Məhkəmə qərarları › İş №2-1(112)-16795/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-16795/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-16795/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında yerləşən mənzil (otaq 143, 142) ünvan 7erə əsasən iddiaçıya ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y, 4 saylı binanın 63 saylı mənzilinin 144-cü otağının X1nın daimi istifadəsinə verilməsi barədə 57 saylı, 16 aprel 2021-ci il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y 4 saylı binanın 1 otaqlı (yaşayış sahəsi 17,884 kv.m köməkçi sahə 13.2 kv.m) olan 4 saylı binanın 63 saylı mənzilinin 144-cü otağı X1nın daimi istifadsinə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y 4 saylı binanın 63 saylı 144-cü otağına dair X1 ilə kirayə müqaviləsi bağlanmış hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2, mənzil 63 (ümumi sahəsi 25,49 kv.m) üzərində X4 mülkiyyəti hüququ qeydiyyata alınmışdır. 26 iyul 2023-cü il tarixli, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən X11 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 63 saylı mənzili iddiaçıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2, mənzil 63 (ümumi sahəsi 25,49 kv.m) üzərində iddiaçının mülkiyyəti hüququ qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 80 saylı MKİS-in №337 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 4 saylı evin 63 (otaq-143,142) nömrəli mənzilində qeydiyyatdadır. Hal-hazırda həmin ünvan 7-ci mikrorayon, A.Kunanbayev ev 4, mənzil 63 (otaq 143,142) adlanır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, iddiaçı 14 noyabr 2005-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 80 saylı MKİS-in №509 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən ünvan 5 ünvanında İddiaçı arvadı X5, oğlu X7, X8 və qızı X2 ibarət ailə tərkibi ilə birlikdə faktiki olaraq göstərilən ünvanda yaşayırlar. X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, mübahisəli mənzilin iddiaçının adına özəlləşməsinə, həmçinin reyestrdən çıxarışın və texniki sənədlərin verilməsinə razıdır və etiraz etmir. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...iddiaçı və ailə üzvləri Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmadığından və yaşayış sahəsinin birtipli forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən müraciətin müsbət təmin olunması mümkün olmamışdır”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında yerləşən mənzilə ünvan 7erə əsasən müvafiq sərəncamın verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 8 ünvanında yerləşən mənzilin 25.49 kv/m hissəsi xx.xx.2023cü il tarixli ********** nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Qalan 49,54 kv/m hissəni özəlləşdirmək niyyətindədir. Bununla bağlı, həmin sərəncamın verilməsi üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “BAKİBAŞTİKİNTİ” Mənzil Kommunal İdarəsinin xx.xx.1989-cu il tarixli 208 nömrəli orderinə əsasən yaşadığı ünvan 9 ünvanında yerləşən 63 saylı mənzilə (otaq 142, 143) dair onunla sosial kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsi barədə xx.xx.2025-ci il tarixli 5-10/1-H-138-091/2025 saylı ərizə ilə müraciət etmişdir. Həmin müraciətə baxılmasının nəticəsi olaraq, vətəndaşa təqdim olunan xx.xx.2025-ci il tarixli 5-10/1-H-138-091/2025 nömrəli cavab məktubunda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci və 62-ci maddələrinə istinad edilərək özü və ailə üzvləri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmadığından, habelə yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyindən müraciətinin müsbət təmin olunmasının mümkün olmadığı qeyd edilmişdir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə xx.xx.2009-cu il tarixli 153 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 1.3.8-ci bəndinə əsasən həmin Məcəllənin 62.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasının təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Lakin, yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməmişdir. İşin araşdırılan hallarından və qeyd olunan qanunvericilik normalarından görünür ki, iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan qanunsuz hərəkətlər edilməmiş və müraciətinə əsasən ona qanunvericiliyin tələblərinə uyğun müvafiq cavab məktubu göndərilmişdir. Həmçinin iddiaçının tələbi qanunaziddir, çünki o, indiyədək yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmamışdır. Belə olan halda iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün hüquqi əsaslar mövcud deyildir. Beləliklə də, iddiaçının iddiası əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə o, iddia ərizəsində əsaslandıra bilməmişdir. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh nümayəndəsinin iştirakını məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında təmin etməmiş, məhkəmə iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, lakin cavabdeh həmin iclasda da, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etdiyindən Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən ünvan 1 ünvanında yerləşən mənzil (otaq 143, 142) ünvan 7erə əsasən iddiaçıya ayrılmışdır. Həmin mənzildə qeydiyyatda olan X5 notarial qaydada təsdiq edilmiş ərizə verərək mübahisəli mənzilin iddiaçının adına özəlləşməsinə, həmçinin reyestrdən çıxarışın və texniki sənədlərin verilməsinə razı olduğunu və etiraz etmədiyini bildirmişdir. İddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Hazırkı işin hallarına əsasən müəyyən edilir ki, iddiaçının ailə üzvüləri birlikdə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 4/17, mərtəbə 9, sahəsi 49.54 kv.metr olan, 2 otaqlı, 63 saylı mənzil (otaq 143, 142) verilmişdir. Orderdə iddiaçıdan əlavə digər ailə üzvü isə notarial qaydada verdiyi ərizədə mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. İddiaçının qeyd edilən normada hüquqmüəyyənedici sənədə malik olması işin mübabisələndirilməyən halıdır. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir. Cavabdeh imtina dəlilləri qismində göstərmişdir ki, iddiaçı yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya həmin mənzil işlədiyi müəssisə tərəfindən xüsusi mənzil fondundan verilmişdir. Odur ki, ididaçının yerli icra hakimiyyətində orqanından yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna alınmasının tələb edilməsi barədə cavabdehin mövqeyi əsassızdır. Bundan başqa cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən sosial kirayə müqaviləsinin birtipli formasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmamasına istinad etmişdir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, istinad olunan normalara əsasən adına order verilən mənzilin icarədarı həmin mənzilə kənar şəxsləri köçürdükdə və həmin şəxslər icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda onun ailə üzvü hesab edilir və icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar. Məhkəmə qeyd edir ki, sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmasa da, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin istinad olunan normalarında dövlət mənzil fonduna aid olan mənzillərlə sosial kirayə müqaviləsinin bağlanması təsbit edilmişdir. Mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Bundan başqa iş materiallarınada olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y, 4 saylı binaın 63 saylı mənzilinin 144-cü otağının X1nın daimi istifadəsinə verilməsi barədə 57 saylı, 16 aprel 2021-ci il tarixli sərəncamına əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y 4 saylı binanın 1 otaqlı (yaşayış sahəsi 17,884 kv.m köməkçi sahə 13.2 kv.m) olan 4 saylı binanın 63 saylı mənzilinin 144-cü otağı X1nın daimi istifadsinə verilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y 4 saylı binanın 63 saylı 144-cü otağına dair X1 ilə kirayə müqaviləsi bağlanmış hesab edilmişdir. Həmin sərəncamda qeyd olunmuşdur ki, X1 ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərək, 237 saylı 10 may 1991-ci il tarixli "Orderǝ" əsaǝn uzun müddətdir qeydiyyatda olaraq yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A/Y 4 saylı binanın 63 mənzilinin 144-cü otağının onun daimi istifadəsinə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, "BAKİBAŞTİKİNTİ” Mənzil Kommunal İdarəsinin 10 may 1991-ci il tarixli 237 saylı orderinə əsasən yuxarıda qeyd olunan ünvanda yerləşən 1 otaqlı yaşayış sahəsi (17,884 kv.m.köməkçi sahə 13.2 kv.m.) olan 4 saylı binanın 63 saylı mənzilinin 144-cü otağı ailə tərkibi 1 nəfərlə (özü və arvadı) vətəndaş X6 verilmişdir. Qeyd olunan otağın kirayəşini olmuş mərhum X9 (342269 saylı xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən) vəfat edib. Hal-hazırda mərhum Ş.Xəlilovun arvadı (274493 saylı xx.xx.1965-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməsinə əsasən) X11 ailə tərkibi 1 nəfərlə (özü və oğlu X10) həmin ünvanda qeydiyyatda olaraq yaşayır. Məhkəmə hesab edir ki, cavabdeh həmçinin iddiaçının müraciətini təmin etməkdən imtina etməklə iddiaçı ilə eyni faktiki və hüquqi əsasa söykənən başqa şəxsə münasibətdə fərqli qərar qəbul edərək bərabərlik və etimad prinsipinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 10 ünvanında yerləşən 63 saylı mənzilə dair (142 və 143-cü otaq) İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar