Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1689/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs X19 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X44, X45 və digərləri) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəfərov küçəsi, ev 1 ünvanında yerləşən mənzildən X44 , X45, X20, X46, X47, X21, X12, X56, X27, X57, X48, X65, X101, X28, X49, X50, X70, X102, X29, X30, X13, X22, X83, X51, X31, X58, X84, X52, X59, X60, X103, X14 və X23, X53, X15, X32, eyni zamanda yetkinlik yaşına çatmamış X33, X104, X85, X5, X1, X71, X61, X2, X72, X73, X87, X34 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh AR Daxili İşlər Nazirliyi Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəfərov küçəsi, ev 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Mənzilə dair ƏMDX yanında DƏDRX tərəfindən elektron çıxarış verilmişdir. Bildirilmişdir ki, ona məxsus olan mənzilə tanımadığı şəxslər qeydiyyata düşmüşlər ki, onların iddiaçıya məxsus olan evə qeydiyyata düşmələri ilə bağlı razılığı olmamışdır. Həmin şəxslər ümumiyyətlə iddiaçıya məxsus olan evdə yaşamamışlar. Belə demək mümkündürsə üçüncü şəxslərin ona məxsus olan evə qeydiyyatı formaldır. Eyni zamanda üçüncü şəxslər iddiaçının ailə üzvləri deyil və onların iddiaçının mənzilinə olan pasport qeydiyyatı formaldır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdehnə müraciət edərək, üçüncü şəxslərin ona məxsus olan evdən pasport qeydiyyatından çıxarılmasının xahiş etmiş, lakin Cavabdeh xx.xx.2023-cü il tarixli imtina cavabı ilə qeyd olunana faktla əlaqədar olaraq məhkəməyə müraciət etməsinin məqsədə müvafiq olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12002/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X44, X45, X20, X46, X47, X21, X12, X56, X27, X57, X48, X65, X101, X28, X49, X50, X70, X102, X29, X35, X13, X22, X83, X51, X31, X58, X84, X54, X59, X14, X23, X62, X103, X53, X15, X74, X33, X104, X85, X5, X1, X71, X61, X3, X72, X73, X87, X75 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1689/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “X59, X23, X53, X15, X74, X14, X45, X102, X51, X87, X28, X57, X30, X75, X55, X76, X50, X31, X58, X83, X49, X6, X29, X70, X44, X36, X20, X46, X47, X21, X105, X37, X56, X38, X48, X65, X85, X61, X3, X72, X39 qeydiyyatdan çıxarılmaları” şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1940-cı il təvəllüdlü X59, xx.xx.1947-ci il təvəllüdlü X23, xx.xx.1972-ci il təvəllüdlü X53, xx.xx.1976-cı il təvəllüdlü X15, xx.xx.1962-ci il təvəllüdlü X74, xx.xx.1978ci il təvəllüdlü X14, xx.xx.1977-ci il təvəllüdlü X22, xx.xx.1978-ci il təvəllüdlü X13, xx.xx.1998-ci il təvəllüdlü X62, xx.xx.1987-ci il təvəllüdlü X45, xx.xx.1965-ci il təvəllüdlü X102, xx.xx.1979-cu il təvəllüdlü X51, xx.xx.2009-cu il təvəllüdlü X87, xx.xx.1992-ci il təvəllüdlü X28, xx.xx.1998-ci il təvəllüdlü X57, xx.xx.1979-cu il təvəllüdlü X35, xx.xx.2007-ci il təvəllüdlü X75, xx.xx.1991-ci il təvəllüdlü X55, xx.xx.2011-ci il təvəllüdlü X1,xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2000-ci il təvəllüdlü X84, xx.xx.2000-ci il təvəllüdlü X101, xx.xx.2010-cu il təvəllüdlü X71, xx.xx.1966-cı il təvəllüdlü X50, xx.xx.2001-ci il təvəllüdlü X31, xx.xx.19566-cı il təvəllüdlü X58, xx.xx.2002-ci il təvəllüdlü X83, xx.xx.1992-ci il təvəllüdlü X49, xx.xx.1981-ci il təvəllüdlü X29, xx.xx.1966-cı il təvəllüdlü X70, xx.xx.2002-ci il təvəllüdlü X44, xx.xx.2006-cı il təvəllüdlü X36, xx.xx.1990cı il təvəllüdlü X20, xx.xx.1966-cı il təvəllüdlü X46, xx.xx.1975-ci il təvəllüdlü X47, xx.xx.1994-cü il təvəllüdlü X21, xx.xx.2005-ci il təvəllüdlü X104, xx.xx.1972-ci il təvəllüdlü X12, xx.xx.1991-ci il təvəllüdlü X56, xx.xx.1995-ci il təvəllüdlü X27, xx.xx.1984-cü il təvəllüdlü X48, xx.xx.2005-ci il təvəllüdlü X65, xx.xx.2014-cü il təvəllüdlü X85, ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X45, xx.xx.1940-cı il təvəllüdlü X59, xx.xx.1978-ci il təvəllüdlü X14, xx.xx.1977-ci il təvəllüdlü X22, xx.xx.1978-ci il təvəllüdlü X13, xx.xx.1965ci il təvəllüdlü X102, xx.xx.1979-cu il təvəllüdlü X51, xx.xx.2009-cu il təvəllüdlü X87, xx.xx.1992-ci il təvəllüdlü X28, xx.xx.1998-ci il təvəllüdlü X57, xx.xx.1979-cu il təvəllüdlü X35, xx.xx.1991-ci il təvəllüdlü X55, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2000-ci il təvəllüdlü X84, xx.xx.2000-ci il təvəllüdlü X101, xx.xx.2010-cu il təvəllüdlü X71, xx.xx.1966-cı il təvəllüdlü X50, xx.xx.2001-ci il təvəllüdlü X31, xx.xx.19566-cı il təvəllüdlü X58, xx.xx.2002-ci il təvəllüdlü X83, xx.xx.1992-ci il təvəllüdlü X49, xx.xx.1981-ci il təvəllüdlü X29, xx.xx.1966-cı il təvəllüdlü X70, xx.xx.2002-ci il təvəllüdlü X44, xx.xx.2006cı il təvəllüdlü X36, xx.xx.1990-cı il təvəllüdlü X20, xx.xx.1966-cı il təvəllüdlü X46, xx.xx.1975-ci il təvəllüdlü X47, xx.xx.1994-cü il təvəllüdlü X21, xx.xx.2005-ci il təvəllüdlü X104, xx.xx.1972-ci il təvəllüdlü X12, xx.xx.1991-ci il təvəllüdlü X56, xx.xx.1995-ci il təvəllüdlü X27, xx.xx.1984-cü il təvəllüdlü X48, xx.xx.2014-cü il təvəllüdlü X85, xx.xx.2005-ci il təvəllüdlü X65, xx.xx.2016-cı il təvəllüdlü X61, xx.xx.2014-cü il təvəllüdlü X72, xx.xx.2016-cı il təvəllüdlü X73, xx.xx.2014-cü il təvəllüdlü X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 25526/23 nömrəli məktubunda bildirilmişdir ki, X44 xx.xx.2016-cı il tarixdən, X45 xx.xx.2005-ci il tarixdən, X20 xx.xx.2007-ci il tarixdən, X46 xx.xx.2005-ci il tarixdən, X47 xx.xx.2010-cu il tarixdən, X21 xx.xx.2011-ci il tarixdən, X12 xx.xx.2004-cü il tarixdən, X56 xx.xx.2008-ci il tarixdən, X27 xx.xx.2012-ci il tarixdən, X57 xx.xx.2004-cü il tarixdən, X48 xx.xx.2006-cı il tarixdən, X101 xx.xx.2014-cü il tarixdən, X28 xx.xx.2014-cü il tarixdən, X49 xx.xx.2004-cü il tarixdən, X50 xx.xx.2005-ci il tarixdən, X70 xx.xx.2004-cü il tarixdən, X102 xx.xx.2006-cı il tarixdən, X29 xx.xx.2006-cı il tarixdən, X13 xx.xx.2005-ci il tarixdən, X22 xx.xx.2003-cü il tarixdən, X83 xx.xx.2013-cü il tarixdən, X51 xx.xx.2008-ci il tarixdən, X31 xx.xx.2015-ci il tarixdən, X58 xx.xx.2004-cü il tarixdən, X84 xx.xx.2014-cü il tarixdən, X55 xx.xx.2009-cu il tarixdən, X59 xx.xx.2005-ci il tarixdən, X14 xx.xx.2003-cü il tarixdən, X23 xx.xx.2006-cı il tarixdən, X62 xx.xx.2014-cü il tarixdən, X53 xx.xx.2006-cı il tarixdən, X15 xx.xx.2002-ci il tarixdən, X74 xx.xx.2005-ci il tarixdən, X36, xx.xx.2015-ci il tarixdən, X104 xx.xx.2014-cü il tarixdən, X5 xx.xx.2016-cı il tarixdən, X4 xx.xx.2016-cı il tarixdən, X71 xx.xx.2016-cı il tarixdən, X61 18.01,2017-ci il tarixdən, X3 xx.xx.2015-ci il tarixdən, X72 xx.xx.2016-cı il tarixdən, X73 xx.xx.2016-cı il tarixdən, X87 xx.xx.2015-ci il tarixdən, X75 xx.xx.2016-cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Vət. X8 qeydiyyatı barədə məlumat müəyyən olunmamışdır. Vət. X65 xx.xx.2022-ci il tarixdən, X85 xx.xx.2019-cu il tarixdən qeyd olunan ünvanda qeydiyyatdadırlar və qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin surətindən görünür ki: -X63 4 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində Bakı şəhər, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cəfərov küçəsi, ev 1-ə X26 yaşayış yeri üzrə qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********86 nömrəli məktubunda bildirilmişdir ki, sorğuda qeyd olunan şəxslərin ünvan 4 ünvanında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat- 2 qəsəbəsi, Cəfərov küçəsi, 1 saylı torpaq sahəsi ümumi birgə pay üzrə Fərman Əbdülrəhman oğlunun və X118 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli Şəhadətnamədən görünür ki, xx.xx.1972 tarixdə ölmüş X118 vərəsəsi qızı İddiaçıdır və o miras əmlakdan irs almalıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 191.2 kv.m. sahəsi olan fərdi yaşayış evi və 0.0255 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli, 5-18-10/2-5293/2023 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma nəticəsində Sizin sorğuda qeyd etdiyiniz kimi ünvan 6 ünvanında deyil, Zabrat qəsəbəsinin inzibati ərazisi daxilində bir-birindən ayrı, müxtəlif məkanlarda yerləşən ünvan 6 ünvanlı beş ədəd fərdi yaşayış evinin mövcudluğu müəyyən olunmuşdur. Həmin evlərdən ikisinin yerləşdiyi Sadiq Cəfərov küçəsinin bir hissəsi hal-hazırda Hüseyn Cavid küçəsi adlanır. Nümayəndəliyimizə fərdi yaşayış evlərindən birinə İddiaçı adma DƏDRX-nin ********** qeydiyyat nömrəli Çıxarışı təqdim olunmuşdur. Nümayəndəliyimizdə məlumat olmadığından həmin fərdi yaşayış evlərində qeydiyyatda olan və faktiki yaşayan şəxslər barədə məlumat vermək mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının X81 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-18-10/2-4526/2023 nömrəli məktubunda bildirilmişdir ki, SRİHBnin X81 ərazi dairəsi üzrə nümayəndəliyində ünvan 7 ünvanda yaşayanlar barədə dəqiq məlumat olmadığından sorğunu cavablandırmaq mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının X81 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-18-10/2-1150/2024 nömrəli məktubunda bildirilmişdir ki, əvvəl Nümayəndəliyimizə ünvanladığınız xx.xx.2023-cü il tarixli məktubunuza tərəfimizdən göndərilən xx.xx.2023-cü il tarixli cavab məktubunda X81 ərazisi daxilində qeyd olunan ünvanlı beş ədəd fərdi yaşayış evinin mövcudluğunun müəyyən olunduğu bildirilmişdir. ünvan 6 ünvanında qeydiyyatda olan (Asan 4-ün ******* №li arayışına əsasən). X22, X16, X62, X84, X101, X24, X5, X7 faktiki olaraq həmin ünvanda yaşayırlar (39 sayh Notariat ofisinin **********460 saylı Ərizəsinə əsasən). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 8ünvanında yerləşən 118.70 kv.m. sahəsi olan fərdi yaşayış evi “A” tikilsindən 31.3 kv.m.-dən 1/9 hissə və “A” tikilisindən 40.1 kv.m.-dən 1/3 hissə X9 adına xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə, “A” tikilsindən 31.3 kv.m.-dən 1/9 hissə və “A” tikilisindən 40.1 kv.m.-dən 1/3 hissə X17 adına, “A” tikilsindən 31.3 kv.m.-dən 1/9 hissə və “A” tikilisindən 40.1 kv.m.-dən 1/3 hissə X10 adına qeydiyyata alınmışdır. -Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş əmlak məlumatlarından görünür ki, X11 adına AZ1104, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadiq Cəfərov küçəsi, giriş 46-da əmlakın sahəsi 45.60 kv.m., torpağın sahəsi 0.0078 ha-dır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 49/2-F-21014 nömrəli məktubda bildirilmişdir ki, Ərizənin icrası ilə əlaqədar olaraq bildiririk ki, ərizənizdə qeyd etdiyiniz 45 (qırx beş) nəfər kənar şəxslərin Sizə məxsus olan yuxarıda göstərilən ünvandan pasport qeydiyyatından çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə (Nəsimi rayonu, N.Vəzirov müraciət etməyiniz məqsədə müvafiq hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişlər. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırki işdən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Belə ki, sözügedən ünvanda daşınmaz əmlak ilkin olaraq ümumi birgə mülkiyyət hüququ üzrə Fərman Əbdülrəhman oğlunun və X118 adına qeydiyyata alınmış, daha sonra mülkiyyət hüququ qanun üzrə vərəsəlik qaydasında iddiaçıya keçmişdir. Hazırkı halda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 5 ünvanı İddiaçı adına qeydiyyatda olmaqla həmin ünvanda yerləşən əmlak iddiaçının mülkiyyətindədir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslərdən X65 iddiaçının xx.xx.2022-ci il tarixli əraizəsi əsasında mübahisəli ünvana qeydiyyyata alınmışdır. Üçüncü şəxslər X45, X27, X28 ünvan 8ünvanında yerləşən daşınmaz əmlakın paylı mülkiyyətçiləri olsalar da adıçəkilən şəxslər və onların qohumları mülkiyyətlərində olan əmlakın ünvanı üzrə deyil, iddiaçının mülkiyyətində olan ünvan üzrə qeydiyyata alınmışlar. Eyni zamanda X40 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sadiq Cəfərov küçəsi, giriş 46-da yerləşən əmlakın mülkiyyətçisi olsa da sonuncu və onun qohumları olan üçüncü şəxslər iddiaçının mülkiyyətində olan ünvan üzrə qeydiyyatdadırlar. İşin hallarından müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər iddiaçının ailə üzvü deyillər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavabda da üçüncü şəxslərin iddiaçıya məxsus ünvan 5 ünvanına dair istifadə hüquqları qeydiyyata alınmamışdır. Eyni zamanda iş üzrə üçüncü şəxslərin iddiaçıya məxsus ünvanda faktiki yaşadıqları müəyyən olunmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən çıxış edərək hesab edir ki, üçüncü şəxslər iddiaçılar ilə faktiki olaraq birgə yaşamayan, ailə üzvü hesab edilməyən, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olduqlarından, eləcə də hüquqmüəyyənedici sənəd üzrə özlərinə aid ünvanda deyil, iddiaçıya məxsus ünvanda qeydiyyatda olduqlarından iddiaçı adları çəkilən üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin isə imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, üçüncü şəxslərin ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X59, X23, X53, X15, X74, X14, X45, X102, X51, X87, X28, X57, X30, X75, X55, X76, X50, X31, X58, X83, X49, X6, X29, X70, X44, X36, X20, X46, X47, X21, X105, X37, X56, X38, X48, X65, X85, X61, X3, X72, X39 ünvan 5 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1689/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1689/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver