Məhkəmə qərarları › İş №2-1(112)-1672/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1672/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1672/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə X1rşı əmək pensiyasının bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Şabran rayon xidməti nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə DSMF-nin Şabran rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının onun pensiyasının dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 13 saylı qərarının ləğv edilməsı və xx.xx.2019-cu il tarixdən həmin pensiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı razılığı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Şabran rayon xidməti nümayəndəliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə X12 Filialı ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-543/2021 nömrəli qərardadı ilə inzibati iş aidyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək DSMF-nin Xüsusi Şərtlərlə X12 Filialının üzərinə xx.xx.2019-cu ildən təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının cavabdeh orqan tərəfindən dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırıldığı vaxtdan, yəni 12 mart 2020ci il tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Şabran rayon Xidməti Nümayəndəliyi 12 oktyabr 2020-ci il, №-li **********8 məktubunda qeyd edilir ki, “Sizin yaşa görə əmək pensiyanızın hansı səbəbdən dayandırılması barədə xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, Sizə DSMF-nin Şabran rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli 13 saylı qərarı ilə Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirik ki, Sizə pensiya təyinatı zamanı işlədiyiniz (Azərineftavtomatika müəssisəsinin) indiki adı “X9 və avtomatika” ASC tərəfindən verilmiş güzəştli pensiyaya hüququnuzun olması barədə xx.xx.2018-ci il tarixli, 10/18 saylı arayış və xx.xx.2006-cı il tarixədək olan 25 il 05 ay 06 gün əmək stajınız əsas götürülmüşdür. Bildirik ki, ƏƏSMN-nin yanında DSMF-nin Şabran rayon şöbəsində aparılmış audit nəticəsində Sizə tələb olunan güzəştli sığorta stajı olmadığı halda pensiya təyin edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də pensiya hüququnuz ləğv olunmuşdur. Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 30.2 maddəsinə əsasən əmək pensiyası təyin edən orqanın qərarından inzibati qaydada və məhkəməyə şikayət edilə bilər.” Həmin imtina məktubu ona 10 noyabr 2020-ci il tarixdə verilmişdir. DSMF-nin Şabran rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli 13 saylı qərarı tamamilə qanunsuz və əsassızdır. “X9 və Avtomatika” MMC 21 dekabr 2018-ci il, 10118 №-li arayış vermişdir. Arayışda qeyd edilir ki, İddiaçı həqiqətən də “Azneft” İB İstehsalat Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1981-ci il tarixindən (xx.xx.1981-ci ilə Əmr № 465/K) xx.xx.1985-ci il tarixinədək (xx.xx.1985-ci il Əmr 98/K) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajı 3 il 6 ay 2 gün “Azərineftavtomatika” müəssisəsində xx.xx.1993-cü il tarixindən (xx.xx.1993-cü il Əmr №17/K) xx.xx.2003-cü il tarixinədək (xx.xx.2003-cü il Əmr 1/K) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajlı 9 il 8 ay 7 gün. Cəmi iş stajı 13 il 2 ay 9 gün. Yuxarıda göstərilən vəzifə və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bölməsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən nəzarət ölçü cihzalarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan X9 və avtomatika üzrə cihazçılar, həmin sahələrdə texnoloji prosessi aparan əsas fəhlələr bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları güzəştli pensiya hüququna malikdirlər (KOD: 2130100a-18494) xx.xx.2002-ci il tarixindən “Azərineftavtomatika” müəssisəsi “X9 və Avtomatika” ASC-yə çevrilmişdir (Əmr 11 №-li – 13.03.02). xx.xx.2011-ci il tarixindən “X9 və Avtomatika” ASC “X9 və Avtomatika” MMC-yə çevrilmişdir (Əmr 31 №-li – xx.xx.2011-ci il). Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. İlk olaraq qeyd edilməlidir ki, iddiaçı N.İddiaçı xx.xx.2018-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində (hazırkı 2 saylı Quba-Xaçmaz regional filialı) aparılmış audit nəticəsində qanunla tələb olunan güzəştli sığorta stajının olmaması səbəbindən xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır). Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) xx.xx.2006-ci il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Pensiya təyinatı aparılan zaman vətəndaşın əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı müəssisə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 10/18 saylı arayış əsasında qəbul edilmişdir. Lakin arayışda qeyd edilmişdir ki, “Göstərilən vəzifə (NÖC və A çilingəri) və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21,06.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 12-ci bölməsinin 3-cü bəndinin a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər (KOD: 2130301a - 18494)”. Bildirmək istəyirlər ki, vətəndaşın əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı yuxarıda qeyd edilən Siyahıya uyğun bölmə, yarımbölmə (bənd), vəzifə uyğunluğu olduğu halda qəbul edilir. Hazırkı iş üzrə əmək şəraiti zərərli və ağır işlər “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olaraq qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (12-ci bölməsi), müvafiq olaraq neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı (3-cü bənd) hesab olunur. Lakin iddiaçının xx.xx.1981-xx.xx.1985; xx.xx.1993-xx.xx.2003-cü il tarixlərdə işlədiyi “X9 və Avtomatika” MMC (2 sentyabr 1969-cu ildə Azərbaycan SSR Neftçıxarma Nazirliyinin “Qazmada Xüsusiləşdirilmiş Eksperimental X9 kontoru” kimi yaradılmışdır. 1976-cı ildə “Azneft” X2 Xidmətinin Mərkəzi Bazasına və 1993-cü ildə “AZƏRİNEFTAVTOMATİKA” müəssisəsinə çevrilmiş və nəhayət 2011-ci ildən isə “X9 və Avtomatika” MMC kimi fəaliyyət göstərir) avtomatlaşdırma qurğularının və sistemlərinin yaradılması, NÖC və A vasitələrinin quraşdırılması, təmiri, sazlanması, texniki xidməti, təzyiq ölçü vasitələrinin sınaqdan keçirilməsi, neft-mədən avadanlıq və alətlərdə qüsurların ultrasəs nəzarət üsulu ilə aşkar edilməsi, eləcə də təhlükəsizlik, videonəzarət və siqnalizasiya sistemlərinin quraşdırılması, servis xidməti və.s işləri yerinə yetirir. Göründüyü kimi “X9 və Avtomatika” MMC-nin fəaliyyət istiqamətlərinə qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (12-ci bölmə), müvafig olarag neftin, qazın, paz kondensatının, kömürün və şistin emalı (3-cü bənd) daxil deyil. Bu səbəbdən iddiaçının işlədiyi “NÖC və A çilinpəri” vəzifəsi əmək şəraiti zərərli və ağır işlər qismində hesab oluna bilməz. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, qanunla tələb olunan üçüncü şərt ödənilmir, beləliklə də cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənələri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6, onun vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Dəvəçi şəhərində doğulmuşdur. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə kimi Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus AT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək fəhlə, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək suvaqçı, xx.xx.1981-ci ildən xx.xx.1985-ci ilədək çilingər, xx.xx.1985-ci ildən xx.xx.1988-ci ilədək mühəndis-mexanik, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək briqadir, xx.xx.1990-cı ildən xx.xx.1993-cü ilədək təsərrüfat hissə müdiri, xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilədək “Azərineftavtomatika” müəssisəsində, “X9 və Avtomatika” ASC-də 2-ci, 3-cü və 4-cü dərəcəli NOC və A çilingəri, xx.xx.2004-cü ildən xx.xx.2011-ci ilədək xəzinədar vəzifələrində işləmişdir. - "xxxx" MMC və “NOCA” 1969 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 02/21 №-li və Cİ-20 №-li, xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, İddiaçı həqiqətən də “Azneft” İB İstehsalat Birliyi Xidmətinin Mərkəzi Bazasında (İXMB) xx.xx.1981-ci il tarixindən (xx.xx.1981-ci il Əmr № 465/K) xx.xx.1985-ci il tarixinədək (xx.xx.1985-ci Əmr 98/K) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajı 3 il 6 ay 2 gün. “Azərineftavtomatika” müəssisəində xx.xx.1993-cü il tarixindən (xx.xx.1993-cü il Əmr № 17/K) xx.xx.2003-cü il tarixinədək (xx.xx.2003-cü il Əmr 1/K) NÖC və A çilingəri vəzifəsində işləmişdir. İş stajı 9 il 8 ay 7 gün. Cəmi iş stajı 13 il 2 ay 9 gün. Yuxarıda göstərilən vəzifə və iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 12-ci bölməsinin 3-cü bəndinin a) nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika çilingərlər, harada ki, texnoloji prosesi aparan əsas fəhlələr güzəştli pensiya hüququna malikdirlər (KOD: 2130301a-18494). xx.xx.2002-ci il tarixdən “Azərineftavtomatika” müəssisəsi “X9 və Avtomatika” ASC-yə çevrilmişdir (Əmr 11№-li-13.03.02). xx.xx.2011-ci il tarixdən “X9 və Avtomatika” ASC “X9 və Avtomatika” MMC-yə çevrilmişdir (Əmr 31№-li -xx.xx.2011-ci il). - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya aid pensiya işinin materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fonunun Şabrah rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 13 №-li, xx.xx.2019-cu il tarixli qərarına əsasən X3 xx.xx.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Şabran rayon Xidmət Nümayəndəliyi tərəfindən iddiaçıya ünvanlanmış 12 oktyabr 2020-ci il tarixli, **********8 nömrəli məktubun surətindən görünür ki, ona yaşa görə əmək pensiyasının hansı səbəbdən dayandırılması barədə xx.xx.2020-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, ona DSMF-nin Şabran rayon şöbəsinin əmək pensiyası təyin ediən komissiyasının xx.xx.2019-cu il tarixli, 13 saylı qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. eyni zamanda bildirilir ki, ona pensiya təyinatı zamanı işlədiyi (Azərneftavtomtika müəssisəsinin) indiki adı “X9 və avtomatika” ASC tərəfindən verilmiş güzəştli pensiya hüququnun olması barədə xx.xx.2018-ci il tarixli, 10/18 saylı arayış və xx.xx.2006-cı il tarixədək olan 25 il 05 ay 06 gün əmək stajı əsas götürülmüşdür. Bildirilir ki, ƏƏSMN-nin yannda DSMF-nin Şabran rayon şöbəsində aparılmış audit nəticəsində ona tələb olunan güzəştli sığorta stajı olmadığı halda pensiya təyin edildiyi müəyyən edilmişdir. Bu səbəbdən də pensiya hüququ ləğb olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Şabran rayon şöbəsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrün seçmə üsulla araşdırılması zamanı qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajı olmadığı halda Şöbə tərəfindən vətəndaşlara pensiya təyin edildiyindən, pensiya hüququ ləğv olunmaqla həmin işlər üzrə artıq hesablanaraq ödənilmiş məbləğlər barədə məlumatın surətindən görünür ki, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş X4 xx.xx.2018-xx.xx.2020-ci il tarixlər üzrə 3045,96 manat artıq ödəmə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. - 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. - 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı Maxsud Nagdıyevə xx.xx.2019-cu il tarixli, 13 nömrəli qərarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək ödənilmişdir. İddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində (hazırkı 2 saylı Quba-Xaçmaz regional filialı) aparılmış audit nəticəsində qanunla tələb olunan güzəştli sığorta stajının olmaması əsas gətirilərək xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya əmək pensiyası təyin edilməsi barədə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 13 nömrəli qərar iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, cavabdeh öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, hər hansı inzibati akt qəbul etmədən xx.xx.2020-ci il tarixdə iddiaçıya təyin edilmiş pensiya ödənişini dayandırmışdır. Məhkəmə hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Bu səbəbdən cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması isə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1798/2021 qərarı). Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-159/2022 qərarı). İş materiallarından görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, qüvvədə olan aktını ləğv etmədən, pensiya ödənişinin dayandırılması barədə əsaslandırılmış inzibati akt qəbul etmədən, əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə iddiaçının hüquqlarının pozulmasına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək peniyası ödənişinin dayandırılmasından ibarət hərəkəti qanunsuz hesab edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh inzibati orqanın İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək peniyası ödənişinin dayandırılmasından ibarət hərəkəti qanunsuz hesab edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən dayandırılmış əmək pensiyasının dayandırıldığı gündən bərpa edilməsi və həmin tarixdən başlayaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə X12 Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar