Məhkəmə qərarları › İş №2-1(112)-16780/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16780/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16780/2025 09.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi XXX Günəş Yusif qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1958-ci il təvəllüdlüdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin xx.xx.2023-cü il tarixli Arayışına əsasən iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında müddətli hərbi xidmət keçmiş və tərxis olmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək elektro-montyor (04 ay 25 gün); - xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək elektro-montyor, texnik, çilingər (11 ay 22 gün); - xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı Texniki məktəbində kurs (05 ay 19 gün); - xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək çilingər (01 ay 05 gün), xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək refrijerator qatarının mexaniki (01 il 04 ay 08 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək çilingər –elektrik (08 ay 11 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək refrijerator qatarının mexaniki (02 il 10 ay 07 gün), xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək refrijerator seksiyasının rəhbər (08 ay 25 gün); -xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək usta (03 ay 04 gün); - xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək mühasib, müfəttiş, direktor (05 il 04 ay 12 gün); -xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (09 ay 28 gün); -xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Yeni Ələt refrijator vaqon deposunda çilingər (07 ay 06 gün); -xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Yeni Ələt refrijator vaqon deposunda refrijerator seksiya mexaniki (01 il 06 ay 02 gün), xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək refrijerator seksiya (rəhbər) mexaniki (11 il 08 ay 03 gün) vəzifəsində çalışmışdır. -xx.xx.2018-ci il tarixdən hal-hazıradək işləyir. "xxxx" QSC-nin xx.xx.2025 il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışında göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Vəzifəyə təyin Vəzifədən İşdən azad edilmə (başqa Sıra Çalışdığı struktur Vəzifə(peşənin) işə keçirilmə) azad İşə başladığı olunduğu N°-si vahidi adı edilməyə dair tarix (başqa işə barədə əmrin əmrin tarixi keçirildiyi) tarixi və və nömrəsi tarix nömrəsi refrijerator Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1981 xx.xx.1983

1. xx.xx.1981 xx.xx.1983 vaqon deposu mexaniki 875 03

refrijerator Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1983 xx.xx.1986

2. xx.xx.1983 xx.xx.1986 vaqon deposu mexaniki 794 535

refrijerator Yəni-Əlat refrijerator 03. 12.2004

3. seksiyaların xx.xx.2004 vaqon deposu 160 mexaniki refrijerator Yeni-Ələt refrijerator xx.xx.2006 xx.xx.2018

4. seksiyaların xx.xx.2006 xx.xx.2018 vaqon deposu '65 136 rəhbər mexaniki refrijerator

5. Şərq vaqon deposu seksiyaların xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 rəhbər mexaniki 136 659 "xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların xx.xx.2018 18- xx.xx.2019

6. 19-AEXP-, xx.xx.2018 xx.xx.2019 rəhbər mexaniki AEXP-471 008 "xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların xx.xx.2019 19- xx.xx.2019

7. 19- ASVS- xx.xx.2019 xx.xx.2019 böyük mexaniki ASVS-015 339 "xxxx" MMC-nin Şərq refrijerator xx.xx.2019 vaqon deposu seksiyaların xx.xx.2021

8. 19-AEXP- 21-AEXP- xx.xx.2019 xx.xx.2021 böyük mexaniki 610/1 456 İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 20 il 7 ay 15 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin sizə dair xx.xx.2025-ci il tarixli 13-1/2-M-2677/1-1/2025 nömrəli arayışında xx.xx.2006xx.xx.2018-ci il, xx.xx.2018- xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt X1, X4, "xxxx" MMC X4 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 27 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1986-cı il, xx.xx.2004-xx.xx.2006-cı il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

İddia tələbi və iddianın əsaslandırması:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya “X2” Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən, 57 yaşdan, 12 sentyabr 2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 22 avqust 2022-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1958-ci il tarixində Qazı- Məmməd şəhərində dünyaya gəlmiş və hazırda ünvan 1 ünvanında yaşayır. Orta təhsilini başa vurduqdan sonra 15 noyabr 1976-01 noyabr 1978-ci il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. 12 aprel 1979-06 sentyabr 1979-cu il tarixlərində Azərbaycan İncəsənət İnstitutunda yataqxanada elektrik montyoru işləmişdir. 25 oktyabr 1979-cu il tarixində Ələt Avtobus Təmiri Zavodunda elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. 03 dekabr 1979-cu il tarixində yığma sexinə misgər keçirilmişdir. 04 fevral 1980-ci il tarixində sifariş masasında texnik vəzifəsinə keçirilmişdir. 01 sentyabr 1980-ci il tarixində avtoyığma sexində çilingər keçirilmişdir. 17 oktyabr 1980-ci ildə işdən çıxmışdır. 15 yanvar 1981-04 iyul 1981-ci il tarixlərində Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində əyani şəkildə refrijerator seksiyası mexaniki kursunda təhsil almışdır. 21 iyul 1981-ci ildə Azərbaycan Dəmir Yollarının Ələt-Liman stansiyasının X1 vaqon detalları üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. 26 avqust 1981-ci il tarixində refrijerator seksiyasının mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 03 yanvar 1983-cü il tarixində Elektrik Sexində çilingər-elektrik vəzifəsinə işə qəbul edilmişdir. 14 sentyabr 1983-cü il tarixində refrijerator qatarının mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 21 iyul 1986-cı il tarixində refrijerator seksiyasının rəisi vəzifəsinə işə qəbul edilmişdir. 15 aprel 1987-ci il tarixində işdən çıxmışdır. 16 aprel 1987-ci ildə 27 nömrəli Yol-İstismar İdarəsində körpülər üzrə usta vəzifəsinə işə qəbul edilmişdir. 20 iyul 1987-ci il tarixində işdən çıxmışdır. 03 avqust 1987ci il tarixində Cənubxəzərbalıqçılıq İdarəsində baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. 03 fevral 1988-ci ildə X5 Mühafizə Müfəttişliyində sahə dövlət müfəttişi vəzifəsinə keçirilmişdir. 01 iyun 1988-ci il tarixində orada kiçik sahə dövlət müfəttişi vəzifəsinə keçirilmişdir. 05 sentyabr 1992-ci ildə həmin vəzifədə 2-ci Balıq Mühafizə müfəttişliyinə keçirilmişdir. 02 mart 1992-ci ildə Azərbalıq Asssiasiyasına köçürmə ilə işdən çıxmışdır. 04 mart 1992-ci il tarixində Azərbalıq Azərbaycan Balıqçılıq İstehsal-Kommersiya Assosiasiyasının Baş Şirvan kollektoru balıq qoruyucu kiçik müəssisəsinə direktor təyin edilmişdir. 15 dekabr 1992-ci ildə işdən çıxmışdır. 01 mart 1994-cü il tarixində Baş Şirvan Balıqqoruyucu Kollektoru Təsərrüfatının direktoru təyin edilmişdir. 29 dekabr 1994-cü ildə işdən çıxmışdır. 06 oktyabr 2003-cü ildə Yeni Ələt X1 soyuducu avadanlıqların təmiri üzr çilingər vəzifəsinə işə qəbul edilmişdir. 12 may 2005-ci il tarixində işdən çıxmışdır. 03 dekabr 2004-cü il tarixində Yeni Ələt X1 refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 05 iyun 2006-cı il tarixində rəhbər exanik vəzifəsinə keçirilmişdir. 08 fevral 2018-ci il tarixində işdən çıxmışdır. 08 dekabr 2018-ci il tarixində X4 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 21 sentyabr 2018-ci ildə işdən çıxmışdır. 02 oktyabr 2018-ci il tarixində Azərbaycan Dəmir Yollan Ekspress MMCdə refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 04 yanvar 2019-cu il tarixində işdən çıxmışdır. 04 yanvar 2019-cu ildə Azərbaycan Dəmir Yolları Ekspress MMC-də refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 18 mart 2019-cu ildə işdən çıxmışdır. 24 iyul 2019-cu il tarixində Azərbaycan Dəmir Yollan Ekspress MMC-də Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə işə qəbul edilmişdir. 20 sentyabr 2021-ci il tarixində işdən çıxmışdır. 18 fevral 2022-ci ildə Azəristiliktəchizat ASC-də əməliyyatçı peşəsinə işə qəbul edilmişdir. 15 aprel 2022-ci ildə işdən çıxmışdır. 15 noyabr 2022-ci il tarixində Azəristiliktəchizat ASC-də əməliyyatçı peşəsinə işə qəbul edilmişdir. 15 aprel 2023-cü il tarixində işdən çıxmışdır. 02 noyabr 2023-cü il tarixində X6 MMC-də- texnik-mühəndis vəzifəsinə işə qəbul edilmiş və hazırda da orada işləyir. İddiaçı iddia ərizəmin əsasında əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu 12 sentyabr 2015-ci il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. 57 yaşı tamam olana kimi iddiaçı ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş „Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Syahısı”nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yanmbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsiilə eynilik təşkil edir. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh guya iddiaçının refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişini rədd etmişdir.

İddia tələbinə etirazın əsasları:

Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli, 3-17-1/3-1- 94701/2025 nömrəli xidməti məktubuna əsasən iddiaçının xx.xx.2015-ci il tarixinə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən güzəştli iş stajı və ümumi iş stajına dair məlumatlar aşağıdakı kimidir: ümumi iş stajı 27 il 3 ay 16 gün (xx.xx.2006-cı il tarixinədək 17 il 8 ay 16 gün (xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1979- xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1994-xx.xx.1994-cü il, xx.xx.2003- xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 9 il 7 ay); güzəştli iş stajı isə 12 il 6 aydan az, yəni 5 il 8 ay 16 gün (xx.xx.1981- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)). Yuxarıdakı qeydlərdən də aydın olduğu kimi iddiaçının yaşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə subyektiv hüququn yaranması əsası kimi çıxış etsə də, pensiyanın təyinat şərtlərindən birinin, yəni azı 12 il 6 ay güzəştli iş stajının olması şərtinin ödənməməsi cavabdeh orqanın mövqeyinin haqlı olduğu anlamına gəlir. Bundan narazı qalan İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “X2” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1 -ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqana təqdim edilmiş "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2025-ci il tarixli 13-1/2-M- 2677/1-1/2025 nömrəli arayışında xx.xx.2006-xx.xx.2018- ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt X1, X4, "xxxx" MMC X4 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Məhkəmə tərəfindən əldə edilmiş "xxxx" QSC-nin xx.xx.2025- ci il tarixli, 13-1/2- 12482/2025 nömrəli məktubu ilə təqdim edilmiş vəzifə təlimatlarındakı funksiyalara nəzər salsaq, həmin funksiyaların zərərli olmadığını, rəhbər mexanik mexanikin gördüyü vəzifənin yalnız zərurət olduqda əvəz etdiyi müəyyən olunmuşdur. xx.xx.2012-ci il tarixli refrijerator seksiyası rəhbər mexanikinin vəzifə təlimatlarında funksiyaların “nəzarət etmək”, “təchizatla təmin etmək”, “bir sıra məsələləri polisə məlumat vermək”, “təhlükəsizliklə bağlı işçiləri xəbərdarlıq etmək” və s. Göründüyü kimi müvafiq iddiaçının gördüyü işin nəzarətedici funksiyası heç də icraedici funksiya olmayıb zərərli və ağırlı iş görən şəxslərin əksi ilə müşahidə olunur. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)- 669/2024 nömrəli qərarında da bildirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir.

Tərəflərin iştirakı və izahatları:

İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

“X2” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “X2” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; ... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 60 yaşı, həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün azı 25 il stajı (ümumi) və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə güzəştli iş stajı olmalıdır. İddiaçının 57 yaşı xx.xx.2015-ci ildə tamam olmuşdur. İddiaçıya məxsus əmək kitabçasında qeyd olunan bütün dövrləri, o cümlədən hərbi xidmət dövrü nəzərə alındıqda onun xx.xx.2015-ci il tarixədək ümumilikdə 27 il 03 ay 17 gün iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçının xx.xx.2015-ci il tarixədək tələb olunan ümumi iş stajı 25 ildən çoxdur. Ümumi iş stajının mövcudluğu cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır. Cavabdeh orqan iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsinin AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda göstərilən asfalt və beton döşəyənlər vəzifəsinə aid olmadığını bildirmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışında göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Vəzifəyə təyin Vəzifədən İşdən azad edilmə (başqa Sıra Çalışdığı struktur Vəzifə(peşənin) işə keçirilmə) azad İşə başladığı olunduğu N°-si vahidi adı edilməyə dair tarix (başqa işə barədə əmrin əmrin tarixi keçirildiyi) tarixi və və nömrəsi tarix nömrəsi refrijerator Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1981 xx.xx.1983

1. xx.xx.1981 xx.xx.1983 vaqon deposu mexaniki 875 03

refrijerator Yeni-Ələt refrijerator seksiyaların xx.xx.1983 xx.xx.1986

2. xx.xx.1983 xx.xx.1986 vaqon deposu mexaniki 794 535

refrijerator Yəni-Əlat refrijerator 03. 12.2004

3. seksiyaların xx.xx.2004 vaqon deposu 160 mexaniki refrijerator Yeni-Ələt refrijerator xx.xx.2006 xx.xx.2018

4. seksiyaların xx.xx.2006 xx.xx.2018 vaqon deposu '65 136 rəhbər mexaniki refrijerator

5. Şərq vaqon deposu seksiyaların xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 rəhbər mexaniki 136 659 "xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların xx.xx.2018 18- xx.xx.2019

6. 19-AEXP-, xx.xx.2018 xx.xx.2019 rəhbər mexaniki AEXP-471 008 "xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların xx.xx.2019 19- xx.xx.2019

7. 19- ASVS- xx.xx.2019 xx.xx.2019 böyük mexaniki ASVS-015 339 "xxxx" MMC-nin Şərq refrijerator xx.xx.2019 vaqon deposu seksiyaların xx.xx.2021

8. 19-AEXP- 21-AEXP- xx.xx.2019 xx.xx.2021 böyük mexaniki 610/1 456 İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 20 il 7 ay 15 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. "xxxx" QSC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, qeyd edilən İddiaçı ADY-nin X3 və Şərq vaqon depolarında xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci bəndi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifə üzrə İddiaçı güzəştli iş stajı 12 il 6 ay 20 gün təşkil edir. "xxxx" QSC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edən refrijerator seksiyaların mexaniki, rəhbər mexaniki və böyük mexanikinin vəzifə təlimatlarının surətini məhkəməyə təqdim etmişdir. Həmin təlimatlardan müəyyən olunur ki, «refrijerator seksiyasının rəhbər-mexaniki» və «refrijerator seksiyasının mexaniki» vəzifələrinin xarakteri eynidir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “refrijerator seksiyasının rəhbər mexaniki”, “refrijerator seksiyasının böyük mexaniki” və “refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər üç vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli siyahıda 23000000 XXVİİİ. Nəqliyyat bolməsində 23001000—23598 kodla refrijerator qatarların (seksiyaların) mexanikləri nəzərdə tutulmuşdur. Məhkəmə göstərilənləri məcmu halında qiymətləndirərək qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi və iddiaçının işlədiyi “refrijerator seksiyasının rəhbər-mexaniki” peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətlərinin iddiaçının “refrijerator seksiyasının mexaniki” peşəsinə aid işlərin xüsusiyyətləri ilə eyni olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1684/2024 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeni nəzər alır: “... 12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. ...” Məhkəmə hesab edir ki, İddiaçı işlədiyi refrijerator seksiyasının rəhbər-mexaniki vəzifəsinin əmək funksiyaları “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat (21) Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (21.4) yarımbəndində refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi ilə eynilik təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən (57 yaşının tamam olduğu tarixədək) xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək və xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək refrijerator seksiyasının rəhbər-mexaniki vəzifəsində çalışdığı dövrlər zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır. Odur ki, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 6 aydan çox stajı mövcuddur. Bu səbəbdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “X2” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “X2” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “X2” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017- ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Məhkəmə nəticədə qərara almışdır ki, “X2” Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “X2” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “X2” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “X2” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 22 avqust 2022-ci il tarixindən (iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir) hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində də əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 57 yaşdan, 12 sentyabr 2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və 22 avqust 2022-ci il tarixindən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar