Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16806/2025 10.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün ləğv edilməsi” tələbinə tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum atası X4 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ sahəsi, ümumi sahəsi 0,12 ha olan 11 saylı bağ sahəsinə dair X1 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli torpaq sahəsinin Plan və ölçünün, həmçinin həmin torpaq sahəsinə dair X5 verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın (ilkin qeydiyyatın) ləğv olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş məhkəmə daxil olduqdan sonra məhkəmə işin hallarını araşdıraraq hazırkı işin məhkəmənin icraatında olan 2-1(112)-1565/2025 saylı işə birləşdirilməsi məsələsinin müzakirəsini zəruri saymışdır. İddiaçının nümayəndəsi(vəkili) Vəkil elektron kabinet vasitəsilə xx.xx.2026-cı il tarixdə təqdim etdiyi vəsatətini müdafiə edərək, hazırki işin birləşdirilməsini xahiş etmişdir. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraat məhkəmənin icraatında olan 2-1(112)-1565/2025 saylı inzibati işlə birləşdirilməlidir. İş materiallarından müəyyən olunur ki, hazırki iddia tələbi ilə iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, mərhum atası X2 vərəsəsi kimi Bakı şəhəri, Sabunçu rayonu, Ləhic bağ sahəsi, ümumi sahəsi 0,12 ha olan 11 saylı bağ torpaq sahəsi üzərində X3 adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli torpaq sahəsinin Plan və ölçünün, həmçinin həmin torpaq sahəsinə dair X6 verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın (ilkin qeydiyyatın) ləğv olunmasını mübahisələndirmişdir. İddiaçı mərhum atası X2 vərəsəsi olaraq cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1992-ci il tarixli 1977 nömrəli qərarına əsasən Ləhic bağlar sahəsində 244 nömrəli BTK nəzdində X4 verilmiş, ümumi sahəsi 0.12 ha olan 11 saylı bağ-torpaq sahəsinin X2 adına mülkiyyət hüququnun olması barədə arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (2-1(112)-1565/2025 nömrəli inzibati iş) İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-nin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İPM-in 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İş üzrə müəyyən edilir ki, hazırda məhkəmənin icraatında eyni iddiaçı tərəfindən verilmiş, eyni predmet olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 11 saylı bağ sahəsinə dair mübahisə üzrə bir cavabdehə qarşı yönəlmiş 2 ayrı inzibati iş (2-1(112)-16806/2025 saylı və 2-1(112)-1565/2025 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəlidir. Məhkəmə hesab edir ki, hər iki inzibati iş üzrə müəyyənləşdirilməli, yoxlanılmalı hallar eynidir və işlərə ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilməsi ilə yanaşı, qeyd edilən işlərin faktiki və hüquqi əsasları eyni olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı e-2-1(112)-16806/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-1565/2025 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməlidir. Bu əsasdan ilkin olaraq məhkəmənin icraatına 2-1(112)-1565/2025 saylı iş daxil olduğundan (daxilolma tarixi xx.xx.2024-cü il), Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-16806/2025 saylı iş 2-1(112)-1565/2025 saylı işə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)-1565/2025 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. İPM-in 83.1-ci maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-16806/2025 saylı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan-ölçünün ləğv edilməsi” tələbinə tələbinə dair inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-1565/2025 saylı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluğa dair arayışın verilməsi” tələbinə tələbinə dair inzibati işə birləşdirilsin və iş üzrə icraat 2-1(112)-1565/2025 qeydiyyat nömrəsi ilə davam etdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-16806/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16806/2025
10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver