Məhkəmə qərarları › İş №2-1(112)-16770/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16770/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16770/2025 27.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “yaşıllıqların götürülməsinə dair rəy verilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək N nömrəli hərbi hissənin dislokasiya olunduğu hərbi şəhərciyin yaxınlığında magistral yolun kənarında şəhərdaxili müntəzəm marşrutlardan istifadə etmək üçün avtobus dayanacağının quraşdırılması üçün yolun bir tərəfində səkinin yaradılması üçün 1,2 metr enində və 10 metr uzunluğunda əkilmiş yaşıl (3-4 sm hündürlüyündə olan həmişə yaşıl ot örtüyünün) otlardan ibarət zolağının götürülməsinə dair rəyin verilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirlyinin X3 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin daimi dislokasiya yeri Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti-6 ünvanıdır. Əliyev X7 Nazirliyinin N nömrəli hərbi hissənin X12 Komitəsinin sədri kimi işçilərin əmək, sosial və məişət şəraitinin yaxşıladırılması məqsədi ilə müəsisənin yaxınlığından keçən müntəzəm avtobus marşrutlarından istifadə etmək üçün müəsisənin yaxınlığında yolun hər iki istiqamətində avtobus dayanacaqlarının quraşdırılması və yol üzərində dayanacaqlar arasında piyada keçidinin yaradılması üçün müraciətlər etmişdir. Bu zərurət ondan irəli gəlmişdir ki, müəsisəyə ən yaxın dayanacaqlar "Azər nəşrin" binasının yanınıdan 650-700 metr, 20 nömrəli məktəbin yanından isə 1450-1500 metr məsafədədir. Onların iş yerinə işə gələn hər kəs iş gününü işə gecikmə həyəcanı ilə başlayır. Bu da iş günü ərzində onların əmək fəaliyyətlərinə pis təsir edir. Hərbi hissədə yüzlərlə hərbi qulluqçular və mülki işçilər öz xidməti vəzifələrini şərəflə yerinə yetirirlər. 150 nəfər həmkar təşkilatının üzvü olan mülki işçilərin və çoxsaylı hərbiçilərin, onların ailə üzvlərinin müraciəti nəzərə alınaraq, hərbi şəhərciyə və əks istiqamətdə insanların rahat gəlib getməsi üçün hərbi şəhərciyin yanından keçərək müntəzəm marşrutla hərəkət edən avtobuslar üçün yolun hər iki istiqamətində avtobus dayanacaqlarının yerlərinin müəyyən edilməsi və avtobus dayanacaqlarının quraşdırılması, piyadaların təhlükəsiz keçidi üçün piyada keçidinin yaradılması zərurəti 2019-cu ildən yaranmışdır. Hərbi hissənin komandanlığı bu sahəyə cavabdeh olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyinin X13 İdarəsinə müraciətlər edərək həmin ərazidə avtəbus dayanacaqlarının yerlərini və yolun üzərində piyada keçidinin(zebra) yerlərini razılaşdırılmışdır. Onlar hər biri özünə aid razılıq məktublarını və layihəni hərbi hissəyə təqdim etmişlər. Bunula əlaqədar olaraq, Azərbaycan Respublikasının Ekologiya və X5 və Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti vasitəsi ilə dəfələrlə müraciətlər etmişdir. Onların müraciətinə əsasən onların ekspert qrupu tərəfindən qeyd edilən əraziyə baxış keçirilmişdir. Qeyd edilən ərazidə müəyyən edilmiş avtobus dayanacağının quraşdırılması məqsədi ilə yol kənarından 1,2 metr enində yaşılılığın(3-4 sm hündürlüyündə olan həmişə yaşıl ot örtüyünün) götürülüməsi zərurəti yaranmışdır. Onların xahişləri əsasında Yasamal rayonu İcra Hakimiyyəti Azərbaycan Respublikasının Ekologiya və X5 artıq iki dəfə müraciət etmişdir. Lakin, hər iki dəfə eyni məzmunlu cavabla onlara imtina edilmişdir. Səbəb kimi razılaşdırılmış sənədin təqdim edilməməsi göstərilmişdir. Halbuki, sənədlər həm elektron formatda, həm də rəngli A4 formatında təqdim edilmişdir. Müsbət cavab ala bilmədiyindən məcburiyyət qarşısında qalaraq, Azərbaycan Respublikasının Ekologiya və X9 müavini cənab Vüqar Kərimovun qəbuluna yazılaraq Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin X12 Komitəsinin sədrinin adından müraciət etmişəm. Komandanlığın müraciətinə 3-cü dəfə imtina cavabı verimişdir. Yaranmış şəraitlə əlaqədar olaraq, Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin X12 Komitəsinin üzvləri ilə iclas keçirilərək məsləhətmələr aparılmış və Azərbaycan Respublikasının Ekologiya və X9 müavini cənab Vüqar Kərimovun qəbuluna gedilməsinə dair qərar qəbul edilmişdir. Qəbulda Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin X12 Komitəsinin sədri tərəfindən onun imzası ilə rəsmi məktub təqdim edilmişdir. Məktubda hərbi şəhərciyin qeyd edilən ərazisində magistral yolun kənarında avtobus dayanacağının quraşdırılması və piyadaların hərəkəti üçün səkinin yaradılması üçün 1,2 metr enində və 10 metr uzunluğunda əkilmiş yaşıl otlardan ibarət zolağının görürülməsində köməklik edilməsi xahiş edilmişdir. Qəbul zamanı məktuba 15 iş günü ərzində Azərbaycan Respublikasının Ekologiya və X9 X6 tərəfindən rəsmi cavab veriləcəyi bildirilsə də b günədək cavab alınmamışdır. Lakin, N nömrəli hərbi hissənin X12 Komitəsinin sədrinin müraciətinə bu günədək cavab verilməmişdir. Azərbaycan Respublikasının Ekologiya və X9 X3 hərəkətləri(hərəkətləri) əsasız və qanundan kənardır. Bu hal "Həmkarlar ittifaqları haqqında" Qanunun 19, və 20-ci maddələrinin, eləcə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinin pozulmasıdır. Qanunvericiliyə görə, dövlət orqanları həmkarlar İttifaqlarının müraciətlərinə baxmalı, cavab verməli və əmək kollektivlərinin sosial mənafelərinin qorunmasına dəstək göstərməlidirlər. Bu dayanacağın quraşdırılması işçilərin işə vaxtında gəlməsini, təhlükəsizliyini və sosial rifahını təmin edir. Bu, təkcə onun şəxsi istəyi deyil, yüzlərlə həmkar üzvünün və onlardan dəfələrlə çox hərbi qulluqçuların mənafeyidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, Nazirliyin tabeli qurumu olan X8 Agentliyı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli, 476 nömrəli Fərmanına əsasən Dövlət Ekspertiza İdarəsinin əsasında yaradılmışdır. Öz Nizamnaməsinin 1.7-ci bəndinə əsasən Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Nizamnaməsinin 3.1.9.-cu bəndinə əsasən yaşıllığın götürülməsinə dair rəy vermək Agentliyin səlahiyyətlərinə aiddir İddiaçının tələblərini aşağıda göstərilənlərlə əlaqdar əsassız hesab edilir: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş və açıq resurslarda dərc edilmiş Nizamnaməyə əsasən Dövlət X6 "Ətraf mühitin mühafizəsi haqqında", "Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" və "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin X8sından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik Bakı şəhərində yerləşir. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, öz Nizamnamə sini, Nazirliyin normativ hüquqi aktlarını və Azərbaycan Respublikası Ekologiya və X9 əmr və sərəncamlarını rəhbər tutur. Agentliyin fəaliyyətinin məqsədi X8sını həyata keçirmək, bu istiqamətdə tənzimləmə sistemini təkmilləşdirmək, institusional mexanizmləri formalaşdırmaq, müvafiq sahədə səmərəliliyi artırmaq və fəaliyyət göstərməkdir. Yaşıllıqların götürülməsi "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" ilə tənzimlənir. Qeyd olunan Qanunun 13-cü maddəsi və Qaydanın 2.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, 2. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X8sının müsbət rəyi olan ərazi planlaşdınıması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakın X8sının obyekti olan və X8sının müsbət rəyi olan layihə həyata keçirildikdə,3 şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşa yış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, 4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, mualicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda,5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, 6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qaydanın 2.3- cü bəndinin tələblərinə əsasən digər hallarda yaşıllıqların götürülməsi qadağandır. Qeyd olunan Qərarın tələblərinə uyğun olduğu hallarda torpaq sahəsinin balans saxlayıcısı olan yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə vasitəsi ilə Dövlət X3 rəyini alındıqdan sonra yaşıllığın götürülməsi balans saxlayıcı bələdiyyə, yerli icra hakimiyyəti, torpaq sahəsinin mülkiyyətçisi sayılan qurum və ya fiziki şəxs tərəfindən təşkil olunur. İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin X12 Komitəsinın sədri İddiaçı müxtəlif tarixlərdə ərziə ilə birbaşa Nazirliyə müraciət edərək qeyd olunan ünvanda dayanacaq quraşdırılması və yerüstü piyada keçidinin təşkil olunması ilə əlaqədar 1.2 metr enində və 10 metr uzunluğunda yaşıl otlardan ibarət zolağın götürülməsinə müvafiq rəy verilməsini xahiş etmişdir. Müraciət ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırma aparılarkən dayancaq quraşdırılması üçün nəzərdə tutulmuş ərazidə 12 kvadrat metr bioloji inkişafda olan yaşıl otlaran ibarət qazon örtüyünün küküstə yaş vəziyyətdə 5 ədəd şam, 5 ədəd sərv, N ədəd ayland, 3 ədəd qovaq, 3 ədəd göyüş, 1 ədəd heyva, 1 ədəd tut aaclarının və 6 ədəd dekorativ kol bitkilərinin olduğu, dayanacaq quraşdırılması və piyadaların hərəkəti üçün səki yaradılması zamanı həmin bioloji inkişafda olan sağlam bitkilərin zədələnəcəyi müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin müraciətində qeyd etdiyi avtobus dayanacağının quraşdırılması və piyadaların hərəkəti üçün səki yaradılması işlərinə aid olmadığı, yalnız hərbi hissəsinin ərazisindən mətbuat prospektinə giriş-çıxış yolu ilə əlaqədar olduğu, həmçinin Baş X13 İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yazışmalarında yalnız yerüstu piyada keçidinin təşkil olunması, dayanacaq və səki ilə əlaqədar hər hansı razılıq və layihələrinin mövcud olmaması nəzərə alınaraq tərəfə ardıcıl 3 dəfə yazılı şəkildə müvafiq izahat verilmişdir. Görülən işlərlə bağlı müvafiq orqanlar tərəfindən razılaşdırılmış layihənin mövcud olmaması, yaşıllıqlarla əlaqəsi olmayan yalnız asfalt örtüyünün üzərində xüsusi formada zolaqlar çəkilməklə piyada keçidinin təşkil olunmasına səlahiyyətli orqanların razılığının olmasını, "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi və Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" 2.2-ci bəndinin tələblərinə nəzərə alaraq Məhkəmədən iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahi edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin Həmkarlar İttifaqı Komitəsinin iclasından xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin X12 Komitəsinin sədrinin İddiaçı seçilməsi qərara alınmışdır. -Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli 136 nömrəli Arayışa əsasən Əliyev X7 Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin xidmətinə daxil olan “N” saylı hərbi hissədə ictimai əsaslarla Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin xx.xx.2023-cü il tarixli 813 nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin daimi dislokasiya yeri Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti-6 ünvanıdır. Onların münasibətləri əsasında dəstəyiylə hərbi hissənin ətrafından keçən avtomobil yollarında müvafiq yol şəraitinin yaradılmasına, hərbi hissədən prospektə açılan N ədəd giriş-çıxış yolunun və Müdafiə Nazirliyinin mərkəzi aparatına aid N ədəd giriş-çıxış yolunun müvafiq yol nişanları ilə təmin edərək dövlət əhəmiyyətli strateji oybektlərin ətrafında mühüm işlər görüldüyünə görə Sizə və bu işlərdə əməyi olan əməkdaşlarınıza hərbi hissənin şəxsi heyəti və öz adından təşəkkürlərimi bildirir. Əlavə olaraq bildirir ki, bununla əlaqədar olaraq, N nömrəli hərbi hissənin komandiri tərəfindən Bakı Nəqliyyat Agentliyininə xx.xx.2022-ci il tarixli 6524 nömrəli və xx.xx.2023-cü il tarixli 540 nömrəli rəsmi məktublarlarında avtobus dayanacaqlarına da aid müraciətlər edilmişdir. Bakı Nəqliyyat Agentliyinin ekspert qrupu əraziyə baxış keçirərək yol şəraitinin xüsusatları nəzərə alınmaqla yolun hər iki istiqamətində avtomobil dayanacaqlarının yerlərini və yoldan təhlükəsiz keçilməsi üçün keçid (zebra) zolağı müəyyən edilmişdir. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə dayanacağın altında olan 12 kvadrat metr yaşıllığın (ot örtüyünün) götürülməsinə nail ola bilməmişdir. Yenidən müraciət etmək üçün bizdən əlavə sənədlər tələb olunur. Qeyd edilənləri nəzərə alaraq, xahiş edilir ki, yolun hər iki istiqamətində avtobus dayanacaqlarının və piyadaların təhlükəsiz keçidi üçün keçidinin (zebranın) yaradılcağı yerin (ərazinin) sxemini (eskiz layihəsinin) onlara verilməsinə dair tapşırıq verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli 3-27-103/2-10442/2024 nömrəli “Piyada keçidinin təşkil edilməsi barədə” məktubunda göstərilmişdir ki, sözügedən ərazi mütəxəssislər tərəfindən təhlil edilmişdir. Qeyd edilən ərazidə habelə nəqliyyat axınının sakitləşdirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi, piyada təhlükəsizliyinin artırılması məqsədilə Yasamal rayonu, Mətbuat prospektində nizamlanmayan eyni səviyyəli piyada keçidinin təşkil edilməsi məqsədəuyğun hesab edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, sözügedən ərazidə nizamlanmayan eyni səviyyəli piyada keçidinin təşkili ilə əlaqədar aidiyyəti üzrə münasibət bildirilməsi xahiş edilir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-113742/24 nömrəli məktubunda göstərilmişdir ki, aparılmış müayinənin nəticəsinə əsasən Mətbuat prospektinin Yasamal qəbiristanlığı tərəfində səki olan ərazidə nizamlanmayan piyada keçidinin təşkili məqbul hesab edilmişdir. -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X1 xx.xx.2023-cü il tarixli 3- 52-6/2-219/2023 nömrəli məktubunda göstərilmişdir ki, X1 və N nömrəli hərbi hissənin nümayəndələrinin görüşü zamanı hərbi hissənin nümayəndəsi əraziyə münbit torpaq verilərək təpəciklərin qurulması, digər landşaft dizayn işlərinin görülməsi və dekorativ bitkilərin əkilməsi barədə istəkləriniz haqqında məlumat vermişdir. Bununla bağlı olaraq bildirilir ki, Bakı şəhər X1 hazırki şəraitdə göstərilən işləri yerinə yetirmək üçün lazımi imkanları mövcud deyildir. Avtobus dayanacağının quraşdırılması üçün yaşıllıqların götürülməsi ilə bağlı müraciətlə bağlı olaraq isə bildiririk ki, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası"nın tələblərinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq rəyi və yerli icra hakimiyyəti orqanlarının və ya Bələdiyyələrin qərarı alındıqdan sonra həyata keçirilə bilər. Sözügedən qərarın 2.5-ci bəndinin tələblərinə əsasən yaşıllıqların götürülməsinə dair ray verilməsi üçün aidiyyəti qurum (istifadədə olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə) tərəfindən (fiziki və ya hüquqi şəxsin müraciəti əsasında) bütün sənədlər əlavə olunmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır. Yaşıllıqların götürülməsi haqqında müvafiq Rəy və X4 Birliyinə təqdim olunduqdan sonra yaşıllıqların götürülməsi həyata keçirilə bilər. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X3 xx.xx.2024-cü il tarixli 3-14-22/2-784/2024 nömrəli məktubunda göstərilmişdir ki, Məsələ ilə əlaqədar 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən yerində baxış keçirilərək tərtib edilmiş (2024-cü il 20 may tarixli, 26/667/d nömrəli məktubla daxil olmuş) 2024-cü il 16 may tarixli, 379 nömrəli baxış aktında N nömrəli hərbi hissənin qarşısında, avtomobil yolunun kənarında avtobus dayanacağının quraşdırılması nəzərdə tutulan sahədə 12m² ölçüdə qazon örtüyünün olduğu, ətrafında isə köküstə yaş vəziyyətdə 5 ədəd şam, 5 ədəd sərv, N ədəd ayland və 3 ədəd qovaq, 3 ədəd göyüş, 1 ədəd heyva, 1 ədəd tut ağacının və 6 ədəd dekorativ gül kolunun olduğu qeyd edilmiş, lakin məktubunuza icrası nəzərdə tutulan işlər, yəni avtobus dayanacağının quraşdırılması və piayadaların hərəkəti üçün nəzərdə tutulmuş səkinin yaradılması ilə bağlı təsdiqedici sənədlər deyil, hərbi hissənin ərazisindən Mətbuat prospektinə giriş-çıxış yolu ilə bağlı sənədlər əlavə edilmişdir. Yaşıllıqların götürülməsi üçün əsas hesab edilən hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası"nın 2.2-ci bəndində qeyd edilmişdir. Odur ki, görüləcək işlərlə bağlı zəruri sənədlər əlavə edilməklə aidiyyəti qurum (yaşıllıqlar yerləşən torpaq sahəsinin mülkiyət hüququ nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə) tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Dövlət X6nə) daxil olacaq yaşıllıqların götürülməsinə dair müraciət əsasında məsələyə münasibət bildiriləcəkdir. Qeyd: Müfaviq torpaq mülkiyyətçisi ərazisindəki yaşıllıqların mühafizəsini təmin etməlidir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət X3 xx.xx.2024-cü il tarixli 3-14-22/2-1479/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sənədində məsələ ilə bağlı təklif layihəsinin hazırlandığı, razılaşdırılması üçün aidiyyəti quruma göndərildiyi qeyd edilmiş, lakin razılaşdırılmış sənəd təqdim edilməmişdir. Odur ki, sözügedən işlərin icrası ilə bağlı razılaşdırılmış sənədlər əlavə edilməklə daxil olacaq müraciətiniz əsasında məsələyə münasibət bildiriləcəkdir. Ekoloji tələb: Yaşıllıqların maksimum mühafizəsinin təmin edilməsi məqsədilə layihələndirmə İşləri yaşıllıqların mümkün qədər az olduğu sahələrdə həyata keçirilməsi təmin edilməlidir. -Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-21/2- 1280/2024 nömrəli məktubunda göstərilmişdir ki, agentlikdən daxil olan cavab məktubunda sözügedən işlərin icrası ilə bağlı aidiyyəti qurumlarla razılaşdırılmış sənədlər əlavə edildikdən sonra məsələyə münasibət bildiriləcəyi qeyd olunmuşdur. -Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli 3-27-103/2-10442/2024 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən ərazi mütəxəssislər tərəfindən təhlil edilmişdir. Qeyd edilən ərazidə habelə nəqliyyat axınının sakitləşdirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməs piyada təhlükəsizliyinin artırılması məqsədilə Yasamal rayonu, Mətbuat prospektində nizamlanmayan eynisəviyyəli piyada keçidinin təşkil edilməsi məqsədəuyğun hesab edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-113742/24 nömrəli məktubunda göstərilmişdir ki, aparılmış müayinənin nəticəsinə əsasən Mətbuat prospektinin Yasamal qəbiristanlığı tərəfində səki olan ərazidə nizamlanmayan piyada keçidinin təşkili məqbul hesab edilmişdir. Hazırkı tələbində iddiaçı 3-1412-Kol-2215-3/2024 (29 oktyabr 2024 tarixli) cavab məktubunun qanunsuz hesab edilməsi və müstəqil ekspertlərin iştirakı ilə yenidən ölçmə işlərinin aparılmasını tələb edərək cavabdehlərə qarşı iddia ilə məhkəməyə müraciət etmişlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Məhkəmə qeyd edir ki, inzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Şəxsin məhkəmə müdafiəsi hüququna malik ola bilməsi üçün onun hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş olmalıdır. “Pozulma” anlayışına isə formal yanaşılmamalı, hər hansı zahirən hüquqların pozulması kimi görünən hallar, o cümlədən heç bir sübuta istinad edilmədən, deklarativ xarakterli mülahizələr məhkəmə müdafiəsi hüququnun realizəsini şərtləndirməməlidir. Hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun: -1.0.1. yaşıllıqlar – şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumu; 1.0.12. yaşıllıqların götürülməsi – bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X8sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X8sının obyekti olan və X8sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. 13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. 13.3. Bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.6-cı maddələrində göstərilən hallarda yaşıllıqların götürülməsi (kəsilməsi) onların bərpa dəyərini təşkil edən vəsaitlər ödənildikdən və ya bu öhdəliyin icrasına təminat verildikdən sonra həyata keçirilir. 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.8. Yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydasının: 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.5. Yaşıllıqların götürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə olunur: 2.5.1. hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti; 2.5.2. fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat (seriyası, nömrəsi, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti; 2.5.3. götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd; 2.5.4. yaşıllığın götürülməsinin əsaslandırılması. 2.6. Ərizəçidən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır. 2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. 2.8. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qaydanın 2.5-1-ci bəndinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir. [4] 2.9. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 2.10. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 (üç) təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 3.1. Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. 3.3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqların götürülməsinə dair rəy istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə 2 (iki) gün müddətində təqdim edilir. X8 Agentliyı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli, 476 nömrəli Fərmanına əsasən Dövlət Ekspertiza İdarəsinin əsasında yaradılmışdır. Öz Nizamnaməsinin 3.1.9-cu bəndinə əsasən Agentliyin səlahiyyətlərinə aiddir yaşıllığın götürülməsinə dair rəy vermək; “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.Y Yuxarıda sadalanan normlardan müəyyən olunur ki, yaşıllığın götürülməsi fiziki və ya hüquqi şəxslərin qnaunla nəzərdə tutulan hallarda torpaq sahəsinin mülkiyyətçisindən asılı olaraq yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət edilir. Qeyd edilən ərizə üzrə ərazi dövlət torpaqlarına münasibətdə yerli icra hakimiyyəti, bələdiyyə torpaqlarına münasibətdə bələdiyyələr ərizələri qeydə alır və yaşıllığın götürülməsi ilə bağlı rəy verilməsi üçün həmin qurumlar tərəfindən Dövlət X6nə müraciət olunur. Yalnız undan sonra təqim edilmiş rəyin nəticəsindən asılı olaraq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə yaşıllığın götürülməsi haqqında qərar qəbul edir. Göründüyü kimi sadalanan prosessual hərəkətlər vahid bir icraatın-yaşılıığın götürülməsi ilə bağlı icraatın tərkibinə aidddir və yaşıllığın götürülməsi barədə rəy verilməsi də müvafiq ərazi üzrə səlahiyyətli icra hakmiyyəti orqanı və ya bələdiyyənin apardığı icraat daxilindədir. Bu halda qeyd eidlən rəyinb verilməsi üçün yalnız müvafiq yerli ica hakimiyyəti orqanı və ya bələdiyyə cavbdeh inzibati orqaa müracitə etmək səlahiyyəti oluğu halda iddiaçı birbaşa hazırkı cavabdehdən yaşıllığın götürülməsi üçün rəyin verilməsi ilə müraciət etmiş və belə bir rəyin verilməsini müstəqil tələb olaraq hazırkı cavabdehə qarşı iddia qaldırmaqla tələb etmişdir. Halbuki, qeyd edildiyi kimi sözügedən rəyin verilməsi hazırkı cavabdehin səlahiyyətinə aid olmaqla birbaşa hüquqi nəticəyə- yerli ica hakimiyyəti orqanı və ya bələdiyyəyə yaşıllığın götürülməsi barədə qərar qəbul etmək vəzifəsinin qoyulmasına gətirib çıxarmır. Odur ki, sözügedən əldə edilməsi tələb edilən rəy inzibati mübahisənin müstəqil predmeti təşkil etmir və bu halda idddia mümkün sayılmamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hüquqi marağına xidmət edənyaşıllığın götürülməsi ilə bağı torpaq sahəsinin mülkiyyətçisi-yerli icra hakimiyyəti və ya bələdiyyəyə qarşı iddia qaldırılması həm cavabdehin, həm də iddia predmetinin dəyişdirilməsi olmaqla idianın btüövlükdə yeni iddianın verilməsinə gətiib çıxarır ki, bu hal prosessual qanunvericiliklə yolverilməzdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar