Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1686/2021 04.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X10, üçüncü şəxsin nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə və üçüncü şəxs X2 qarşı «cavabdehin xx xxxxxx 1999-cu il tarixli 106 nömrəli sərəncamının ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə və üçüncü şəxs X2 qarşı cavabdehin xx xxxxxx 1999-cu il tarixli 106 nömrəli sərəncamının etibarsız hesab edilməsi və həmin sərəncam əsasında verilmiş sənədlərin ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, Bakı şəhəri Suraxanı RİH başçısının x xxxxxx 1998ci il tarixli 2164 saylı Sərəncamına əsasən ev fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı qeyd olunan torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməklə ailə üzvləri ilə birgə yaşayır. Təxminən 2019-cu ilin sonlarında ona atası Bayraməli Həsənov torpaq sahəsinə və evə dair dövlət reyestrindən çıxarışı almamağı təklif etdi. Müraciət etdikdən sonra məlum olmuşdur ki, x xxxxxx 1998-ci il tarixdə ayrılmış 600 ha torpaq sahəsi və inşa edilən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya deyil, paylı mülkiyyət hüququ əsasında ona, qardaşı Samir Həsənova və atası Bayraməli Həsənova məxsusdur. İddiaçı məsələ ilə əlaqədar çıxarışın verilməsinə səbəb olan sənədlər barədə araşdırmalara başlamışdır. Məlum olmuşdur ki, guya o, icra hakimiyyətinə müraciət edərək, x xxxxxx 1998-ci il tarixli 2164 saylı sərəncam əsasında ayrılmış 600 kv.m torpaq sahəsinin atası X1 adma keçirilməsini xahiş etmiş və buna dair onların qarşılıqlı razılaşması vardır. Cavabdeh Bakı şəhəri Suraxanı RİH ona verilən sərəncamı ləğv edərək, üçüncü şəxs olan X1 adına xx xxxxxx 1999-cu il tarixli 106 saylı sərəncam vermişdir. Bayraməli Həsənov da saxta yolla əldə etdiyi sərəncam əsasında ona (iddiaçıya) məxsus olan torpaq sahəsini və üzərində inşa etdiyi fərdi yaşayış evini paylı mülkiyyət hüququ əsasında reyestrdə qeydə aldırmışdır. İddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsinin atası Bayraməli Həsənovun adına rəsmiləşdirilməsinə dair razılaşma olmamışdır. Hazırda Bakı şəhəri Suraxanı RİH başçısının xx xxxxxx 1999-cu il tarixli 106 saylı sərəncamının etibarsız hesab edilməsini və onun əsasında verilmiş sənədlərin ləğv edilməsini məhkəmədən kənar həll olunmadığı üçün, məhkəməyə müraciət olunur. Yuxarıda sadalananlara əsaslanaraq və İPM-in 45 – 46-cı maddələrini rəhbər tutaraq, cavabdeh Bakı şəhəri Suraxanı RİH-in xx xxxxxx 1999-cu il tarixli 106 nömrəli sərəncamının etibarsız hesab edilməsi və həmin sərəncam əsasında verilmiş bütün sənədlərin ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinı əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İşin hazırlıq icraatında iddiaçı tərəf məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «cavabdehin xx xxxxxx 1999-cu il tarixli 106 nömrəli sərəncamının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının və üçüncü şəxsin nümayəndələri (vəkilləri) gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. İş materiallarından görünür ki, üçüncü şəxs X1 nümayəndəsi (vəkili) məhkəməyə “iddianın mümkün sayılmaması barədə” vəsatət təqdim etmişdir. Vəsatətdə bildirilir ki, hazırki iddia üzrə iddiaçının tələbi 2 hissədən ibarət olmaqla, hər iki tələb cavabdeh Bakı şəhəri Suraxanı RİH-ə qarşı yönəlmişdir. Halbuki, iddia tələbinin 2-ci hissəsi qeyri-müəyyən olmaqla, mübahisəli sərəncam əsasında verilmiş bütün sənədlərin nədən ibarət olması iddia ərizəsində göstərilməmiş, ümumiyyətlə həmin tələbə cavabdehin cavab verməli olubolmaması iddia ərizəsində əsaslandırılmamışdır. Bu səbəbli iddia tələbi həmin hissədə mümkün sayıla bilməz. Bundan əlavə, İPM-in 2.2.1 və 38.-ci maddələrinin tələblərinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə şəxs hüquq və vəzifələrinə müdaxilə olunan inzibati aktın etibarsızlığını deyil, yalnız ləğv olunması və ya dəyişdirilməsi barədə iddia irəli sürə bilər ki, mübahisələndirilən inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddət ötürülmüş olmasın. Məhkəməyə təqdim olunmuş x xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsindən göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X2 məxsus olmuş, o, həmin müqavilə ilə həmin əmlakın bir hissəsini Samir Həsənova və hazırki iş üzrə iddiaçıya hədiyyə etmişdir. Sonuncular həmin əmlakı hədiyyə kimi qəbul etmələrinə dair x xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsinə imza atmış və öz razılıqlarını bildirmişlər. Göründüyü kimi, İddiaçı iddia ərizəsində mübahisələndirdiyi sərəncamdan, mübahisə predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin atasının tam mülkiyyətində olmasından 2019-cu ildə məlumatlı olduğunu göstərsə də, x xxxxxx 2018-ci il tarixli bağışlama müqaviləsi bunu təkzib etməkdədir. Belə ki, həmin müqavilədən də göründüyü kimi, müqavilənin imzalandığı x xxxxxx 2018-ci il tarixdə İddiaçı həmin torpaq sahəsi və fərdi yaşayış evinin üçüncü şəxs X1 mülkiyyətində olmasından məlumatlı olmuş, hətta sonuncunun mülkiyyət hüququna etiraz etmədən onun mülkiyyətinin bir hissəsini hədiyyə kimi qəbul etmişdir. Hesab edilir ki, iddiaçı həmin torpaq sahəsinin atasının istifadəsinə ayrılmasına hər hansı razılığı olmadığı halda, o, müvafiq hədiyyənin qəbulundan imtina etməli, məhz həmin zaman hazırki iddianı irəli sürməli idi. Belə məlum olur ki, İddiaçı x xxxxxx 2018-ci il tarixdə mübahisə predmeti olan sərəncamdan, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin üçüncü şəxsin mülkiyyətində olmasından məlumatlı olmasına baxmayaraq, qanunla müəyyən edilmiş müddət ərzində hazırki iddianı irəli sürməmiş, nəticədə sözügedən inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddət ötürülmüşdür. Göstərilənlərə və İPM-in 35-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli qərarının 1-ci, 2.3-cü, 10.1-ci bəndlərinə əsaslanaraq, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X13 bildirdi ki, iddianın mübahisələndirilən sərəncamla bağlı məlumatı gec, yəni 2020-ci ildə əldə etmişdir. Əvvəlcə ümumi məhkəmədə iddia qaldırılmış, sonradan hazırkı iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. İddia mümkün sayılmalıdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) X7 iddia müddətinin buraxılması ilə əlaqədar iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.1-ci maaddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı RİH x xxxxxx 1998-ci il tarixdə aşağıdakı məzmunda 2164 nömrəli sərəncam vermişdir: - (1-ci bənd) Vətəndaş İddiaçı Bayram oğluna fərdi yaşayış evinin tikintisi üçün Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılsın; - (2-ci bənd) Vətəndaş İddiaçı ayrılmış sahədə 185-000-111C nömrəli birtipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Kürsülülük 2 m müəyyən edilsin. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı RİH-in xx xxxxxx 1999-cu il tarixdə aşaöıdakı məzmunda 106 nömrəli sərəncam vermişdir: - (1-ci bənd) Bakı şəhəri Suraxanı RİH-in x xxxxxx 1998-ci il tarixli 2164 nömrəli sərəncamının 1-ci bəndində dəyişiklik aparılsın və həmin bənd “Oğlu İddiaçı Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m ayrılmış torpaq sahəsinin atası X2 ayrılmasına icazə verilsin.” kimi oxunsun; - (2-ci bənd) Bakı şəhəri Suraxanı RİH-in x xxxxxx 1998-ci il tarixli 2164 nömrəli sərəncamının 2-ci bəndi “X9 ayrılmış sahədə 185-000-111C nömrəli birtipli fərdi yaşayış evinin tikintisinə icazə verilsin. Kürsülük 2m müəyyən edilsin.”. İş materiallarında olan DƏDRX tərəfindəın verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin qərb hissəsində yerləşən 0,054 ha ölçüdə torpaq sahəsinə X1 mülkiyyət hüquqları xx xxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan x xxxxxx 2018-ci il tarixli notarial qaydada rəsmiləşdirilmiş “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, həmin müqavilə əsasında “hədiyyə verən” X3 ünvan 1 ünvanındakı mülkiyyətində olan 0,054 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 305,5 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni “hədiyyə alanlar” qismində X5 və İddiaçı mülkiyyətlərinə vermişdir: - tam hissədən 2-ci mərtəbə, “A” yaşayış evi, ümumi sahəsi 119,8 kv.m – X6; - tam hissədən 1-ci mərtəbə, “A” yaşayış evi, ümumi sahəsi 118,6 kv.m – İddiaçı. İş materiallarında olan DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və **********60 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hətəm Allahverdiyev küçəsi, 128A ünvanındakı 0,0540 ha torpaq sahəsində yerləşən 305,5 kv.m ölçüsü olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X2 (A tikilisinin yarımzirzəmi mərtəbəsi, ü/s - 67,1 kv.m və torpaq sahəsi), X6 (A tikilisinin 2-ci mərtəbəsi, ü/s – 119,8 kv.m) və İddiaçı məxsusdir. Adıçəkilən şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2018-ci ildə qeydiyyata alınmışdır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26 – 29-cu və 38-ci fəsilləri çıxarılmışdır. Həmin dəyişiklik qüvvəyə minənədək AR Mülki Prosessual Məcəlləsinin 27-ci fəslinin 296.1-ci və 298-ci maddələrinin tələbləri aşağıdakı kimi olmuşdur: - (maddə 296.1) maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər; - (maddə 298) şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx xxxxxx 2000-ci il tarixli 265 nömrəli Fərmanının 2.3-cü bəndinə görə həmin Məcəllənin 296.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini nazirliklər, digər mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi, hazırda İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı RİH-in xx xxxxxx 1999-cu il tarixli 106 nömrəli sərəncamının ləğv olunmasını tələb edir və onun tələbi İPMin 2.2.1-ci maddəsi üzrə “mübahsələndirmə haqqında” iddiaya aiddir. Nəzərə alınmalıdır ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti AR Mülki Prosessual Məcəlləsinin 2011-ci ilin iyun ayının 10-dək qüvvədə olmuş 298-ci maddəsi ilə, x xxxxxx 2011-ci il tarixdən isə “mübahisələndirmə haqqında” iddialar üzrə İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. İPM qüvvəyə minənədək, yəni 2011-ci ilin yanvar ayının 1-dək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət olunma müddəti həmin (x xxxxxx 2011-ci il) tarixədək ötürülmüşdürsə, bu aktlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Çünki, İPM-in müddəaları onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilmə imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı mübahisələndirilən inzibatri akt kimi xx xxxxxx 1999-cu il tarixli sərəncamdan əvvəllər məlumatlı olduğu halda, o, iddianı MPM-in 298-ci maddəsi üzrə müəyyən edilmiş müddəti buraxmaqla qaldırmış sayıla bilər. Lakin məhkəmə icraatında cavabdeh və ya üçüncü şəxs tərəfindən iddiaçının xx xxxxxx 1999-cu il tarixli sərəncamdan həmin ərəfədə məlumatlı olmasını təsdiqləyən hər hansı sübut, dəlil təqdim olunmadığından, onun 2011ci il 1 yanvar tarixinədək iddia müddətini buraxması qənaəti yaranmır. İddiaçının mübahisələndirdiyi xx xxxxxx 1999-cu il tarixli sərəncamdan 2011-ci ilin yanvar ayının 1-dən sonra konkret hansı tarixdə məlumatlı olması məsələsinə gəldikdə isə, işdə surətləri olan “reyestrdən çıxarış”lar və “bağışlanma müqaviləsi”ndə əks olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, o, x xxxxxx 2018-ci il tarixdə artıq həmin inzibati akt barədə məlumatlı olmuşdur. Çünki, hazırkı İddiaçı da imzalayan tərəf kimi çıxış etdiyi x xxxxxx 2018-ci il tarixli “bağışlanma müqaviləsi”nin müddəalarında müvafiq torpaq sahəsinin və onun üzərindəki tikilinin X1 mülkiyyətində olması dəqiq göstərilmişdir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə 2020-ci ilin sentyabr ayında müraciət olduğunu (poçt zərfinin qeydinə görə x xxxxxxxx 2020-ci il tarixdə poçt xidmətinə təqdim olunmuş, xx xxxxxxxx 2020-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı “iddia müddəti”ni buraxmaqla qaldırmışdır. İddia müddəti 1 ildən artıq müddət buraxıldığından və İPM-in 24.4-cü maddəsində göstərilən hallarla (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla) bağlı iddiaçının hər hansı dəlil olmadığından, “buraxılmış prosessual müddətin bərpası” ilə bağlı iddiaçıya İPM-in 13-cü maddəsi üzrə tövsiyə verilməsi məqsədəuyğun deyil. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hazırkı iddianı mümkünsüz sayır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1686/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1686/2021
04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver