Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1675/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7 cəlb olunmaqla) torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 10 “R” ünvanında yerləşən və 12 ildən artıq müddətdə fasiləsiz və etibarsız istifadə və sahibliyində olan torpaq sahəsinə dair adına çıxarışın verilməsindən imtinanın əsassız hesab edilməsi və həmin torpağa dair reyestrdən çıxarışın və digər texniki sənədlərin verilməsi (dövlət qeydiyyatına alınması) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1675/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən X7 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ilin əvvəllərində ünvan 2 “R” ünvanında yerləşən sahəsi 244 kv.metr olan torpaq sahəsində öz şəxsi vəsaiti hesabına xeyli təmizlik və abadlıq-quruculuq işləri gördükdən sonra həmin torpağı bələdiyyədən satın almaq məqsədilə Bakıxanov Bələdiyyəsinə müraciət etmişdir. Bakıxanov Bələdiyyəsi həmin sahəyə baxış keçirərək müraciətinin təmin edilməsi, bələdiyyə ərazisindəki Sülh küçəsi 10 “R” ünvanında yerləşən sahəsi 244 kv.metr olan torpaq sahəsinin ona satılması və adına sənədləşdirilməsi barədə qərar qəbul etmiş və o, bələdiyyənin həmin torpaq sahəsi üçün müəyyən etdiyi satış haqqını onun hesabına köçürdükdən sonra həmin torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2007-ci il tarixdə müvafiq akt tərtib edilmiş, həmin torpağın və oradakı tikilinin plan-cizgisi əlavə edilməklə, torpağın adına sənədləşdirilməsinə dair sərəncam verilmişdir. Həmin torpaq sahəsində o, özünə fərdi yaşayış evi tikmiş və 12 ildən çoxdur ki, torpaqdan fasiləsiz və etirazsız istifadə edir, torpağın hər il bələdiyyə tərəfindən müəyyən edilmiş vergisini ödəyir və həmin torpağa sahiblik edərək daimi pasport qeydiyyatına alınmaqla həmin ünvanda yaşayır. 2014-cü ildə həmin torpaqda tikdiyi və yaşadığı evi özəlləşdirmiş, DƏDRX-nin Bakı Ərazi İdarəsindən həmin evə dair xüsusi mülkiyyət hüququnu təsdiqləyən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və texniki pasport almışdır. Həmin texniki pasportda evinin və evin yerləşdiyi torpaq sahəsinin texniki göstəriciləri (ölçüləri) öz əksini tapmışdır. Belə ki, həmin texniki pasportda ona məxsus torpağın 244 kv.metr olması qeydə alınaraq göstərilmişdir. Yəni onda qanuni istifadə və sahiblyində olan, qanuni əsaslarla aldığı və sahəsi 244 kv.metr olan torpağa dair hüquqi sənədlər olduğundan o, faktiki olaraq torpağın mülkiyyətçisi olsa da, hüququnu dövlət qeydiyyatına aldırmaqla torpağa dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq məqsədilə həmin torpağa dair bütün sənədləri ərizəsinə əlavə etməklə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh əsassız olaraq müraciətinə imtina cavabı vermişdir. Ona görə də o, hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, imtina məktubunda imtinanın əsası kimi göstərilən səbəbləri aşağıda göstərdiyi hallara və sübutlara görə əsassız hesab edərək, məhkəmədən də həmin imtinanın əsassız hesba edilməsini və qanuni aldığı torpağa dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul etməsini xahiş edir. İmtina məktubunda göstərilən səbəblərdən biri alqı-satqı aktının hazırda ləğv edilmiş DTXK tərəfindən təsdiq edilməməsidir ki, həmin təsdiq bələdiyyə sədri özü etdirəcəyini bildirmiş, onu da aktda adı qeyd edilən məsul şəxsin (N.Məlikov) uzun müddət işə çıxmadığı, bu səbəbdən ona imza etdirə bilmədiyini göstərərək yubatmış və sonra özü vəfat etmişdir. Bundan sonra DTXK ləğv edilmiş və bələdiyyədən ona buna görə narahat olmaması, verilmiç akta möhür vurulubsa heç bir qorxusunun olmadığı bildirilərək, arxayınlaşdırılmışdır. İndi isə ləğv edilmiş DTXK-nin səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumu həyata keçirdiyindən, həmin qurum bu vəzifəni (aktın təsdiqini) icra etməli olduğu halda, bunu etməmişdir. İmtina məktubunda göstərilən digər səbəb alqı-satqı aktı xx.xx.2007-ci il tarixində verildiyi halda, onun şəxsiyyət vəsiqəsinin həmin aktda xx.xx.2007-ci il tarixdə verildiyi qeyd edilmişdir. Əslində o, bu xüsusata bu günədək diqqət yetirməmiş, həmin tarixdə o, şəxsiyyət vəsiqəsi almadığını, vəsiqənin verilmə tarixinin və nömrəsinin aktda səhv yazıldığını irad olaraq bələdiyyəyə bildirdikdə, onlar polisə sorğu göndərib, bu məsələni dəqiqləşdirdiklərini bildirmişlər. Sorğuya cavab aldıqdan sonra isə səhvə yol verdiklərini etiraf edərək, üzr istəmişlər. Belə ki, sorğunun cavabında akt yazılan tarixdə onda olan şəxsiyyət vəsiqəsinin xx.xx.2002-ci il tarixdə verildiyi göstərilmiş və xx.xx.2007ci ildə ona şəxsiyyət vəsiqəsi verilmədiyi qeyd edilmişdir. İmtina məktubunda göstərilən digər səbəb isə göstərilir ki, hazırda istifadəsində olan və hasara alınmış torpaq sahəsi sənəddə 244 kv.metr göstərilsə də, faktiki olaraq bundan çox, yəni 425 kv.metr təşkil edir. İmtina məktubunda göstərilən bu xüsusata da aydınlıq gətirərək bildirir ki, hazırda istifadəsində olan və hasara alınmış torpağın sahəsi həqiqətən sənəddə göstərilən 244 kv.metrdən çoxdur və 425 kv.metr təşkil edir. Belə ki, torpağın alqı-satqısından bir neçə ay keçdikdən sonra, torpağının qarşısındakı təxminən 180 kv.metr sahə antisanitar vəziyyətdə zibilxana olmuşdur. O, həmin sahəni də öz vəsaiti ilə təmizləyərək, abadlaşdırmış və hasara almışdır. Sonra həmin sahənin də ona satılmasını bələdiyyədən xahiş etdikdə ona bildirmişlər ki, bələdiyyələr tərəfindən torpaq satışı qeyri-müəyyən müddətə dayandırılmış və yalnız bu məhdudiyyət götürüldükdən sonra bu mümkündür. Beləliklə bu günədək həmin torpaq sahəsi də onun faktiki istifadə və sahibliyində olsa da, göstərilən səbəbdən adına rəsmiləşdirə bilməmişdir. Hesab edir ki, istifadəsində olan torpağın 425 kv.metr rəsmi sənədlər əsasında ona məxsus olması 244 kv.metrlik sahəsinə faktı öz təsdiqini tapdığından, həmin sahəyə dair çıxarış verə bilərdilər ki, bunu da etməmişlər. Halbuki istifadəsinə olan 181 kv.metr sahənin sənədləşdirilməsi hazırda məlum səbəbdən mümkün olmadığı halda belə mövcud mülki qanunvericiliyin tələblərini əsas götürməklə, həmin torpaq sahəsinə mülkiyyət hüququ təmin edilməli idi. Həmin qanunvericiliyə görə isə ən azı 10 il torpağa fasiləsiz və etirazsız sahiblik etmiş şəxs həmin torpağın mülkiyyətçisi hesab olunur. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş DTXK-i tərəfindən təsdiq edilməmişdir. Həmçinin alqı-satqı aktında verilmə tarixi xx.xx.2007-ci il göstərilsə də, lakin İddiaçı şəxsiyyət vəsiqəsinin xx.xx.2007-ci ildə verildiyi qeyd olunmuşdur. Bundan başqa aparılan araşdırma zamanı Sabunçu rayon Bakıxanov bələdiyyəsi tərəfindən verilmiş 244 kv.metr torpaq sahəsi faktiki 425 kv.metr təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********10 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, yaşayış evinin arxa divarının 50 sm-də yarımstansiya binası yerləşir. Həmçinin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1782/2014 saylı qərarına və Bakı şəhər Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 92 nömrəli sərəncamına əsasən ünvan 3, 10 R ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2014-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Çıxarışda ünvan 3, ev 10R ünvanında yerləşən 0,01376 ha torpaq sahəsi istifadədir, dövlətin mülkiyyət kimi göstərilmişdir. Bundan əlavə İddiaçı ünvan 3 ünvanında yerləşən 10R saylı fərdi yaşayış evini xx.xx.2019-cu il tarixdə X3 və yuxarıda qeyd olunan fərdi yaşayış evinə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Həmçinin ünvan 3, ev 10R saylı fərdi yaşayış evini “xxxx” KB ASC-nin xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaların alqı-satqısı Qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Akt müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələr “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli, 72 nömrəli qərarı ilə müəyyən edilir. Cavabdeh etirazının əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2, 8.0.1, 8.0.5, 8.0.8, 9, 11.1, 12.1, 23, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 56.1, 65, 66.1, 67, 109, 111.1-ci maddələrinə istinad etmişdir. Üçüncü şəxs X7 iddiaya dair məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia predmeti olan torpaq sahəsində yerləşən evi o, evin mülkiyyətçisi, hazırki iş üzrə İddiaçı rəsmi alqı-satqı yolu ilə almışdır və həmin ev hazırda onun mülkiyyətindədir. Həmin evin həyətyanı sahəsi olan torpaqdan hazırda o, istifadə edir və həmin torpağa faktiki sahiblik etsə də, torpağa dair əvvəlki sahibin İddiaçı müvafiq reyestrdən çıxarışı olmadığından, o, faktiki istifadə və sahibliyində olan torpağı rəsmi (alqı-satqı yolu ilə) ala bilmir. Bu hal isə istifadəsində olan torpaq üzərində iddiaçı ilə bərabər onun da hüquqlarını məhdudlaşdırır. Ona görə də iddiaçı tərəfdən çıxış edərək, iddianın təmin olunmasında onun da marağını nəzərə alaraq, iddianın təmin edilməsini, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Bakı şəhər Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin xx.xx.2007ci il tarixli, 92 saylı sərəncamından görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, uzun müddət abadlaşdırıb, daş hasara alaraq, fərdi yaşayış evi tikdiyi 244 kv.metr torpaq sahəsinin adına sənədləşdirilməsini xahiş etmiş və ünvan 4 R saylı ünvanda yerləşən 244 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3, ev 10 R ünvanında yerləşən ümumi sahəsi 106,9 kv.metr olan fərdi yaşayış evi **********17-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 262 nömrəli reyestr kitabının 24364 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0,01376 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədədir. İşdə olan **********17-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, İddiaçı məxsus ünvan 3ndə yerləşən 10 R saylı fərdi yaşayış evinin texniki pasportu xx.xx.2014cü il tarixdə tərtib edilmişdir. Daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 0,0244 ha təşkil edir, həmin sahənin 0,01376 ha hissəsi tikinti altı sahədir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********10 saylı, xx.xx.2018ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ünvan 3, 10 R ünvanında yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş DTXK-i tərəfindən təsdiq edilməmişdir. Həmçinin alqı-satqı aktında verilmə tarixi xx.xx.2007-ci il göstərilsə də, lakin İddiaçı şəxsiyyət vəsiqəsinin xx.xx.2007-ci ildə verildiyi qeyd olunmuşdur. Bundan başqa aparılan araşdırma zamanı Sabunçu rayon Bakıxanov bələdiyyəsi tərəfindən verilmiş 244 kv.metr torpaq sahəsi faktiki 425 kv.metr təşkil edir və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx xxxx 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı Qaydaları”na əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pull) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Akt müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İşdə olan Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən Bakıxanov Bələdiyyəsinə ünvanlanmış 073-6295-1219 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, Bakıxanov qəsəbə sakini İddiaçı xx.xx.2007-ci il tarixdə qüvvədə olmuş şəxsiyyət vəsiqəsi xx.xx.2002-ci il tarixdə verilmiş AZE 00478571 nömrəli şəxsiyyət vəsiqəsi olmuşdur və ona xx.xx.2007-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilməmişdir Məhkəmə araşdırması dövründə ünvan 3 10 R ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş xx.xx.2014-cü il tarixli, ********** nömrəli və X4 adına verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışların, həmçinin həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********11 saylı, xx.xx.2019-cu il tarixli məktub əsasında ünvan 3, ev 10 R ünvanında yerləşən 10 R saylı fərdi yaşayış evinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1782/2014 saylı, xx xxxx 2014-cü il tarixli qərarından görünür ki, iddia qismən təmin edilərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 10 R ünvanında yerləşən daşınmaz əmlakın (fərdi yaşayış evinin) mövcud vəziyyətində dövlət reyestrində qeydiyyata alınması, buna dair İddiaçı adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin məktuba əlavə edilmiş AN-İ № ******* saylı, xx xxxx 2019-cu il tarixli alqısatqı müqaviləsindən görünür ki, İddiaçı ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə ona verilmiş **********17-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyətində olan 106,9 kv.metr fərdi yaşayış evini X1. Həmin məktuba əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3, ev 10 R ünvanında yerləşən ümumi sahəsi 106,9 kv.metr olan fərdi yaşayış evi **********17-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə X5 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 262 nömrəli reyestr kitabının 24364 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0,01376 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədədir. Beləliklə iş materiallarından görünür ki, iddiaçı Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 92 saylı sərəncamı ilə onun adına sənədləşdirilmiş 244 kv.metr torpaq sahəsinin qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsini cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh müraciətin təmin edilməsindən **********10 saylı, xx.xx.2018-ci il tarixli məktubla imtina etmişdir. İmtinanın əsası kimi ilk növbədə ləğv edilmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının təsdiq edilmədiyinə istinad edilmişdir. Məhkəmə hesab edir ki, göstərilən əsasla iddiaçıya imtina edilməsi əsaslı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi Bakı şəhər Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 92 saylı qərarı ilə ünvan 4 R saylı ünvanda yerləşən 244 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında İddiaçı verilməsi qərara alınmışdır. Lakin qanunla müəyyən edilmiş qaydada torpaq sahəsinin iddiaçının adına alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə və torpaqların alqı-satqısına dair akt nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Cavabdehə və məhkəməyə təqdim edilmiş xx xxxx 2007-ci il tarixdə tərtib edildiyi göstərilmiş torpaqların alqı-satqısına dair aktdan görünür ki, akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Yalnız bələdiyyənin sədrinin və iddiaçının imzası ilə təsdiq edilmişdir. Həmçinin aktın xx xxxx 2007-ci il tarixdə tərtib edildiyi göstərilsə də, həmin aktda İddiaçı xx.xx.2007-ci il tarixdə, yəni akt tərtib edildikdən sonra verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı akt tərtib edilən xx.xx.2007-ci il tarixdə şəxsiyyətini təsdiq edən sənəd olaraq ona xx.xx.2002-ci il tarixdə verilmiş AZE 00478571 nömrəli şəxsiyyət vəsiqəsi mövcud olmuşdur. Göstərilən hallar həmin aktın sonradan formal olaraq tərtib edildiyi, heç bir hüququ qüvvəsinin olmadığı qənaətinə gəlmək üçün əsas yaradır. İş materiallarından görünür ki, Bakı şəhər Sabunçu rayon Bakıxanov Bələdiyyəsi tərəfindən iddiaçının adına sənədləşdirilmiş torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. Lakin torpaq sahəsi ilə bağlı iddiaçının adına sənədləşdirilən dövrdə (2006-cı il) mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin alındığı iş materialları ilə müəyyən edilmir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazıranmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir; 17-ci bəndinə görə bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5ci maddəsində nəzərdə tutulmıış «müvafıq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsələri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3). Belə ki, Bakı şəhər Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 92 saylı qərarı ilə iddiaçının adına sənədləşdirilmiş 244 kv.metr torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır. Məhkəmə araşdırması nəticəsində həmçinin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin iddiaçı tərəfindən AN-İ № ******* saylı, xx xxxx 2019-cu il tarixli alqısatqı müqaviləsinə əsasən X2 və həmin fərdi yaşayış evi üzərində X5 mülkiyyət hüququnun xx.xx.2019-cu il tarixdə X5 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə əməl edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1675/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1675/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver