Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1685/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyini üçün müraciət etdiyi vaxtdan əvvəlki 3 illik dövr üçün pensiya fərqinin ödənməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. 1975-1979-cu illərdə Sumqayıt politexnik texnikumunda sənaye müəssisələri və qurğularının elektrik avadanlığı ixtisasını bitirib texnik-elektrik ixtisası üzrə təhsil almışdır. xx.xx.1981-xx.xx.1991-ci il tarixlərində X4da (ПО «Тульский комбайновый завод») müxtəlif vəzifələrdə (elektrik montyoru, metalın termik emalı üzrə elektrik montyoru, baş usta, istehsalat üzrə sex rəisi, qaynaq korpusunun rəisi) işləmişdir. Həmin zavod keçmiş SSRİ ərazisində kənd təsərrüfatı maşınqayırması sahəsində ən nəhəng müəssisələrdən biri olmuşdur. Həmin zavod haqqında məlumatı açıq mənbələrdən əldə etmək olar. (https://www.agrobase.ru/organizations/manufacturer/pdmanufacturer_8cc67ac4-7d02- 470c-b124-f8c9120b3299) xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixlərində "xxxx" MMC-də Səngəçal terminalında elektrik montyoru və Səngəçal elektik yarımstansiyasının elektrik montyoru vəzifələrində işləmişdir. xx.xx.2014-cü ildən bugünə kimi N saylı hərbi hissədə istehsalat sexinin radioquraşdırma təmiri şöbəsində baş istehsalat ustası olaraq işləmişdir. Güzəştli şərtlərlə pensiya təyini üçün xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Güzəştli şərtlərlə pensiya təyinindən imtina iddiaçının güzəştli iş stajının olmaması ilə əlaqədar olmuşdur. Lakin cavabdeh qurum onun əvvəlki dövrlərdə işlədiyi sahələri nəzərə almadan, yalnız son iş yerindəki arayışına, özü də düzgün hüquqi qiymət verilmədən (arayışda iş yeri tərəfindən işlədiyi sahənin güzəştli şəriətlərlə pensiya hüququ verən peşə olduğu müəyyən edilib) güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən imtina etmişdir. Bildirilir ki, onun işlədiyi vəzifələr (peşələr) əmək şəraitinə uyğun olaraq güzəştli şərtlərlə pensiya təyininə imkan verir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 57 yaşının qanunvericiliyə edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixinə qədər tamam olduğundan iddiaçının ümumi və güzəştli stajının tamam olduğu vaxt xx.xx.2006-cı il tarixə qədər deyil, ondan sonrakı dövr də nəzərə alınmalı, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və pensiya təyini üçün müraciət etdiyi xx.xx.2022-ci il vaxtdan əvvəlki 3 illik dövr üçün pensiya fərqi iddiaçıya ödənməlidir.
3. İddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə cavabdeh qurum tərəfindən xx.xx.2020-ci il tarixli imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 27 iyun 1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinin iddiaçıya dair N sentyabr 2020-ci il tarixli 873 nömrəli arxiv arayışında xx.xx.2014-cü il tarixindən bugünədək 2 nömrəli istehsalat sexinin yüksək tezliklə elektrik və radio avadanlıqlarının təmiri şöbəsində baş istehsalat ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifə yuxarıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az ( 1 il 1 ay 12 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
4. İddiaçının təkrar 8 iyun 2022-ci il tarixli müraciətinə əsasən cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixli imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X1 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndinin (11.6) mütəxəssislər yarimbəndində (b) qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 328 nömrəli Hərbi hissənin iddiaçıya dair 10 iyun 2021-ci il tarixli 924 nömrəli arayışında xx.xx.2014-cü il tarixindən bugünədək 2 nömrəli istehsalat sexinin radioquraşdırma təmiri şöbəsində baş istehsalat ustası vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr yuxarıda qeyd olunan qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının etirazı onunla əsaslandırılmışdır ki, 25 il ümumi, 12,5 il güzəştli iş stajını toplamışdır. Buna görə də ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Filial **********7 saylı, xx.xx.2022-ci il tarixli məktubla müraciətin icrasından imtina edib. İmtina onunla əsaslandırılıb ki, iddiaçı güzəştli iş stajına sahib deyildir. 1) İddiaçı güzəştli iş stajına malik olduğunu iddia edir. Lakin iş materiallarında bu halı təsdiq edən iş yerindən müvafiq arayışları təqdim edə bilmir. 2) "xxxx" MMC-nin 13 avqust 2021-ci il tarixli arayışında ümumiyyətlə iddiaçının çalışdığı peşənin güzəştli olub-olmamasına dair bir qeydə yer verilməyib. 3) Hərbi Hissənin verdiyi 924 saylı, 10 iyun 2021-ci il tarixli arayış əsaslı deyildir. Belə ki, həmin arayışda NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 sayh qərarı ilə təsdiqlənmiş məlum Siyahının 11.6-cı bölməsinin (“Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” adlanır) (b) bəndinə istinad edilmişdir. Həmin bəndə görə qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) peşəsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Arayışda qeyd edilir ki, iddiaçı xx.xx.2014-cü il tarixdən etibarən 2 nömrəli istehsalat sexinin radio quraşdırma təmiri şöbəsində “baş istehsalat ustası” peşəsində çalışır. Göründüyü kimi, iddiaçının çalışdığı peşənin iddia etdiyi peşəyə uyğunluğu müəyyən edilmir. 4) “Əmək pensiyaları haqqında” qanunun 31.2-ci maddəsinə görə, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” bu sənədlərin dairəsini müəyyənləşdirir. Şəxs müvafiq müraciətinə/ərizəsinə Qaydalarda nəzərdə tutulmuş sənədləri əlavə etməlidir: şəxsiyyətini təsdiq edən sənədin surəti; ümumi iş stajını təsdiq edən sənədlər; ƏPQ-nin 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin olunması tələbinə dair iddiasının rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
6. X4 (Тульский комбайновый завод) təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1981-ci il tarixindən-xx.xx.1991-ci il tarixinə qədər elektrik montyoru, metalın termik emalı üzrə elektrik montyoru, baş usta, istehsalat üzrə sex rəisinin müavini, qaynaq korpusunun rəisi vəzifələrində işləmişdir.
7. "xxxx" MMC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən İddiaçı "xxxx" MMC-nin Səngəçal terminalına elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş (xx.xx.2003cü il tarixli 133 №-li əmrə əsasən), xx.xx.2007-ci il tarixində Səngəçal elektrik yarımstansiyanın elektrik montyoru vəzifəsinə keçirilmiş (19.11.200-ci il tarixli 278/k №-li əmrə əsasən) və xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddısinin 2-ci hissəsinin “b” bəndinə əsasən (Əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilmişdir (xx.xx.2008-ci il tarixli 413/k №-li əmrə əsasən).
8. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC bildirmişdir ki, İddiaçı "xxxx" MMC-də işlədiyi müddətdə terminalda neft və neft məhsullarının doldurulub-boşaldılması estakadalannın fəaliyyətini təmin edən nasosxanaların və elektrik yarımstansiyasının elektrik avadanlıqlarına xidmət üzrə işləri yerinə yetirmişdir. Eyni zamanda iddiaçının əmək kitabçasında "xxxx" MMC tərəfindən aparılmış qeydə əsasən xx.xx.2003-cü il tarixli 133 №-li əmrə əsasən Səngəçal terminalının elektrik montyoru vəzifəsinə təyin edilməsinə dair düzəliş edilmişdir.
9. Müdafiə Nazirliyi Hərbi Hissəsinin təqdim etdiyi 10 iyun 2021-ci il tarixli arayışda bildirilir ki, xx.xx.1960-ci il təvəllüdlü İddiaçı ona görə ki, o, həqiqətən N nömrəli hərbi hissədə xx.xx.2014-cü il tarixindən hal-hazıradək 2 nömrəli istehsalat sexinin radioquraşdırma təmiri şöbəsində “baş istehsalat ustası” vəzifəsində işləyir. Həmçinin bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya hüququ verən 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6-cı hissəsinə əsasən “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan ustalar (böyük ustalar)” hissəsi uyğun olaraq İddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir.
10. İddiaçı 1975-1979-cu illərdə Sumqayıt Politexnik Texnikumunu sənaye müəssisələri və qurğularının elektrik avadanlığı ixtisası üzrə tam kursu bitirmiş və ona texnik-elekrik ixtisası verilmişdir.
11. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi. Həmçinin məhkəməyə xx.xx.2020-ci il tarixində cavabdeh quruma müraciətini təqdim etdi. İddiaçı iddia tələbinə münasibətdə bildirdi ki, iddia ərizəsində xx.xx.2022-ci il tarixli müraciəti əvəzinə xx.xx.2020-ci il tarixli müraciəti nəzərə alınmalı və həmin tarixdən əvvəlki 3 illik dövr üçün pensiya fərqi ödənməlidir. Əlavə olaraq bildirdi ki, "xxxx" MMC ilə aralarında uzun müddət məhkəmə mübahisəsi olduğundan həmin qurum tərəfindən əmək şəraiti ağır və zərərli iş şəraiti barədə arayış qərəzli olaraq verilməmişdir.
12. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür. III.Məhkəmənin mövqeyi
15. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
17. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
18. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 2.1-ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 -ci maddəsi əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
19. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.16cı maddəsinə əsasən, 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir.
20. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.
21. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
22. Şəxsin 57 yaşı qanunvericiliyə xx.xx.2017-ci il tarixinə qədər edilmiş dəyişikliyə qədər tamam olduqda onun ümumi və güzəştli stajının tamam olduğu vaxt xx.xx.2006-cı il tarixə qədər deyil, ondan sonrakı dövr də nəzərə alınmalıdır (57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixədək).
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
24. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
25. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.
26. İddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür.
27. İddiaçının mübahisələndirilməyən hissəsi iddiaçının ümumi stajıdır. Ümumi stajı 40 ildən çoxdur.
28. Əmək şəraiti ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
29. Açıq informasiya mənbələrindən əldə olunan məlumata əsasən “Tula kombayn zavodu” ən böyük kənd təsərrüfatı maşınqayırma müəssisələrindən biridir. Şirkət 1937-ci ildə yaradılıb. Rusiyanın mərkəzində Tula şəhərində yerləşir. 1946-cı ildən kənd təsərrüfatı maşınlarının istehsalı üzrə ixtisaslaşıb. Müəssisə sosial əhəmiyyətli kimi təsnif edilir. Müəssisənin ümumi sahəsi 83 hektar, istehsal sahəsi 184 min kvadratmetr, avadanlıqların sayı 3 min ədəddən artıqdır. Qurum 29 iyun 2011-ci ildə ləğv edilib. 2009-cu ilin dekabrında iflas proseduruna başlanılıb. İstehsal dayandırılıb. "Prostor" brendi ilə taxıl və yem yığımı texnikasının istehsalı. Zavod həm öz istehsalı olan maşınlar, həm də yerli istehsalçıların ("Niva", "Don",") kombayn və taxılyığan maşınları üçün geniş çeşiddə ehtiyat hissələri istehsal edir. Yenisey"). (Mənbə: AgroBase https://www.agrobase.ru/organizations/manufacturer/pdmanufacturer_8cc67ac4-7d02- 470c-b124-f8c9120b3299
30. X3 (Тульский комбайновый завод) təqdim etdiyi xx.xx.2021-ci il tarixli arayışa əsasən: 1) 04.01.1982-ci il tarixindən-xx.xx.1984-cü il tarixinə qədər işlədiyi metalın termik emalı üzrə elektrik montyoru vəzifəsi 2 nömrəli siyahıya əsasən XİV bölməsində (Metal emalı) isti iş sahələrində məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları (21504000 Termiki emal - kod 2150400a—19861) vəzifəsinə uyğun gəlir. Həmin vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 11.3-cü bəndinə (Termiki emal - isti iş sahələrində məşğul olan elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları) bəndinə uyğun gəlir; Həmin hissədə də iddiaçının işlədiyi sahənin iş sahələrinə aid olmasına dair (“сг-сектор горячий”) qeyd vardır. 2) Arayışda xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixə qədər elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru işlədiyi qeyd edilsə də, əmək kitabçasında və arayışda işlədiyi sexin isti iş sahələrində məşğul olan elektrik avadanlığı ilə bağlı olduğuna (“сг-сектор горячий”) dair qeyd vardır. Odur ki, həmin vəzifə də eyni koda (2150400a— 19861) uyğundur. 3) xx.xx.1988-xx.xx.1988-ci illərdə həmin sexdə (isti iş sahələrində) işlədiyi böyük usta vəzifəsi 2 nömrəli siyahıya əsasən XİV bölməsində (Metal emalı) 2150400b—23187 kodu üzrə ustalar, böyük ustalar vəzifəsinə uyğun gəlir. 4) xx.xx.1988-ci il tarixindən-xx.xx.1991-ci il tarixinə qədər işlədiyi sex rəisinin müavini (qaynaq korpusunun rəhbəri) vəzifəsi 2 nömrəli siyahıya əsasən XİV bölməsində (Metal emalı) sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri (2150400b—24125) vəzifəsinə uyğun gəlir.
31. "xxxx" MMC-nin təqdim etdiyi arayışlara əsasən bildirilir ki, xx.xx.2003-cü il tarixindən xx.xx.2008-ci il tarixində olan müddətlərdə gördüyü işin məzmunu məzmunu terminalda neft və neft məhsullarının doldurulub-boşaldılması estakadalarının fəaliyyətini təmin edən nasosxanaların və elektrik yarımstansiyasının elektrik avadanlıqlarına xidmət üzrə işləri yerinə yetirdiyi qeyd olunmuşdur.
32. "xxxx" MMC tərəfindən məhkəməyə iddiaçının işlədiyi peşənin iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraiti zərərli və ağır peşələrə uyğun gəlmədiyi qeyd olunmuş, məhkəmə tərəfindən həmin attestasiyanın nəticələri tələb olunsa da, həmin nəticələr məhkəməyə təqdim edilməmişdir.
33. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının "xxxx" MMC-də işlədiyi elektrik montyoru peşəsi üzrə fəaliyyəti terminalda neft və neft məhsullarının doldurulub-boşaldılması estakadalarının fəaliyyətini təmin edən nasosxanaların və elektrik yarımstansiyasının elektrik avadanlıqlarına xidmət üzrə işlərin yerinə yetirilməsi olduğundan iddiaçının yerinə yetirdiyi iş 2 nömrəli siyahıya əsasən 21303000 - 3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı; 21303010 - 1) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri; elektroavadanlığın təmiri və xidməti üzrə elektromontyorları (2130301a—19861) vəzifəsinə uyğundur. Həmin vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının 10.5.1-ci bəndinə uyğun gəlir.
34. Müdafiə Nazirliyi Hərbi Hissəsinin təqdim etdiyi arayışa əsasən N nömrəli hərbi hissədə xx.xx.2014-cü ildən-hazırkı dövrə qədər olan müddətdə işlədiyi istehsalat sexinin radioquraşdırma təmiri şöbəsində “baş istehsalat ustası” vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya hüququ verən 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 11.6-cı bəndinin (11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri) “b” hissəsinə (mütəxəssislər) əsasən “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan ustalar (böyük ustalar)” peşəsinə uyğun gəlir.
35. Məhkəmə qeyd edir ki, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixədək ümumi stajı ən azı 40 il, güzəştli iş stajı isə 17 il 05 ay 18 gündür.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
37. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən yaranmış, xx.xx.2020-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmiş, odur ki, ona pensiya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən təyin edilməli, xx.xx.2020-ci il tarixdən əvvəlki 3 illik müddət üçün pensiya fərqi ödənilməlidir.
38. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2017-ci il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
39. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2017-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva