Məhkəmə qərarları › İş №2-1(112)-1676/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1676/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1676/2024 16.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2022-ci il mənfəət dövrü üzrə 22 iyun 2023-cü il tarixli **********523000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq bildiririk ki, 2022-ci il Mənfəət dövrü üzrə 22 iyun 2023-cü il tarixli **********523000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 25624.27 manat əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması əsasında hesablanmış əlavə vergi məbləğinə səbəb kimi aşağıdakılar qeyd edilmişdir: Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 128121,33 manat, tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsində xərc sənədi kimi nəzər alınmadığı üçün kənarlaşma yaranmışdır. Tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində daxil olmuş və azaldılmış (təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir) məbləğlərin cəmi 169712,36 manat gələcək dövrün xərcləri baza ilə təsdiqini tapmamışdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən bizə ünvanlanmış uyğunsuzlq məktublarına tərəfimizdən aşağıdakı kimi cavablar təqdim edilmişdir: Müəssisə qanunvericiliyə uyğun olaraq qarşılıqlı alqı-satqı müqaviləsi bağlamaqla alışını və satışını yerinə yetirmişdir. Hər hansı bir riskli əməliyyat etməmiş və riskli vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatı olmamışdır. "xxxx" MMC (**********) tərəfindən müəssisəmizə xx.xx.2022-ci il tarixində 16000.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. X4 (**********) tərəfindən müəssisəmizə xx.xx.2022-ci il tarixində 98352.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. "xxxx" (**********) tərəfindən müəssisəmizə xx.xx.2022-ci il tarixində 11073.88 manat, xx.xx.2022-ci il tarixində 2695,45 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. İddiaçı MMC VÖEN ********** Hesab № AZ92BRES******************** Bank Respublika Nizami filialı VÖEN: ********** M/H: AZ80NABZ******************** Kod 508182 S.W.İ.F.T. BRESAZ22. Mənfəət bəyannaməsinin 1 Nömrəli əlavəsinin gələcək dövrün xərci sətrində qeyd edilən 169712.36 manat məbləğ dövrün sonuna olan verilmiş avans məbləğidir. Aktivlər bölməsində verilmiş avans sətri olmadığı üçün verilən avans gələcək dövrün xərci sətrində qeyd olunub. 2022-ci il üzrə bütün əməliyyatlar təkrar araşdırıldı, müvafiq dövr üzrə hər hansı riskli vergi ödəyicisi ilə əməliyyat aparıldığı aşkar edilmədi. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, 2022-ci il üzrə əməliyyatların aparıldığı vaxt risklilik barədə vergi orqanının müvafiq sistemində araşdırmalar aparılmış və riskli vergi ödəyici olması barədə hər hansı məlumat və qərar olmamışdır. Bu səbəbdən də riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geri tarixə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd etdiyiniz 128121.33 manat məbləğ üzrə əmtəəsiz əməliyyat kimi hesab edilən eqaimə məlumatlarının təqdim edilməsi xahiş edilməsinə baxmayaraq bu barədə hər hansı məlumat təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli **********638100 nömrəli məktubda da qeyd etdikləri kimi müəssisə qanunvericiliyə uyğun olaraq qarşılıqlı alqı-satqı müqaviləsi bağlamaqla alışını və satışını yerinə yetirmişdir. Hər hansı bir riskli əməliyyat etməmiş və riskli vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatı olmamışdır. "xxxx" MMC (**********) tərəfindən müəssisəyə xx.xx.2022-ci il tarixində 16000.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. X4 (**********) tərəfindən müəssisəyə xx.xx.2022-ci il tarixində 98352.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. "xxxx" (**********) tərəfindən müəssisəyə xx.xx.2022-ci il tarixində 11073.88 manat, xx.xx.2022-ci il tarixində 2695,45 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. 2022-ci il üzrə əməliyyatların aparıldığı vaxt risklilik barədə vergi orqanının müvafiq sistemində araşdırmalar aparılmış və riskli vergi ödəyici olması barədə hər hansı məlumat və qərar olmamışdır. Bu səbəbdən də riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geri tarixə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Mənfəət bəyannaməsinin 1 Nömrəli əlavəsinin gələcək dövrün xərci sətrində qeyd edilən 169712.36 manat məbləğ dövrün sonuna olan "xxxx" MMC-ə (**********) verilən avans məbləğidir. Aktivlər bölməsində verilmiş avans sətri olmadığı üçün verilən avans gələcək dövrün xərci sətrində qeyd olunub. 2022-ci il vergi dövrü ərzində gələn e-qaimələrin dəyəri 4208530.58 manat məbləğində olmuşdur. Bu məbləğin 3 938 851.59 manat məbləği mal alışı, 263 684.09 manat məbləği isə iş və xidmətlərin alışıdır. Alınan malların 3 885 794.61 manat hissəsi eqaimə və pərakəndə satış əsasında təqdim edildiyi üçün 1 Nömrəli əlavənin 1.3.2-ci sətrinin (Mallar) "təqdim edilmiş" sütununda, eyni zamanda uyğun olaraq xərclər bölməsinin 221.4-cü sətrində (malların dəyəri) qeyd edilmişdir. Müəssisə 2022-ci ildə tenderdə iştirak etmiş və qalib gəlmişdir. Buna əsasən Azərbaycan Respublikası Ekologiya X14 Nazirliyinin Sahələrarası Nəqliyyat X13 Təminat İdarəsi ilə müqavilə bağlanılmış və müqavilənin 2.1 -ci bəndinə əsasən müəssisə qarşı tərəfə "Sərnişindaşıma, yükdaşıma və torpaq işlərinin görülməsi xidmətilərinin" satın alınması üçün xidmət göstərməlidir. Bu səbəbdən adı qeyd edilən fiziki şəxslərlə xidmət müqaviləsi bağlanılmışdır. Mülki Məcəllənin 777-ci maddəsinə əsasən (Tapşırıq müqaviləsi) tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Lakin vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları qəbul etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq olaraq vergi orqanının bütün uyğunsuzluq məktubları aşağıdakı məktublarla əsaslandırılaraq cavablandırılmışdır: 1. xx.xx.2023-cü il tarixli **********638100 nömrəli məktubda da qeyd edildiyi kimi müəssisə qanunvericiliyə uyğun olaraq qarşılıqlı alqı- satqı müqaviləsi bağlamaqla alışını və satışını yerinə yetirmişdir. Hər hansı bir riskli əməliyyat etməmiş və riskli vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatı olmamışdır. "xxxx" MMC (**********) tərəfindən müəssisəmizə xx.xx.2022-ci il tarixində 16000.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. X4 (**********) tərəfindən müəssisəmizə xx.xx.2022-ci il tarixində 98352.00 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. "xxxx" (**********) tərəfindən müəssisəmizə xx.xx.2022-ci il tarixində 11073.88 manat, xx.xx.2022-ci il tarixində 2695,45 manat məbləğində e-qaimə gəlmiş, lakin müəssisə xx.xx.2022-ci il tarixində riskli vergi ödəyicisi siyahısına düşmüşdür. Qeyd olunan uyğunsuzluq əsassızdır. Qeyd edilən müəssisələrlə müqavilə bağladığımız zaman riskli vergi ödəyicisi olmamışdır. 2. Mənfəət bəyannaməsinin 1 Nömrəli əlavəsinin gələcək dövrün xərci sətrində qeyd edilən 169712.36 manat məbləğ dövrün sonuna olan verilmiş avans məbləğidir. Aktivlər bölməsində verilmiş avans sətri olmadığı üçün verilən avans gələcək dövrün xərci sətrində qeyd olunub. 2022-ci il üzrə bütün əməliyyatlar təkrar araşdırıldı, müvafiq dövr üzrə hər hansı riskli vergi ödəyicisi ilə əməliyyat aparıldığı aşkar edilmədi. 2022-ci il üzrə əməliyyatların aparıldığı vaxt risklilik barədə vergi orqanının müvafiq sistemində araşdırmalar aparılmış və riskli vergi ödəyici olması barədə hər hansı məlumat və qərar olmamışdır. Bu səbəbdən də riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın geri tarixə şamil edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd etdiyiniz 128121.33 manat məbləğ üzrə əmtəəsiz əməliyyat kimi hesab edilən e-qaimə məlumatlarının təqdim edilməsi xahiş edilməsinə baxmayaaraq bu barədə bizə hər hansı məlumat təqdim edilməmişdir. 3. 2022-ci il vergi dövrü ərzində gələn e-qaimələrin dəyəri 4208530.58 manat məbləğində olmuşdur. Bu məbləğin 3 938 851.59 manat məbləği mal alışı, 263 684.09 manat məbləği isə iş və xidmətlərin alışıdır. Bildiririk ki, alınan malların 3 885 794.61 manat hissəsi e-qaimə və pərakəndə satış əsasında təqdim edildiyi üçün 1 Nömrəli əlavənin 1.3.2-ci sətrinin (Mallar) "təqdim edilmiş" sütununda, eyni zamanda uyğun olaraq xərclər bölməsinin 221.4- cü sətrində (malların dəyəri) qeyd edilmişdir. 4. xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində vergi orqanının **********800300 saylı və **********502200 saylı məktublarına cavab olaraq qeyd edilmişdir ki, 2022-ci ildə cəmiyyətin təsisçisi ilə müqavilə bağlanılmışdır. İl ərzində təsisçidən bank hesabımıza 603000 manat məbləğində vəsait daxil olmuşdur. Əsas müqaviləsinin 2.2.1-ci bəndinə əsasən müəssisəmiz təsisçidən alınan borc məbləğini 5 faizi (603000*5%=30150) qədər əlavə faiz ödənişi etməlidir. Buna uyğun olaraq ÖMV bəyannaməsinin 1604.1-cü sətrində faiz məbləği qeyd edilərək 10 faiz vergiyə cəlb edilmiş və mənfəət bəyannaməsinin 222-ci sətrində (borca görə faizlər və onunla bağlı olan xərclər) xərc olaraq qeyd edilmişdir. Yuxarıda qeyd edilənlər müəssisəmiz tərəfindən vergi orqanına əsaslandırılmış olaraq ünvanlansada İqtisadiyyat Nazirliyinin DVX-nin Lokal Gəlirlər Baş İdarəsinin 2022-ci il Mənfəət vergisi dövrü üzrə 20 sentyabr 2023-cü il tarixli **********496100 saylı qərar qəbul edilməmişdən öncə xx.xx.2023-cü il tarixli əsaslandırlma olmadan “xx.xx.2023-cü il tarixində tərəfinizdən 2022-ci il üçün təqdim edilmiş Mənfəət vergisi bəyannaməsi üzrə 31654.27 manat vergi məbləği azaldılmışdır” cümləsi yazılaraq hesablama aparılmışdır. Əlavə olaraq bildirirəm ki, vergi orqanı hesabladığı vergini nəyə əsasən hesablamış, hansı uyğunsuzluğu müəyyən etməsi barədə nə məktubunda nə də qərarında qeyd etməmişdir. Halbuki cavbdeh orqan öz hesablamasını yuxarıda qeyd etdiyim qanunvericilik normalarına uyğun olaraq əsaslandırmalıdır. Həmçinin xx.xx.2023-cü il tarixli **********496100 saylı vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə qərarına əsasən 31654.27 manat 2022-ci il üzrə mənfəət vergisi üzrə əlavə hesablanmışdır. Qərarın əsaslanma hissəsində tərəfimizdən təqdim edilmiş 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi üzrə vergi məbləği azaldıldığı, bununla əlaqədar təsdiqedici sənəd təqdim edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi qərar əsaslandırılmamışdır. 31654.27 manat vergi hansı əsasla hesablanmışdırsa bu inzibati icraat haqqında qanuna əsaslanmaqla həmçinin Vergi Məcəlləsinin tələblərinə əsasən əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11949/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2022-ci il Mənfəət vergisi dövrü üzrə xx.xx.2023-cü il tarixli **********496100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 128121.33 manat məbləğində əmtəəsiz əməliyyatlar müəyyən edilmiş və qeyd olunan məbləğ 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşmalarla ilə əlaqədar vergi ödəyicisinə “2022-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə uyğunsuzluq məktubu” mənfəət vergisi bəyannaməsi üçün xx.xx.2023-cü il tarixli **********943100 nömrəli məktub göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 25 624.27 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********523000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Bundan əlavə vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci ilə dair vergi məbləği azaldılaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2023cü tarixdə **********800300 ömrəli uyğunsuluq məktubu göndərilmişdir. Kənarlaşma aradan qaldırılmadığı üçün xx.xx.2023-cü il tarixdə hesablanmış vergi məbləği bərpa edilərək yenidən kameral vergi yoxlaması keçirilmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********496100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən 2022-ci il ərzində riskli vergi ödəyicilərindən 128121,33 manat məbləğində elektron qaimə-fakturalar əldə edilmişdir. Elektron qaimə-fakturaların araşdırılması zamanı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********), X2 (VÖEN: **********) müxtəlif mallar, iş və xidmətlər alındığı müəyyən edilmişdir. Sözügedən əməliyyatlar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, yəni qeyd olunan malların "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), X3 (VÖEN: **********) elektron qaimə-faktura əsasında alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlar”’nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən qərar qəbul edilmişdir. Qeyd etmək istərdik ki, yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Yəni, İddiaçı MMC tərəfindən “Keromaqnit Pro" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) və fiziki şəxs X4 (VÖEN: **********) ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək riskli əməliyyat sarılmışdır. Həmçinin iddiaçının istinad etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və fiziki şəxs X3 riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar hər hansı orqan –tərəfindən ləğv edilməmiş və həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Vergi Məcəlləsinin: 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri. 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, -habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibatkitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutlmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdən gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2-ci maddəsinə əsasən Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 136.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2-ci maddəsinə əsasən bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya -müqaviləyə müvafiq surətdə qəbul edilən elə öhdəlikdir ki, onun yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3-cü maddəsinə əsasən borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borc öhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1-ci bəndinə əsasən Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Bununla yanaşı bildiririk ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq vergiləri hesablamaq vergi orqanının hüququdur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən “İnport" MMC-nin (VÖEN: **********) iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh orqanın etiraza əlavədə bildirmişdir ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 128121,33 manat məbləğində əmtəəsiz əməliyyatlar müəyyən edilmiş və qeyd olunan məbləğ 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. 2022-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində daxil olmuş və azaldılmış (təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir) məbləğlərin cəmi 169 712,36 manat gələcək dövrün xərcləri baza ilə təsdiqini tapmamışdır. Qeyd edilən kənarlaşmalarla ilə əlaqədar vergi ödəyicisinə 2022-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixli **********943100 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə vergi orqanına təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 25 624,27 manat vergi məbləği hesablanaraq xx.xx.2022-ci il tarixli **********523000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Bundan əlavə vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2022-ci ilə dair dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim edilmiş, əlavə olaraq borca görə faizlər və onunla bağlı xərclər sətrində 30 150,0 manat qeyd edərək, xərclərin artırmış və beləliklə vergi məbləği azaldılmışdır. Vergi məbləğinin azaldılması ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü tarixdə **********800300 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Kənarlaşmalar aradan qaldırılmadığı üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********523000 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilmiş, xx.xx.2023-cü il tarixdə hesablanmış vergi məbləği bərpa edilərək (əvvəlki hesablanan kameral yoxlamanın səbəbi qüvvədə qalmaqla və borca görə faizlər və onunla bağlı xərclər silinməklə) yenidən kameral vergi yoxlaması keçirilmiş, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********496100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə xərclərini təsdiq edən sənədlərin təqdim edilməsi ödəyiciyə bildirilsə də xərcləri təsdiq edən heç bir sənəd təqdim edilmədiyi üçün 2022-ci il üzrə əlavə mənfəət vergisi hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati icraat materialları ilə təqdim edilmiş sənədlərin surətlərindən görünür ki: -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********523000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2022-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 19.482,87 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 45.107,14 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 25.624,27 manat. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********496100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən 2022-ci ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 13.452,87 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 45.107,14 manat, əlavə hesablanmış vergi və ya sığorta məbləği 31.654,27 manat. - Borcalan "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin direktrou X6 ilə borcverən X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 210622/001 nömrəli X8 əsasən: -1.1Borc verən 500.000,00 (beş yüz min manat 00 qəpik) manat məbləğində pul vəsaitini (sonradan «Borc» adlandırılır) borc alana qaytarmaq şərti ilə maliyyə yardımı kimi Şirkətlərə olan borclarını ödəmək məqsədilə borca verir 1.3«Borc alan» isə borcu bu Müqavilənin şərtləri əsasında və müddəti ərzində geri qaytarmağı öhdəsinə götürür. Borc məbləğinin verilməsi anı, həmin məbləğin «Borc alan»ın bank hesabına köçürüldüyü an hesab edilir. -2.4 Borcverən borc məbləğinin 5 (beş)% borca əlavə olunmaqla «31» Dekabr 2023-cü il tarixədək geri qaytarmağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli, 210622/001 nömrəli X8 edilmiş xx.xx.2022-ci il tarixli 2 nömrəli Əlavəyə əsasən: -Bir tərəfdən İnport MMC (borcalan) nizamnamə əsasında fəaliyyət göstərən cəmiyyətin direktoru X6 və digər tərəfdən X5 (borcverən) bu müqavilənin 1.1 bəndinə əlavə olunmuşdur:1.1 borc müqaviləsinin dəyəri 103 000.00 manat. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023cü il tarixli, **********303600 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -Vergi ödəyicisinin riskli vergi ödəvicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********895000 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixində cəmi 13,8 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Binder, profhastil, emulsiya, pəncərə jalüzləri, avtomat şiti və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, 0 cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur." Nəticədə isə Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - Vergi ödəyicisinin riskli vergi ödəvicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********368900 nömrəli Qərarı ilə X4 (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 144,5 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda "Avtoşin texnika 15.5R38 TR-** CX *** A8, Avtoşin 205 75 R15 EURO 228, Avtoşin 225/50 R18 T04L və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci,3.1.1 -ci və 2.1.3-cü yanmbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Nəticədə isə Vergi ödəyicisi X4 (**********) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. - Vergi ödəyicisinin riskli vergi ödəvicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********764300 nömrəli Qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixində cəmi 239,7 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Gübrələr.çay dəzgahlan, tikinti materialları və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə cəmiyyətin aiışmda, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nm 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab olunur. Nəticədə isə Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı mübahisə predmeti olan xx.xx.2023-cü il tarixli qərarını xx.xx.2023-cü il tarixdən iddia məhkəmə icraatına olduğu dövrdə iddia tələbinə dəqiqləşmə verərək mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İşin hallarından müəyyən olunur ki, cavabdeh vergi orqanı kameral vergi yoxlaması zamanı 2022-ci il ərzində iddiaçı tərəfindən əldə edilmiş elektron qaiməfakturalar üzrə 128121,13 manat məbləğində əməliyyatı əmtəəsiz əməliyyat kimi qiymətləndirərək 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsində qeyd edilən həmin məbləği gəlirlərin əldə edilməsi ilə bağlı xərc kimi qəbul etməmiş və iddiaçıya ilkin olaraq xx.xx.2023-cü il tarixli qərarla 25 624,27 manat əlavə olaraq mənfəət vergisi hesablamışdır. Belə ki, cavabehin mövqeyinə görə iddiaçı tərəfindən 2022-ci il ərzində riskli vergi ödəyiciləri olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X2 ümumilikdə 128121,33 manat məbləğində elektron qaimə-fakturalar əldə edilmişdir. Elektron qaimə-fakturaların araşdırılması zamanı alınmış malların "xxxx" MMC, "xxxx" MMC və X3 elektron qaimə-faktura əsasında alışında və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Başqa sözlə, iddiaçının təqdim etdiyi e-qaimələrdə öz əksini tapan malların adları çəkilən vergi ödəyiciləri tərəfindən əldə edilməsini təsdiq edən sənədlər olmadığından onların almadıqları malları iddiaçıya satdığı müəyyən edilmişdir. Odur ki, iddiaçının həmin şəxslərlə apardığı əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirirlərək, təqdim etdiyi e-qaimələr riskli qaimələr kimi qəbul edilmiş və mənfəət vergisinin hesablanmasında gəlirin əldə edilməsinə yönəlmiş xərc kimi nəzərə alınmamışdır. Bundan əlavə 2022-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində daxil olmuş və azaldılmış (təqdim edilmişdir, silinmişdir, ləğv edilmişdir) məbləğlərin cəmi 169 712,36 manat gələcək dövrün xərcləri baza ilə təsdiqini tapmamışdır. Nəticə etibarı ilə iddiaçıya xx.xx.2022-ci il tarixli qərarla əlavə mənfəət vergisi hesablanmışdır. Daha sonra iddiaçı adıçəkilən xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirdiyi məhkəmə icraatı gedişində həmin dövrlə bağlı 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə borca görə faizlər və onunla bağlı xərclər sətrində 30150,0 manat qeyd edərək, xərclərin artırmış vergi orqanı azalma ilə əlaqədar təsdiqedici sənədlər təqdim edilmədiyini əsas gətirərək iddiaçıya xx.xx.2023-cü il tarixli yeni qərarla 31654.27 manat əlavə vergi hesablamışdır. Məhkəmə hazırkı iddia üzrə qiymətləndirməni hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş hüquq normalarının redaksiyası əsasında aparır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: - bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. - bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İş materiallarına əlavə edilmiş iddiaçının əməliyyat apardığı riskli vergi ödəyiciləri ilə apardığı riskli hesab edilən elektron qaimə fakturaları aşağıdakılardan ibarət olmuşdur: Vergi ödəyicisinin adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN**********, tarix: xx.xx.2022, seriya: EBBT, nömrəsi:15749, yekun məbləğ: 16000, riskin başlanma tarixi: xx.xx.2022. Vergi ödəyicisinin adı: X4, VÖEN**********, tarix: xx.xx.2022, seriya: EBBU, nömrəsi: 88532, yekun məbləğ: 98352, riskin başlanma tarixi: xx.xx.2022. Vergi ödəyicisinin adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN**********, tarix: xx.xx.2022, seriya: EBBY, nömrəsi: 734557, yekun məbləğ: 11073,88, riskin başlanma tarixi: xx.xx.2022. Vergi ödəyicisinin adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN**********, tarix: xx.xx.2022, seriya: EBBY, nömrəsi: 778268, yekun məbləğ: 2695,45, riskin başlanma tarixi: xx.xx.2022. İşdə olan qərarlardan görünür ki, -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanının xx.xx.2022-ci il tarixli, **********895000 nömrəli, X4 xx.xx.2022-ci il tarixli, **********368900 nömrəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixli, **********764300 nömrəli qərarı ilə riskli vergi ödəyiciləri hesab edilmiş və müəssisələr riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Göründüyü kimi, iddiaçının vergi ödəyiciləri ilə əməliyyatlar apardığı vaxt həmin şəxslər müvafiq olaraq riskli vergi ödəyiciləri olmamışlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, qanunvericiliyə əsasən vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçının, əməliyyat apardığı MMC-lərdən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı adlarıçəkilən vergi ödəyicilərindən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya e-qaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Belə ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. İş materiallarına əlavə edilmiş elektron qaimə fakturalardan görünür ki, iddiaçı 2022ci il ərzində e-qaimələr əsasında əldə etdiyi mallardan "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixli 010122/001 nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2022-ci il tarixli e-qaimə, “X11 Kompleksi” MMC-yə (xx.xx.2022-ci il tarixli satınalma müqaviləsi, qiymət razılaşdırma protokolu və s. əsasında mal təqdim etmişdir. Cavabdeh iddiaçının əmtəəsiz əməliyyat apardığını iddia etsə də cavabdeh həmin malların sözügedən müəssisələrə təqdim edilmədiyini sübuta yetirə bilməmiş, əksinə Meyarların 2.1.2-ci bəndinə əsasən iddiaçının özünü riskli vergi ödəyicisi qismində tanıyaraq bu barədə qərar qəbul etməmiş, belə olan da həmin əməliyyatları şübhə altına alması da əsassız olmuşdur. Vergi orqanı iddiaçının vergi ödəyicilərindən aldığı malların digər müəssisələrə təqdim edilməsini qəbul etdiyi və buna müvafiq mənfəət hesabladığı halda həmin malların əldə edilməsi ilə bağlı xərcləri qəbul etməməsi aydın deyildir. Bununla yanaşı vergi orqanı iddiaçının əmtəəsiz əməliyyat apardığını sübut edəcəksə belə bu zaman mənfəət vergisini hesablama qaydası riskli əməliyyat üçün qanunla nəzərdə tutulmuş qaydaya uyğun olmamışdır. Belə ki, vergi orqanı MMC-lər ilə apardığı əməliyyatlar üzrə 128121,33 manat məbləği xərc olaraq nəzərə almadıqda həmin dövrdə qüvvədə olan VM-nin 109.9-cu maddəsini tətbiq etməklə, həmin malların VM-nin 14-cü, 14-1-ci və 67-ci maddələrinə əsasən dəyərini müəyyən etməklə gəlirdən çıxmalı olduğu halda, bu normanın tələbinə də əməl etməmiş, ümumilikdə xərc kimi nəzərə almayaraq həmin məbləği tam olaraq gəlirə aid etməklə əlavə mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsasən 603000,0 manat məbləğində borc götürmüş, müqavilənin 2.2.1ci bəndinə əsasən alınmış borc məbləğinin 5%-i məbləğində əlavə ödəniş edilməli olduğundan iddiaçı 603000,0 manat x 5%=30150 manat əlavə faiz ödənişi etmişdir. İddiaçı sözügedən faiz məbləğinə 10% ödəmə mənbəyindən vergi hesablamış, xx.xx.2023-cü il tarixdə dəqiqləşmiş ÖMV bəyannaməsində həmin məbləği qeyd etmiş, xx.xx.2023-cü il tarixdə 3015,00 manat məbləğində ödəniş etmişdir. Göründüyü kimi iddiaçı borc məbləğinin 5% əlavə faiz ödəniş məbləğini 10% vergiyə cəlb edərək mənfəət vergisi bəyannaməsinin 222-ci sətrində (bora görə fazilər və onunla bağlı olan xərclər) sətrində xərc olaraq göstərmişdir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmçinin VM-in 94.0-cı maddəsinə görə verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********496100 saylı qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********496100 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar