Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1674/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndinə əsasən (xidməti uyğusuzluğa görə) Azərbaycan Respublikasının Strateji X3 Agentliyi (bundan sonra mətndə -SOMDA) rəisinin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh SOMDA-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOMDA rəisinin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmrinin ləğv olunması, onun SOMDAda, Qaradağ regional idarəsinin Mühafizə və müdafiə qrupuna əməkdaş - əməliyyat maşınının sürücüsü (baş çavuş) vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 14 fevral 2014-cü il tarixdən Xüsusi Dövlət Mühafizə Xidmətində, 16 mart 2020-ci il tarixdən Xidmətin adının dəyişməsi ilə bağlı SOMDA-da, Qaradağ regional idarəsinin Mühafizə və müdafiə qrupuna əməkdaş əməliyyat maşınının sürücüsü (baş çavuş) çalışmış, xidmətdə olduğu dövrdə ona heç bir intizam tənbehi tətbiq edilməmişdir. Lakin 17 may 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı AR İXM ilə cərimə olunmağı səbəbindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndinə əsasən (xidməti uyğusuzluğa görə) SOMDA rəisinin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin qərarla razı olmayaraq hesab edir ki, yol hərəkəti qaydalarının pozuntusuna görə xidmətdən ehtiyata buraxılmağı qanuni və əsaslı olmamış, o cümlədən illərdir qüsursuz xidməti, yaşı, gələcək iş həyatı, ailə vəziyyətim, öhdəsində iki azyaşlı övladının olması nəzərə alınmamışdır. Belə ki, 17 may 2023-cü il tarixdə əmək məzuniyyətinə çıxmaq barədə ərizəni yazıb, iş yerindən çıxıb özünə məxsus Haval markalı **-FN-*** dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı evə gedərkən saat 13:20 radələrində N.Hikmət küçəsi Royal Pakın yanında dairədə öz yolunda olarkən tünd yaşıl rəngli Niva markalı avtomobil qarşısına çıxmış və həmin avtomobilin sürücüsünə iradını bildirdikdə həmin şəxs əsəbləşərək əli ilə xoşa gəlməz işarə etmiş və onun araxısı ilə gedib saxlatdırmışdır. Aralarında söz mübahisəsi baş vermiş və sonra sürüb getmişdir, biraz getdikdən sonra Niva markalı avtomobilin sürücüsü gələrək onu saxlamış və nalayiq söyüşlərlə təhqir etmişdir. Əsəbləşərək avtomobildən enib ona yaxınlaşıb nəyə görə məni təhqir etdiyini soruşduqda adını sonradan bildiyi Nəriman onu yenə təhqir etmişdir. Onun təhqirlərinə cavab olaraq eyni sözləri onun özünə aid olduğunu demişdir. Bu zaman Nəriman avtomobili arxaya sürmüş və iddiaçının avtomobilimə dəydikdən sonra oranı tərk etmişdir. Əsəbi soyumadığı üçün öz avtomobilinə əyləşib Nərimanın arxası ilə sürmüş və artıq Nərimana çatanda işıqla işarə edib onun avtomobili saxlamasını tələb etmişdir. Lakin ona məhəl qoymayaraq, əksinə avtomobilin əyləcindən istifadə edərək vəziyyəti daha da gərginləşdirmişdir. Nəriman əyləcdən istifadə edən zaman avtomobilimin qabaq hissəsi ilə üç dəfə iddiaçının avtomobilinə dəymişdir. Ara küçədə Nəriman sürətli sürərək sağa dönmək istəyən zaman avtomobilini saxlaya bilməmiş və Niva markalı avtomobilin arxa hissəsinə dəymişdir. Zərbədən Niva markalı avtomobil divara dəyərək dayandıqda iddiaçı sürüb oranı tərk etmişdir. Bir qədər getdikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Ondan sonra onları aidiyəti üzrə Yasamal RPİ-nin TŞnə dəvət etdilər, orada öz aralarında anlaşılmazlıq olduğunu qəbul edib, barışmışlar və birbirilərindən şikayətlərinin olmadıqlarını bildirmişlər. Bundan sonra Yasamal RPİ-nin TŞ-nin 30 may 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin hadisə ilə bağlı Nərimanla artıq barışdığı, İXM ilə cərimə olunduğu və həmin gün əmək məzuniyyətinə çıxdığı üçün, o cümlədən hadisənin elə də ciddi olmadığını hesab etdiyindən iş yerinə bu barədə məlumat verməmişdir. Lakin hadisədən sonra onu iş yerindən çağırıb xidmətdən ehtiyata buraxılmağı barədə əmr verildiyi bildirilmişdir. Həmin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmr şəxsən ona təqdim edilməmişdir, amma xidməti uyğunsuzluq halları olduğuna görə xaric olduğu barədə məlumat vermişlər. O cümlədən əsas kimi onu da gətirmişlər ki, idarəyə məlumat verməmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: SOMDA rəisinin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmri ilə Qaradağ regional idarəsinin hərbi qulluqçusu, baş çavuş İddiaçı xidmətdən kənar davranışı ilə hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə yol verdiyinə və xidməti uyğunsuzluğa görə xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Tətbiq edilən hüquq: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ...
“Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); ...
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırkı iş üzrə mübahisələndirilən inzibati akt iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrdir. Ehtiyata buraxılmanın əsasları və qaydası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir və xidməti uyğunsuzluq, hərbi qulluqçunun bundan sonra hərbi xidmətinin davam etməsinə imkan verməyən faktların mövcudluğunu ehtiva edir. SOMDA rəisinin 20 iyun 2023-cü il tarixli, 70 saylı əmrindən görünür ki, İddiaçı xidmətdən kənar Bakı şəhəri, Yasamal rayonu ərazisində hüquqazidd əməllər törətməsi səbəbindən Polis idarəsinə dəvət olunaraq izahatının alınması və törətdiyi hadisə ilə bağlı idarəyə məlumat verməməsi barədə Agentliyin Qaradağ regional idarəsinin rəisinin raportu əsasında xidməti yoxlama aparılmışdır. Müəyyən edilmişdir ki, Qaradağ regional idarəsinin Mühafizə və müdafiə qrupunun əməkdaş-əməliyyat maşının sürücüsü, baş çavuş İddiaçı hərbi qulluqçu kimi öz davranışı ilə başqa şəxslərə nümunəvi örnək olmalı, vətəndaşlarla ünsiyyətdə təmkinli davranmalı, o cümlədən, xidmətdən kənarda özünü ləyaqətli aparmaqla ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməli olduğu halda 17 may 2023-cü il tarixdə saat 13:00-da regional idarədə döyüş xidmətini başa vurduqdan sonra özünə məxsus “Haval” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində hərəkətdə olarkən rayonun F.Salmanov küçəsində yaranmış tıxac zamanı yolun sağ tərəfindən gələn vətəndaş X4 idarə etdiyi Vaz 21-214 (Niva) markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxdığını bəhanə edərək əvvəlcə əl hərəkətləri və yüksək səslə çağıraraq Nəriman Əliyevə kobud şəkildə iradlarını bildirib təkidlə ondan avtomobilini saxlamasını tələb etmiş, sürücü Nəriman Əliyev bir qədər irəlidə dayandıqdan sonra avtomobildən düşərək hərbçi kimi geyim formasına hörmətlə yanaşmalı olduğu halda, üzərində olan hərbi geyim formasına məhəl qoymadan Nəriman Əliyevin idarə etdiyi avtomobilə yaxınlaşaraq sağ ön qapısını açıb onunla yenidən mübahisə etməyə başlamış, aralarında yaranmış mübahisə zamanı Nəriman Əliyevin ona müqavimət göstərməsinin qarşısını almaq üçün avtomobilin dam hissəsində olan dəmir barmaqlıqdan tutub ayaqla ona zərbələr vurmuş, daha sonra isə bir neçə dəfə sonuncunun avtomobilinə təpiklə zərbələr endirmişdir. Baş çavuş İddiaçı törətdiyi nalayiq hərəkətlərlə kifayətlənməyib yenidən öz avtomobilinə əyləşərək, həmin vaxt hadisə yerindən uzaqlaşmağa çalışan Nəriman Əliyevin avtomobilini təqib edib Yasamal rayonu, Vasif Əliyev küçəsində ona çataraq öz avtomobili ilə bir neçə dəfə yüksək sürətlə Nəriman Əliyevin idarə etdiyi avtomobilin arxa hissəsindən vurmaqla zərbənin təsirindən sonuncunun yaxınlıqda olan yaşayış sahəsinin divarına çırpılaraq yolnəqliyyat hadisəsi törətməsinə səbəb olmuşdur. Yoxlama zamanı, həmçinin, İddiaçı baş vermiş hadisə ilə bağlı birbaşa rəisinə müvafiq qaydada heç bir məlumat vermədən Yasamal rayon Polis idarəsinə gedərək izahat yazmaqla törətdiyi hadisəni xidmət etdiyi qurumdan gizlətməsi müəyyən edilmişdir. Etik davranış Qaydalarına əsasən İddiaçı hərbi qulluqçu kimi cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normaları və davranış qaydalarını gözləməli, hərbi geyim formasını ləyaqətlə daşımalı, xidmət etdiyi yerin və öz hərbi rütbəsinin şərəfini qorumalı olduğu halda, həmin tələblərə zidd olaraq hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törədərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Nizamnamələrinin və "Azərbaycan Respublikası Strateji X3 Agentliyinin hərbi qulluqçularının etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə vurğulayır ki, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər. Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 3-cü maddəsinə əsasən, hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və döyüş şöhrətini, öz hərbi rütbəsinin şərəfini qorumalıdır. Həmin Nizamnamənin 42-ci maddəsinə əsasən, hərbi qulluqçular həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməli, ictimai yerlərdə və küçədə özlərini ləyaqətlə aparmalıdırlar. Hazırkı işdə iddiaçının xidməti uyğunsuzluğunu təsdiq edən kifayət qədər faktlar mövcuddur. Belə ki, mübahisələndirilən əmrdə haqlı olaraq göstərilmişdir ki, iddiaçı hərbi qulluqçu kimi öz davranışı ilə başqa şəxslərə nümunəvi örnək olmalı, vətəndaşlarla ünsiyyətdə təmkinli davranmalı, o cümlədən, xidmətdən kənarda özünü ləyaqətli aparmaqla ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməli olduğu halda, hətta üzərində olan hərbi geyim formasına məhəl qoymadan yuxarıda qeyd edilən əməli törətməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Nizamnamələrinin və "Azərbaycan Respublikası Strateji X3 Agentliyinin hərbi qulluqçularının etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur. Hazırkı halda mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, əmrin ləğv edilməsinə dair tələbi əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının digər “vəzifəyə bərpa olunma və məcburi işburaxma dövrünə görə ödənilməli əmək haqqının hesablanaraq ödənilməsi” ilə bağlı tələblərinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “əmrin ləğvi” barədə tələbin təmin edilməməsi bu tələblərin də təmin edilməməsini şərtləndirir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Strateji X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov