Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16720/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh X1rşı parklama yerində ödənişsiz saxlamanın təmin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: CMS-AZEMİS məlumat-axtarış sistemindən İddiaçı dair əldə edilmiş şəxsi məlumatlardan görünür ki, hazırda İddiaçı (bundan sonra iddiaçı) ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı parklama yerində ödənişsiz saxlamanın təmin edilməsi barədə xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixində 90RR351 dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinin inzibati ərazisində müvafiq yol nişanları quraşdırılmaqla təşkil edilmiş P10057 nömrəli ödənişli parklanma yerində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 53-cü maddəsinin XXİ hissəsinin tələbinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 346-1.1-ci maddəsinə (Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə) əsasən AYNA tərəfindən barənizdə AYN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Nəzərinizə çatdırırıq ki, qeyd olunan tarixdə sözügedən nəqliyyat vasitəsi P10057 nömrəli ödənişli məntəqədə park edilmiş, lakin qaydalara uyğun olaraq xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladılmamışdır. Məlumat üçün qeyd edək ki, Qanunun 53-cü maddəsinin XV hissəsinə əsasən ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parktanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq ödəniş etməlidir. Qaydalara uyğun olaraq ödənişsiz müddət bilavasitə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən parklanma müddəti başladıldıqdan sonra hesablanır. Həmçinin, Qanunun 53-cü maddəsinin XXİİ hissəsinə əsasən yalnız operativ nəqliyyat vasitələri ödənişli parklanma yerlərindən pulsuz istifadə edirlər. Aparılmış araşdırmanın nəticəsi olaraq, AYNA tərəfindən tərtib edilmiş inzibati iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün Məcəllənin 135.1-ci maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən olunmamışdır. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, P10057 nömrəli parklanma yerində ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişsiz saxlanılmasını təmin edilməsi və AYN ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanındakı P10057 nömrəli parklanma yerində ** RR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ödənişsiz saxlanılmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Volkswagen Tiquan markalı 90RR351 dövlət qeydiyyat nişanlı avtomobilini 2023-cü il tarixindən ailəsinin mülkiyyətində olan Q.Quliyev küçəsi 35A ünvanında yaşadığı binanın sakinləri üçün nəzərdə tutulmuş dayanacaq yerində xx.xx.2025-ci il tarixində saxlayarkən, AYNA tərəfindən ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. xx.xx.2025-ci il tarixində Hacı Məmmədov-5 ünvanında AYNA-nın inzibati binasında qəbulda olarkən, yaşadığı binanın ərazisində AYNA tərəfindən ödənişli parklama yeri kim fəaliyyət göstərmələrini hüquqi baxımdan qeyri-qanuni olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixli yazılı müraciətində də P10057№li təşkil etdikləri parklanma yerində ** RR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəni saxlamaq hüququnun olduğunu bildirmişdir. Eyni zamanda, Q.Quliyev küç-35A ünvanında yerləşən yaşayış binasının 50 saylı mənzilinin ailəsinin mülkiyyəti olduğunu təsdiq edən sənədləri də xx.xx.2025-ci il tarixli yazılı müraciətinə əlavə edərək, AYNA rəhbərliyinə təqdim etməyinə baxmayaraq, bu günə kimi də müraciətinə cavab verilməmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi özünün və həyat yoldaşının qeydiyyatı Yasamal rayonu, K.Kazımzadə 47 ünvanı, həyat yoldaşının anası Ofeliya Sənaninin qeydiyyat ünvanı isə Nəsimi rayonu, K.Səfərəliyeva 23 ünvanıdır. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassızdır və iddia təmin edilməməlidir. İlk növbədə bildirilir ki, ödənişsiz parklanma yerinin ayrılması və ondan istifadə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”nda öz əksini tapmışdır. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən, fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ayrılır. Belə ki, Qaydanın 1.3.1-ci yarımbəndinə əsasən, parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar deyildikdə təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar nəzərdə tutulur. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən, müraciətə minik avtomobilinin istifadəçisi tərəfindən Qaydanın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun yazılmış ərizə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) surəti, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti və nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti əlavə edilir. Həmin Qaydanın 2.17-ci bəndinə əsasən, bir şəxsə yalnız bir fərdi parklanma talonu verilir. Qeyd edilməsi zəruridir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Odur ki, şəxsiyyət vəsiqəsində isə yalnız qeydiyyat ünvanı qeyd olunduğundan, şəxsin yaşayış yeri onu qeydiyyatda olduğu yer hesab edilir. Eyni zamanda, Qaydanın 2 nömrəli Əlavəsində olan ərizə nümunəsində şəxsin qeydiyyatda olduğu yer üzrə fərdi parklanma talonunun verildiyi bir daha öz təsdiqini tapır. İddiaçı qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə 47 olduğundan, ona Bakı şəh, Nəsimi rayonu, Q.Quliyev-35 A ünvanı üzrə fərdi parklanma talonunun verilməsi qanunvericiliyə uyğun deyil. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazını bildirərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; Maddə 5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 53. Parklanma İ. Dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. İİ. Parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla təşkil edilir. İİİ. Parklanma yerlərinin təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ... Vİİİ. Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1998-ci il tarixli 24 nömrəli Fərmanı: Bənd 2.5. həmin Qanunun 6-1-ci maddəsinin İİ hissəsində, 9-cu maddəsinin 1-ci və 8-ci hissələrində, 9-1-ci maddəsinin İ hissəsinin ikinci cümləsində və İV hissəsində, 16cı maddəsinin 1-ci hissəsinin ikinci cümləsində, 24-cü maddəsinin 4-cü hissəsində, 25-ci maddəsinin 2-ci hissəsində, 27-ci maddəsinin İİ hissəsinin 3-cü bəndində (birinci halda) və 4-cü bəndində (birinci halda), 6-1-ci hissəsində, 30-cu maddəsinin 3-cü və 4-cü hissələrində, 31-ci maddəsinin 1-ci hissəsində, 34-cü maddəsinin İ hissəsində, 35-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində və 53-cü maddəsinin İİİ və Vİİİ hissələrində, Xİİ hissəsinin birinci cümləsində və nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bənd 2.34. həmin Qanunun 53-cü maddəsinin İ və İİ hissələrində, XİX hissəsinin ikinci və üçüncü cümlələrində və XXV hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası”: Bənd 1.3. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.3.1. parklanma yerlərinin təşkil edildiyi avtomobil yollarının kənarında yerləşən evlər və ya binalar - təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalar; 1.3.2. pulsuz parklanma yerinin ayrılması - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XXİİİ hissəsi nəzərə alınmaqla, təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılması. Bənd 2.1. Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara bu Qaydanın 1 nömrəli əlavəsinin 2-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu (Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla) verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır və yerli icra hakimiyyəti orqanları tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən formaya uyğun fərdi parklanma talonu verilir. Bənd 2.2. Fərdi parklanma talonu almaq üçün müraciət etmiş minik avtomobilinin istifadəçilərinə fərdi parklanma talonu müraciət edildiyi tarixdən 15 iş günü müddətində verilir. Bənd 2.3. Fərdi parklanma talonu almaq istəyən şəxs yerli icra hakimiyyəti orqanına şəxsən və ya internet şəbəkəsi vasitəsilə elektron formada müraciət edə bilər. Bənd 2.4. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 2.4.1. minik avtomobilinin istifadəçisi tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formaya uyğun yazılmış ərizə; 2.4.2. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin (Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsinin) surəti; 2.4.3. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surəti; 2.4.4. nəqliyyat vasitəsindən icarə və ya digər əşya hüquqlarına dair müqavilə və etibarnamə əsasında istifadə edildikdə, həmin sənədlərin surəti. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il № 2109 Fərmanı: Bənd 2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsin. Yuxarıda sadalanan qanunvericilik aktlarının mənasından göründüyü kimi fərdi parklanma talonu avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçilərinə verilir. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona ünvan 2 ünvanına pulsuz parklanma yerinin ayrılmasına və fərdi parklanma talonunun verilməsinə nail olmaqdan ibarətdir. DİN Baş Dövlət Yol Polisi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən sorğu edilən "VOLKSWAGEN TİGUAN" markalı **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdən İddiaçı adına qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşına münasibətdə yaşayış yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Odur ki, şəxsiyyət vəsiqəsində isə yalnız qeydiyyat ünvanı qeyd olunduğundan, şəxsin yaşayış yeri onu qeydiyyatda olduğu yer hesab edilir. İddiaçının qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə 47 olduğundan, ona Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev-35 A ünvanı üzrə fərdi parklanma talonunun verilməsi qanunvericiliyə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-16720/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16720/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver