Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1681/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə qarşı “işlədiyi illərin əmək stajına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinəqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının “Bakfininvestbank” Nərimanov filialında 03.01.1994-cü il tarixdən 23.04.1997-ci il tarixədək, “Şüa” kiçik müəssisəsində 04.04.1995-ci il tarixdən 23.04.1997-ci il tarixədək, “X7” müəssisəsində 10.12.1997-ci il tarixdən 01.02.2005-ci il tarixədək işlədiyi illəri əmək stajına daxil edilərək pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş və son olaraq şifahi məhkəmə baxış iclası 31.08.2020-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə yazılı etiraz verərək, bildirmişdir ki, hazırki iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçı X1 rayon Xidmət Nümayəndəliyinə (köhnə Nizami rayon Şöbəsinə) 01 mart 2017-ci ildə müraciət etmiş və 03 mart 2017-ci ildə ona pensiya təyin edilmişdir. Daha sonra isə Şöbəyə müraciətlə bağlı heç bir sənəd daxil olmamışdır. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə,öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialardaiddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsimüddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunverici məcburetmə və öhdəliyin icrası haqqında iddia növü üzrə iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsini, yəni inzibati orqanla mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı mümkünlük şərtlərini müəyyən etmişdir və iddiaçı məhz həmin şərtlərə riayət etdikdə onun iddiası mümkün sayıla bilər. Lakin hazırki iş üzrə məhkəmə araşdırması zamanı təqdim olunmuş pensiya işindən müəyyən edildi ki, iddiaçı yalnız “yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı 01 mart 2017-ci il tarixdə cavabdeh orqana müraciət etmiş və bununla bağlı cavabdeh tərəfndən 03 mart 2017-ci il tarixdə qərar qəbul olunaraq, iddiaçıya yaşa görə ömürlük 159,48 manat məbləğində pensiya təyin edilmişdir. İddiçı hazırda “işlədiyi illərin əmək stajına əlavə edilməsi və pensiya məbləğinin yenidən hesablanması” ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X10 Departamentinin 07 aprel 2017-ci il tarixli, 88/03/06-4114 saylı məktubunu, imtina məktubu kimi qəbul etmişdir. Halbuki, məktubun məzmunundan görünür ki, həmin məktub iddiaçıya ünvanlanmış imtina deyil, cavabdehin müraciəti əsasında “Kaspi-İnşaat” İstehsalat müəssisəsinin, “Şüa” kiçik müəssisəsinin və “Bakfininvesbank” Nərimanov filialının sosialsığorta haqqlarının ödənilməsi ilə bağlıdır. Belə olan halda, sözügedən məktub, iddiaçıya işlədiyi illərin sığorta stajına əlavə edilməsi ilə bağlı müraciətinə verilmiş imtina məktubu kimi qəbul edilə bilməz. İddiaçı hazırki mübahisə ilə bağlı cavabdeh inzibati orqana müraciətin olmasını bildirsə də, həmin müraciətin, o cümlədən müraciətə verilmiş imtina məktubunu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi ilə aralarında hər hansı bir hüquqi mübahisə yaranmadığından, iddiaçının hüquqlarının pozulması halı aşkar olunmadığından, hazırki iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə qarşı “işlədiyi illərin əmək stajına daxil edilməsi” nə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: ünvan 2 Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1681/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1681/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver