Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1677/2023 01.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməyən pensiya məbləğinin ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olmaqla ona 65 yaşdan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuşdur. 1975-1977-ci illərdə Sovetlər birliyində hərbi xidmətdə olmuş, hərbi xidmətdən bitdikdən sonra 1977-ci ildən 1979-cu ilə qədər Rusiya Federasiyasının Leninqrad şəhərində (əvvəlki adı ilə) yerləşən “Komsomolskaya Pravda” adlı zavodun 3 nömrəli sexində fəhlə vəzifəsində çalışmışdır. 1982-ci ildən 2005-ci ilə qədər (23-il) “Bakıyaşayışbinalar” Tikinti birliyində müxtəlif vəzifələrdə çalışmış və 1977-ci ildən 2005-ci ilə qədər olan əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmuşdur. 1977-ci ildən 2005-ci ilə qədər əmək fəaliyyətinin olduğunu və qanunla kişilər üçün müəyyən edilmiş pensiya yaşı həddinə çatdığını nəzərə alaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsaslanaraq yaşa və əmək staj ima görə əmək penisyası əldə etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı “Dost” Mərkəzinə ərizə ilə müraciət etmişdir. Müvafiq qurumun Mərkəzi Filialının 10 iyun 2022-ci il tarixli № **********45 məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məktubda bildirilmişdir ki, əmək kitabçasındakı iş illəri və hərbi xidmət birlikdə 15 il 8 ay təşkil edir və əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlər araşdırılması zərurəti vardır. Mərkəzi Filialın xx.xx.2022-ci tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən “Bakıyaşayışbinalar” tikinti Birliyinin 302 və 303 nömrəli tikinti idarələrinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır. İddiaçı qeyd edir ki, 1992-ci ildən 2005-ci ilə qədər “Bakıyaşayışbinalar” tikinti Birliyinin 302 və 303 nömrəli tikinti idarələrində çalışmış, lakin Mərkəzi Filialın ətraflı araşdırma aparmadığı üçün onun əmək stajı 15 il 8 ay hesablanmışdır. X1 bildirilmişdir ki, sənədlər tapılmır, yalnız sözügedən təşkilatla bağlı onlarla məhkəmə qətnaməsi mövcuddur ki, həmin qətnamələr əsasında vətəndaşlara pensiya təyin edilir. Onunla eyni müəssisədə çalişan şəxslərə pensiya təyin olunmuşdur. İddiaçı hesab edir ki, onun müvafiq əmək stajı qanuni sənədlər əsasında təsdiq edilir və həmin sənədlərin mötəbərliyi mübahisəsizdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı pensiya yaşına xx.xx.2022-ci il tarixdə çatmış və xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Qanunun 7-ci maddəsinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixə kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmiş və həmin tarixdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verməsi üçün hədd 34560 manat olmuşdur. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə cavabdeh inzibati orqan tərəfindən baxılaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan müvafiq pensiya kapitalı və ya sığorta stajına malik olmadığından, müraciətin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətlərinə əsasən mübahisələndirilməvən sığorta stajı 15 il 8 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Qanunun 22-1.1-ci maddəsinin tətbiq edilərək avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır (həmçinin yaşa görə pensiya hüququ yaranan tarixədək və hazıradək). İddiaçının adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən “Bakıyaşayışbinalar” Tikinti Birliyinin 302 və 303 nömrəli tikinti idarələrinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanı müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır (xx.xx.1992 - xx.xx.1993, xx.xx.1995 - xx.xx.1998. xx.xx.1999 xx.xx.2005-ci il mübahisələndirilən dövr). Qeyd olunanları nəzərə alaraq, müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması olə kifayətlənməyərək, əsas şərt kimi, iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirilən stajı nə dövlət arxivinin arayışı ilə, nə də iş üzrə digər dübutlarla təsdiqini tapır. Cavabdeh sonradan məhkəməyə iddia ərizəsinə dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli etiraza əlavədə bildirmişdir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı pensiya yaşına (65) yaş çatdığı xx.xx.2022-ci il tarixə 15 il 8 ay mübahisələndirilməyən ümumi iş stajına uyğun olaraq 12739,03 manat pensiya kapitalı mövcud olmuşdur ki, bu da iddiaçıya yaşa görə pensiya təyin edilməsinə imkan verməmişdir. Belə ki, həmin tarixdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verməsi üçün minimum tələb 34560 manat olmuşdur. xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdehin iddiaya dair xx.xx.2023-cü il tarixli etiraza əlavəsində qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi kolxozçunun əmək kitabçasının surətinə əsasən 1974-cü ilin X-Xİ ayları üzrə əmək fəaliyyəti dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-cı il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 15 il 10 ay 25 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, vətəndaşın əmək kitabçasının surətində qeyd edilmiş aşağıdakı dövrlərin mötəbərliyinə göstərilən səbəblərdən əsaslı şübhələr olduğundan həmin dövrlərin araşdırılması zərurəti yaranmışdır: xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (latın qrafikalı möhürlə təsdiq edilmişdir); xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. xx.xx.1998-ci il tarixdə işdən azad edilmə səbəbində xx.xx.1999-cu il tarixində qüvvəyə minən Əmək Məcəlləsinə istinad edilmişdir); xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək (vətəndaşın işə daxil olma əmri xx.xx.1999-cu il tarixdə (qeyri-iş günü) verilmişdir). Mərkəzi filialın xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən “Bakıyaşayışbinalar” Tikinti Birliyinin 302 və 303 nömrəli tikinti idarələrinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. Mərkəzi filial tərəfindən xx.xx.2023-cü il tarixdə təkrar monitorinq keçirilmiş, "xxxx" MMC-nin mühasibinin iştirakı ilə iddiaçının 1983-2005-ci illərdə 301, 302 və 303 nömrəli tikinti idarələrində işləməsi faktı qarşılıqlı araşdırılmışdır. xx.xx.2023-cü il tarixli akta əsasən 301, 302 və 303 nömrəli tikinti idarələrinin arxiv sənədlərinə baxış keçirilən zaman əməkhaqqı cədvəllərində iddiaçıya xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək və 1993-cü ilin İ, İİ, İİİ və V aylarında əməkhaqqı hesablanması öz əksini tapmış, digər dövrlərdə isə iddiaçının adına mərkəzin arxivində saxlanılan əmrlər kitablarında və əməkhaqqı hesablanması cədvəllərində rast gəlinməmişdir. Aktın qeyd hissəsinə əsasən 1992-ci ilin əməkhaqqı hesablanması cədvəli MMC-nin arxivinə təhvil verilməmişdir. Göründüyü kimi, əmək kitabçasında olan mübahisələndirilən dövrə aid qeydlər müəssisələrin arxiv sənədləri ilə öz təsdiqini tapmamış, 1993-cü ilin V ayından sonra iddiaçının adına MMC-nin arxivində saxlanılan əmrlər kitablarında və əməkhaqqı hesablanması cədvəllərində rast gəlinməmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsinə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən illər üzrə isə nəinki sosial sığorta haqları ödənilib-ödənilməməsi bəlli deyildir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti öz təsdiqini tapmır. Deməli, təkcə bu əsasla iddiaçının əməkhaqqı almadığı və buna müvafiq olaraq da məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi xx.xx.2002-ci il tarixdən sonrakı dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Hazırkı iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Bu səbəbdən, iddiaçıya pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı, iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.20221-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə iddiaya etirazın məzmununa uyğun cavab verilmişdir. -Nəsimi RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Gürcüstanın Bolnisi şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1977-ci il tarixdən doldurulmağa başlamış iddiaçının AТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək 3 saylı sexdə tokarçı şagirdi işləmiş (Leninqrad şəhəri), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək 12 saylı sexdə tokarçı şagirdi, 2-ci dərəəli tokarçı şagirdi, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək “Azneft” Birliyinin Mənzil-Kommunal kontorunda 3-cü, 4-cü dərəcəli çilingər, xx.xx.1989-cu ildən xx.xx.1993-cü ilədək Vısotjilstroy təşkilatı SU-302-də 4-cü dərəcəli çilingər (302 №li Tİ-si Bakı yaşayış binaları tikinti birliyinin 30 №li Tİ-si adlandırılmışdır), xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilədək 303 №li Tikinti İdarəsinə köçürmə yolu ilə 3-cü dərəcəli qaynaqçı, xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilədək 302 saylı Tikinti İdarəsində 3-cü dərəcəli qaynaqçı işləmişdir. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş: -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Bakıyaşayışbinalar” Tikinti Birliyinə dair məlumat mövcud deyildir. Məlumat üçün bildirilmişdir ki, Bakı Yaşayış Tikinti Birliyi (sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) 09 iyul 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. -Dövlət Vergi Xidmətinin məktublarından görünür ki, “Bakıyaşayışbinalar” Tikinti Birliyi və “Bakıbaştikinti” ESTB adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan görünür ki, “Bakıyaşayışbinalar” İB və “Bakıbaştikinti” ESTB barədə dövlət əmlakının registrində məlumat qeydiyyata alınmamışdır. -Bakı şəhər İcra Hakimiyyətinin məktubundan görünür ki, BŞİH Aparatının arxivindən “Bakıyaşayışbinalar” Tikinti Birliyinin mövcudluğu, hüquq varisliyi, işçiləri barədə hər hansı məlumat əldə etmək mümkün olmamışdır. -Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş məktubdan gğrünür ki, Bakı Baş Tikinti İdarəsi ESTB-nin arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Fiilialına təhvil verilmədiyi bildirilmişdir. -Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş məktubdan görünür ki, BBTİ 302 saylı Tikinti İdarəsinin 1983-1993 və 303 saylı Tikinti İdarəsinin 1993-2005-ci illərə dair arxiv sənədlərinin Dövlət Arxivinin Bakı Fiilialına təhvil verilmədiyi bildirilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə X2, Daxili Nəzarət və Monitorinq Departamentinin monitorinq və araşdırma şöbəsinin mütəxəssisləri və "xxxx" MMC-nin mühasibi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 1983-2005-ci illərdə 301, 302 və 303 №li tikinti idarələrində işləməsi faktı qarşılıqlı araşdırılaraq müəyyən edilmişdir ki, 301, 302 və 303 №li tikinti idarələrinin arxiv sənədlərinə baxış keçirilən zaman İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixli və 1993-cü ilin İ, İİ, və V aylarında əmək haqqı hesablanması cədvəllərdə öz əksini tapır. Digər dövrlərdə isə İddiaçı adına mərkəzin arxivində saxlanılan əmək kitabçasında və əmək haqqı cədvəlinə rast gəlinmədi. Qeyd: 1992-ci ilin əmək haqqı hesablanması cədvəli MMC-nin arxivinə təhvil verilməmişdir. -"xxxx" MMC tərəfindən təqdim edilən 09 mart 2023-cü il tarixli sorğuya cavab məktubunda İddiaçı əmək kitabçası və əmək haqqı cədvəlinə əsasən 1990-cı ilin yanvar ayından 1993-cü ilin iyun ayına qədər 302 saylı Tikinti İdarəsində 4-cü dərəcə çilingər vəzifəsində işlədiyi, 303 saylı Tİ-i ilə əlaqədar isə qeyd olunan əmrlər papkasını tapılmadığı bildirilmişdir. Sorğuya əsasən 1990, 1991, 1993-cü illərə aid tərtib edilən X4 görünür ki, iddiaçıya bəzi ayları üzrə əmək haqqı ödənilmişdir. Məhkəmənin iddiaçının pensiya kapitalının məbləği və onun hesablanması qaydası barədə sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən “Bakıyaşayışbinalar” Tikinti Birliyinin 302 və 303 nömrəli tikinti idarələrinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin araşdırılması mümkün olmamışdır. Bu səbəbdən qeyd edilən dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin, İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 15 il 10 ay 25 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 4815,25 manat təşkil edir: (15+(10+25/30)/12)x306=4866,25. xx.xx.2006-cı il tarixinədək olan fərdi hesabının sığorta kapitalının xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 12930,91 manat təşkil edir. İşin faktiki hallarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı ona 65 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsdələ cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının əmək kitabçası və hərbi biletinə əsasən ümumi stajı qanunla tələb olunan müddətdən (25 il) az- 15 il 10 ay 25 gün təşkil edir və həmin staja münasibətdə onun toplamış olduğu pensiya kapitalının məbləği 12.930 manatdır, halbuki tələb olunan pensiya kapitalı məbləği 34560 manat olmalıdır. Cavabdeh iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 1992-ci ilin yanvarından 2005-ci ilin dekabrınadək (ümumilikdə 11 il, 11 ay, 3 gün) “Bakıyaşayışbinalar” Tikinti Birliyinin 302 və 303 nömrəli tikinti idarələrində işlədiyi dövrü iddiaçının sığorta stajına daxil etməmiş, bunu müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması və həmin dövrlər üzrə əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr olması ilə əsaslandırmışdır. İddiaçı hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2020-ci ildən sonrakı dövr üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması işin mübahisəsiz halını təşkil edir. Araşdırma ilə iddiaçıya minimum məbləğdən az olmayan pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalının toplanmadığı da müəyyən edilmişdir. İddiaçının 25 il sığorta stajı ilə bağlı məhkəmə bildirir ki, cavabdeh iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək dövrü şübhə altına alır. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin mübahisələndirdiyi 1992-2005-ci illərdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün ilk öncə əmək kitabçasında olan qeydlərə istinad edilir. Bununla belə, mövcud pensiya qanunvericiliyi xx.xx.2006-cı ilə qədərki dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında göstərilməsi ilə kifayətlənməyi məqbul hesab etmir, eyni zamanda iş illərinin dövlət arxivinin arayışları ilə də təsdiq olunmasını şərtləndirir. Hazırkı işdə, vurğulandığı kimi, cavabdeh iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək dövrü mötəbər hesab etmir. Cavabdeh bunu, iddiaçının həmin dövrlərdə işlədiyi göstərilmiş “Bakıyaşayışbinalar” Tikinti Birliyinin 302 və 303 nömrəli tikinti idarələrinin arxiv sənədlərinin aşkar edilməməsi və iddiaçının həmin müddətlərdə faktiki əmək fəaliyyətinin təsdiqini tapmaması ilə əsaslandırır. Qeyd edilməlidir ki, adıçəkilən müəssisənin arxiv sənədlərinin əldə edilməsi ilə bağlı məhkəmənin də xidməti vəzifələrindən irəli gələrək həyata keçirdiyi araşdırma tam müsbət nəticə verməmişdir. Belə olan halda, məhkəmə cavabdehin dəlillərinin bir hissəsi ilə razılaşır. Belə ki, iddiaçının əmək kitabçasında xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi göstərilən Bakıbaştikinti idarəsinin 303 nömrəli Tikinti İdarəsindən işdən azad edilmə səbəbində 01 iyul 1999-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadən yazı aparıldığı müəyyən edilmişdir. Halbuki, həmin dövrdə əmək münasibətləri 1971-ci il 10 dekabr tarixli qanun ilə qəbul olunmuş və 1999-cu il 1 fevral tarixli Qanunla qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək qanunları Məcəlləsi ilə tənzimlənirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 4.1-ci bəndinə görə, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. Lakin məhkəmə cavabdehin xx.xx.1992-xx.xx.1993-cü illər və xx.xx.1999-xx.xx.2005-ci illər üzrə əmək kitabçasında aparılmış qeydlərin qeyri-mötəbər hesab edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin arayışına əsasən iddiaçının 1990-cı ilin yanvar ayından 1993-cü ilin iyun ayına qədər 302 saylı Tikinti İdarəsində 4-cü dərəcə çilingər vəzifəsində işləməsi və ona əmək haqqı ödənilməsi öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin xx.xx.1999-cu il tarixdə iddiaçının işə daxil olma əmrinin qeyri-iş günü verilməsi ilə bağlı dəlilini imtina üçün formal əsas hesab edir. Çünki qanunvericilikdə işə daxil olma və işdən azad edilmə əmrlərinin qeyri-iş günü verilməsi ilə bağlı məhdudlaşdırıcı norma müəyyən edilməmişdir. Bununla belə, xx.xx.1992-xx.xx.1993-cü illər və xx.xx.1999-xx.xx.2005-ci illərdəki 8 il 6 ay müddətin sığorta stajına daxil edilməsi belə, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan stajın toplanması ilə nəticələnmir (mübahisəsiz 15 il, 10 ay, 25 gün + 8 il, 6 ay = 24 il, 4 ay, 25 gün). Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti belədir ki, iddiaçıya yaşa görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdehin imtinası qanunsuz deyil. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1677/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1677/2023
01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver