Məhkəmə qərarları › İş №2-1(112)-1673/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1673/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1673/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X6 (X10 təminat və təmsilçilik şöbəsinin məsləhətçi hüquqşünası, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid adının verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 şəhid adının verilməsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı xx xxxxxxxx 1962-ci il təvəllüdlü X7 Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 1994-cü ildən N saylı hərbi hissənin tərkibində baş leytenant kimi Tərtər rayonunda hərbi xidmətə başlamışdır. Həyat yoldaşı xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur. Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir və həmin şəhadətnamədə də ölümün səbəbi hərbi xidmət dövründə baş beynin əzilib dağılması kimi göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş arayışda onun ərazi bötövlüyü uğrunda hərbi əməliyyatlar zamanı həlak olması, həmçinin N saylı hərbi hissə komandirinin atası Firudin Sərkərova verdiyi xx.xx.1996-cı il tarixli bildirişində də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasının baş verməsi nəticəsində həlak olması qeyd edilmişdir. X1 bilavasitə hərbi tapşırığı və xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur və ona şəhid adının verilməsi üçün bütün əsaslar mövcuddur. Onun bu şəraitdə həlak olması Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etməkdir, həmçinin xidmət etdiyi hərbi hissə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdən biri olmuşdur. Hərbi Komissarlıq tərəfindən verilmiş arayışda da onun ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı həlak olması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli , 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.1. maddəsinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər. Qanunda da ərazi bütövlüyü uğrunda həlak olmuş və müəyyən edilmiş digər hallarda həlak olmuş şəxslərə şəhid adının verilməsi təsbit edilmişdir. O, X1na şəhid adının verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir və xx.xx.NN-ci il tarixdə cavab verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx N08-ci il tarixli qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Qaydalarda qanunvericiliklə digər hadisələrin müəyyən olunması mümkünlüyünün nəzərdə tutulması (1.2.6-cı bənd) “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Belə ki, qanunvericiliklə digər hadisələrin müəyyən edilməməsi Qaydaların 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə baxan səlahiyyətli dövlət orqanları tərəfindən qeyd olunan Qanunun 1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uyğrunda həlak olmuş, itkin düşmüş və ya ölmüş hesab edilmiş şəxslərə şəhid adının verilməsini istisna etmir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 11.08.N-ci il tarixli 1/1-10516 №-li cavabda göstərilmişdir ki, mərhum həyat yoldaşı baş leytenant X7 döyüş tapşırığını və ya döyüş təminatı ilə bağlı tapşırıqları bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün onun şəhid hesab edilməsi qanuna müvafiq deyildir. Kadrlar İdarəsinin həmin imtinası qanuni və əsaslı hesab edilir. Hərbi qulluqçuların xidməti vəzifələrinin icrası zamanı həlak olması heç də bütün hallarda onlara şəhid adının verilməsi ilə nəticələnmir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Göründüyü kimi hərbi qulluqçular hərbi xidmət vəzifələrininin icrasında sayılmasının dairəsi genişdir. Hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin hansı hallarda hərbi xidməti vəzifələrinin icrasında sayılması xx xxxxxx N12-ci ildə qüvvəyə minmiş “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsi ilə daha dəqiq müəyyən edilmişdir. Ancaq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.5-1.2.6-cı bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qaydaların 4.1-cı bəndinə görə şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Nizamnamənin həmin maddəsində isə göstərilir ki, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. İddiaçının əri zabit heyətinə aid olduğundan onun şəhid ailəsi statusu Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin arayışı ilə təsdiq olunmalıdır. Buna görə də Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş arayış ailənin şəhid ailəsi sayılması üçün mötəbər sənəd hesab edilmir. Baş leytenant X7 N nömrəli hərbi hissədə xidmət keçmişdir. N nömrəli hərbi hissə komandirinin hadisə ilə bağlı arayış-məlumatında İ.F.Sərkərovun xidməti vəzifəsini yerinə yetirərkən xx xxx 1996-cı ildə Tərtər rayonunda avtomobil qəzası nəticəsində həlak olduğu qeyd edilmişdir. Hərbi hissənin arayışında İ.F.Sərkərovun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması göstərilməmişdir. Məhkəmədən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul etməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə verilmiş yazılı münasibətə uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı olaraq araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.NN-ci il tarixli, 1/S-10516 saylı məktubdan görünür ki, iddiaçının mərhum əri baş leytenant X4 şəhid statusunun verilməsi barədə ərizəsi araşdırılmış, araşdırma zamanı məlum olmuşdur ki, mərhum həyat yoldaşı baş leytenant X8 xx.xx.1996-cı il tarixində Tərtər rayonunda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 №-li qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.2.6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Mərhum həyat yoldaşı baş leytenant X2 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların bilavasitə icra etmədiyi zaman vəfat etdiyi üçün onun şəhid hesab edilməsi qanuna müvafiq deyildir. İşdə olan İV-ЖГ № 476834 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 arasında xx xxxxxx 1988-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 1988-ci il tarixdə 28 saylı nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Sərkərova soyadı verilmişdir. İşdə olan AZ-İİ № 016331 saylı, xx xxxx N19-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxx 1996-cı il tarixdə Tərtər rayonu Seyidəmli kəndində hərbi xidmət dövründə baş beynin əzilib dağılması səbəbi ilə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxx 1996-cı il tarixdə 03 saylı nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 6617 saylı arayışdan görünür ki, X7 N saylı hərbi hissənin tərkibində torpaqların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə araşdırması dövründə xx.xx.1962-ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə hansı şəraitdə, hansı tapşırıqların (döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların) icrası ilə bağlı həlak olması barədə məlumat sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş xx xxxxxx NN-ci il tarixli, 11/5989 saylı məktubdan görünür ki, N nömrəli hərbi hissədə xidmət keçən baş leytenant X7 x xxx 1996-cı ildə Tərtər rayonunda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində vəfat etmişdir. İ.F.Sərkərov həlak olan zaman hərbi xidməti vəzifəsinin icrasında sayılsa da, onun atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Bakı şəhəri Binəqədi rayon hərbi komissarlığına ünvanlanmış xx xxx 1996-cı il tarixli 600 saylı bildirişdən görünür ki, 1962-ci il təvəllüdlü baş leytenant X7 xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasının baş verməsi nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxx 1996-cı il tarixli, 0650 saylı əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, motoatıcı briqadanın (N saylı hərbi hissə) motoatıcı taborunun minaatan batareyasının tağım komandiri baş leytenant X7 xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğuna görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin sıyahısından çıxarılmışdır. N saylı hərbi hissə komandirinin nizami hissə üzrə 132 saylı əmrindən çıxarışdan görünür ki, X3 hərbi xidməti borcunu yerinə yetirərkən avtomobil qəzası zamanı həlak olduğu üçün siyahılardan və bütün növ təminatlardan çıxarılmışdır. Məhkəmə hazırki mübahisəyə münasibətdə şəhid adının verilməsinin mümkünsüzlüyü ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hərbi xidmət zamanı həlak olmaq heç də hər bir halda şəhid adı verilməsi ilə nəticələnə bilməz. Bunun üçün qanunvericiliklə nəzərdə tutulmuş hallardan ən azından biri mövcud olmalıdır. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir ki, hazırki iş üzrə şəhid adı verilməsi tələb edilən X1nun vəfat etməsində adları çəkilən səbəbli əlaqələrdən hər hansı biri mövcud deyildir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd edilir ki, bu qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.1-ci bəndinə əsasən şəhid – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair xx xxxxxx N08-ci il tarixli Qərarı ilə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1993-cü il tarixli Qanununun 1-ci maddəsinin tətbiq edilməli olduğu qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İddiaçı mərhum əri X3 atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissədə bilavasitə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olduğunu Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş arayışa əsasən təsdiq edildiyini göstərsə də, lakin məhkəmə həmin arayışı mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, baş leytenant X7 N saylı hərbi hissədə xidmət keçmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 4.1-ci maddəsinə əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Hazırki halda iddiaçının mərhum əri zabit heyətinə aid olduğundan, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən zaman həlak olduğundan, ona şəhid statusunun verilməsi hərbi komissarlıq tərəfindən deyil, Müdafiə Nazirliyinin kadrlar idarəsi tərəfindən verilmiş arayış əsasında təsdiq edilə bilər. İşdə olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi tərəfindən verilmiş sənədlər əsasında isə X3 hərbi xidməti vəzifələrini yerinə yetirərkən həlak olduğu müəyyən edilsə də, lakin xidməti vəzifəsinin icrasının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olması öz təsdiqini tapmamışdır. Beləliklə iş materiallarında olan sənədlər əsasında X3 əvvəllər Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə bağlı döyüş əməliyyatlarında iştirak etdiyi, lakin həmin vaxt deyil, daha sonra hərbi xidmətdə olan zamanı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olduğu müəyyən edilmişdir. Hərbi xidməti vəzifəsinin icrasının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olması öz təsdiqini tapmamışdır. Ölümün səbəbi isə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə bağlı olmamışdır. Sadalanan qanunvericilik normalarından bir daha müəyyən edilir ki, X4 şəhid adının verilməsi üçün hər hansı hüquqi əsas mövcud olmadığından cavabdeh haqlı olaraq şəhid adının verilməsinin mümkün olmaması qənaətinə gəlmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 75.4, 81.1 və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar