Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-169/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və minik avtomobilinə tibbi göstərişin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6034/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçıya minik avtomobilinə tibbi göstərişin təyin edilməsi öhdəliyi Cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3117/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6034/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 07 sentyabr 2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi və minik avtomobilinə tibbi göstərişin verilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Torpaqların işğaldan azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində (2-ci Qarabağ müharibəsində) şücayət göstərmiş və keçirilən hərbi əməliyyatlar nəticəsində yaralanmışdır. Həmin zaman partlayış yaralanması (xx.xx.2020), ağır yaralanaraq (qara ciyər odlu silah yaralanması ilə) əməliyyat olunmuşdur. İlkin tibbi yardım X6 göstərildikdən sonra, Yeni Klinikaya təxliyə olunmuş və xx.xx.2020-xx.xx.2020-ci il tarixədək kəskin qarın əməliyyatından sonrakı vəziyyət diaqnozu ilə stasionar müalicə olunmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək ATUTCK-da kəskin qarın Laparatomiya. Qarın boşluğunun təftişi sağ torax laterial divarından yad cismin çıxardılması diaqnozu ilə stasionar müalicədə olunmuşdur. xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə MN MHP-da şəhadətləndirilərək 15 gün müddətində məzuniyyətdə olmuşdur. N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. SQ BKH-ın noyrocərrahi torako-abdominal carrahı ilə konkultasiva olmuşdur. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Diaqnoz və xəsarətin (yaralmanın, travmanın, kontuziyanın), xəstəliyin, səbəb əlaqəsi haqqında HHK - nın qərarı: Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının, döş və qarın boşluğuna nüfuz edən sağ tərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laparotomiya, qarın boşluğunun təşvişi, drenajı, sağ tərəfli torakosentez, plevra boşluğunun bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin (güllə) çıxarılması cərrahi əməliyyatından sonraki bərkimiş dəri çapıqları (xx.xx.2020). Döş qəfəsinin Th 11 fəqərənin qabırğa birləşməsində yad cisim (güllə) yumşaq toxumada kiçik ölçüdə yad cisim (metal qəlpələr), Xarici tənəffüs funksiyasının restriktiv tip pozulması ilə hərbi travma almışdır. Bununla bağlı hərbi hospitalda bir sıra müayinələr olmuşdur. Göstərilən diaqnoza əsasən cavabdeh orqan tərəfindən ona 5 illik üçüncü dərəcə əlillik (xx.xx.2021-ci il tarixdən) müəyyən edilmişdir. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarına əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstərişin verilməsi barədə müraciətlər ünvanlamışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən onun müraciəti təmin edilməmiş və ona dair diaqnoz və onun ağırlaşmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi bildirilmişdir. Hesab edir ki, qərar qanunsuzdur. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasınıda baxılmış və Diaqnozun mətni: Odlu silah yaralanması (xx.xx.2020), Döş qəfəsinin sağ yarısının, döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemptoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış laparotomiya, sağ tərəfli torakosentez.; Tsekin əlavə diaqnozu: Odlu silah yaralanması (xx.xx.2020) Döş qəfəsinin sağ yarısının, döş və qarın boşluğun nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış laparotomiya, sağ tərəfli torakosentez.”; 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş” səbəbi ilə imtina verilmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2021-ci il tarixli müayinəyə dair məlumata əsasən iddiaçı “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, . Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laparotomiya, sağ tərəfi torakosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin xaric olunması (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə qiymətləndirilmiş, X1: “XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...”, Meyar : “İmtina edilir”; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi : “Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” kimi qeyd edilmişdir. İddiaçı barəsində ilkin (xx.xx.2021-ci il tarixli) müayinəyə dair xxxxxxx0004 saylı xx.xx.2021-ci il tarixli məlumata əsasən əlillik qrupu – üçüncü dərəcə əlillik; əlilliyin səbəbi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi; Tibbi Sosial Ekspert Komissiyasının diaqnozu: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laporatomiya, sağ tərəfli torakosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin xaric olunması (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı vəziyyət; Əlilliyin müəyyən olunması meyarı: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0.G83.2). ********** saylı xx.xx.2021-ci il tarixli əlillik haqqında arayışa əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuşdur və əlillik səbəbi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; əlilliyin təyin edilmə tarixi – xx.xx.2021-ci il; əlillik qrupu 2.3. Üçüncü dərəcə əlillik => 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0.G83.2); Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr,. Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor qüllə yaralanmasına görə aparılmış, laparotomiya, sağ tərəfli torakosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin xaric olunması (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı vəziyyət; əlilliyin müddəti – 5 il; növbəti müayinə tarixi – xx.xx.2026-cı il; səhiyyə müəssisəsi – Bakı 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanası. 11093 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli 1397 nömrəli göndərişi əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. xx.xx.2019-cu il tarixdən Silahlı Qüvvələrdədir. Hərbi rütbəsi – əsgər; hərbi uçot ixtisası minaatan tuşlayıcısı; hərbi hissə – N saylı. SHXÇDX-nin Bakı şəhəri, Nizami rayon idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə hərbi xidmətə çağırılmışdır (könüllü daxil olmuşdur). Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laparotomiya, qarın boşluğunun təşvişi, drenajı, sağ tərəfli torakosentez, plevra boşluğunun bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin (güllə) çıxarılması cərrahi əməliyyatından sonraki bərkimiş dəri çapıqları (xx.xx.2020). Döş qəfəsinin Th 11 fəqərənin qabırğa birləşməsində yad cisim (güllə) yumşaq toxumada kiçik ölçüdə yad cisim (metal qəlpələr), xarici tənəffüs funksiyasının restriktiv tip pozulması ilə. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. Yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 83b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İddiaçıya məxsus SX seriyalı ******* saylı xx.xx.2019-cu il tarixli hərbi biletdən görünür ki, o, SHXÇDX-nin Bakı-Nizami rayon (şəhər) çağırış komissiyası tərəfindən MD-1 h/x yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2019-cu il tarixdə hərbi hissəyə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə MNMHPHHK-nın xx.xx.2021-ci il tarixli 11093 saylı xahişi əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Bakı – Nizami Rİ idarəsinə (şöbəsinə, bölməsinə) göndərilmişdir (təyinat yerinə gedib xx.xx.2021-ci il tarixədək hərbi qeydiyyatda durmalıdır). xx.xx.2021-ci il tarixdə Nizami idarəsində hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanmış N saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 1397 nömrəli göndərişi ilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmiş, N nömrəli hərbi hissənin hərbi qulluqçusu əsgər İddiaçı xx.xx.2021-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən “Döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmatoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor qəlpə yaralanmasına görə (xx.xx.2020) aparılmış laparotomiya, qarın boşluğunun təftişi, drenajı, sağtərəfli torokosentez, plevra boşluğunun Plevra üsulu ilə drenajı (xx.xx.2020), yad cismin xaric olunması (xx.xx.2020) cərrahi əməliyyatlarından sonrakı bərkimiş dəri çapıqları, xarici tənəffüs funksiyasının restriktiv dərəcədə pozulması ilə. Döş qəfəsinin sağ yarısının yad cismi (metal qəlpələr)” ekspert diaqnozu ilə şəhadətləndirilmiş və “Xəstəliklər cədvəli”nin 83 “b” maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli qərarı ilə təsdiq edilmişdir “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə) əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası publik hüquqi şəxs xəstənin stasionar tibbi kartından 908 saylı çıxarışa (epikrizə) əsasən (daxilolma tarixi xx.xx.2022-ci il; evəyazılma tarixi xx.xx.2022-ci il) iddiaçıya “Döş-bel nahiyəsin keçirilmiş odlu silah yaralanmasından sonrakı vəziyyət Th11 fəqərəsinin cismi səviyyəsində yerləşən metal yad cisim (güllə). Skolioz İİ dərəcə XBT-10 kodu:V35.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Tibb Universitetinin X5 (qəbul tarixi xx.xx.2020-ci il; çıxış tarixi xx.xx.2020-ci il) epikrizindən görünür ki, İddiaçı “Kəskin qarın. Laparatomiya. Qarın boşluğunun təftişi. Sağ torax lateral divarından yad çismin çıxarılması” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********2 saylı xx.xx.2021-ci il tarixli qərarından (43-cü sıra) görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında ilkin müayinəyə dair məlumata əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laparotomiya, sağ tərəfi torakosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin xaric olunması (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə qiymətləndirilmiş, X1: “XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu...”, Meyar : 2.3 Üçüncü dərəcə əlillik => 2. 1.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0.G83.2), əmək zəmanəti – “yüngül oturaq işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. İcbari Tibbi Sığorta üzrə X7 Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası publik hüquqi şəxs xəstənin stasionar tibbi kartından 1647 saylı çıxarışa (epikrizə) əsasən (daxilolma tarixi xx.xx.2021-ci il; evəyazılma tarixi xx.xx.2021-ci il) İddiaçı “Döş-bel nahiyəsin keçirilmiş odlu silah yaralanmasından sonrakı vəziyyət Th11 fəqərəsinin cismi səviyyəsində yerləşən metal yad cisim (güllə). Skolioz İİ dərəcə XBT-10 kodu:V35.0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2022-ci il tarixli müayinəyə dair məlumata əsasən İddiaçı “Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laparotomiya, sağ tərəfi torakosentez” və əlavə “Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laparotomiya, sağ tərəfi torakosentez” diaqnozları ilə qiymətləndirilmişdir. 501 saylı qərara əsasən avtomobil vı motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı : İmtina edilir; əks göstəriş olan xəstəliklər : Əks göstəriş yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 07 sentyabr 2022-ci il tarixli **********9 nömrəli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 39 nəfər vətəndaşın minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi ilə bağlı əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 39. Bakı şəhər sakini xx.xx.2001-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair “Odlu silah yaralanması (xx.xx.2020), döş qəfəsinin sağ yarısının döş və qarın boşluğuna nüfuz edən sağtərəfli pnevmohemotoraksla, qaraciyərin zədələnməsi ilə müşayiət olunan kor güllə yaralanmasına görə aparılmış, laparotomiya, sağtərəfli torakosentez, plevra boşluğunun Bilau üsulu ilə drenajı (xx.xx.2020), yad cismin xaric olunması (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı vəziyyət" diaqnozlu göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Vətəndaşın minik avtomobili ilə bağlı müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq tənəffüs çatmamazlığı aşkar olunmamış, SpO2-98%, nəbzi-112', TS-19' olmuş, auskultasiyada tənəffüs ağciyər payları boyunca bərabər ötürülmüş, vezikulyar tənəffüs eşidilmişdir. İxtisaslaşmış instrumental müayinə nəticəsi təqdim olunmamışdır. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən Komissiya qərara alır: … 1.29. İddiaçı - Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “qərarın ləğv edilməsi və minik avtomobilinə tibbi göstərişin verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və onun barəsində imtina qərarı qəbul edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Öncə qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-3117/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında əsas hüquqi mövqe ondan ibarət olmuşdur ki, cavabdehin 07 sentyabr 2022-ci il tarixli qərarına əsasən iddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir. Lakin, iddiaçı tərəfindən cavabdehin həmin qərarı mübahisələndirilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəmə si tərəfindən iddia tələbinin dəqiqləşdirilməsində, yanlış iddia növünün münasibi ilə əvəz olunmasında iddiaçıya hüquqi yardım edilməmişdir. İddiaçı barəsində minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar cavabdeh tərəfindən qəbul edilmiş qərar qüvvədə olduğundan və həmin qərar mübahisələndirilmədiyi halda, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edə bilməz. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərin uyğun olaraq işin yeni baxışı zamanı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir (30.1.). Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (30.2.). Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (30.3.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli, 501 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na (bundan sonra – Qayda) əsasən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir (1.1.). Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (1.4.). Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X3 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir (2.1.). Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir (3.1.). Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir (3.2.). Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar (3.3.). Qeyd olunan hüquq normalarından göründüyü kimi minik avtomobili əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2-ci bəndində şəxsə əlillik təyininə əsas olan xüsusi səbəblər kimi aşağıdakılar göstərilmişdir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Eyni zamanda “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə cədvəlin 6.1-ci bəndinə əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir:1) ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2) ağciyər çatışmazlığı, İİ dərəcəli; 3) bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4) hemiplegiya, nəzərəçarpan hemiparez; 5) nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7) hər iki aşağı ətrafın fillik xəstəliyi; 8) hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü;9) aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10) hər iki bud-çanaq oynağının ankilozu; 11) onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları; 12) onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 13) bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 14) aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 15) hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 16) əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. Yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, şəxsə minik avtomobilinə tibbi göstərişin verilməsi üçün ona əlillik dərəcəsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2-ci bəndində nəzərdə tutulmuş xüsusi səbəblərdən təyin edilməli və onda “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə cədvəlin 6.1-ci bəndində nəzərdə tutulmuş diaqnozlar olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya əlillik dərəcəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilməsi işin mübahisəsiz halıdır. Yəni, iddiaçı minik avtomobilinə göstəriş almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi kateqoriya şəxslər sdairəsinəö düşür. Bu səbəbdən onda “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavə cədvəlin 6.1-ci bəndində nəzərdə tutulmuş diaqnozların mövcudluğu müəyyən edilməlidir. İşin məhkəmə baxışı zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinə göndərilmişdir. Lakin, iddiaçıya dəfələrlə məlumat verilməsinə baxmayaraq ekspertizanın keçirilməsində iştirak etməmişdir. İş materialları ekspert tərəfindən bir neçə dəfə məhkəməyə qaytarılsa da, iddiaçının ekspertizanın keçirilməsində iştirakının təmin edilməsi üçün təkrarən ekspertizaya göndərilmişdir. Lakin, iddiaçı ekspertizanın keçirilməsində iştirak etməmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının ekspertizanın keçirilməsində iştirak etməməmsi onun ziyanına şərh edilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və minik avtomobilinə tibbi göstərişin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-169/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-169/2025
08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver