Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1687/2020 21.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X24 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğvi, nəticələrin etibarsız hesab edimkəsi, işə bərba edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2019-cu il tarixli, **********1 nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv olunması, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, işə bərpa edilməsi və xx.xx.2019-cu il tarixdən qətnamə çıxarılan günə kimi məcburi olaraq işlədiyi müddət ərzində əmək haqqının tam məbləğdə ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 27 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial Sığorta sektorunda məsləhətçi vəzifəsinə işə qəbul edilmişdir. İşlədiyi müddət ərzində heç bir cəza almamış, əmək funksiyasını və əmək müqaviləsindən irəli gələn bütün öhdəliklərini həmişə yerinə yetirmişdir. Həmişə nümunəvi işçi olmuş, ailədə təkcə o, işləmişdir. Həmçinin İİ qrup əlildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********1 saylı, 30 sentyabr 2019cu il tarixli əmri ilə 27 iyul 2016-cı il tarixdə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********1 saylı, 30 sentyabr 2019-cu il tarixli əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansısa maddəsinə istinad etməmiş, aralarnda bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Sadəcə bildirmişdir ki, guya o, etik davranış qaydalarını pozmuşdur. Hesab edir ki, işdən azad edilməsi barədə əmr qanunsuz və əsassız hesab edilməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hazırda cavabdehin xx.xx.2019-cu il tarixli, **********1 nömrəli əmrinin qanunsuz hesab edilməklə ləğv olunması, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, onun işə bərpa edilməsi və xx.xx.2019-cu il tarixdən qətnamə çıxarlan günə kimi məcburi olaraq işlədiyi müddət ərzində əmək haqqının tam məbləğdə ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza görə, iddiaçı idida ərizəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 sentyabr 2019-cu il tarixli, **********1 nömrəli əmrinin ləğv edilməsini və işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçı 30 sentyabr 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən, vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin xx.xx.2019-cu il tarixli, **********0 nömrəli xidməti məruzəsinə əsasən işdən azad edilmişdir. Məruzədə göstərilir ki, “Nazirliyin Aparatının Əlillik şöbəsinin sorğusu əsasında Exidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən 2018-ci ildən etibarən Nazirliyin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş bir sıra əməkdaşlarının “Əlillik altsistemi”ndəki müayinələrinin nəticələrinin etibarsız hesab olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi, əlillik dərəcələri əsassız hesab edilmiş şəxslərə artıq ödənilmiş vəsaitin hesablanaraq təqsirkar şəxslər tərəfindən bərpa edilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, görülmüş tədbirlərlə əlillik dərəcələri əsassız hesab edilmiş 30 əməkdaşın “əlillik altsistemi”ndəki müayinələri etibarsızlaşdırılmış, əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş əməkdaşlardan 8-nin əmək müqaviləsinə xitam verilməklə 28-i barədə intizam tənbeh tədbirləri görülmüş, əlilik dərəcələrinin əsassız hesab edilməsi barədə qərar qəbul edilmiş əməkdaşlara artıq ödənilmiş cəmi 126101.68 manat vəsaitin nağd şəkildə bərpası təmin olunmuşdur. Qeyd olunanları nəzərə alaraq təklif edilmişdir ki, əlillik dərəcəsi əsassız hesab edilmiş Nazirlik yanında Dövlət Sosial Müdaifə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi İddiaçı artıq ödənilmiş vəsaitin bərpası ilə bağlı müəyyən edilmiş möhlət müddəti bitdikdən sonra verilmiş tapşırıqların icra vəziyyətinə uyğun olaraq barələrində intizam tənbeh tədbirlərinin görülməsi məqsədi ilə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə müvafiq tapşırıqlar verilmişdir. Yuxarıda yazılanlardan göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 5.3.2-ci bəndinə əsasən (vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işə götürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə) əlilliyin təkrar qiymətləndirilməsi üçün dəvət olunmuş, lakin, o, müayinə üçün getməkdən imtina etmişdir. İddiaçı vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdiyi üçün işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fikrini və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçmək dövlət qulluqçularının əsas vəzifələrinə aiddir. Həmçinin Qanunun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək də dövlət qulluqçularının əsas vəzifələrindəndir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinə əsasən inzibati vəzifə tutulan dövlət qulluqçuları korrupsiyanın suyektləri hesab olunurlar. Həmin Qanunun 9.3.5-ci maddəsinə əsasən statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək vəzifəli şəxslər üçün korrupsiyaya şərait yaradan hüquqpozma hesab edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X6 Komitəsinin rəyi alınmışdır (əlavə olunur). Yuxarıda qeyd edilənlərə əsasən xahiş edirlər ki, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilsin. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və audit şöbəsinin müdiri tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış **********0 nömrəli, xx.xx.2019-cu il tarixli yazılı məruzədən görünür ki, məruzə edilərək bildirimişdir ki, Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin sorğusu əsasında E-xidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən 2018-ci ildən etibarən Nazirlyiin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş bir sıra əməkdaşlarının “Əlillik altsistemi”ndəki müayinələrinin nəticələrinin etibarsız hesab olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi, qanunvericiliyin tələblərinin pozulmasına yol vermiş əməkdaşlar barəsində müvafiq intizam tənbeh tədbirlərinin görülməsi, əlilik dərəcələri əsasız hesab edilmiş şəxslərə artıq ödənilmiş vəsaitin hesablanaraq təqsirkar şəxslər tərəfindən bərpa edilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, görülmüş tədbirlərlə əlillik dərəcələri əsassız hesab edilmiş 30 əməkdaşın “Əlillik altsistemi”ndəki müayinələri etibarsızlaşdırılmış, əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş əməkdaşlardan 8-nin əmək müqaviləsinə xitam verilməklə 28-i barədə intizam tənbeh tədbirləri görülmüş, əlillik dərəcələrinin əsassız hesab edilməsi barədə qərar qəbul edilmiş əməkdaşlara artıq ödənilmiş cəmi 126101.68 manat vəsaitin nağd şəkildə bərpası təmin olunmuşdur. Qeyd olunanları nəzərə alaraq aşağıdakılar təklif edilmişdir: 1.Əlillik dərəcələri əsassız hesab edilmiş Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon Şöbəsinin Sosiasl sığorta sektorunun məsləhətçisi X11, həmin şöbənin Sosial yardım və müavinət sektorunun baş məsləhətçisi X7, Goranboy rayon şöbəsinin Mühasibat uçotu sektorunun müdiri X3, Gəncə şəhər Kəpəz rayon şöbəsinin Sosial sığorta sektorunun aparıcı məsləhətçisi X4, Xızı rayon şöbəsinin Pensiya, sosial yardım və müavinət sektorunun baş məsləhətçisi X12, Samux rayon Şöbəsinin Sosial sığorta sektorunun aparıcı məsləhətçisi X5 və Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi İddiaçı artıq ödənilmiş vəsaitin bərpası ilə bağlı müəyyən edilmiş möhlət müddəti bitdikdən sonra verilmiş tapşırıqların icra vəziyyətinə uyğun olaraq barələrində intizam tənbeh tədbirlərinin görülməsi məqsədi ilə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə və sözügedən əməkdaşlar üzrə artıq ödənilmiş vəsaitin müvafiq hesablara bərpa olunması istiqamətində qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna müvafiq tapşırıqlar verilsin. 2. Nazirliyin struktur bölmələrində işlədikləri dövrdə vəzifə səlahiyyətlərində irəli gələn imkanlardan suiistifadə etməklə şəxslərinə əsassız əlillik dərəcələrinin təyin edilməsinə nail omuş Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon Şöbəsinin Sosial sığorta sektorunun müdiri vəzifəsində işləmiş X1, Siyəzən rayon şöbəsinin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş X2 və Nazirlik yanında X14 Xidmətinin 3 saylı region üzrə X9 rəisi vəzifəsində işləmiş X8 dəfələrlə şifahi və yazılı şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq onlara əsassız əlilliyə görə təyin olunmuş əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası təmin olunmadığından sözügedən şəxslərin əlilliyə görə sənədlərinin saxtalaşdırılması ehtimalı olduğu müəyyən edildiyindən aşkarlanmış faktlara hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin. İşdə olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X6 Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdirinə ünvanlanmış 14 nömrəli, 27 sentyabr 2019-cu il tarixli “X6 Təşkilatının razılığının təqdim edilməsi haqqında” məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial Sığorta sektorunda məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsi məsələsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X6 Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edildi. Təqdim edilən məruzəyə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında” **********1 nömrəli, 30 sentyabr 2019-cu il tarixli əmrinin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi rəhbər tutularaq əmr verilmişdir ki, öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində qulluq edən İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla 27 iyul 2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə 30 sentyabr 2019-cu il tarixdə xitam verilsin, İddiaçı ilə son haqq-hesabın aparılması təmin edilsin, Nazirliyin Aparatının Ümumi şöbəsi bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatıdırlmasını təmin etsin. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdiri H.İmanovun 27 sentyabr 2019-cu il tarixli, **********0 nömrəli yazılı məruzəsi əsas olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və işin hallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı barəsində verdiyi **********1 saylı, xx.xx.2019-cu il tarixli əmri qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli əmrə əsasən iddiaçı tutduğu vəzifədən azad olunan zaman onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə istinad edilməklə xitam verilmişdir. Həmin əmrə əsas kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdiri H.İmanovun 27 sentyabr 2019-cu il tarixli, **********0 nömrəli yazılı məruzəsi göstərilmişdir. Həmin məruzədən müəyyən edilmişdir ki, Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin sorğusu əsasında E-xidmətlər və innovasiyalar şöbəsi tərəfindən təqdim edilmiş siyahıya əsasən 2018-ci ildən etibarən Nazirlyiin strukturuna daxil olan və tabeliyində olan qurumların yerli bölmələrinin əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş bir sıra əməkdaşların “Əlillik altsistemi”ndəki müayinələrinin nəticələrinin etibarsız hesab olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi, qanunvericiliyin tələblərinin pozulmasına yol vermiş əməkdaşlar barəsində müvafiq intizam tənbeh tədbirlərinin görülməsi, əlilik dərəcələri əsasız hesab edilmiş şəxslərə artıq ödənilmiş vəsaitin hesablanaraq təqsirkar şəxslər tərəfindən bərpa edilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlərlə əlillik dərəcələri əsassız hesab edilmiş 30 əməkdaşın “Əlillik altsistemi”dəki müayinələri etibarsızlaşdırılmış, əlilliyə görə pensiya aldıqları müəyyən edilmiş əməkdaşlardan 8-nin əmək müqaviləsinə xitam verilməklə 28-i barədə intizam tənbeh tədbirləri görülmüş, əlillik dərəcələrinin əsassız hesab edilməsi barədə qərar qəbul edilmiş əməkdaşlara artıq ödənilmiş cəmi 126101.68 manat vəsaitin nağd şəkildə bərpası təmin olunmuşdur. Əlillik dərəcələri əsassız hesab edilmiş Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunun məsləhətçisi İddiaçı artıq ödənilmiş vəsaitin bərpası ilə bağlı müəyyən edilmiş möhlət müddəti bitdikdən sonra verilmiş tapşırıqların icra vəziyyətinə uyğun olaraq barəsində intizam tənbeh tədbirinin görülməsi məqsədi ilə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə və sözügedən əməkdaşlar üzrə artıq ödənilmiş vəsaitin müvafiq hesablara bərpa olunması istiqamətində qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna tapşırıqlar verilməsi təklif edilmişdir. Yuxarıda qeyd edilən məruzəyə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X6 Komitəsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etməmişdir. Göründüyü kimi, “Əlillik altsistemi”dəki müayinələrinin nəticələrinin etibarsız hesab olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi, qanunvericiliyin tələblərinin pozulmasına yol vermiş əməkdaşlar barəsində müvafiq intizam tənbeh tədbirlərinin görülməsi, əlillik dərəcələri əsasız hesab edilmiş şəxslərə artıq ödənilmiş vəsaitin hesablanaraq təqsirkar şəxslər tərəfindən bərpa edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi zamanı İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-Sosial Ekspert Komisssiyaları haqqında Əsasnamə”nin 5.3.2-ci bəndinə əsasən (vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəsissəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə) əlilliyin təkrar qiymətləndirilməsi üçün dəvət olunmuş, lakin o, müayinə üçün getməkdən imtina etmişdir. Bundan sonra onun əlilik dərəcəsi etibarsız hesab edilərək, artıq ödənilmiş vəsait onun tərəfindən geri qaytarılmışdır. Barəsində intizam tənbeh tədbirinin görülməsi məqsədi ilə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə yazılı məruzə göndərilmiş, həmin məruzəyə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X6 Komitəsi iddiaçı öhdəsinə düşən vəzifələri yerinə yetirməyərək etik davranış qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etməmişdir. Bundan sonra iddiaçı mübahisəli əmrə əsasən vəzifəsinin icrası zamanı dövlət qulluqçusu kimi etik davranış qaydalarını pozduğuna görə işdən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaş aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5.ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6.dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçmək dövlət qulluqçularının əsas vəzifələrinə aiddir. Həmçinin Qanunun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək də dövlət qulluqçularının əsas vəzifələrindəndir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsaəsn dövlət quluqçusunun qanunsuz olaraq maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Həmin Qanunun 33.1.6-ci maddəsinə əsasəndövlət qulluqçusu Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə, dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçisinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittiqafı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir ki, cavabdeh müvafiq əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə X6 Komitəsinin rəyini almışdır. Yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində mübahisəli əmr qəbul edilərkən qanunvericiliyin normalarına riayət edilmiş, hər hansı bir maddi hüquq normalarının düzgün tətbiq edilməməsi halı müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. HakimAygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1687/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1687/2020
21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver