cu il tarixdən dayandırdığını bildirmiş və bununla əlaqədar ona xx.xx.2019-cu il tarixli məktub ünvanlamışdır. Şöbə məktubunda Nazirliyin Aparatının Daxili Nəzarət və Audit Şöbəsinin araşdırması nəticəsində iddiaçının tələb olunan sosial sığorta stajının olmamasının müəyyən edilməsi ilə əsaslandırmışdır. Həmin məktubda, eyni zamanda, arayışda göstərilmiş məlumatların iddiaçını qane etmədiyi halda məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Hesab edilir ki, cavabdehin (Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinin) məktubu ona əsas verir ki, iddiaçının pensiyasının bərpası ilə əlaqədar heç bir tələbi yerinə yetirilməyəcəkdir. Ona görə də şöbənin məktubu imtina məktubu kimi qiymətləndirilməlidir. Cavabdehin (DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin) mövqeyi qanunsuz və əsassız oldugundan iddiaçıya verilməli olan pensiyanın bərpa edilməsi cavabdehə həvalə edilməlidir. Qeyd edildiyi kimi iddiaçı əmək fəaliyyətinin 13 il 05 ay 08 gününün ağır əmək şəraitli peşələrdə çalışmış və bu ona güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Cavabdeh (DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi) isə iddiaçının işlədiyi maşinist köməkçisi və maşinist peşəsini ağır şəraitli peşə hesab etmir. Ona görə də hesab edilir ki, cavabdeh (DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi) əsassız və qanunsuz olaraq iddiaçıya pensiyanın ödənilməsini dayandırmışdır və ona təyin edilmiş pensiyanın verilməsinin bərpa edilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Proses--sual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıl-dığın-dan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə (DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinə) göndərilmiş, cavabdehdən (DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsindən) iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsindən iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1671/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon Şöbəsinin işdə cavabdeh kimi prosessual iştirakına xitam verilmiş və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Nərimanov rayon Şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. DSMF-nin X4 üzrə Mərkəzi Filialının məhkəməyətəqdim edilmiş yazılı etirazında göstərilmişdir ki, qeyd edilən iddia ərizəsi aşağıda göstərilən səbəblərə görə qanunsuz və əsassız hesab edilir. Belə ki, iddiaçıya Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən verilmiş məktubdan göründüyü kimi Əmək və X3 Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırması nəticəsində onun əmək kitabçasında qeyd edilən 1982-ci il tarixdən 1995-ci il tarixədək olan dövrlərdə işlədiyi metropolitendə qatar maşinisti peşəsi qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajına aid olmadığından ona əmək pensiyasının ödənişi 01.10 2019-cu ildən dayandırılmışdır. İddiaçının iddia ərizəsindən də göründüyü kimi iddiaçı qeyd edilən tarixlərdə “xxxxxxxxxxxxxxxxxx” QSC-də qatar maşinisti köməkçisi və qatar maşinisti vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Nəqliyyat” bölməsi “21.4. Dəmiryolu nəqliyyatı" 21.5-ci bölməsi isə “Metropolitenlər” (Nazirlər Kabinetinin hal-hazırda qüvvədən düşən 320 saylı qərarında isə 23000000-Nəqliyyat və 23002000-Metropoliten) göründüyü kimi qanunverici “Dəmiryolu nəqliyyatı” və “Metropoliteni bir-birindən ayırmış, elektrik qatarlarının maşinisti peşəsini 21.4cü bölmədə nəzərdə tutsa da, 21 5-ci bölmədə nəzərdə tutmamışdır. Həmçinin, o da qeyd edilir ki, metropolitendə qatar maşinistinin güzəştli pensiya hüququ verən peşə olmaması ilə bağlı məhkəmə praktikası da formalaşmışdır. Məsələn, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibai-iqtisadi Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-875/2020 nömrəli qərarında belə mövqe ifadə edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazır-lıq icraatında işin halları və müba--hi-sə-nin vəziy-yə-ti müzakirə edilmiş, iş ma-te---riallarında saxlanılması mümkün olan sənəd-lə-rin məhkəməyə təqdimolun-ması pro-ses işti-rak-çılarına tək-lif edilmiş, zəruri sənəd-lər toplan-mış və iş üzrə digər qanuna-müvafiq proses-sual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmişşifahi məhkəmə baxışı iclasında iddia-çının nümayəndəsidəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənəd-----ləri təd-qiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddə-sinə əsasən inzibati orqanın üzərinə inzi-bati aktın qəbul edil-məsi ilə bağlı müvafiq öhdəliyin qoyul--ma---sı-na dair iddialara və ya inzi-bati orqanın hərə-kət-sizliyindən müdafiəyə dair iddia-lara (məc­bur­­etmə haqqında iddia) inzi-bati məhkəmə icra-atı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqın-da iddia vasi--təsi ilə id-dia-çı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoy--mağı məh-kəmə-dən tələb edə bilər. Belə ki, DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya aid pensiya işi materiallarından məlum olur ki, İddiaçı DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 385 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən ömürlük güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin iddiaçıya ünvanladığı **********8 saylı, xx.xx.2019-cu il tarixli məktubunda bildirilmişdir ki, Əmək və X3 Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırması nəticəsində onun qanunvericiliklə tələb olunan sosial sığorta stajı olmadığı müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdən əmək pensiyası dayandırılmışdır. Nəticədə 312.38 manat qalıq qalmışdır. Xahiş edilir ki, həmin məbləği dövlət nəfinə bərpa etsin. Əks halda məhkəməyə müraciət olunacaqdır. Təqdim edilmiş arayışda göstərilmiş məlumatlar onu qane etmirsə, müvafiq məhkəməyə müraciət edə bilər. İş materiallarına, eyni zamanda, iddiaçıya aid əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri, “xxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş A/145 saylı, xx.xx.2020-ci il tarixli arxiv arayışı və digər sənədlər də əlavə edilmişdir. Məhkəmə DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə nəticələnmiş hərəkətini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin Kollegiyasının xx xxxx 2017-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 şəhər, rayon şöbələrinin Əsasnaməsi”nin 3.1.6-cı maddəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalara uyğun olaraq vətəndaşların pensiya hüquqlarını reallaşdırmaq, pensiyaların mövcud qanunvericiliyə uyğun olaraq təyin edilməsi üçün sənədlərin qəbul edilməsini, komissiyada baxılmasını, pensiya işlərinin tərtib olunmasını, pensiyanın təyin edilməsini və ödənişini həyata keçirmək yerli şöbələrin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə (vəzifələrinə) aid edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən şöbənin müvafiq pensiya təyinatının aparılmasına səlahiyyətli olduğu dövrdə, yəni xx.xx.2018-ci il tarixdə təyin edilməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırılması məsələsinə münasibətdə isə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 xx.xx.2019-cu il tarixli (qərarı) əmri ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatına dair məsələlər xx.xx.2019-cu ildən Əmək və X3 Nazirliyi yanında Dövlət X5 X4 İdarəsinə həvalə edilmişdir. İş materiallarından isə müəyyən edilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsinin vətəndaşların güzəştli şərtlərlə pensiya hüquqlarını reallaşdırmaq, pensiyaların mövcud qanunvericiliyə uyğun olaraq təyin edilməsi üçün sənədlərin qəbul edilməsini, komissiyada baxılmasını, pensiya işlərinin tərtib olunmasını, pensiyanın təyin edilməsini və ödənişini həyata keçirmək, bir sözlə, güzəştli şərtlərlə pensiya hüquq münasibətlərinin tənzimlənməsi ilə əlaqədar səlahiyyətlərə malik olmadığı dövrdə dayandırılmışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Yuxarıda göstərilən normaların tələbləri baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının DSMF-nin Bakı şəhəri Nərimanov rayon şöbəsi tərəfindən dayandırılması ilə əlaqədar inzibati orqan tərəfindən kobud inzibati icraata pozuntularına yol verilmişdir. Bu hal iddiaçının sosial təminat hüququnun qanunsuz olaraq pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə göstərilən hüquq normaları baxımından isə hesab edir ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması ilə nəticələnən hərəkət inzibati aktda ehtiva edilməsə də, qanunsuz olduğundan və iddiaçıya münasibətdə əlverişsiz vəziyyət yaratdığından həmin hərəkətin edildiyi andan yaranmış hüquqi nəticələr aradan qaldırılmalıdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konsti-tusiya-nın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlər-də də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyə-tinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəl-xalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın öz mülahizə-lərini bil-dir-mək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan-dırıl-malıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinin İddiaçı xx.xx.2018-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə nəticələnən hərəkəti qanunsuz hesab edilməli və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8- publik hüquqi şəxsin X4 üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nərimanov rayon şöbəsinin İddiaçı xx.xx.2018-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə nəticələnən hərəkəti qanunsuz hesab edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8- publik hüquqi şəxsin X4 üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkə-məsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540­cı məhəllə) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar