Məhkəmə qərarları › İş №2-1(112)-16765/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16765/2023

25.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16765/2023 25.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzilə dair X6, ardınca isə müvafiq payda (1/3 hissədə) iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzilin 19 iyul 2019-cu il tarixdə vəfat etmiş mülkiyyətçisi X8 atası X6 xalası olmuşdur. X8 19 iyul 2019-cu il tarixdə, onun yeganə övladı və qanun üzrə vərəsəsi olan X4 isə mirası qəbul etmədən 19 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. X2 vəfatından sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.5-ci maddəsinə əsasən, beşinci növbədə vərəsə olan atası X9 Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzili faktiki qəbul etmiş və mənzil onun sahibliyində və istifadəsində olmuşdur. Bununla bağlı X9 vərəsəlik hüququna dair müvafiq şəhadətnaməsinin alınması üçün 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzinə müraciət etsə də, Mərkəzin notariusu tərəfindən bundan imtina edilmişdir. Bundan sonra atası X9 Sabunçu Rayon Məhkəməsinə «vərəsəlik hüququnun müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1876/2020 nömrəli 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8568/2020 nömrəli 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, X9 19 iyul 2019-cu il tarixdə vəfat etmiş X1 üzrə vərəsəsi hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2843/2022 nömrəli 31 may 2022-ci il tarixli qərarı ilə 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzinin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata işə məhz məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Belə ki, Ali Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarın 9-cu vərəqində olan 45-ci bəndində qeyd olunur ki, «... Hazırkı işdə iddiaçının miras qoyanla qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar var və vərəsə hesab edilməsinin məhkəmə təsdiqinə zərurət yoxdur. Belə olduğu təqdirdə iddia tələbi məhkəmədə baxılan tələblərə aid deyildir. Yəni artıq qanuni qüvvəyə minmiş aktı ilə müəyyən olunmuşdur ki, iddiaçı X6 miras qoyan X8 ilə qohumluq münasibətlərinin təsdiq edən vətəndaşlıq vəziyyəti aktları və akt qeydlərindən çıxarışlar artıq mövcuddur, bu münasibətlərinin müəyyən edilməsinə zərurət yoxdur, sadəcə bu məsələyə məhkəmədə baxılmalı deyil, müvafiq notarius tərəfindən həll edilməlidir. X9 07 may 2022-ci il tarixdə vəfat etmiş, onun qanun üzrə vərəsə olmağına dair müvafiq şəhadətnamə verilmişdir. Miras əmlakı olan Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin müddəalarına müvafiq olaraq o, bacısı X11 və anası X3 faktiki sahiblik edir, həmin mənzil bu günə qədər onların faktiki sahibliyində və istifadəsindədir. Bununla bağlı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2843/2022 nömrəli 31 may 2022-ci il tarixli qərarının müddəalarına əsaslanaraq cavabdeh 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, S.Şuşinski küçəsindəki 2 saylı evin 13 saylı mənzilə dair X6, ardınca isə müvafiq payda (1/3 hissədə) onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmişdir. AZ-İİ seriyalı 280727 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1876/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X7 Bakı şəhəri 4 saylı “Asan Xidmət Mərkəzi” Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8568/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən təmin edilməsi, iddiaçının xx.xx.2019- cu il tarixdə vəfat etmiş X1 üzrə vərəsəsi hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 02 avqust 2021- ci il tarixli, 2(102)-3028/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8568/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9524/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli, 2(008)1876/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, iddiaçı X10 xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 üzrə vərəsəsi hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2843/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(103)-9524/2021 saylı qətnaməsi ləğv edilmişdir. İş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli məktub ilə hüquqi yardım edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Qeyd olunanlara əsasən müvafiq tələb ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək təklif edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 saylı Qərarından:

8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə uyğun olaraq çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq tələblə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciət etməkdir. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar