Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1675/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı1, Üçüncü şəxsin nümayəndəsi X15 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" ASC) qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 248 saylı, 21 noyabr 2022-ci il tarixli sərəncamını iddiaçılara ayrılmış torpaq sahələrinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 300 saylı 15 mart 1994-cü il tarixli sərəncamı ilə iddia predmetini təşkil edən 0,600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı1 ayrılıb. Həmin torpaq sahəsində birinci iddiaçı tərəfindən 4 mərtəbəli ümumi sahəsi 1565,44 kv.m., yaşayış sahəsi isə 359,58 kv.m. olan tikili inşa edilib. Bu tikiliyə ünvan 1 ünvanı verilməklə, bu tikili Daşınmaz Əmlakın Dövlət Reyestrində birinci iddiaçının mülkiyyəti kimi qeydə alınıb. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 832 saylı 30 may 1994-cü il tarixli sərəncamı ilə iddia predmetini təşkil edən 651 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı2 ayrılıb. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının 122 saylı 05 fevral 1998-ci il tarixli sərəncamı ilə iddia predmetini təşkil edən 1200 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçıların anası X4 ayrılıb. Svetlana Ramazanova 05 dekabr 2021-ci ildə vəfat edib. Hazırda həmin torpaq sahəsi də iddiaçıların istifadəsindədir. Həmin torpaq sahəsində iddiaçılar tərəfindən, 282 kv.metr monolit beton tipli, tikinti konstruksiyası inşa edilib. Bakı şəhəri, İcra Hakimiyyəti Başçısı 248 saylı 21 noyabr 2022-ci il tarixli sərənamı (bundan sonra Sərəncam) ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, 21 ünvanda yerləşən, "Bakı Çayçəkici” Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətində plan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruluşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların stifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. 7. Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının yuxarıdakı Sərəncamı ilə nəzərdə tutulan 1.25 ha torpaq sahəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsini əhatə edir. Bakı şəhəri, İcra Hakimiyyəti Başçısının Sərənamını, iddiaçılar, Bakı şəhəri, Suraxına və Sabunçu rayon məhkəmələrindən əldə ediblər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10740/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə “Bakı Çayçəkici ASC” iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs Bakı Çayçəkici ASC iddiaya etirazında bildirilmişdir ki, iddiaçılar İddiaçı1. X17 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının -4N say h. 21 noyabr 2022-ci il tarixli sərəncamını iddiaçılara ayrılmış torpaq sahələrinə aid hissədə ləğv edilinəsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş hazırda Sizin icraatınızdadır. Lakin qeyd edirəm ki, iddiaçı tərəfindən şerilmiş iddia İnzibati-Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından qeyri- mümkün hesab edilməlidir. Belə ki, iddiaçılar tərəfindən Sabunçu va Suraxanı Rayon Məhkəmələrinin elektron kabinetinə əlavə olunmuş iddia ərizəsinin 1-ci səhifəsindən görünür ki, İnzibati Məhkəməyə verilmiş iddia ərizəsi hər iki şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmişdir. Dəftərxana tərəfindən həmin sənədin qəbul edilməsini təsdiq edən yazıdan da bu görünür. Halhazırda isə elektron məhkəmə sistemindən əlavə etdiyim bildirişdən görünür ki, İddiaçı1 qarşı müəssisəmiz tərəfindən verilmiş iddia ərizəsi xx.xx.2024-cü il tarixdə, İddiaçı2 qarşı verilmiş iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olhıuşdur. Bu zaman iddia ərizəsi ilə birlikdə ona qoşma olaraq əlavə edilmiş digər sənədlər, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli sərəncamı da mövcud olmuşdur. Yəni, İddiaçı2 və İddiaçı1 sərəncamın mövcud olmasını ən geci xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixdə məlumatı olduğu halda məhkəməyə 2 aydan artıq bir müddət keçdiyi zaman sonra xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla da qanunvercilikdə ona tanınmış 30 günlük müddəti ötürmüşdür. İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elatı) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi İddiaçı2 və İddiaçı1 İnzibati-Prosessual Məcəlləsinin 38-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq sərəncamın ona təqdim edildiyi (xx.xx.2024-cü il(İddiaçı1), xx.xx.2024-cü il( İddiaçı2) ). Həmçinin qeyd edirəm ki. hnzırdn hər iki şəxsə qarşı tərəfııni/dən ınəhkatrıəvə müraciət olunmuş və məhkəmələr lərəliııdəıı iddia tələbimi/ icraata götürülmüşdür Həmin proseslərdə İddiaçı2 və İddiaçı1 məhkəmədə ümumisxətlə iştirak etməmiş, ekspertizaların keçirilməsinə maneçilik yaratmışdır Hazırkı iddianın verilməsində yeganə məqsəd isə tərəfimizdən verilmiş iddiaların icraatının dayandırılması ilə bağlıdır. Belə ki, həmin şəxslər məhkəmə prosesində iştirak etnıəsələrdə Suraxanı və Sabunçu məhkəməsinə müraciət edərək Sizin icraatınızda olan hazırkı işin yekunlaşmasına qədər icraatın dayandırılmasını məhkəmədən xahiş etmişlər. Hər iki şəxsə kifayət qədər sərfəli təkliflərlə müraciət edilməsinə baxmayaraq iddiaçılar onların mənafeyinə uyğun olan şərtlərdən dəfələrlə artıq məbləğ tələb etmişlər. Bu isə əlbəttə ki mümkünsüzdür. Xəzərinizə çatdırıram ki. hazırda ərizəmə əlavə etdiyim fotoşəkillərdən də məlum olur ki. ərazidə geniş tikinti işləri həyata keçirilir. Tikintinin qısa zaman ərzində y ekunlaşması vətəndaşların tezliklə mənzillə təmin olunmalarına kömək edəcəkdir. Tikintinin aparıldığı sahə kifayət qədər geniş bir sahəni əhatə edir. Yuxarıda göstərilənlərə istinadən Sizdən xahiş edirəm ki müəssisəmizin üçüncü şəxs qismində cəlb edildiyi hazırkı iş üzrə İddiaçı1 və İddiaçı2 Bakı Şəhər İcra Hakimiyyətinə qarşı olan xx.xx.2022-ci il tarixli. 248 nömrəli “sərəncamın hissəvi ləğvi” tələbinə dair iddia ərizəsini qeyri- mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)- 2616/2024 nömrəli Qətnaməsindən Çıxarışa əsasən Atası "X16", anası "X5" kimi qeyd olunmaqla, İddiaçı2 xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmağına dair doğumun qeyd olunması faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 300 nömrəli “İddiaçı1 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncamda göstərilmişdir ki, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, 29 nömrəli evdə yaşayan ailə tərkibi 4 nəfərdən ibarət olan İddiaçı1 Bakıxanov qəsəbəsi, Dağaltı küçəsi ilə Şadlinski küçəsinin kəsişdiyi yerdə 145-000-130c layihə tipinə əsasən 600 kv.m sahəsi olan fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılsın. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 122 nömrəli “X1 ayrılmış fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin qohumu X3 adına qanuniləşdirilməsi haqqında” Sərəncama əsasən Bakıxanov qəsəbəsi 1200 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi vətəndaş X3 adına qanuniləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 832 nömrəli “İddiaçı2 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması haqqında” Sərəncamda göstərilmişdir ki, Qaraçuxur qəsəbəsi, Şadlinski küçəsi, 29 nömrəli evdə yaşayan İddiaçı2 Bakıxanov qəsəbəsi, A.Şadlinski küçəsində fərdi yaşayış evi tikintisi üçün 651 kv.m torpaq sahəsi ayrılsın. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 248 nömrəli “Yeni yaşayış kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Sərəncamda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin 05 07 2022-ci il tarixli, 1/1422 nömrəli müraciətini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2 '-2-2022-6276 nömrəli və Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanınca Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-cı il tarixli, **********22 nömrəli razılıq məktublarını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-cı ıl tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında" Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq qərara alıram: 1. Bakı şəhəri. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S Qocayev küçəsi, 21 saylı Ünvanda yerləşən, "Bakı Çayçəkici Açıq Səhmdar Cəmiyyətinin xüsusi mülkiyyətinoə plan 3.36985 ha torpaq sahəsinə bitişik, yerquruiuşu planında göstərilən koordinatlar daxilindəki 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mulkı münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “Bakı Çayçəkici" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilsin. Sahəni yerində qəbui etsin, onun sanitar vəziyyətinə nəzarət etsin, Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin. Azərbaycan Respublikası "Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçun Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis" Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasım təmin etsin; Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin; Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X8 X2 Ekspeılıza Baş idaıəsının müsbət rəyinin, Azərbaycan Respublikasının Dovləi Şəhərsaıma və Arxitektura Komitəsindən tıkıniı işlərinə başlanılması uçun əsas oıan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. 2.6 Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə bu Sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Bu Sərəncamın icrasına nəzarət Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə tapşırılsın. İş materiallarına əlavə edilmiş FM seriyalı 008611 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyatzadə küçəsində 6 otaqlı 359.58 kv.m yaşayış sahəsi, 1565.44 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 08 saylı reyestr kitabında 1080 səhifəsində 30 nömrəsi ilə xx.xx.2001-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 162 nömrəli “İddiaçı1 məxsus ünvan 3 sahədə tikilmiş fərdi yaşayış evinin qeydiyyatdan keçirilməsi haqqında” Sərəncama əsasən ünvan 3 sahədə vətəndaş İddiaçı1 tərəfindən tikilmiş ikimərtəbəli, zirzəmili altı yaşayış otağından sahəsi 359.6 kv.m, mansard, zirzəmi, və köməkçi sahəsi 1205.9 kv.m, torpaq sahəsi 600 kv.m olan yaşayış evinin ünvan 3 ünvanda qeydiyyata alınmasına icazə verilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3-52/2-2887-2024 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********22 nömrəli “Torpaq sahəsinin ayrılmasına rəy bildirilməsi barədə” məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən 1.19 hektar torpaq sahəsinin yeni yaşayış kompleksinin inşası məqsədilə "Bakı Çayçəkici Açıq Səhmdar Cəmiyyətinə icarə əsasinda ayrılmasına rəy bildirilmesi ile bağlı 15 İyul 2022-ci il tarixli 7-3455/7 nömrəli məktubda qeyd olunan 1,19 hektar ifadəsinin 1,25 hektar ifadəsi ilə əvəz edilməsinin nəzərə alınması və məsələyə rey bildirilməsi barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq ayrılması nəzərdə tutulan 2 hissədən ibarət torpaq sahəsinin yerquruluşu planı hazırlanarkən ərazinin hüdudları daxilində fərdi yaşayış evlərinin, qeyriyaşayış sahələrinin, qarajların mövcud olduğu, eləcə də ikinci hissədən məhəllədaxili paylayıcı qaz xəttinin keçdiyi müəyyən edilmişdir. Bildiririk ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı nəzərə alınmaqla ərazidə yerləşən fərdi yaşayış evlərinin və-qarajların mülkiyyətçiləri ilə əmlak münasibətləri mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimləndikdən, eləcə də məhəllədaxili paylayıcı qaz xətti ilə bağlı balanssaxlayıcı ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra tərtib edilmiş yerquruluşu planında göstərilən koordinatlar daxilində qeyd olunan dövlət mülkiyyətinə aid 1,25 hektar torpaq sahəsinin yeni yaşayış kompleksinin tikintisi məqsədilə icare esasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ayrılmasına etiraz etmirik. -Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrrinin xx.xx.2022-ci il tarixli 2-1-2-2022/6276 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 5 ünvanında yaşayış kompleksinin inşası məqsədilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan 3,36985 hektar torpaq sahəsinə bitişik, əlavə olaraq 1,25 hektar sahənin həmin cəmiyyətin icarəsinə ayrılmasına dair, rəy verilməsi barədə xx.xx.2022-ci il tarixli 7-3455/7 nömrəli məktubunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Bildiririk ki, məktubunuza əlavə edilmiş cizgiyə əsasən, yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarəsinə ayrılmasına etiraz etmirik. -Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 1/1422 nömrəli məktubunda göstərilmişdir ki, «Bakı Çayçəkici>>. Açıq Səhmdar Cəmiyyəti 30 iyun 2022-ci il tarixli 01 saylı məktubla Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışa əsasən mülkiyyətində olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 21 ünvanında yerləşən ümumi sahəsi 3,36985 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi niyyətində olduğunu bildirmişdir. Cəmiyyət sözügedən torpaq sahəsinin inşası nəzərdə tutulan çoxmərtəbəli yaşayış binalarının şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun layihələndirilməsi üçün kifayət etmədiyini, ətraf ərazidə yerləşən 1,1 ha torpaq sahəsinin bu məqsədlə ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ünvan 7 ünvanda yerləşən torpaq sahəsinin ətrafında mövcud olan istifadəsiz 1,1 ha ərazinin də (məktuba əlavə olunmuş sxem üzrə) yeni yaşayış kompleksinin inşası məqsədilə "xxxx" ASC-yə ayrılmasına köməklik göstərməyinizi xahiş edirik. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin xx.xx.2024-cü il tarixli **********77 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, “Bakı Çayçəkici ASC”yə ayrılması nəzərdə tutulan torpaq sahəsində **********26-10301, **********07-10301, **********689-10301, **********86- 10301, **********0385, **********99-10301, **********57-10301 reyestr nömrəli daşınmaz əmlaklar yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********76 nömrəli məktubunda göstərilmişdir ki, Sizin Bakı şəhəri İcra Hakimiyyəti başçısının 21.11,2022-ci il tarixli 248 saylı sərəncamının tərkib hissəsi olan "xxxx" ASC-nin adına rəsmiləşdirilmiş torpaq sahəsinin yerləşmə cizgisinin və həmin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən daşınmaz əmlaklara dair məlumat və reyestr nömrəli göstərilməklə ortofo görüntünün təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 1-ci döngə, 28 saylı fərdi yaşayış evi X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Onun adına ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli **********86-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 20a saylı fərdi yaşayış evi "xxxx" ASC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Onun adına ********** qeydiyyat nömrəli 21,06.2023-cü il tarixli **********99-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 20B saylı fərdi yaşayış evi "xxxx" ASC-nin adına qeydiyyatdan keçmişdir və hazırdamülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli **********57-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, 4 saylı fərdi yaşayış evi "xxxx" ASC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli **********36-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Abbasqulubəy Şadlinski küçəsi, 28C saylı fərdi yaşayış evi X14 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli **********07-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əkrəm Cəfərov küçəsi, 3 saylı fərdi yaşayış evi X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli **********89-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 800 kv.m torpaq sahəsinə dair X11 adına **********0385 nömrəli A№506481 nömrəli xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair ortofo görüntünün və torpaq sahəsinin yerləşmə cizgisini təqdim edirik. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-19309/2025 nömrəli 14 may 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 2568.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən müraciətdə qeyd olunan dövlət qeydiyyatından keçmiş tikili və torpaq sahələri Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 248 saylı Sərəncamının tərkib hissəsi olan "xxxx" ASC- nin adına rəsmiləşdirilmiş 3.36 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-31577/2025 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktında göstərilmişdir ki, torpaq sahəsinin faktiki ölçüsü 2568.0 kv.m təşkil edir. Torpaq sahəsi 1 tərəf küçə, 2 tərəf dalan, 3 tərəf isə qonşu olmaqla mişar daşı ilə hasarlanmışdır. Talvar və köməkçi tikililər mövcuddur. Sahə daxilində qeydiyyatdan keçmiş yaşayış evi var. X6 üçün 1200.0 kv.m qeyd edilsə də, ümumi hasardaxili sahədə göstərilən torpaq sahəsi 917.0 kv.m təşkil edir. Həmin müayinə aktı ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, X6, İddiaçı2, İddiaçı1 məxsus torpaq sahələri Bakı Çayçəkici ASC-nin adına olmuş 3.36 ha sahədən kənarda yerləşməklə, həmin sahəyə daxil deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdehin mübahisələndirilən sərəncamı ilə onun hüquqlarının pozulduğuna dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bünyatzadə küçəsində yerləşən 48 saylı fərdi yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətindədir. Həmçinin, fərdi evin yerləşdiyi torpaq sahəsi və evə bitişik sahədə yerləşən torpaq sahələri faktiki olaraq iddiaçıların qanuni istifadəsində və sahibliyindədir (600 kv.m İddiaçı2, 651 kv.m İddiaçı2, o cümlədən mərhum analarına ayrılmış 1200 kv.m torpaq sahəsi) Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 248 nömrəli sərəncamı ilə ünvan 8 ünvanda 1.25 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki qanunvericiliyin tələblərinə əsasən razılaşdırılması şərtilə "xxxx" ASC-nin icarə əsasında istifadəsinə verilmişdir. Hazırda iddiaçılar onlara məxsus hər üç torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 248 nömrəli sərəncamı ilə üçüncü şəxsin istifadəsinə verildiyini əsas gətirərək adıçəkilən sərəncamı onlara aid hissədə ləğvini mübahisələndirirlər. Hazırkı məhkəmə icraatı gedişində əldə edilmiş sərəncamın tərkib hissəsi olan yerquruluşu planı, yerququluşu planına uyğun ayrılmış torpaq sahəsinin hüdudları daxiində yerləşən qeydiyyata alınmış əmlaklar barədə məlumatlar, iddiaçılara aid torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi mütəxəssisləri tərəfindən keçirilmiş yerində müayinənin nəticələri və təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddiaçılara aid- ünvan 9 ünvanında yerləşən İddiaçı1 məxsus torpaq sahəsi, həmin ünvana bitişik olan Sabunçu RİH-nin xx.xx.1994cü il tarixli 832 saylı sərəncamı ilə İddiaçı2 ayrılmış torpaq sahəsi və Sabunçu RİH-nin xx.xx.1998-ci il tarixli 122 saylı sərəncamı ilə mərhum anaları X4 ayrılmış və hazırda sahibliyində olan torpaq sahəsi, bütövlükdə faktiki 2568.0 kv.m ölçüdə olan hər üç torpaq sahəsi "xxxx" ASC-yə Bakı Şəhər İcra Hakimiyyətinin mübahisələndirilən sərəncamı ilə ayrılmış yerquruluşu planındakı ölçüdə və koordinatlarda olan torpaq sahəsindən kənarda yerləşir. Başqa sözlə, iddia olunan torpaq sahələri üçüncü şəxsə ayrılmış ərazi daxilində yerləşmədiyindən hazırda mübahisələndirilən Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 248 saylı, 21 noyabr 2022-ci il tarixli sərəncamı iddiaçıların mülkiyyət (o cümlədən gözlənilən mülkiyyət) hüquqlarını pozmur. Beləliklə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 248 saylı xx.xx.2022-ci il tarixli sərəncamı və bu sərəncamın icrasından irəli gələn məsələlər iddiaçıların qanunla qorunan hüquq və mənafeylərinə toxunmadığı üçün həmin sərəncamı mübahisələndirməyə iddiaçıların subyektiv hüquqları müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın mümkünlük şərti ödənilmir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" ASC) qarşı “sərəncamın hissəvi ləğvi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1675/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1675/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver