Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-16891/2024 24.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçılar "xxxx" qapalı tipli səhmdar cəmiyyəti, “Cəbrayıl” məhdud məsuliyyətli cəmiyyəti, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti və Bakı şəhər “Ağ şəhər layihəsi”nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işin materiallarına məhkəmənin inzibati binasında (Bakı N.Vəzirov küç. 56) baxaraq müəyyən etdi: İddiaçılar "xxxx" qapalı tipli səhmdar cəmiyyəti, “Cəbrayıl” məhdud məsuliyyətli cəmiyyəti, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti və Bakı şəhər “Ağ şəhər layihəsi”nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nə aid sahəyə icazəsiz daxil olaraq, buna heç bir hüququ əsası olmadan dağıntı işləri aparmış və bu səbəbdən müəssisəyə aid tikilininin 26 kv.m (İyirmi altı kvadrat metr) hissəsini dağıtmış, bununla da onun əmlakına vurmuş olduğu maddi zərərə görə, hər 1 kv.m sahənin bazar qiymətlərinə müvafiq olmaqla zərərinin ödənilməsi, bununla yanaşı, burada 30 ildən çoxdur yaşayan ailələrin, vətəndaşların qışın bu vaxtında - dekabr ayında, köçürülməsi real hədələrinin yaratdığı psixoloji gərginlikdə saxladığına görə, mənəvi zərərin ödənilməsi üçün Xətai rayon İcra Hakimiyyətindən və bunda məsul olan Ağ Şəhər Layihəsi əməkdaşlarından müvafiq təzminat ödəmələri barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı "xxxx" qapalı tipli səhmdar cəmiyyətinin nümayəndəsi İddiaçı4 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə ərizənin geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və İPM-nin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı "xxxx" qapalı tipli səhmdar cəmiyyətinin nümayəndəsi İddiaçı4 ərizəsi təmin edilsin. İddiaçılar "xxxx" qapalı tipli səhmdar cəmiyyəti, “Cəbrayıl” məhdud məsuliyyətli cəmiyyəti, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti və Bakı şəhər “Ağ şəhər layihəsi”nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-16891/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-16891/2024
24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver