Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1677/2021 11.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X10 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi və mənzil növbəsinin bərpa edilməsi tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Cavabdeh Başçısının 179 №-li, xx.xx.2020-ci il tarixli sərəncamının ləğv olunması və onun mənzil növbəsinə bərpa olunmağı vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15 ildən çox xidmət etmiş ehtiyata buraxılan hərbi qulluqçu kimi Cavabdeh Başçısının 235 №-li, xx.xx.2017-ci il tarixli sərəncamı ilə ailəsi ilə birlikdə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. Lakin Cavabdeh Başçısının 179 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə onun mənzil növbəsinə götürülməyi və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilməyi haqqında Cavabdeh Başçısının 235 №-li, xx.xx.2017-ci il tarixli sərəncamı ləğv edilmişdir. Bu zaman “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsi ilə ehtiyata buraxılan hərbi qulluqçunun mənzil növbəsinə götürülməsinin nəzərdə tutulmadığı əsas gətirilmişdir. Cavabdeh Başçısının 235 №-li, xx.xx.2017-ci il tarixli sərəncamının ləğv olunması və onun mənzil növbəsinə bərpa olunmağı üçün qərar qəbul edilməsi xahişi ilə o, etibarnamə əsasında nümayəndə vasitəsi ilə xx.xx.2020-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin müraciətinə A-173- 68 №-li, xx.xx.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 152 saylı arayışına əsasən İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndi (öz arzusu ilə) ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyatına buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu ilə) ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və Hərbi Qanunvericilik şöbəsinin Yasamal Rayon İcra İcra Hakimiyyətinin 215/g-10 nömrəli, xx xxxx 2020-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il, 6 avqust tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 nömrəli qərarında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil uçotu siyahısına götürülməsi və onlara müvəqqəti mənzil kirayə haqqının ödənilməsi məsələləri nəzərdə tutulmamşdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Eyni zamanda Məcəllənin 49.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən kateqoriyalardan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normalardan yuxarı ayrlılma norması müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanlarına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Cavabdehnə qoyulan bu vəzifənin icra olunması iddiaçı tərəfindən mübahisələndirilmir. Rayon İcra Hakimiyyəti öz tərəfindən mənzillə təmin olunma ilə bağlı müraciət edən vətəndaşlara cavab məktublarında bildirmişdir ki, boş mənzil fondu olduğu təqdirdə onların ərizələrinə yenidən baxıla bilər. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddiaya etirazının məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Rusiya Federasiyası, Saratov Vilayətində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE 17251591 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1981-ci ildə Kürdəmir rayonu, Qarabucaq kəndində doğulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər qeydiyyat şöbəsinin AZ-İİ 244074 №-li, xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 xx.xx.2006-cı il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər qeydiyyat şöbəsinin AZ-İİ 255745 №-li, xx.xx.2002-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası İddiaçı və anası X12 qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər qeydiyyat şöbəsinin AZ-İİ 406756 №-li, xx.xx.2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası İddiaçı və anası X12 qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 1475 №-li, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, ehtiyatda olan mayor İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 916685 №-li, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı, X4, X3, X11, X16, X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən **********71 №-li, xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, X11 Bakı şəhəri, inzibati ərazi vahidi üzrə onun adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən **********29 №-li, xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, inzibati ərazi vahidi üzrə onun adına mənzil özəlləşdirilməsi barədə daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarələrinin arxiv fondunda məlumat yoxdur. - Bakı şəhəri Yasamal Bələdiyyəsinin 274 №-li, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Bələdiyyəsindən torpaq sahəsi almamışdır. - Bakı şəhəri Yasamal Bələdiyyəsinin 236 №-li, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Aslanov X17 Bələdiyyəsindən torpaq sahəsi almamışdır. - xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, icarədar X7 icarəçi İddiaçı ünvan 2 ünvanındakı mənzili ayda 350 manat məbləğində razılaşma müddəti ilə icarəyə verilmişdir. - xx.xx.2019-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, kirayəyə verən X1 İddiaçı ünvan 3 ünvanındakı mənzili ayda 400 manat məbləğində xx.xx.2022-ci ilə gədər müddəti ilə icarəyə verilmişdir. - Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəyəti Mənzil Kommunal Təsərrüfat birliyi 24 saylı Mənzil Kommunal Təsərrüfat sahəsinin 444 №-li, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı Ə.Cəmil küçəsi, ev 65, mənzil 52 ünvanından qeydiyyatdadır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal Rayon İdarəsinin 152 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2017-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvəllərində hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 037 saylı xx.xx.2017-ci il tarixli əmrinə, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. - Bakı şəhəri Cavabdeh Başçısının 235 №-li, xx.xx.2017-ci il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 4 nəfər ailə tərkibi (özü, h/yoldaşı, qızı, oğlu) Bakı şəhəri, Yasamal rayonu, Ə.Cəmil küçəsi, 65 saylı evin 52 saylı mənzildə qeydiyyatdadır. O, Rayon İcra Hakimiyyətinə müraciətində orduda qulluq etdiyini, hazırda isə ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qeydiyyatda olduğunu bildirərək gələcəkdə yaşayış şəraitinin yaxşılasdırılması üçün ona verilmiş imtiyazları nəzərə alıb, güzəştli mənzil növbəsinə qəbul olunması üçün sərəncam verilməsini xahiş edir. İddiaçı bu barədə müvafiq sənədlər təqdim etmişdir. qeyd olunanları nəzərə alaraq İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, qızı, oğlu) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmişdir. - Bakı şəhəri Cavabdeh Başçısının 179 №-li, xx.xx.2020-ci il tarixli sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Başçısının 235 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür və mənzil-uçot siyahısına daxil edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən "Hərbi Xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j" bəndi (öz arzusu ilə) və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsi ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığından İddiaçı və onun ailə üzvlərinin Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması məqsədəmüvafiq hesab edilmişdir. - Bakı şəhəri Cavabdeh Başçısı tərəfindən iddiaçıya ünvanlanan A-173-068 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı öz arzusu ilə ehtiyata buraxılmağı səbəbindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən mənzil növbəsinə götürüləcək ehtiyata buraxılmış hərbi qulluqçu kimi nəzərdə tutulmadığından Cavabdeh Başçısının 179 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə İddiaçı və onun ailə üzvləri ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2017-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin 037 nömrəli, xx.xx.2017-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə (öz arzusu) əsasən ehtiyata buraxılmışdır. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 235 nömrəli sərəncamına əsasən iddiaçı yaşayış yeri üzrə onun ailə üzvləri ilə güzəştli əsaslarla mənzil uçotuna götürülmüşdür. Lakin Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 179 nömrəli sərəncamına əsasən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə götürülməsi nəzərdə tutulmadığı əsas gətirilməklə iddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 235 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı ləğv olunmuşdur. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı X12 ilə xx.xx.2006-cı ildə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx.xx.2001-ci il tarixdə X15, xx.xx.2002-ci il tarixdə X19 adlı uşaqları doğulmuşdur. İddiaçı, X5 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alınmamışdır. Hazırda iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında kirayədə yaşayır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2012-ci il tarixli, 174 nömrəli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsi ilə bağlı qeyd edir ki, həmin norma «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu) ilə ehtiyata buraxılan hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 22 ildən çox olması iş materialları ilə müəyyən edilir. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olması işin mübahisəsiz halıdır. Eyni zamanda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ müəyyən edilərkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu) ilə ehtiyata buraxılan hərbi qulluqçular istisna edilməmişdir. Həmin normada qeyd olunan hüquq ümumiyyətlə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən istinad edilən hal («Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «j» bəndi (öz arzusu) ilə ehtiyata buraxılma) iddiaçının mənzil növbəsinə götürülməməsi və ya onun ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması üçün əsas kimi çıxış edə bilməz, cavabdehin belə bir əsasa istinad edərək iddiaçını ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarması qanunsuz və əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 179 nömrəli sərəncamı qanunsuz olduğundan ləğv edilməli və iddiaçının ailə üzvləri (özü, arvadı, iki nəfər uşağı) ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh Başıçısının 179 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ləğv edilsin. İddiaçı 4 nəfər ailə üzvü (özü, arvadı, iki nəfər uşağı) ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə bərpa olunması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1677/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1677/2021
11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver