Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16716/2023 25.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “icra sənədinə dair icra hərəkətlərinin vaxtında icra edilməsi və xüsusi qərardad çıxarılması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı “cavabdeh Nəsimi rayon İcra şöbəsinin hərəkətsizliyinin əsassız hesab edilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 saylı icra sənədinə dair icra hərəkətlərinin vaxtında icra edilməsi və xüsusi qərardad çıxarılaraq İcra baş idarəsinə və prokurorluq orqanına göndərilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il 2(006)-141/2019 nömrəli qətnaməsi ilə cavabdeh Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 316525 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qətnamə ilə 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 saylı icra vərəqəsi icra edilməsi üçün cavabdeh Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Həmin icra sənədi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin 8(006)-1080/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən Nəsimi rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimat qismən təmin edilərək, Çakır Yap Sanayi və Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının, Çakır Yap və X3 Ortaklığı MMC-nin və Çakır Yapı və X1 MMCnin, "xxxx" ASC-də olan hesablarının üzərinə həbs qoyulması qərara alınmışdır. Lakin daha sonra, Nəsimi rayon İcra və probasiya şöbəsi yenidən eyni məzmunlu təqdimatla məhkəməyə müraciət edərək, borclu Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının, Çakır Yapı və X3 Ortaklığı MMC-nin və Çakır Yapı və X2 MMC-nin "xxxx" ASC-də olan hesablarının üzərinə həbs qoyulması və həmin hesablardan pul vəsaitinin silinməsi barədə qərardad çıxarılması xahiş etmişdir. Halbuki Nəsimi Rayon Məhkəməsinin 8(006)-1080/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə artıq borcluya məxsus həmin pul vəsaitlərin üzərinə həbs qoyulduğundan, icra məmuru həmin vəsaitlərin bankdan silinməsi barədə qərar qəbul edə bilərdi. Lakin icra məmuru bunu etməmişdir. Nəticədə isə Nəsimi Rayon Məhkəməsinin 8(006)-1080/2018 saylı, xx.xx.2019cu il tarixli qərardadı ilə icra məmururun təqdimatı təmin edilməmiş, borclunun pul vəsaiti hesablarının üzərinə həbs qoyulması barədə Nəsimi Rayon Məhkəməsinin 8(006)- 1080/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilərək, borclu Çakır Yapı və X3 Ortaklığı MMC-nin "xxxx" ASC-də olan hesabları üzərinə qoyulmuş həbs götürülmüşdür. Bununla da borcluya pul vəsaitlərini hesabdan çıxarmasına şərait yaradılmışdr. Daha sonra isə cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(006)- 141/2019 rimrəli qətnaməsi ilə bağlı icra sənədinin icrasına səthi yanaşmş, borclunun ölkədən çıxmasına dair qadağa qoymamış, icra vərəqəsində göstərilmiş pul məbləğinin ona ödənilməsi icra tədbirləri girməyərək, hərəkətsizlik göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234-cü maddəsinə əsasən “Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir”. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən “Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir”. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 12.1-ci maddəsinə əsasən “icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir”. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 86.3cü maddəsinə əsasən “İcra sənədi qərəzli şəkildə icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri tərəfindən təsdiq olunan təqdimat verir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən “Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-141/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən “Çakır Yapı Sanayi və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialından 316.525 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13635/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli 2(006)- 141/2019 nömrəli qətnaməsi “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirkəti”-nin Azərbaycan Respublikasındakı Filialına münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3783/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-2854/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-141/2019 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş İddiaçı cavabdeh “Çakır Yapı Sanayi və Ticaret Anonim Şirketi”nə qarşı pul tələbinə dair 2(006)-141/2019 saylı mülki iş üzrə qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-141/2019-027 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsinin icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq ərizə ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edilməsi olduğu izah edilmiş və müvafiq tələb ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3) Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1) Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3) İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. (16.1) İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. (16.2) Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. (16.3) İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (16.6) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra sənədinin məhkəməyə qaytarılmaması barədə icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə müəyyən edir ki, iddiaçının tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2019-cu il tarixli, 2(006)-141/2019 saylı icra sənədinin icrası ilə bağlıdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-16716/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16716/2023
25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver