Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1679/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5, üçüncü şəxslər X18, X6 və onun vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X14, X20 və X15 üçüncü şəxs qismində inzibati icraatına cəlb olunmaqla qarşı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 cavabdeh tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X14, X20 və X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Jurnalistlər İttifaqının xx.xx.1996-cı il tarixli. 3 nömrəli protokoluna əsasən Bağçılıq cəmiyyətinə məxsus Bakının Dübəndi adlanan ərazisində yerləşən bağlardan biri onun daimi istifadəsinə verilmişdir. Həmin vəsiqədə qeyd edilmişdir ki, "Dübəndi ərazisi Bağçılıq cəmiyyət bağından 100 kv.m olan 34/53 nömrali bağ sahasi xx.xx.1987-ci il tarixdə qeyd alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. Əvvəllər bu sahələr mədəniyyət, incəsənət işçiləri üçün ayrılıb. Sonradan isə onlar həmin torpaqları istifadə etməmişlər. Torpaqlar istifadəsiz qaldığından və buna dövlət tərəfindən nəzarət edildiyindən həmin şəxslərin rəsmi qaydada imtina vərəqələri alınmış və sonradan o da daxil olmaqla digər ehtiyacı olan şəxslərə verilmişdir. Həmin imtinanı X11 və İncəsənət Universitetinin x xxxxxx 1992-ci il tarixli, 01- 08-06/290 saylı məktubu sübut edir. Habelə həmin torpaqların incəsənət işçilərinin istifadəsindən alınması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il, 124 saylı sərəncamı, xx.xx.2006-ci il, 94 saylı "torpaq səhələri üzərində fiziki şəxslərin hüquqlarına xitam verilməsi barədə" sərəncamı vardır. O, Dübəndidə yerləşən torpağa sahiblik etdiyi bütün müddət ərzində oranı hasara aldırmışdır, bağçılıq təssərüfatı qurmuşdur, ağaclar, meşə, tərəvəz yetişdirmiş, yaxşılaşdırmalar aparmışdır. 15 ildir həmin bağa qulluq etmişdir. Ancaq bu ildən əvvəllər torpaqlarından imtina etmiş incəsənət işçiləri gəlmişdir. O da daxil olmaqla ətrafdakı evlərin hasarlarını sökərək orada qanunsuzcasına yaşamağa başlayıblar. Cavabdeh X2 bağlarında yerləşən bağının hasarını sökmüş, qanunsuzcasuna içəri daxil olaraq orada məskunlaşmışdır. Hətta cavabdeh hasarı bağın içinə tərəf istiqamətində sökdürdüyündən ağaclarına, təsərrüfatına ciddi ziyan dəymişdir. Cavabdeh bu gün onun heç bir qanuni tələbini yerinə yetirmir, bağdan çıxmır. O, 2-ci qrup əlildir, evində skalyoz uşaq var, ona qulluq edir, işləmir, əmək qabiliyyəti yoxdur. Ailəsi az təminatlıdır. Qeydiyyatda olduğu Sovetskidə yerləşən daxma ev cəmi 25 kv.metrdir. Orada insanın yaşaması mümkün deyildir. 5 nəfər 1 otaqda yaşayırlar. Onun isə ümidi Dübəndidə yerləşən bağa idi ki, satıb, özünə gün ağlasın. Lakin cavabdeh torpaq sahəsindən çıxmır. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı İdarəyə rəsmi qaydada müraciəti xx.xx.2019-cu il tarixdə olmuşdur. Ərizənin icrası ilə bağlı aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin, göstərilən ərazi digər şəxslərin (X20 və X12) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə ki, iddiaçının iddia etdiyi torpaq hissəsinin bir hissəsi Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən bağ sahəsi ilə üst-üstə düşür və həmin bağ sahəsi hüquqmüəyyənedici sənəd qismində çıxış edən müvafiq bağçılığın xx.xx.1989-cu il tarixli üzvlük kitabçası əsasında X4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı iddia etdiyi torpaq hissəsinin digər hissəsi isə Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən bağ sahəsi ilə üst-üstə düşür və həmin bağ sahəsinə dair müvafiq bağçılığın xx.xx.1989-cu il tarixli üzvlük kitabçası əsasında ilkin olaraq X18 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Halhazırda isə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən müvafiq torpaq sahəsi X20 tərəfindən X7 adına özgəninkiləşdirilmiş və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən sonuncunun adına ********** qeydiyyat nömrəli xx.xx.2020-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X16 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianı rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X14 iddiaya etiraz edərək verdiyi izahatında bildirdi ki, İddiaçı xx.xx.1987-ci ildə 1000 kv.km olan torpaq sahəsinin Mədəniyyət və İncəsənət Universitetinə verildiyini və torpaqların istifadə edilmədiyindən, dövlət nəzarəti tərəfindən sonunda alınıb ehtiyacı olan şəxslərə verildiyini bildirir və bununla bağlı 1992-ci il tarixli bir məktubdan da söz açır. O dövr Azərbaycanda bədnam qonşular tərəfindən, Qarabağ və onun ətraf rayonlarında yaranan ciddi problem nəticəsində Respublikanın ictimai həyatına öz təsirini göstərmişdi. Bu arada təbii ki həyatlarını itirən müəllimlər də oldu. Ciddi iqtisadi böhran və imkansızlıqlar böyük çətinliklərə səbəb oldu. Bəzi torpaq sahələri isə hasarlandıqları halda, meydanı boş görənlər tərəfindən zəbt edildi və satıldı. İddiaya görə torpaqlar istifadəsiz qaldığından həmin şəxslər tərəfindən imtina ərizələri alınmış, ehtiyacı olan şəxslərə güya dövlət tərəfindən verilmişdir. İddia onunla bağlı olduğu üçün o, imzalı imtina ərizəsinin göstərilməsini və isbat edilməsini tələb edir. İddiaçı 15 il ərzində mövcud torpaq sahəsində bağçılıq təsərrüfatı qurduğunu, ağaclar əkdiyini, meyvə tərəvəz yetişdirdiyini, yaxşılaşdırma işləri apardığını iddia edir. İddiaçı 15 illik ağacların hündürlüyünün neçə metrə olduğunu bilirmi? Görəsən orada su, kanalizasiya kimi önəmli işlər aparılmış mı? O ağaclar, yaşıllıq 15 ildə necə susuz qala bilmişdir? Zibilxanaya dönmüş bu boş sahədə hansı bitkidən söhbət gedə bilər? İddiaçı onun torpaq sahəsinə qanunsuz olarag girdiyini, daha doğrusu zəbt etdiyindən söz edir. Torpağı ona rəsmi olaraq, bütün sənədlər daxil olmaqla verilmiş, əmlak komitəsinin rəsmi nümayəndəsi də torpaq sahəsini dronlarla çəkmiş, yerləri işarətləyərək çalışa bilmə haqqını vermişdir. Yəni o, oraya qanunsuz olaraq girməmişdir və hər hansı qanunsuzluğa yer verməmişdir. Torpaq sahəsinin iki tərəfinə üç daş hündürlüyündə hasar çəkilmişdi. İddiaçı ilə bir iki dəfə görüşmüşdür ki, daşları götürsün. O isə ondan daş daxil olmaqla küllü miqdarda pul, 5 min manat torpaq, 800 dollar da daş pulu tələb etmişdir. O, fəlsəfə doktoru olan illərin müəllimidir. Aldığı əmək haqqı isə 650 manatdır. İddiaçının dediyinə görə torpağı bir jurnalistdən satın almışdır. Elə isə pulu ondan niyə istəyir? İddiaçı orada tikdirdiyi evi və hasarı sökdüyünü deyir, lakin bununla bağlı sübutu yoxdur. İddiaçı hasar çəkildiyi zaman ağaclara və təsərrüfata zərər verdiyini iddia edir, bu barədə sübutu təqdim etməlidir. İddiaçı onun qanunən tələb etdiyi torpağının geri verilməsinə tabe olmadığını yazır. İddiaçının əlində olan bağçılıq kitabçasına qarşılıq Dövlətin tərəfindən ona verilən torpaq sahəsinin planı və ölçüsü, çıxarış və arayış verilmişdir. Yəni qanunsuz hər hansı bir addım tərəfindən atılmamışdır. Torpağın da sahəsini o deyil, əmlak komitəsi bəlli etmişdir. Yəni onda bağçılıq kitabçası deyil, dövlət tərəfindən verilən rəsmi sənədlər mövcuddur. O torpaq zəbt etməmişdir, torpaq o ərazidə Mədəniyyət İncəsənət və Unversitetinin digər altı müəllimindən biri də o olmaqla, adam başına 6 sot ölçüdə torpaq dövlət tərəfindən verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X6 vəkili X13 iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X20 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X15 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə üçüncü şəxs X7 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı adına “Jurnalist” Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş üzvlük kitabçasının surətindən (əslinə məhkəmə tərəfindən baxış keçirilmişdir) görünür ki, həmin kitabçada İddiaçı bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1996-cı il tarixli, 3 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, Dübəndi ərazisi Bağçılıq cəmiyyəti bağından sahəsi 1000 kv.m. olan 34/53 №-li bağ sahəsi xx.xx.1987-ci il tarixdə qeydə alınmış qərarında əsasən daimi istifadə etmək üçün verilmişdir. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********84 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Dübəndi qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə, ********** A-3208 qeydiyyat nömrəli məktubla İdarəyə poçt vasitəsilə daxil olan müraciətinə tərəflərində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, ərizəyə əlavə edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin kitabçasının (surət) həqiqiliyilə bağlı aidiyyatı orqanlara sorğu göndərilmişdir. Sorğuya cavab verilənə qədər ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********84 nömrəli, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Dübəndi qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixdə, ********** A-3208 qeydiyyat nömrəli məktubla İdarəyə poçt vasitəsilə daxil olan müraciətinə tərəflərində baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, İdarəyə təqdim edilmiş bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Həmçinin göstərilən ərazi digər şəxsin adına daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmışdır. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********75 №-li, xx.xx.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş siyahıdan görünür ki, “Jurnalist” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısının təsdiq edilmiş surəti təqdim edilmişdir. Sözügedən bağçılıq cəmiyyətinin Dübəndi ərazisində yerləşən 34/53 nömrəli bağ sahəsinə aid hüquqmüəyyənedici sənədlər İdarənin arxivində aşkar olunmamışdır. Təqdim edilmiş siyahıda İddiaçı adı aşkar edilməmişdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********55 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Jurnalist” bağçılıq birliyi nəzdində Dübəndi ərazisində yerləşən 34/53 nömrəli bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sözügedən torpaq (bağ) sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixli, ********** nömrəli məktubla müraciətdə vətəndaş tərəfindən göstərilən sahə **********30 reyestr nömrəsi ilə Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nin 24 saylı bağ sahəsi kimi X18 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi 4Ə-1060 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********13 №-li, xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.1996-cı il tarixli, 01 №-li protokoluna əsasən X20 bağçılıq cəmiyyətinin üzv qəbul edilmiş, Dübəndi, 5-ci Çənub küçəsi, 600 kv.metr sahəsi olan 24 (387) №-li bağ sahəsi ona daimi istifadə etmək üçün verilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5cı Cənub küçəsi, “ADMİU” b/y-nln 24 saylı bağ sahəsi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X18 adına qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 6-cı Cənub küçəsi, “ADMİU” b/y-nln 10 saylı bağ sahəsi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X18 adına qeydiyyata alınmışdır. X20 ilə X15 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X20 mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 6-cı Cənub küçəsi, “ADMİU” b/ynln 10 saylı bağ sahəsini X10 17000 manata satmışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 6-cı Cənub küçəsi, “ADMİU” b/y-nln 10 saylı bağ sahəsi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Bağçılıq Cəmiyyəti üzvlərinin xx.xx.1996-cı il tarixli, 01 №-li protokoluna əsasən X12 bağçılıq cəmiyyətinin üzv qəbul edilmiş, Dübəndi, 4-cü Cənub küçəsi, 600 kv.metr sahəsi olan 9 (364) №-li bağ sahəsi ona daimi istifadə etmək üçün verilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 5-ci Cənub küçəsi, “ADMİU” b/y-nln 9 saylı bağ sahəsi 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmışdır. İlkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi 34/53 nömrəli bağ sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərə malik deyildir. İddiaçı adı “Jurnalist” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında aşkar edilməmişdir. İddiaçı özü də məhkəmə iclasında iddia etdiyi bağ sahəsinə dair üzvlük kitabçasının ona 2005-ci ildə verildiyini, onunla hər hansı müqavilə bağlanılmadığını, həmçinin bağ sahəsinə dair cizgi-sxemin verilmədiyini bildirmişdir. İddiaçının iddia etdiyi bağ sahəsinin bir hissəsi X4 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən bağ sahəsi ilə, digər hissəsi isə hazırda Pənahova Aytəkin Əkbər qızının mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən bağ sahəsi ilə üst-üstə düşür. Hazırda iddiaçı Sənubər X1 cavabdeh inzibati orqan tərəfindən verilmiş mülkiyyət hüquqlarına dair çıxarışın ləğv edilməsini xahiş edir. İddiaçı İdarəyə iddia etdiyi bağ sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı müraciət etmişdir. İddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı, yəni X8 verilmiş mülkiyyət hüquqlarına dair çıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanunverici öhdəliyin icrası haqqında iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarının qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İlkin məhkəmə araşdırılması zamanı İddiaçı hazırki tələbi irəli sürməkdə subyektiv hüquqa malik olması, həmçinin hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müracət etməsi və bununla bağlı cavabdeh tərəfindən ona imtina verilməsi, cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilməmişdir. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1679/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1679/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver