Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1691/2021 08.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci ildən ARTA “İnkişaf” birgə müəssisəsi 2 saylı Gəncə filialında xx.xx.2000-ci il tarixədək fəhlə vəzifəsində işləməsinin nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının xx.xx.2020-ci il tarixdən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür, Leninneft neftqaz çıxarma idarəsinə işə girməmişdən əvvəl xx.xx.1971-ci ildən 1972-ci ilə qədər Texniki peşə məktəbini bitirmişdir. xx.xx.1972-ci ildə Leninneft neftqaz çıxarma idarəsində 3-cü dərəcəli çilingər olaraq, avadanlıqların komplekləştirmə sexinə işə qəbul olunmuş, xx.xx.1974-cü ildən ordu sıralarına çağırıldığı üçün işdən azad olunmuş və 1974-1976-cı illərdə orduda xidmət etmişdir. xx.xx.1976-cı ildə Qullar üzümçülük savxozunda tikinti briqadasında xarrat kimi işə qəbul olunmuş, xx.xx.1976-cı ildə öz razılığı ilə işdən azad olunmuşdur. xx.xx.1977-ci ildə Şulaver dəri məmulatları zavodunda 3-cü dərəcəli fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1980-ci ildə öz razılığı ilə işdən azad olunmuşdur. xx.xx.1980-ci ildə o zaman Gürcüstan Respublikası Şulaveri yun fabrikasında yunun birinci emalı fabrikasında 4-cü dərəcəli presçi kimi, xx.xx.1981-ci ildə həmin idarədə təmir usta sexində çilingər kimi işləmişdir. xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur. Sonradan əmək kitabçasında olan 11-ci qeydlə işdən azad olma haqqında olan qeyd ləğv edilmiş və işinə davam etmişdir. xx.xx.1990-cı ildə işlədiyi idarədə işçilərin sayının azaldılması ilə əlaqədar olaraq öz xahişi ilə işdən azad olunub. xx.xx.1991-ci ildə Tikinti təmir idarəsində 3-cü dərəcəli fəhlə kimi işə qəbul olunub. xx.xx.1993-cü ildə öz xahişi ilə işdən azad olunub. xx.xx.1994-cü ildə Təmir tikinti trestində 2-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. xx.xx.1995-ci öz xahişi ilə işdən azad olunub. xx.xx.1995-ci ildən Azərbaycan, Rusiya, Türkiyə, Avstraliya ARTA) “İnkişaf” BM iki saylı Gəncə filialında fəhlə kimi işə qəbul olunub. xx.xx.2000-ci ildə öz xahişi ilə işdən azad olunub. Ümumi əmək stajı isə əmək kitabçasına əsasən 25 ildən çoxdur. Qeyd edilənlərə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, sonuncu ümumi iş stajının 25 ildən az təşkil etdiyini bildirərək, xx.xx.1995-ci ildən ARTA “İnkişaf” BM iki saylı filialda fəhlə kimi işə qəbul olduğu və xx.xx.2000-ci ilədək işləmiş olduğu adı çəkilən idarədə arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığını bəhanə gətirərək, həmin dövrlərin sosial sığorta stajının araşdırımasını aparmamaqla pensiya təyinini mümkün hesab etməmişlər. Göründüyü kimi mübahisənin məhkəmədən kənar həll edilməsi qeyrimümkün olmuşdur. Bundan əlavə yaşa görə əmək pensiyasının təyin edilməsi hər bir halda mümkündür. Çünki işləmiş olduğu 1995-ci ildən 2000-cil il tarixlərdə əmək stajı əmək kitabçasında qeyd olunmuşdur. Ona məxsus əmək kitabçasında onun həmin yerdə işlədiyini təsdiq edən səlahiyyətli şəxsin imzası və işləmiş olduğu müəssisənin möhürü öz əksini tapmışdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İddiaçının təqdim etdiyi əmək kitabçasında isə:
1. bir sıra qeydlərin (xüsusilə 4 nömrəli qeydin və 1993-cü ilə aid nömrəsiz qeydin) “İl, ay, gün" bölməsindəki tarixləri ilə müvafiq əmrlərin tarixləri üst-üstə düşmür;
2. 11-ci qeyddən sonrakı qeydlərin sıra ardıcıllığı pozulmuş, bir neçəsi isə nömrələnməmişdir;
3. cavabdehin imtina məktubunda qeyd etdiyi kimi, mövcudluğu barədə əsaslı şübhələr olan “Razvitiye/Razvitiya" Azərbaycan-Rusiya-Türkiyə-Avstraliya birgə müəssisənin 2 saylı filialı barədə olan 13 və 14-cü qeydlər digər qeydlərə münasibətdə xronoloji ardıcıllığı pozur, bundan başqa həmin iki qeydin “İl” qrafasına müvafiq tarixlərin gününü göstərən, “Gün” qrafasına isə müvafiq tarixlərin ilini göstərən rəqəmlər yazılmışdır. Göstərilən qeydlərin düzgün qaydada aparılmaması və ziddiyyətli olması onların sığorta stajını təsdiq edən sübut kimi mötəbərliyini də şübhə altına almaqla, əmək kitabçasının həqiqiliyinə əsaslı şübhə yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş materiallarında olan: - AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. iddiaçıya məxsus 368 nömrəli attestatın və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, İddiaçı xx xxxxxxxx 1971-ci il tarixdən iyul 1972-ci il tarixə kimi Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki peşə məktəbində təhsil almışdır. VP seriyalı 038659 saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx xxx 1974-cü ildən xx xxx 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus İT-İ seriyalı ******* №li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci ildə “Leninneft” Neft və Qaz çıxarma İdarəsinin avadanlıqların komplektləşmə sexinə 3-cü (üçüncü) dərəcəli çilingər kimi işə qəbul olunmuş (Əmr №, 722 xx.xx.1972-ci il), xx.xx.1974-cü ildə Sovet Ordusu sıralarına çağırılması səbəbiylə vəzifədən azad edilmişdir (Əmr № 325 xx.xx.1974), xx.xx.1976-cı ildə Güllər üzümçülük c/p tikinti briqadasına xarrat qəbul edilmişdir (Əmr №82 xx.xx.1976), xx.xx.1976-cı ildə öz ərizəsi ilə işdən azad edilmişdir (əmr №1, xx.xx.1977 il), xx.xx.1977-ci ildə Şulaver dəri məmulatları zavoduna 3cü dərəcəli fəhlə işinə qəbul edilmişdir ( KŞ № 59*2, xx.xx.1980), xx.xx.1980-cı ildə öz ərizəsi ilə işdən azad edilmişdir (KŞ 59 №1, xx.xx.1980), xx.xx.1980-cı ildə xx.xx.1980-cı ilə qədər ehtiyatda olan zabitlər kursunda oxumuşdur (əmr HK GSSR), xx.xx.1980-cı ildə X5 Nazirliyi, Şulaveri yunun birinci emalı fabrikinin yun yuma sexinə İV dərəcəli presçi kimi işə qəbul edilmişdir (Əmr №128 xx.xx.1980), xx.xx.1981-ci ildə Təmir usta sexinə Vİ dərəcəli çilingər keçirilmişdir (Əmr №124 xx.xx.1981), xx.xx.1981-ci ildə yun yuma sexinə çilingər keçirilmişdir (Əmr № 146, xx.xx.1981), xx.xx.1990-cı ildə işdən azad edilmişdir (Əmr № 115, xx.xx.1990), xx.xx.1991-ci ildə tikinti təmir İdarəsinə 3 dərəcəli fəhlə qəbul edilmişdir (Əmr № 20, xx.xx.1991), xx.xx.1993-cü ildə işdən azad edilmişdir (Əmr № 40 xx.xx.1993), xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Təmir Tikinti Trestində 2-ci dərəcəli fəhlə işləmişdir. xx.xx.1995-ci ildə APTA “Razvitiye” BM 2 saylı filiala 2-ci dərəcəli fəhlə işinə qəbul edilmişdir (Əmr № 05, xx.xx.1995), xx.xx.2000-ci ildə işdən azad edilmişdir (Əmr № 03, xx.xx.2000). Məhkəmənin müvafiq sorğusuna cavab olaraq; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli **********944600 №-li məktubda göstərilmişdir ki, elektron uçot məlumat bazasına əsasən aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, "xxxx"Azərbaycan-Rusiya-X1 2 Saylı Filiali 11/5791 nömrə ilə xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Filial xx.xx.2001-ci il tarixdən vergi uçotuna alınmışdır (VÖEN: **********). Filialın hüquqi ünvanı kimi AZ 2022, ünvan 2liyyəti halhazırda dayandırılmış vəziyyətdədir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 168(42)/3 №-li arxiv arayışında Azərbaycan Rusiya-Türkiyə-Avstraliya “Razvitiye” Birgə müəssisəsinin 2 saylı filialının xx.xx.2000-ci il tarixli 03 №-li əmrdən çıxarışda İddiaçı-2-ci dərəcəli fəhlə, xx.xx.2000-ci il tarixdən öz xahişi ilə işdən azad olunduğu qeyd olunmuşdur. Arayışda həmçinin qeyd edilmişdir ki, Dövlət arxivi Gəncə filialında mühafizə olunan “xxxx” Birgə Müəssisəsi arxiv fondunun 1994-2000-ci illər üzrə əmr kitabı, 1997-1998, 2000-ci illər üzrə əmək haqqı cədvəlləri yoxlanılmış, İddiaçı işə qəbul əmri aşkar olunmamışdır və adına əmək haqqı hesablanmamışdır. 1995-1996, 1999-cu illər üzrə əmək haqqı cədvəlləri Dövlər arxivinin Gəncə filialına təhvil verilməmişdir. - İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli **********4 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşa çatmış qadınların xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən sənədlərdən göründüyü kimi ümumi iş stajı 25 ildən az təşkil edir. xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək işləmiş olduğu “Razviliya” Azərbaycan-X1 faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının sığorta stajının xx.xx.1995-xx.xx.2000-ci il tarixədək illərə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi ( vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə isə iddiaçı xx.xx.1972-ci ildən xx.xx.1974-cü illərdə “Leninneft” Neft və Qaz çıxarma İdarəsinin avadanlıqların komplektləşmə sexinə 3cü (üçüncü) dərəcəli çilingər kimi işə qəbul olunmuş, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək Güllər üzümçülük c/p tikinti briqadasında xarrat işləmişdir. xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Şulaver dəri məmulatları zavoduna 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir xx.xx.1980-cı ildən xx.xx.1990-cı ilədək X5 Nazirliyi, Şulaveri yunun birinci emalı fabrikinin yun yuma sexinə müxtəlif vəzifələrfə işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək Tikinti Təmir İdarəsinə 3 dərəcəli fəhlə qəbul edilmişdir. xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Təmir Tikinti Trestində 2-ci dərəcəli fəhlə işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək (Filialın xx.xx.1995-ci il tarixdən dövlət qeydiyyatdan keçdiyini və arxiv arayışını nəzərə almaqla) APTA “Razvitiye” BM 2 saylı filiala 2-ci dərəcəli fəhlə işində işləmişdir. Beləliklə iddiaçının əmək kitabçasına görə iş stajı 23 (iyirmi üç) il 28 (iyirmi səkkiz) gün təşkil edir. Yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, iddiaçının hərbi xidmət (2 il 10 gün) və təhsil (10 ay) dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə qədər 25 (iyirmi beş) il 11 (on bir) ay 8 (səkkiz) gün iş stajı olmuşdur. Şəxsin xx xxxxxx 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı xx xxxxxx 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı xx.xx.1995-xx.xx.2000-ci illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında və arxiv arayışında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı-xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev