Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1680/2022 11.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) “mənzilin ünvanının firmaların hüquqi ünvanı kimi göstərilməsindən çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (**********), "xxxx" MMC (VÖEN **********) və sair adlı firmaların onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.ünvan 1 ünvan kimi göstərilməsindən çıxarılması və gələcəkdə Bakı şəhəri, Nizami rayonu, C.ünvan 2 ünvan kimi göstərilməsinə qadağa qoyulması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 24 saylı evin 46 nömrəli mənzilində pasport qeydiyyatına alınmaqla uzun illərdir ki, faziləsiz orada yaşayır. Sözügedən mənzilin onun xüsusi mülkiyyətindədir. Evində yaşadığı müddət ərzində hər hansı bir problemlər yaşamamışdır. Lakin 2015-ci ildən etibarən indiki müddətə kimi problemlər yaşamağa başlamışdır. Belə ki, probleminin səbəbi ondan ibarətdir ki, 2015-ci ildən indiyə kimi müxtəlif şirkətlər, firmalar, hüquqi şəxslər öz hüquqi ünvanları kimi onun xüsusi mülkiyyətində olan, eyni zamanda hazırda yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 24 saylı evin 46 nömrəli mənzilini onun nə xəbəri, nə də icazəsi olmadan «Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X13 qeydiyyat İdarəsin»də özlərinin hüquqi ünvanı kimi qeyd etmişlər. İddiaçı şəxsiyyətləri ona məlum olmayan şəxslərin bu qanunsuz əməlləri ilə bağlı dəfələrlə hüquq mühafizə orqanlarına, Vergilər Nazirliyinə müxtəlif şikayətlər etsə belə, lakin bu günə kimi heç bir nəticəsi olmamışdır. Onda olan məlumata görə qanunsuz əməlləri törədən tanımadığı şirkətlər, firmalar və hüquqi şəxslər qanunsuz yollarla vətəndaşların şəxsiyyət vəsiqələrini ələ keçirərək, qarşı tərəfləri xəbərdar etmədən öz firmalarına işə düzəldirlər. Artıq neçə illərdir ki, bütün bu tanımadığı şirkətlər, firmalar, hüquqi şəxslərin vergi borcları və digər dövlət idarələri yanında öhdəlikləri ilə bağlı məktublar onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 24 saylı evin 46 nömrəli mənzilinə gəlir. O, öz xüsusi mülkiyyətində rahat yaşaya bilmir. Bir gündən bir qapısı döyülür, məhkəmələrdən məktublar gəlir, ya da bu firmaların qanunsuz əməllərinin qurbanları olan şəxslər hüquqi ünvan kimi onun xüsusi mülkiyyətində olan mənzilinə gələrək qanunsuz olaraq xəbərləri olmadan rəsmi olaraq işə düzəlmiş olduqlarını və həmin firmalarının hüquqi ünvanı kimi onun xüsusi mülkiyyətində olan mənzilin göstərildiyini ona bildirirlər. Bir mülkiyyətçi kimi onun həm mülkiyyət hüquqları, həm də yaşayış hüquqları pozulmuş hesab olunur. Öz xüsusi mülkiyyətində rahatçılıqla yaşaya bilmir, poçt tərəfindən külli miqdarda müxtəlif orqan və təşkilatlardan məktubların gəlməsi davam edir. O, vaxtilə, yəni 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı İdarəsinə rəsmi şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı İdarəsi əvvəliki müraciətini nəzərə alaraq, Cəmiyyətin hüquqi ünvanının dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün Nümayəndə1 tərəflərindən **********262800 nömrəli, xx.xx.2018-ci il tarixli məktub göndərilmişdir. Lakin bu günə kimi heç bir nəticəsi olmamışdır. Yenidən xx.xx.2021-ci il tarixli, 136796/2021-7-31-004 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 865,5 manat məbləğində inzibati cərimə olunması barədə onun xüsusi mülkiyyətində olan ünvanını hüquqi ünvan göstərdiklərinə görə bildiriş və icra qərarı gəlmişdir. Hər dəfə icra məmurları gəlib onun xüsusi mülkiyyətində narahat edirlər. Buna baxmayaraq, o məcbur qalıb bu məsələyə son qoymaq məqsədi ilə yenidən hüquq mühafizə orqanlarına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəsmi şikayətlər göndərmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti onun rəsmi şikayətinə cavab olaraq, xx.xx.2021-ci il tarixli, **********8393200 nömrəli məktubunda bildirmişlər ki, bununla əlaqədar olaraq, qeyd olunan hüquqi şəxslərin təsisçilərinə xx.xx.2021-ci il tarixli, **********446500 və **********453100 nömrəli məktublarla hüquqi ünvan dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri qeydiyyat orqanına təqdim etmələri bildirilmişdir. Bu cür cavab yenə onu qane etmir və bilir ki, gələcəkdə onun xüsusi mülkiyyətində olan ünvanına hüquq mühafizə orqanlarından məktubların ardı kəsilməyəcək. Hazırda "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (**********), "xxxx" MMC (VÖEN **********) və sair adlı firmaların onun xüsusi mülkiyyətində olan mənzilini qanunsuz olaraq heç bir şifahi və yazılı razılığı olmadan özlərinin hüquqi ünvanı kimi qeyd etdiyinə görə hesab edir ki, onların hüquqi ünvanları dəyişdirilməli, onlar barədə qanuni tədbirlər görülməli və bu qanunsuz əməlləri törədən şəxslər tapılaraq qanun qarşısında cəzalandırılmalıdılar. Onun rəsmi müraciətinə cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X6 Dövlət Qeydiyyatı İdarəsinin 11 iyun 2015-ci il tarixli məktubda bildirilmişdir ki, "xxxx" MMC-nin qanuni təmçilçisi Nümayəndə1dur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1680/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir. "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (**********), "xxxx" MMC (VÖEN **********) adlı hüquqi şəxsləri iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin hüquqi ünvanı kimi silinməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alıması “X13 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Həmin Məcəllənin 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. “X13 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1.2-ci maddəsinə əsasən qurumun hüquqi ünvanı Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilməli məlumatdır. Qanunvericiliyin tələbindən göründüyü kimi hüquqi şəxsin olduğu yerin - hüquqi ünvanın Cəmiyyətin nizamnaməsində qeyd olunması qanunla nəzərdə tutulduğundan, nizamnaməyə dəyişiklik isə təsisçinin qərarı ilə edildiyindən hüquqi ünvanın dəyişməsi üçün təsisçinin qərarının əsli, nizamnamənin hüquqi ünvanı göstərilən bəndinə edilmiş dəyişikliyi nəzərdə tutan nizamnaməyə edilmiş dəyişiklik layihəsi cavabdeh orqana təqdim edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iş hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Hazırkı iddia predmetindən göründüyü kimi iddiaçı cavabdehin üzərinə onun səlahiyyətlətinə aid olmayan vəzifənin qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələblərindən göründüyü kimi cavabdeh inzibati orqana öz təşəbbüsü ilə X13 reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün reyestr aparan orqan tərəfindən hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi məsələsi iddianın predmeti ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1ci və 35.3-cü maddələrinin və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü, 54-cü,151-ci və 154-cü maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərin hüquqi ünvanına məhkımə bildirişi, qanuni təmsilçilərinə AZEMİS vasitəsilə SMS bildiriş göndərilsə də məhkəmə iclasında təmsil olunmamışlar, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 191504 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24 saylı evin 46 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 982 saylı reyestr kitabında 147542 səhifədə 30/9199 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X13 Qeydiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli, **********214800 nömrəli məktubunda bilidirlmişdir ki, "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC isə xx.xx.2019-cu il tarixdə elektron qaydada dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin hüquqi ünvanına dair məlumatlar təsisçi Nümayəndə1, "xxxx" MMC-nin hüquqi ünvanına dair məlumat isə təsisçi Nümayəndə2 tərəfindən elektron qaydada doldurulmuşdur. Əlavə olaraq bildirilir ki, “X13 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-1-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı hüquqi ünvanı təsdiq edən sənədin tələb edilməsi nəzərdə tutulmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018-16395-1221 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanında xx.xx.1967-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-1151-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü Nümayəndə1 xx.xx.2004cü il tarixdən hazırkı vaxtadək Beyləqan rayonu, Təzəkənd kəndində, xx.xx.1994-cü təvəllüdlü Nümayəndə2 xx.xx.2014-cü il tarixdən hazırkı vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-1433-1222 nömrəli məktubu ilə göndərilmiş sorğu edilən Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə cədvəldən görünür ki:
1. xx.xx.1967-ci il təvəllüdlü İddiaçı ünvan 4 ünvanında xx.xx.2004-cü ildən hazıra kimi qeydiyyatdadır.
2. xx.xx.1942-ci il təvəllüdlü X3 ünvan 5 ünvanında xx.xx.1989-cu ildən xx.xx.2004cü ilədək qeydiyyatda olub.
3. xx.xx.1956-cı il təvəllüdlü X1 ünvan 5 ünvanında xx.xx.2003-cü ildən xx.xx.2004cü ilədək qeydiyyatda olub.
4. xx.xx.1965-ci il təvəllüdlü X9 ünvan 5 ünvanında xx.xx.2002-ci ildən xx.xx.2004cü ilədək qeydiyyatda olub.
5. xx.xx.1969-cu il təvəllüdlü X15 ünvan 5 ünvanında xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilədək qeydiyyatda olub.
6. xx.xx.1976-cı il təvəllüdlü X5 ünvan 5 ünvanında xx.xx.2004-cü ildən xx.xx.2004cü ilədək qeydiyyatda olub.
7. xx.xx.1978-ci il təvəllüdlü X10 ünvan 5 ünvanında xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək qeydiyyatda olub.
8. xx.xx.1998-ci il təvəllüdlü X2 ünvan 5 ünvanında xx.xx.2004-cü ildən xx.xx.2004cü ilədək qeydiyyatda olub.
9. xx.xx.2000-ci il təvəllüdlü X11 ünvan 5 ünvanında xx.xx.2004-cü ildən xx.xx.2004-cü ilədək qediyyatda olub.
10. xx.xx.2002-ci il təvəllüdlü X7 ünvan 5 ünvanında xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək qeydiyyatda olub. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X13 Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********654100 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC isə xx.xx.2019-cu il tarixdə elektron qaydada dövlət qeydiyyatına alınmışdır. Qeyd edilən məktuba əlavə edilmiş həmin X13 qeydiyyat sənədlərinin surətindən görünür ki:
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2019-cu il tarixli, **********114000 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2019-cu il tarixdə ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı AZ1096, ünvan 6 təmsilçi Nümayəndə2dur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin hüquqi ünvanı AZ1096, ünvan 7r. Cəmiyyətin təsisiçisi Nümayəndə2dur. - Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələrindən görünür ki, Məhdud məsuliyyətli cəmiyyətin adı: "xxxx", təsisçi fiziki şəxslərin məlumatları (Cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları) - Nümayəndə2, Ş/V seriyası: AZE, Ş/V nömrəsi: ********, doğum tarixi: xx.xx.1994, ünvan: AZ6600, Yexlav rayonu, ünvan 8 ünvanı: AZ1096, ünvan 9 Məhdud Məsuliyyətli Cəmiyyəti - Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2013-cü il tarixli, **********472700 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2013-cü il tarixdə ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı AZ1096, ünvan 10i Nümayəndə1dur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin hüquqi ünvanı AZ1096, ünvan 11yyətin təsisçisi Nümayəndə1dur. - Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətinin e-qeydiyyat ərizələrindən görünür ki, Məhdud məsuliyyətli cəmiyyətin adı "xxxx", təsisçi fiziki şəxslərin məlumatları (Cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları) - Nümayəndə1, Ş/V seriyası: AZE, Ş/V nömrəsi: 07192733, doğum tarixi: xx.xx.1983, ünvan: AZ1200 Beyləqan rayonu, Təzəkənd, Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı: AZ1096, ünvan 13L” Məhdud Məsuliyyətli Cəmiyyəti - Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2013-cü il tarixli, **********410400 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2013-cü il tarixdə ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı AZ1096, ünvan 10i Nümayəndə1dur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, Cəmiyyətin hüquqi ünvanı AZ1118, ünvan 14 təsisçisi Nümayəndə1dur. - Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələrindən görünür ki, Məhdud məsuliyyətli cəmiyyətin adı "xxxx", təsisçi fiziki şəxslərin məlumatları (Cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları) - Nümayəndə1, Ş/V seriyası: AZE, Ş/V nömrəsi: 07192733, doğum tarixi: xx.xx.1983, ünvan: AZ1200, Beyləqan rayonu, Təzəkənd, Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı: AZ1118, ünvan 165” Məhdud Məsuliyyətli Cəmiyyəti - Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxlərin dövlət qeydiyyatı idarəsindən xx.xx.2013-cü il tarixli, **********478900 nömrəli çıxarışa əsasən "xxxx" MMC xx.xx.2013-cü il tarixdə ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır. Hüquqi ünvanı AZ1096, ünvan 10i Nümayəndə1dur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, hüquqi ünvanı AZ1096, ünvan 14 təsisçisi Nümayəndə1dur. - Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələrindən görünür ki, Məhdud məsuliyyətli cəmiyyətin adı "xxxx", təsisçi fiziki şəxslərin məlumatları (Cəmiyyətin təkbaşına icra orqanının rəhbərinin məlumatları) - Nümayəndə1 , Ş/V seriyası: AZE, Ş/V nömrəsi: 07192733, doğum tarixi: xx.xx.1983, ünvan: AZ1200, Beyləqan rayonu, Təzəkənd, Məhdud məsuliyyətli cəmiyyətin hüquqi ünvanı: AZ1096, ünvan 17larına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********393200 nömrəli məktubda bildirilmişdir ki, bir neçə kommersiya hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsinə dair müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, mülkiyyətçisi olduğunuz Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski, ev 24, mənzil 46 ünvanı 2013-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) elektron dövlət qeydiyyatı zamanı təsisçilərin elektron müraciətləri əsasında həmin hüquqi şəxslərin hüquqi ünvanı kimi dövlət reyestrinə daxil edilmişdir. Belə ki, “X13 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5-1-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı hüquqi ünvanı təsdiq edən sənədin qeydiyyat orqanına təqdim edilməsi tələb edilmir. Bildirilir ki, qanunvericiliyə əsasən qeydiyyat orqanına öz təşəbbüsü ilə hüquqi şəxsin hüquqi ünvanını dəyişdirmək səlahiyyəti verilməmişdir. Hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsi üçün təsisçilər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər (ərizə, qeydiyyat şəhadətnaməsi (VÖEN), təsisçilərin qərarı, nizamnaməyə dəyişiklik) qeydiyyat orqanına təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, qeyd olunan hüquqi şəxslərin təsisçilərinə xx.xx.2021-ci il tarixli **********446500 və **********453100 nömrəli məktublarla hüquqi ünvan dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri qeydiyyat orqanına təqdim etmələri bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 Qeydiyyatı İdarəsinin İddiaçı ünvanlandığı xx.xx.2018-ci il tarixli, **********083900 nömrəli məktubda bildirilmişdir ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X13 qeydiyyatı idarəsinə daxil olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) hüquqi ünvanının mülkiyyətinizdə olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanı olması faktının dövlət reyestr məlumatlarından çıxarılmasına dair müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı dəqiqləşdirilənədək onun təsisçi və rəhbərinin qeydiyyat ünvanından Cəmiyyətin faktiki ünvanı və poçt əlaqəsi ünvanı olaraq istifadə edilməsi üçün uçot məlumat bazasında müvafiq düzəliş edilmişdir. Eyni zamanda məlumat üçün bildirilir ki, “X13 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Qanunun 12-ci maddəsinə əsasən kommersiya qurumları üçün qeydiyyatla bağlı müraciət ərizəsinin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində olduğu yer haqqında məlumat göstərilməlidir. Məcəllənin 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Bununla əlaqədar nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı və nizamnaməyə edilmiş dəyişiklik layihəsi (ən azı iki nüsxədə) təqdim edilməlidir. Bundan başqa, Qanunun 5.4.5-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. Yuxarıda göstərilənləri və əvvəlki müraciətinizi nəzərə alaraq, Cəmiyyətin hüquqi ünvanının dəyişməsi faktının dövlət qeydiyyatına alınması üçün Nümayəndə1 tərəfimizdən **********262800 nömrəli, xx.xx.2018-ci il tarixli məktub göndərilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanında xx.xx.2004-cü ildən qeydiyyatda olmaqla həmin mənzilin xüsusi mülkiyyətçisidir. İddiaçının yaşadığı mənzilin ünvanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) kimi hüquqi şəxslərin hüquqi ünvanı kimi dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus mənzil ünvanının adları çəkilən hüquqi şəxslərin ünvan məlumatından çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan qanunla qeydiyyat orqanına öz təşəbbüsü ilə hüquqi şəxsin hüquqi ünvanını dəyişdirmək səlahiyyətinin verilmədiyini, hüquqi şəxsin hüquqi ünvanının dəyişdirilməsi üçün təsisçilər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər (ərizə, qeydiyyat şəhadətnaməsi (VÖEN), təsisçilərin qərarı, nizamnaməyə dəyişiklik) ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalı olduğunu qeyd edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin hüquqi ünvanı kimi silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı formada imtina cavabı almışdır. Beləliklə, bu növ iddia üzrə xüsusi mümkünlük şərti ödənilir. İddia mahiyyət üzrə əsaslı iddiadır. Belə ki, “X13 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə görə hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. -2.0.7-ci maddəsinə görə X13 qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) X13 reyestrinə daxil edilməsidir. -2.0.8-ci maddəsinə görə X13 reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.10-cu maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət - Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. -2.0.11-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı - müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır. -2.0.12-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı - hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Qanunun 5-1.3-cü və 5-1.7-ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatıdır. -5-1.1-ci maddəsinə görə təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur. Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. -5-1.2-ci maddəsinə görə adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə nizamnamə əlavə edilir. -5-1.3-cü maddəsinə görə sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. -5-1.6-cı maddəsinə əsasən adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron kabinetinə göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetinə göndərilir. -5-1.7-ci maddəsinə əsasən sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron kabinetinə real vaxt rejimində göndərilir. Göründüyü kimi yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron qeydiyyatı 2 qaydada həyata keçirilir - adi qaydada və sürətli qaydada. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətinin sürətli elektron qeydiyyatı hüquqi şəxsin ünvanı ilə yeganə təsisçisi olan fiziki şəxsin yaşayış yeri ünvanı eyni olduqda həyata keçirilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı dərhal, adi elektron dövlət qeydiyyatı isə 1 gündən gec olmayaraq həyata keçirilir. Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnamə əlavə edilir. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Hazırkı iş üzrə üçüncü şəxslərin təsis sənədlərindən görünür ki, "xxxx" MMC xx.xx.2013-cü il tarixdə, "xxxx" MMC və "xxxx" MMC xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmaqla təsisçisi və rəhbəri (qanuni təmsilçisi) Nümayəndə1, "xxxx" MMC isə xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmaqla təsisçi və rəhbəri (qanuni təmsilçisi) Nümayəndə2dur. Hüquqi şəxslər yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətləri olmaqla elektron qaydada dövlət qeydiyyatına alınmışlar. Qeyd edilən hüquqi şəxslərin hüquqi ünvanı kimi ünvan 18əmin hüquqi şəxslərin təsisçiləri olmuş adları çəkilən Nümayəndə1 və Nümayəndə2 tərəfindən elektron qaydada doldurulmuşdur. Məhkəmə sorğusu ilə əldə edilmiş məlumatardan müəyyən olunur ki, hüquqi şəxslərin tək təsisçisi olmuş Nümayəndə1 və Nümayəndə2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanında qeydiyyatda olmamışlar. Nümayəndə1 xx.xx.2004-cü il tarixdən hazırkı vaxtadək Beyləqan rayonu, Təzəkənd kəndində, Nümayəndə2 xx.xx.2014-cü il tarixdən hazırkı vaxtadək ünvan 3 ünvanında qeydiyyatdadırlar. Hüquqi şəxslərin qeydiyyatı zamanı Nümayəndə1 və Nümayəndə2 X13 qeydiyyatına alınmaları ilə bağlı sənədlər sırasında Bakı şəhəri, Nizami rayonu, C.ünvan 19 ünvanla bağlı hüquqi bağlılıqlarını təsdiq edən hər hansı sənədi əlavə etməmişdirlər. Beləliklə, müəyyən olunur ki, hazırkı halda hüquqi şəxsin təsisçisi və rəhbəri (qanuni təmsilçisi) eyni şəxslərdir, hüquqi şəxsin ünvanı onun təsisçisi kimi çıxış edən şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni deyildir. Belə olan halda yuxarıda qeyd edilən normaların tələblərinə əsasən adları çəkilən hüquqi şəxslərin elektron qeydiyyatı adi qaydada həyata keçirilmişdir. Cavabdeh orqan “X13 qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5-1.2-ci maddəsinə əsasən adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yalnız nizamnamə əlavə edildiyini, yəni təsisçinin qeyd etdiyi hüquqi ünvana hər hansı hüquqla bağlılığına dair sənədin qanunla tələb edilmədiyini əsas gətirərək iddiaçının hüquqlarının pozmadığını bildirsə də məhkəmə hesab edir ki, qeyd edilən elektron qeydiyyatın qaydaları, həmin qaydaları bilavasitə tətbiq və nəzarət edən vergi orqanının səlahiyyətləri hər bir halda mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi üçüncü şəxslərin qeydiyyat sənədlərinin etibarsızlığına deyil, hər bir halda təsis edilmiş hüquqi şəxslərin hüquqi ünvan kimi iddiaçının mülkiyyətində olan mənzilə aid ünvanla qeydə alınmalarına qarşı yönəlmişdir. Bu halda iddiaçının mülkiyyətçi statusundan irəli gələn hüquqları qorunmalı və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən: -İ. Hər kəsin mülkiyyət hüququ vardır. -İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Məhkəmə kollegiyası cavabdehin dəlillərinə uyğun olaraq nəzərə alır ki, iddiaçı özünün mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı üçüncü şəxsə (hüquqi şəxsin təsisçisinə) qarşı mülki məhkəmə icraatı qaydasında müvafiq tələblə çıxış edə bilərdi. Lakin nəzərə alınmalıdır ki, iddiaçı özünün qanunla qorunan hüquqlarını müdafiə etmək üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş müdafiə üsulunu və vasitəsini seçməkdə sərbəstdir. Cavabdehin də istinad etdiyi “Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarında hüquqi şəxsin hüquqi ünvanına dair təsisçinin hüquqlarını təsdiq edən sənədlərin təqdim edilməsinin zəruri şərt kimi təsbit olunmaması həmin ünvanın aid olduğu əmlakın mülkiyyətçisini Konstitusiya və digər qanunlarla ona verilmiş hüquqlardan irəli gələn hazırkı məzmunda tələb irəli sürmək (inzibati orqanının üzərinə öhdəlik qoyulmasını tələb etmək) hüququna təsir etmir (Qeyd edilən hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-3215/2019 saylı Qərarında da ifadə olunmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin hüquqi ünvanı kimi silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 24, mənzil 46 ünvanının "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-nin hüquqi ünvanı kimi silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova