Məhkəmə qərarları › İş №2-1(112)-1673/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1673/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1673/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1141 saylı 21 avqust 1996-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İddiaçınə (İddiaçı Kiçik Müəssisəsinə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bakı şəhər İcra Hakimiyyətinin üzərinə Bakı şəhər İcra Hakimiyyəti başçısının 21 avqust 1996-cı il tarixli, 1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İddiaçı Kiçik Müəssisəsinə (İddiaçınə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerquruluşu planının verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 xx.xx.1994-cü il tarixdə hüquqi şəxs kimi vergi ödəyicisi olaraq vergi orqanlarında ilkin qeydiyyata alınmış, sonradan xx.xx.2016-cı il tarixdə təkrar qeydiyyatdan keçərək İddiaçınə çevrilmişdir. Göründüyü kimi, İddiaçı İddiaçı X1 hüquqi varisidir. İddiaçı X1 müraciətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının 21 avqust 1996-cı il tarixli, 1141 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İddiaçı Kiçik Müəssisəsinə “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Üzrlü səbəblərdən qeyd edilən ofisin tikintisini apara bilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinə müraciət edərək, 21 avqust 1996-cı il tarixli, 1141 nömrəli sərəncamın, ayrıc aktının və yerləşmə cizgisinin təsdiq edilmiş surətinin verilməsini xahiş etmişdir. Bakı şəhər İcra Hakimiyyəti torpaq sahəsinin ayrılması barədə sərəncamın təsdiq olunmuş surətini verərək, digər sənədlərin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə təhvil verdiyini və bu səbəbdən sənədlərin Mərkəzdən alınmasını tövsiyə etmişdir. Torpağın ayrılması ilə bağlı müvafiq sərəncam imzalanmamışdan əvvəl, ayrılacaq torpaq sahəsinin yeri və ölçüləri müəyyən edilir. 13 sentyabr 1996-cı il tarixdə Memarlıq və Planlaşdırma Baş İdarəsinin icraçımühəndisi olmuş Ş.Allahverdiyev tərəfindən “sahənin əsas göstəriciləri” hazırlanmış və “sahənin yerləşmə sxemi” (xəritədən çıxarışın surəti) verilmişdir. Həmin xəritə qeyd edildiyi kimi, keçmiş BŞİN-nin tərkibində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə 1:2000 miqyasda tərtib olunaraq, onlarda saxlanılmaqla, surətini ona vermişlər. Lakin məlum olmayan səbəblərdən, qeyd edildiyi kimi, həmin sənədlərlə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə müraciət etməyi tövsiyə olunmuşdur. Bundan sonra 22 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinə rəsmi qaydada vəkil sorğusu verilmişdir. Mərkəz, tələb olunan sənədlərin arxivdə aşkar olunmadığı səbəbindən 08 fevral 2021-ci il tarixli, 02/536 saylı məktubla sənədlərin verilməsindən imtina etmişdir. Həmin məktub poçt vasitəsilə ünvan ünvanına 15 fevral 2021-ci il tarixdə daxil olmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin üzərinə Bakı şəhər İcra Hakimiyyəti başçısının 21 avqust 1996-cı il tarixli, 1141 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İddiaçı Kiçik Müəssisəsinə (İddiaçınə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerquruluşu planının verilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi üzrə inzibati iş Bakı İnzibati Məhkəməsinin icraatında olmuş və məhkəmə xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyətini cavabdehlər sırasından çıxarmış və iddianı təmin etməmişdir. Tərəfindən öz səlahiyyətləri çərçivəsində iki inzibati orqana qarşı bir iddia ərizəsi ilə müraciət edilməsi qanunvericiliyin tələblərinə uyğun olmadığını bilsə də, iki orqanın məsələnin həllini bir-birinin üzərinə atması, lüzumsuz yazışmalarla vaxt aparılması belə bir iddia ilə məhkəməyə müraciət etməyə məcbur etmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 21 avqust 1996-cı il tarixli, 1141 nömrəli sərəncamının müddəalarına uyğun olan sənədlərin hazırlanması keçmiş BŞİN-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırlanmalı idi. Lakin 2018-ci ildən Memarlıq və Şəhərsalma Baş İdarəsi BŞİH-nin tərkibindən çıxarılaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi kimi fəaliyyət göstərir. Dövründə qeyd olunan sənədlər ona təqdim olunmadığı üçün hazırda torpaq sahəsinin ayrılması ilə bağlı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq BŞİH tərəfindən müvafiq tədbirlərin görülməsi zəruridir. Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə əsasən dövlət torpaqlarının hüquqi və fiziki şəxslərə ayrılması Xidmətin rəyi əsasında həyata keçirilir. İddiaçınə torpaq sahəsinin ayrılması barədə müvafiq sərəncam olduğundan, belə bir rəyə ehtiyac yoxdur. Lakin ayrılmış ərazinin yer quruluşu planı Bakı şəhəri İcra Hakimiyyətinin rəsmi müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin struktur bölməsi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanır. Bu barədə onların xx.xx.2021 -ci il tarixli, **********46 nömrəli məktubunda ətraflı izah mövcuddur. Bakı şəhəri İcra Hakimiyyətinə yer quruluşu planının verilməsi ilə bağlı etdiyi çoxsaylı müraciətlərə obyektiv baxılmamış və şablon cavab verməklə məsələ bitmiş hesab edilmişdir. BŞİH özünün xx.xx.2022-ci il tarixli 7- 633/17 nömrəli məktubu ilə müəssisə tərəfindən o dövrdə zəruri sənədləşdirmə işləri aparılmamasını bəhanə edərək xahişinə rədd cavabı vermişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Qeydiyyatı haqqında ********** saylı şəhadətnaməyə əsasən İddiaçı (VÖEN **********) X2 Dövlət Qeydiyyatı İdarəsində xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin başçısının torpaq sahəsinin ayrılması haqqında 1141 saylı xx.xx.1996-cı il tarixli sərəncamına əsasən: 1. BŞİH-nin xx.xx.1996-cı il tarixli İ-121 saylı qeydiyyatı, Xətai rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İddiaçı Kiçik Müəssisəsinə ofis layiləşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 2. Sifarişçiyə taprılmışdır: 2.1. Layihələşdirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığının yerinə yetirilməsi; 2.2. Sahənin yerində qəbul edilməsi, qorunması və onun sanitar vəziyyətinə nəzarət edilməsi; 2.3. Ərazinin və obyektin memarlıq planlaşdırılmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması; 2.4. Layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar edərsə, baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini razılaşdırmaq üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə məlumat verilməsi; 2.5. Torpaq sahəsinin ayrılmış məqsəd üçün istifadə olunması və obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasportu alındıqdan və layihə-smeta sənədləri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldıqdan sonra başlanılması; 2.6. Tikintini qeydiyyatdan keçirmək və ona başlamaq üçün texniki sənədlərin Bakı Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinə vaxtında təqdim edilməsi. 3. Ayrılmış torpaq sahəsinin sanitar vəziyyətinə diqqəti artırmaq, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər görmək Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısına tapşırılmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq 7-5166/17 saylı xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, bununla əlaqədar iddiaçı ilə Bakı Şəhər İcra Hakimiyyətində görüş keçirilmiş və məlumat verilmişdir ki, müraciətdə göstərilən torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər Bakı şəhəri İcra Hakimiyyətinə təqdim edildikdən sonra qaldırılan məsələyə müvafiq qaydada baxıla bilər. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq 3-52/2-488/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədlər Bakı şəhəri İcra Hakimiyyətinə təqdim edildikdən sonra qaldırılan məsələyə baxıla bilər. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq 7-633/17 saylı xx.xx.2022ci il tarixli məktubla bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının "xxxx" Kiçik Müəssisəsinə torpaq sahəsinin ayrılması haqqında sərəncamına əsasən həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, müəssisə tərəfindən zəruri olan sənədləşmə işlərinin aparılması həyata keçirilmədiyindən, xahişin icrası imkan xaricindədir. Məhkəmənin sorğusuna cavab olaraq 7-3960/17 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, müraciətdə qeyd olunan 1141 saylı xx.xx.1996-cı il tarixli sərəncamın hazırda qüvvədə olub-olmaması barədə məlumat Bakı şəhəri İcra Hakimiyyətinin arxivində mövcud deyil. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə ünvanlanmış **********46 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, müraciətə əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 1141 saylı sərəncamının müddəalarına uyğun ərazinin inşaat pasportunun, o cümlədən ayrıc aktının hazırlanması Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən həyata keçirilməli idi. O zaman qeyd olunan sənədlər tərtib olunmadığı üçün hal-hazırda torpaq sahəsinin ayrılması ilə bağlı Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görülməsi zəruridir. Keçmiş dövrdə rayon və şəhər icra hakimiyyəti başçıları tərəfindən fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə aid yerquruluşu planlarının hazırlanması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətlərinə aid deyil. Eyni zamanda, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Hal-hazırda Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinə əsasən dövlət torpaqlarının hüquqi və fiziki şəxslərə ayrılması Xidmətin rəyi əsasında həyata keçirilir. Müəyyən olunmuş qaydalara uyğun torpaq sahəsinin ayrılması ilə bağlı rayon (şəhər) icra hakimiyyətinin müvafiq müraciəti Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduqda Xidmətin tapşırığı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərazinin yerquruluşu planı tərtib edilir. Qeyd olunanları nəzərə alaraq, müraciətdə qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmək məqsədəmüvafiqdir. Torpaq sahəsinin ayrılması ilə bağlı şəhər icra hakimiyyəti tərəfindən müraciət daxil olduqda məsələyə qanunvericiliyə uyğun baxılacaqdır. Bu barədə eyniməzmunlu müraciətinə **********97 saylı xx.xx.2021-ci il tarixli məktubla cavab verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1141 saylı 21 avqust 1996-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İddiaçınə (İddiaçı Kiçik Müəssisəsinə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək verilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, həmçinin iddia ərizəsinə münasibətini (yazılı etirazını) məhkəməyə təqdim etməmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İddiaçının cavabdehə müvafiq tələblə hüquqmüəyyənedici sənədlərlə birgə rəsmi müraciəti xx.xx.2023-cü il tarixdə göndərilmiş, xx.xx.2023-cü il tarixdə çatdırılmışdır. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə cizginin verilməsinə dair “qanuni gözləntisi” varmı? Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Məhkəmə hazırki iş üzrə araşdırmanı X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı? Məhkəmə hesab edir ki, istifadəsində olan torpaq sahəsinin cizgisinin verilməsinə iddiaçının “qanuni gözləntisi” vardır. Cizginin verilməsindən imtina onun mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X6 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106). Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinə (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür) əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Odur ki, məhkəmə hesab edir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, qərar tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyildir. Cavabdeh qurum tərəfindən ofis layiləşdirilməsi və tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə dair ayrıc aktı həmin dövrdə sərəncamı ilə birlikdə vətəndaşa təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Araz-Tac” Məhdud Məsuliyyətli Cəmiyyətinə (İddiaçı X4 rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İddiaçı Kiçik Müəssisəsinə ofis layiləşdirilməsi və tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 1141 saylı, xx.xx.1996-cı il tarixli qərarı qüvvədədir, ləğv olunmayıb. Odur ki, icra olunmalıdır. Məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların üç kateqoriyası müəyyən edilib: dövlət, bəldiyyə, xüsusi. Torpaq sahəsinin "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə’’nin 2-ci bəndinin tələblərinə istinadən yerquruluşu işlərinin Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılmasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən Əsasnaməyə əsasən: 1.Yerquruluşu işləri-torpaq münasibətlərinin nizama salınması, torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemi olmaqla, torpaqların elmi-praktiki cəhətdən əsaslandırılmış səmərəli istifadəsinin təşkilinə, torpaq münasibətlərinin tənzimlənməsinə, əlverişli ekoloji mühitin qorunub saxlanılması, təbii və antropogen landşaftların yaxşılaşdırılmasına və sabitliyinin təmin edilməsinə, eləcə də torpaqların mühafizəsinə yönəldilir.

2. Yerquruluşu işləri respublikanın ərazisində mülkiyyət formalarına uyğun olaraq (dövlət, bələdiyyə və xüsusi) aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin, icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılır.

3. Təyinatından asılı olaraq yerquruluşu kompleks və təsərrüfatdaxili yerquruluşu işlərindən ibarətdir.

4. Respublikanın ərazisində kompleks yerquruluşu işləri aşağıdakı qaydada aparılır: Qüvvədə olan torpaq qanunvericilik aktlarının müddəalarına müvafiq olaraq, dövlət mülkiyyətində saxlanılan, bələdiyyə mülkiyyətinə verilən və xüsusi mülkiyyətə ayrılan torpaq sahələrin sərhədlərinin, habelə mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının hüquqlarının (sərhədlərinin) 1936-cı ilin ilkin dövlət aktlarına (bu aktlar olmadıqda hüquqları təsdiq edən sənədlərə və digər torpaq-kadastr sənədlərinə əsasən) yerdə (naturada) şəhərsalma sənədlərinin və şəhərsalma kadastrının məlumatlarını nəzərə almaqla mərzlərlə ayrılması: mülkiyyət formaları üzrə ayrılmış torpaq sahələrinin inventarlaşdırılması, müvafiq yerquruluşu plan və xəritə materiallarının hazırlanması; mülkiyyət formasından asılı olmayaraq qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla, yeni yaradılmış torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarında yerquruluşu işlərinin layihələşdirilməsi və mövcud torpaq istifadəçiliyinin nizama salınması; məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqların, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin, kənd yaşayış məntəqələrinin) torpaqlarının, sənaye, nəqliyyat, rabitə müdafiə ehtiyacları üçün və başqa təyinatlı torpaqların, xüsusi qorunan ərazilərin torpaqlarının, su fondu, meşə fondu və ehtiyat fondu torpaqlarının müəyyən edilməsi və onların sərhədlərinin yerdə (naturada) mərzlərlə ayrılması; torpaqların keyfiyyət göstəricilərini və təbii bitkilərin yem vahidini müəyyən etmək məqsədilə iri miqyaslı torpaq və geobotaniki tədqiqatların aparılması və onların xəritələşdirilməsi; istifadəsiz, habelə səmərəli və məqsədli təyinatına görə istifadə olunmayan torpaq sahələrinin müntəzəm olaraq aşkar edilməsi məqsədilə torpaqların inventarizasiyasının aparılması; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi; torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin qorunması və bərpası məqsədilə mədəni-texniki işlərin aparılması, eroziyaya qarşı qoruyucu meşə zolaqlarının salınması, yamacların terraslaşdırılması, sahil bərkidici hidrotexniki qurğuların inşası, üst qatı korlanmış torpaqların rekultivasiyası üzrə işçi layihələrinin hazırlanması.

5. Ayrı-ayrı torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin konkret torpaq sahələrində istehsal vasitələrindən (ilk növbədə torpaqdan) səmərəli istifadə edilməsini və ərazi təşkilini təmin etmək üçün aşağıdakı təsərrüfatdaxili yerquruluşu işləri aparılır: torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili.

6. Dövlət mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə mülkiyyətçilər tərəfindən təsdiq edilir.

7. Yerquruluşu işlərinə dair hazırlanmış sxem və layihələrin həyata keçirilməsinə müəllif nəzarətini müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həyata keçirirlər. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Beləliklə məhkəmə qeyd edilən normaların təhlilinə əsasən qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir. Cizgidən fərqli olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaq sahəsinin planı və ölçüsünün təsvirinə əsasən, həmin sənəd ciddi hesabat sənədi olmaqla torpaq sahəsinə dair müfəssəl məlumatı özündə əks etdirir (torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri). Göründüyü kimi, sadalanan qanunvericilik aktlarına əsasən hazırkı iddiaçıya torpaq sahəsi ayrılan vaxtda və ondan sonrakı dövrlərdə torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında yerquruluşu sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1141 saylı 21 avqust 1996-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İddiaçınə (İddiaçı Kiçik Müəssisəsinə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1141 saylı 21 avqust 1996-cı il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942-Q saylı məhəllədə İddiaçınə (İddiaçı Kiçik Müəssisəsinə) “Ofis layihələşdirilməsi və tikintisi üçün” 10x12 metr ölçüdə ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin-cizgisinin tərtib və təsdiq edilərək verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar