Məhkəmə qərarları › İş №2-1(112)-1674/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1674/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1674/2025 25.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən hesablanmış xx.xx.2023-cü il tarixində ARBP ********* təyinatı ilə mənfəət vergisi 2018-308205,73 manat, mənfəət vergisi 308720,07 manat, ƏDV 2018/7- 21071,47 manat, ƏDV 2018/8-21071,47 manat, ƏDV 2018/9-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 2018/12- 21071,47 manat, ƏDV 2019/1-23153,99 manat, ƏDV 2019/2-23153,99 manat, ƏDV 2019/3-23153,99 manat, ƏDV 2019/4-23153,99 manat, ƏDV 2019/5- 23153,99 manat, ƏDV 2019/6-23153,99 manat, ƏDV 2019/7-23153,99 manat, ƏDV 2019/8-23153,99 manat, ƏDV 2019/9-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV 2019/11- 23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat olmaqla ümumilikdə 1021202,72 manat vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin, tələb edilməsinin qanunsuz hesab edilməsi və yuxarıda qeyd edilən ümumilikdə 1021202,72 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisənin şəxsi hesab vərəqəsinə xx.xx.2023-cü il tarixində ARBP ********* təyinatı ilə mənfəət vergisi 2018-308205,73 manat, mənfəət vergisi 2019- 308720,07 manat, ƏDV 2018/7- 21071,47 manat, ƏDV 2018/8-21071,47 manat, ƏDV 2018/9- 21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 20xx/xx- 21071,47 manat, ƏDV 2019/1-23153,99 manat, ƏDV 2019/2-23153,99 manat, ƏDV 2019/3- 23153,99 manat, ƏDV 2019/4- 23153,99 manat, ƏDV 2019/5- 23153,99 manat, ƏDV 2019/6- 23153,99 manat, ƏDV 2019/7-23153,99 manat, ƏDV 2019/8-23153,99 manat, ƏDV 2019/9- 23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV 20xx/xx- 23153,99 manat olmaqla ümumilikdə 1021202,72 manat hesablanmışdır

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hesablanmış xx.xx.2023-cü il tarixində ARBP ********* təyinatı ilə mənfəət vergisi 2018-308205,73 manat, mənfəət vergisi 2019-308720,07 manat, ƏDV 2018/7- 21071,47 manat, ƏDV 2018/8-21071,47 manat, ƏDV 2018/9- 21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 2018/11- 21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 2019/1-23153,99 manat, ƏDV 2019/2-23153,99 manat, ƏDV 2019/3-23153,99 manat, ƏDV 2019/4-23153,99 manat, ƏDV 2019/5- 23153,99 manat, ƏDV 2019/6-23153,99 manat, ƏDV 2019/7-23153,99 manat, ƏDV 2019/8-23153,99 manat, ƏDV 2019/9-23153,99 manat, ƏDV 2019/10- 23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat olmaqla ümumilikdə 1021202,72 manat vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10739/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamış, həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3616/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10739/2024 saylı 16 avqust 2024-cü il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Şikayətlə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının şəxsi hesab vərəqəsində sözügedən vergi borcunu qeyd etməmişdən öncə inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, aparılan araşdırma onu deməyə əsas verir ki, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamışdır. Belə olan halda qanunun tələblərinə riayət edilmədən aparılan icraat- şəxsi vərəqədə borc əks etdirilməsi iddiaçının hüquqlarına toxunduğu üçün iddiaçı haqlı olaraq həmin şəxsi vərəqədə ona münasibətdə hesablanmış və göstərilmiş borc məbləğinin silinməsi ilə bağlı iddia vermişdir. Buna baxmayaraq, işə birinci instansiya qaydasında baxan məhkəmə yuxarıda qeyd olunanları araşdırmadan, işin mahiyyəti üzrə baxılması əsaslarının mövcudluğunu nəzərə almadan tez-tələsik qərar qəbul edərək iddianı qeyri-mümkün saymışdır.”

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı İnzibati Məhkəməsinin ilə xx.xx.2024-cü il tarixli 2-1(112)-10739/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin qərardadı ilə razılaşmayaraq qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-3616/2024 saylı qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı MMC-nin iddia ərizəsinin verildiyi tarixə 64166,46 manat faiz borcu mövcuddur. İddiaçının tələbindən görünür ki, o, 1021202,72 manat vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin, tələb edilməsinin qanunsuz hesab edilməsi, 1021202,72 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmişdir. Bildirirlər ki, qeyd olunan məbləğin əsasını Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli Qərarı təşkil etmişdir. Belə ki, həmin qərarın “Müəyyən Etdim” başlığının 3-cü abzasından aydın olur ki, cinayət işi üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə əldə edilmiş AR ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli b9/6130 nömrəli rəyinə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixədək olan müddətdə 1021202,68 manat vergilərin ödənilməsi yayındırıldığı müəyyən edilmişdir. Eyni başlığın 4-cü abzasından görünür ki, ümumilikdə ******* manat nağd pul vəsaitlərindən ibarət gəlirini vergi orqanına tam bəyan etməyərək qeyd edilən dövr üzrə 616925,80 manat mənfəət vergisini, 404276,88 manat ƏDV-ni, cəmi 1021202,68 manat məbləğində xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. Bununla da X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Xüsusilə 6-cı abzasa diqqət yetirdikdə aydın olur ki, “İstinataq dövrü ərzində müəssisənin vəzifəli şəxsləri tərəfindən vergidən yayınma xüsusatı üzrə dövlətə vurulmuş maddi ziyanın geri qaytarılması məqsədilə Baş Prokurorluğun depozit hesabına ümumilikdə 1021202,68 manat vəsait ödənmişdir. Eləcə də, qərardan görünür ki, X1 ərizə ilə baş Prokurorluğa müraciət edərək xüsusilə külli miqdarda vergidən yayındığını etiraf etmiş və Baş Prokurorluğun depozit hesabına qoyduğu 1021202,68 manat pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Eləcə də bildirirlər ki, xx.xx.2022-ci il tarixdə Baş Prokurorluğun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qəbul edilmişdir. Baş Prokurorluğun qeyd olunan qərarından görünür ki, X1 barəsində AR Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Buna əsas isə Cinayət Məcəlləsinin 73-2-ci maddəsi olmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsinə əsasən Bu Məcəllənin 209 və 213-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Baş Prokurorluğun xx.xx.2022-ci il tarixli “Pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi haqqında” qərarından iddiaçı tərəfindən iddia tələbində qeyd olunmuş məbləğlərin nə üçün şəxsi hesab vərəqəsində əks olunduğu aydın olur. Yəni 1021202,68 manat məbləğin hesablanması, şəxsi hesab vərəqəsinə işlənməsinin əsası tamamilə aydın olmaqdadır. İddia tələbinin 1021202,Ş68 manat vergi borcunun silinməsi hissəsi ilə bağlı bildirirlər ki, iddiaçının şəxsi hesab vərəqəsində hazırda hər hansı vergi borcu mövcud olmamaqla yanaşı, sadəcə faiz borcu mövcuddur. Elektron məhkəmə portalında mövcud iş materiallarından aydın şəkildə görünür ki, iddiaçının mübahisələndirdiyi məbləğ vergi orqanı tərəfindən hər hansı vergi nəzarət tədbiri çərçivəsində deyil, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi sübuta yetirildiyindən məhz sonuncu tərəfindən hesablanmışdır. Bildirirlər ki, qeyd olunan məbləğin əsasını Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli Qərarı təşkil etmişdir. Belə ki, həmin qərarın “Müəyyən Etdim” başlığının 3-cü abzasından aydın olur ki, cinayət işi üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə əldə edilmiş AR ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli b9/6130 nömrəli rəyinə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixədək olan müddətdə 1021202,68 manat vergilərin ödənilməsi yayındırıldığı müəyyən edilmişdir. Eyni başlığın 4-cü abzasından görünür ki, ümumilikdə ******* manat nağd pul vəsaitlərindən ibarət gəlirini vergi orqanına tam bəyan etməyərək qeyd edilən dövr üzrə 616925,80 manat mənfəət vergisini, 404276,88 manat ƏDV-ni, cəmi 1021202,68 manat məbləğində xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. Bununla da X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini tprətmişdir. Xüsusilə 6-cı abzasa diqqət yetirdikdə aydın olur ki, “İstinataq dövrü ərzində müəssisənin vəzifəli şəxsləri tərəfindən vergidən yayınma xüsusatı üzrə dövlətə vurulmuş maddi ziyanın geri qaytarılması məqsədilə Baş Prokurorluğun depozit hesabına ümumilikdə 1021202,68 manat vəsait ödənmişdir. Eləcə də qərardan görünür ki, X1 ərizə ilə baş Prokurorluğa müraciət edərək xüsusilə külli miqdarda vergidən yayındığını etiraf etmiş və Baş Prokurorluğun depozit hesabına qoyduğu 1021202,68 manat pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Eləcə də, bildirirlər ki, xx.xx.2022-ci il tarixdə Baş Prokurorluğun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qəbul edilmişdir. Baş Prokurorluğun qeyd olunan qərarından görünür ki, X1 barəsində AR Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Buna əsas isə Cinayət Məcəlləsinin 73-2-ci maddəsi olmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsinə əsasən Bu Məcəllənin 209 və 213-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Baş Prokurorluğun xx.xx.2022-ci il tarixli “Pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi haqqında” qərarından iddiaçı tərəfindən iddia tələbində qeyd olunmuş məbləğlərin nə üçün şəxsi hesab vərəqəsində əks olunduğu aydın olur. Yəni 1021202,68 manat məbləğin hesablanması, şəxsi hesab vərəqəsinə işlənməsinin əsası tamamilə aydın olmaqdadır. İddiaçının özünün də istinad etdiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsinin 6.1.25-ci bəndində də aydın olduğu kimi Kameral vergi yoxlaması ilə əlaqədar baş İdarənin iştirak etdiyi məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş qərarların, cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanların qanuni qüvvəyə minmiş qərarlarının, baş idarədə uçotda olan vergi ödəyiciləri barəsində inzibati icraat çərçivəsində qəbul edilmiş qərarların icrasını təmin etmək, o cümlədən həmin qərarların (hökmün) vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsini və müvafiq düzəlişlərin aparılmasını təmin etmək Baş İdarənin vəzifəsidir. Hazırkı iş üzrə cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanların qanuni qüvvəyə minmiş qərarı dedikdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli Qərarı nəzərdə tutulur. Elektron məhkəmə portalında mövcud iş materiallarından aydın şəkildə görünür ki, iddiaçının mübahisələndirdiyi məbləğ vergi orqanı tərəfindən hər hansı vergi nəzarət tədbiri çərçivəsində deyil, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi sübuta yetirildiyindən məhz sonuncu tərəfindən hesablanmışdır.

7. İddiaçı tərəfindən cavabdehin etirazına münasibətdə mülahizə təqdim edilərək bildirilmişdir ki, hesab edirlər ki, cavabdeh tərəfindən təqdim edilmiş etiraz tamamilə əsassızdır. Bununla bağlı məhkəmənin nəzərinə aşağıdakıları çatdırırlar: əlaqəli iş üzrə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X14 üzrə Baş İdarəsi (cari X13 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2019-cu il 20 noyabr tarixli, **********193623 nömrəli qərarla cəmiyyət tərəfindən 2017-ci il üzrə 401.238,34 manat mənfəət vergisinin azaldıldığı müəyyən olunaraq, 401.238,34 manat əlavə mənfəət vergisinin hesablanması və 200.619,17 manat maliyyə sanksiyasının tətbiq olunması, 2017-ci il üzrə 236.081,79 manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən olunaraq, 236.081,79 manat əlavə dəyər vergisinin hesablanması və 118.040,90 manat maliyyə sanksiyasının tətbiq olunması, 2018-ci il üzrə 161.762,34 manat əlavə dəyər vergisinin azaldıldığı müəyyən olunaraq, 161.762,34 manat əlavə dəyər vergisinin hesablanması və 80.881,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. İddiaçı MMC-yə 799.082,47 manat məbləğində əlavə vergi məbləği hesablanmaqla və 399.541,24 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********193623 nömrəli, 2019-cu il 20 noyabr tarixli qərarın ləğv olunmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2-1(112)-393/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”**********193623 nömrəli, 20 noyabr 2019-cu il tarixli qərarın ləğv olunması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 477/2021 saylı, 24 fevral 2021-cü il tarixli qərarı ilə isə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1168/2021 saylı, 6 iyul 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 24 fevral tarixli, 2- 1(103)-477/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsində ikinci icraatda məhkəmənin 2-1(103)-33/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-393/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bu zaman cavabdeh tərəfindən yenidən kassasiya şikayəti verilmiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1325/2023 saylı qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-33/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edək ki, yuxarıda qeyd olunan işlə eyni zamanda keçirilmiş səyyar vergi yoxlaması üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində əlaqədar cinayət işi açılmış, araşdırmalar aparılmışdır. Qeyd edək ki, daha sonra İddiaçı MMC-ə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanda icarə obyektində xx.xx.2019-cu il tarixində yanğın hadisəsi baş vermişdir. Bu zaman isə Azərbaycan Respublikası Baş Prokurorluğunda baş vermiş yanğın hadisəsi faktı üzrə xx.xx.2020-ci il tarixdə Cinayət Məcəlləsinin 225.2 və 308.2-ci maddələri ilə ********** saylı cinayət işi açılmışdır. Cinayət işi üzrə daha sonra CM-nin 225.2-ci maddəsi ilə iş üzrə təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlandığından xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bununla bağlı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-184/2021 saylı hökmü mövcuddur. Baş Prokurorluq tərəfindən həmçinin xx.xx.2022-ci il tarixli qərarla pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı qərar qəbul edilmiş, daha sonra isə həmin ********** saylı iş üzrə Baş Prokurorluğun xx.xx.2022-ci tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergidən yayınma faktı ilə bağlı cinayət işi müəssisədə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən açılmışdır. Baş Prokurorluqda isə ümumilikdə yanğın hadisəsi ilə bağlı işə baxılmışdır. Hazırki iddia üzrə şəxsi hesab vərəqəsinə (ŞHV) hesablanmış xx.xx.2023-cü il tarixində ARBP ********* təyinatı ilə mənfəət vergisi 2018-308205,73 manat, mənfəət vergisi 308720,07 manat, ƏDV 2018/7- 21071,47 manat, ƏDV 2018/8-21071,47 manat, ƏDV 2018/9-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 2019/1-23153,99 manat, ƏDV 2019/2-23153,99 manat, ƏDV 2019/3-23153,99 manat, ƏDV 2019/4-23153,99 manat, ƏDV 2019/5- 23153,99 manat, ƏDV 2019/6-23153,99 manat, ƏDV 2019/7-23153,99 manat, ƏDV 2019/8-23153,99 manat, ƏDV 2019/9-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat olmaqla, ümumilikdə 1021202,72 manat vergilər üzrə isə vergi orqanı tərəfindən hər hansı səyyar və ya kameral vergi yoxlaması, o cümlədən operativ nəzarət tədbirləri həyata keçirilməmişdir. Həmçinin belə bir akt, əlavə vergi hesablanması və ya vergi qanunvericiliyiinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qərarı olmamışdır. Onu da qeyd edirlər ki, cari iş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisələndirilən məsələ barədə qeyd olunmuşdur: “Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla, iddiaçının şəxsi vərəqəsindən silinməsini tələb etdiyi məbləğ baxmayaraq ki, müvafiq cinayət işinin icraatı zamanı keçirilmiş mühasibatlıq ekspertizası nəticəsində hesablanmışdır, yekun olaraq həmin məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə həmin prokurorluq orqanı tərəfindən deyil, məhz cavabdeh qurum tərəfindən işlənilmişdir. Qanunla Prokurorluq orqanının vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə hər hansı vergi borcu ilə bağlı öhdəliyinin mövcudluğu səbəbindən həmin borcu göstərməyə nə səlahiyyəti var, nə də ümumiyyətlə texniki cəhətdən şəxsi vərəqəyə müdaxilə imkanı var....Hazırda cavabdeh qurum iddiaçı müəssisəyə cinayət işinin icraatında müəyyən olunmuş və hesablanmış vergi borcunun onun xahişi ilə depozit hesabından ödənilməsini, bununla da cinayət işinin başlanılmasının rədd edilməsi barədə müvafiq qərarın da qəbul edildiyini bildirsə də, həmin borcun həm də şəxsi vərəqədə göstərildiyinin səbəblərini açıqlaya bilməmişdir”.

8. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

10. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X11 tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli “Pul vəsaitinin dövlət büdcəsinə küçürülməsi haqqında” qərarında göstərilir ki, “...Cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli 9/6130 nömrəli rəyinə əsasən “Eurohome’’ MMC tərəfindən xx.xx.2018-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə cəmi 1.021.202,68 manat vergilərin ödənilməsinin yayındırıldığı müəyyən edilmişdir.

11. İstintaq zamanı müəyyən edilmişdir kı, X1 2014-cü il tarixdən etibarən ünvan 3 ünvanında mülkiyyətində olan ticarət sahələrinin müxtəlif növ tikinti materialları məhsullarının pərakəndə satışı üçün sahibkarlıq subyektləri olan ayrı-ayrı fiziki şəxslərə icarəyə verilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətini həyata keçirən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 02 iyul 1999-cu il tarixdə S-71 nömrəsi ilə qeydiyyata alınaraq Vergilər Nazirliyi tərəfindən 23 may 2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna götürülmüş İddiaçı fəaliyyətinə birbaşa tapşırıq və göstərişləri, faktiki idarəçiliyi yerinə yetirməsi ilə rəhbərliyi həyata keçirərək xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqla xüsusilə külli miqdarda gəlir əldə etmək üçün müəssisənin direktoru vəzifəsinə təyin edilməsini təşkil etdiyi X7 və X12 vasitəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ticarət mərkəzində mağaza və anbarların inşaat materiallarının pərakəndə və topdan satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə icarəyə verilməsini təşkil edib bu məqsədlə sahibkarlıq subyektləri ilə bağlanmış müqavilələrdə icarə haqqlarını az rəsmiləşdirməklə faktiki gəlirlərini suni surətdə az göstərərək dövlət büdcəsinə ödəməli olduğu vergiləri azaltmaqla özünün xüsusilə külli miqdarda gəlir əldə etmək niyyətini həyata keçirmək məqsədi ilə X2, X10, X8 və digərlərindən ibarət ümumilikdə 126 (yüz iyirmi altı) nəfər icarəçilərlə müqavilə bağlayaraq icarəyə verilmiş müxtəlif kommersiya obyektlərindən direktor və menecer kimi təyin edilməsini təşkil etdiyi şəxslər vasitəsi ilə icarə haqqı adı altında toplanmış ümumilikdə 5 077.438 ( beş milyon yetmiş yeddi min dörd yüz otuz səkkiz) manat nağd pul vəsaitlərindən ibarət gəlirini vergi orqanına tam şəkildə bəyan etməyərək qeyd edilən dövr üzrə 616.925,80 (altı yüz on altı min doqquz yüz iyirmi beş) manat mənfəət vergisini, 404.276,88 (dord yüz dörd min iki yüzyetmiş altı) manat əlavə dəyər vergisini, cəmi 1.021.202.68 manat (bir milyon iyirmi bir min iki yüz iki, altmış səkkiz) manat məbləğində xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. Bununla da, X1 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İstintaq dövrü ərzində müəssisənin vəzifəli şəxsləri tərəfindən vergidən yayınma xüsusatı üzrə dövlətə vurulmuş maddi ziyanın geri qaytarılması məqsədilə Baş Prokurorluğun depozit hesabına ümumilikdə 1.021.202.68 (bir milyon iyirmi bir min iki yüz iki manat, altmış səkkiz) manat vəsait ödənilmişdir.” 08 iyul 2022-ci il tarixdə X1 ərizə ilə Baş Prokurorluğa müraciət edib xüsusilə külli miqdarda gəlir vergisindən yayındığını etiraf etməklə dövlətə vurduğu zərərə görə Baş Prokurorluğun depozit hesabına qoyduğu 1.021.202,68 (bır milyon iyirmi bir min iki yüz iki manat, altmış səkkiz) manat pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Həmin qərarın nəticə hissəsində göstərilir ki, ********* nömrəli cinayət işi üzrə X1 tərəfindən dövlətə vurduğu ziyana görə müvafiq qaydada Baş Prokurorluğun depozit hesabına müxtəlif tarixlərdə ödənilmiş ümumilikdə 1.021.202,68 manat (bir milyon iyirmi bır min iki yüz iki, altmış səkkiz) məbləğində pul vəsaiti dövlət büdcəsinə köçürülsün.

12. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X11 tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilir ki, “...İş üzrə təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli 9/6130 nömrəli rəyinə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə cəmi 1.021.202,68 manat vergilərin ödənilməsini yayındırdığı müəyyən edilmişdir. Müəssisəyə əlavə hesablanmış 1.021.202.68 manat vergilərin 825.679,51 manatı X3 müəssisənin direktoru olduğu dövrə, qalan 195.523,03 manatı isə X5 direktoru olduğu dövrə düşmüşdür. İstintaq zamanı vergidən yayınma xususatı üzrə dövlətə vurulmuş maddi ziyanın geri qaytarılması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına müxtəlif tarixlərdə ümumilikdə 1.021.202,68 (bir milyon iyirmi bir min iki yüz iki, altmış səkkiz) manat vəsait köçürülməklə vurulmuş ziyan tam ödənilmişdir.” Həmin qərarın nəticə hissəsində göstərilir ki, “...Toplanmış ********* saylı cinayət işi üzrə vergidən yayınma xüsusatı ilə bağlı X1 barəsində Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən X7 və X20 ogiu barələrində cinayət işininin başlanılması rədd edilsin.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 11-ci fəsli “Cinayət məsuliyyətindən azad etmə” adlanır. Cinayət Məcəlləsinin: 73-2.1. Bu Məcəllənin 209 və 213-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. 73- 2.2. Bu Məcəllənin 192, 193, 195, 195-1, 196, 197, 198, 202-2, 203, 203-1.1, 205-2, 209.2.1, 209.3, 210, 211, 212 və 213-2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və ya cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət- Posessual Məcəlləsinin: 40.4. Şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2- ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir.

13. İddiaçı tərəfindən mübahisələndirilən vergi borcu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hesbalanmamış, vergi ödəyicisinin vergidən yayınması halı Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən edilmiş, araşdırma zamanı qəbul edilmiş qərar üzrə texniki baxımından (vergi ödəyicisinin şəxsi hesab vərəqəsi başqa yerdə mövcud deyil) iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmiş, vergi ödəyicisi tərəfindən vergidən yayınma faktı qəbul edilmiş, həmin məbləğ ödənilmiş, bunun nəticəsində 24 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərar vergi ödəyicisi tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilməmiş, hazırda qüvvədədir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

20. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

21. Vergi Məcəlləsindən: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X13ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.

22. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 16 dekabr 2024-cü il tarixli 3-21/3-1-F- 157/2024 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsinin: 1.1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra – Dövlət Vergi Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – Baş idarə) vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının (bundan sonra – sığorta haqları), həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, onların dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra – aidiyyəti fondlar) tam və vaxtında ödənilməsinə nəzarət etmək sahəsində (bundan sonra – müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. 1.2.Baş idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Vergi Məcəlləsini (bundan sonra - Vergi Məcəlləsi), Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qtisadiyyat Nazirliyinin qərarlarını, Nazirliyin və Dövlət Vergi Xidmətinin əmrlərini və sərəncamlarını (bundan sonra - İqtisadiyyat Nazirliyinin qərarları, Nazirliyin və Dövlət Vergi Xidmətinin əmrləri və sərəncamlarına münasibətdə - təşkilati-sərəncamverici sənədlər) və bu Əsasnaməni rəhbər tutur. 2.0.Baş idarənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. Vergilərin, sığorta haqların, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; 2.0.2. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi nəzarətinin həyata keçirilməsini təmin etmək;

6. Baş idarənin strukturuna daxil olan idarələrin, şöbələrin və bölmələrin vəzifələri və hüquqları: 6.1. Bəyannamələr idarəsinin vəzifələri aşağıdakılardır: 6.1.25. Kameral vergi yoxlaması ilə əlaqədar baş İdarənin iştirak etdiyi məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş qərarların, cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanların qanuni qüvvəyə minmiş qərarlarının, baş idarədə uçotda olan vergi ödəyiciləri barəsində inzibati icraat çərçivəsində qəbul edilmiş qərarların icrasını təmin etmək, o cümlədən həmin qərarların (hökmün) vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsini və müvafiq düzəlişlərin aparılmasını təmin etmək; ...

23. Hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən İddiaçı MMC-nin iddia ərizəsinin verildiyi tarixə 64166,46 manat faiz borcu mövcuddur. İddiaçının tələbindən görünür ki, o, 1021202,72 manat vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin, tələb edilməsinin qanunsuz hesab edilməsi, 1021202,72 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmişdir. İddiaçının həmin mübahisələndirdiyi məbləğin əsasını Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli Qərarı təşkil etmişdir. Belə ki, həmin qərarın “Müəyyən Etdim” başlığının 3-cü abzasından aydın olur ki, cinayət işi üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə əldə edilmiş AR ƏNnin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli b9/6130 nömrəli rəyinə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixədək olan müddətdə 1021202,68 manat vergilərin ödənilməsi yayındırıldığı müəyyən edilmişdir. Eyni başlığın 4-cü abzasından görünür ki, ümumilikdə ******* manat nağd pul vəsaitlərindən ibarət gəlirini vergi orqanına tam bəyan etməyərək qeyd edilən dövr üzrə 616925,80 manat mənfəət vergisini, 404276,88 manat ƏDV-ni, cəmi 1021202,68 manat məbləğində xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. Bununla da, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. 6-cı abzasda qeyd edilmişdir ki, “İstinataq dövrü ərzində müəssisənin vəzifəli şəxsləri tərəfindən vergidən yayınma xüsusatı üzrə dövlətə vurulmuş maddi ziyanın geri qaytarılması məqsədilə Baş Prokurorluğun depozit hesabına ümumilikdə 1021202,68 manat vəsait ödənmişdir. Eləcə də, qərardan görünür ki, X1 ərizə ilə baş Prokurorluğa müraciət edərək xüsusilə külli miqdarda vergidən yayındığını etiraf etmiş və Baş Prokurorluğun depozit hesabına qoyduğu 1021202,68 manat pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Baş Prokurorluğun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qəbul edilmişdir. Baş Prokurorluğun sözügedən qərarında qeyd edilmişdir ki, X1 barəsində AR Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Buna əsas isə Cinayət Məcəlləsinin 73-2-ci maddəsi olmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsinə əsasən Bu Məcəllənin 209 və 213-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

24. Beləliklə, iş materiallarından aydın şəkildə görünür ki, iddiaçının mübahisələndirdiyi məbləğ vergi orqanı tərəfindən hər hansı vergi nəzarət tədbiri çərçivəsində deyil, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi sübuta yetirildiyindən məhz sonuncu tərəfindən hesablanmışdır və cinayət təqibini həyata keçirən orqanın qanuni qüvvəsini almış qərarına əsasən mübahisəli vergi borcu məbləği iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. Cavabdeh inzibati orqan tərəfindən fiziki və ya hüquqi şəxsin ərizəsi və yaxud öz təşəbbüsü ilə hər hansı bir icraat başlanılmamış, qanunvericilikdən irəli gələn vəzifə öhdəliklərinə əsasən cinayət təqibini həyata keçirən orqanın qanuni qüvvəsini almış qərarına əsasən dövlət büdcəsinə ödənilməli olması müəyyən edilmiş mübahisəli vergi borcu məbləği iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir.

25. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mübahisəli vergi borcu məbləğinin və həmin vergi borcu məbləğinin iddiaçının şəxsi hesab vərəqəsinə işlənilməsi ilə bağlı vergi orqanının hərəkətlərinin qanuni və əsaslı olması işdə olan kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapdığından, iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

26. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

27. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisəli vergi borcu məbləğinin şəxsi hesab vərəqəsinə işlənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

29. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar