Məhkəmə qərarları › İş №2-1(112)-1680/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1680/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1680/2020 12.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X30 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə rəsmi olaraq X9 ilə ailə qurmuşdur. Lakin, 4 ildir ki, faktiki nikah münasibətlərində olmuşlar. xx.xx.2019-cu il tarixdə X12 adlı övladları dünyaya gəlmişdir. Gəlin gəldiyi gündən ünvan 3 ünvanında qayınanası, əri və o yaşayır. Əri və qayınanası həmin ünvanda qeydiyyatdadırlar, qaz, işıq, su qayınanasının adınadır. O, Şəmkir rayonunda qeydiyyatdadır. Uşağa düşən birdəfəlik sosial yardımı ala bilmir, hər dəfə ona nəsə lazım olduqda rayona getməli olur. Bununla bağlı, cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, ona imtina məktubu ilə bildirilmişdir ki, yaşayış sahəsinə köçməyə əsas verən sənədlər olmadığından onun həmin ünvana qeydiyyata alınması mümkün deyikldir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının oların nümayəndəsinin iştirakı olmadan keçirilməsinə və baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 059-155769-3219 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununda qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə onun ünvana tərəflərindən qeydiyyata alınması mümkün deyildir. Müvafiq məsələ ilə bağlı onun məhkəmə orqanlarına müraciət hüququ vardır. işdə olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cı il tarixdə Şəmkir rayonu, Zəyəm qəsəbəsində anadan olmuş, Şəmkir rayonu, Şəmkir rayonu, Zəyəm qəsəbə Ərazi Dairəsi, Zəyəm qəsəbəsi ünvanında qeydiyyatdadır. İşdə olan AZ-İİ seriyalı, 338159 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Ağasif oğlu ilə İddiaçı xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan AA0706796 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatdadır. İşdə olan AZE seriyalı, 15677421 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1964-cü il tarixdə Astara rayonunda anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatdadır. İşdə olan telekommunikasiya xidmətlərinin göstərilməsi barədə xx.xx.2014-cü il tarixli, qazın alğı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqavilələrdən görünür ki, ünvan 6 ünvanı üzrə qeyd edilən müqavilələr X4 adına bağlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X9 31 mart 2014-cü il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. Bundan başqa həmin ünvanda xx.xx.1964-cü il təvəllüdlü X10 və qeyriləri qeydiyyatdadırlar. İşdə olan məhkəmənin “Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi, 15 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın və müvafiq sənədlərin surətlərinin verilməsi ilə bağlı” sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********15 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X31 küçəsi (keçmiş Balaəmi Dadaşov küçəsi) 15 saylı fərdi yaşayış evi Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli Forma 2 arayışına əsasən xx.xx.2003-cü il tarixində X1 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 4 saylı dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli, 4 ”Ə-” 1/81 reyestr nömrəli ev bağışlama müqaviləsinə əsasən X2 adına xx.xx.2007-cil tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İşdə olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 1/138 nömrəli, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, ünvan 8 ünvanda nümayəndəlikdəki mövcud ev kitablarına əsasən aşağıdakı ailələr qeydiyyatdadır və yaşayırlar: 1. X6 – 9 (doqquz) nəfər ailə tərkibi ilə qeydiyyatdadır. Ev şəxsi mülkdür, qeydiyyat vəsiqəsi var; 2. X13 – 8 (səkkiz) nəfər ailə tərkibi ilə qeydiyyatdadır, ev şəxsi mülkdür, qeydiyyat vəsiqəsi var; 3. X10 – 2 (iki) nəfər ailə tərkibi ilə qeydiyyatdadır, ev özbaşına tikilidir;

4. X5 – 5 (beş) nəfər ailə tərkibi ilə qeydiyyatdadır, ev özbaşına tikilidir; 5. X7 – 6 (altı) nəfər ailə tərkibi ilə qeydiyyatdadır, ev özbaşına tikilidir; 6. X14 – 1 (bir) nəfər ailə tərkibi ilə qeydiyyatdadır, ev özbaşına tikilidir; 7. Rəsulova Zərqələm əli qızı – 3 (üç) nəfər ailə tərkibi ilə qeydiyyatdadır, ev özbaşına tikilidir; 8. X21 – 5 (beş) nəfər ailə tərkibi ilə qeydiyatdadır, ev özbaşına tikilidir; 9. X15 – 6 (altı) nəfər ailə tərkibi ilə qeydiyyatdadır, ev özbaşına tikilidir; 10. X22 – 5 (beş) nəfər ailə tərkibi ilə qeydiyyatdadır, ev özbaşına tikilidir. İşdə olan notarial qaydada təsdiq edilmiş **********134 nömrəli ərizədən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan X10, İddiaçı ünvan 6 ünvanına qeydiyyata alınmasına etiraz etmir. İşdə olan notarial qaydada təsdiq edilmiş **********031 nömrəli ərizədən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan X9, İddiaçı ünvan 6 ünvanına qeydiyyata alınmasına etiraz etmir. İşdə olan notarial qaydada təsdiq edilmiş **********029 nömrəli ərizədən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan X6, İddiaçı ünvan 6 ünvanına qeydiyyata alınmasına etiraz etmir, razıdır. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dadaşov küçəsi (hazırda Ş.İ.ünvan 10 ünvan altında X3 məxsus ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, digər evlər, o cümlədən X8 məxsus fərdi yaşayış evi isə özbaşına tikili olmaqla ayrıca tikilidir. İddiaçı, X4 ailə üzvü (gəlini) olmaqla həmin ünvanda yaşayır. Bundan başqa iddiaçının əri X9 da, həmin ünvanda yaşayış yeri üzrə pasport qeydiyyatındadır. X10 və X9, eləcə də, həmin ünvan üzrə qeydiyyata alınmış daşınmaz əmlaka mülkiyyət hüququ olan şəxs X6 notarial qaydada təsdiq edilmiş razılıq ərizələri ilə İddiaçı mübahisəli ünvana qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə X9 ilə rəsmi nikaha daxil olmuş, bundan sonra o, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evində yaşamağa başlamışdır. Hazırda iddiaçının həmin ünvana yaşayış yeri üzrə qeydiyyata düşməsinə evdə qeydiyyatda olanlar etiraz etmirlər. İddiaçı həmin evə yaşayış yeri üzrə qeydiyyata düşmək üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri”— tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana,”ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri”və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer”— onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa”ilk”dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.”Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.” Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının, ünvan 9 ünvanına qeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X17 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,69,70,75,81,85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 11 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Haki Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar