Məhkəmə qərarları › İş №2-1(112)-1693/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1693/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1693/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı “müsabiqədə 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) yerləri tutan məqalələrin iddiaçıya verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X1 X7 Fonduna (3-cü şəxs X6) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin və qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) yerləri tutan məqalələrin ona verilməsi vəzifəsinin X5 (əvvəlki adı X1 X7 Fondu) həvalə edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında X1 X7 Fondu Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş jurnalist müsabiqəsi elan etmişdir. İddiaçı həmin müsabiqədə iştirak edərək 3-cü istiqamət üzrə “Ən yaxşı müdafiə hücumdur” sərlövhəli məqaləni cavabdeh təşkilata təqdim etmişdir. 22 iyul 2020-ci il tarixdə müsabiqənin nəticələri açıqlanmışdır. 24 iyul 2020-ci il tarixli sorğu ilə cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X1 X7 Fonduna müraciət edərək 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin və qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının ünvan üzrə göndərilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X1 X7 Fondunun 11 avqust 2020-ci il tarixli 01/04-A8/039 saylı cavab məktubunda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən Fond tərəfindən təşkil edilmiş Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində iştirak edən redaksiyaların ştatlı və ya ştatdankənar müxbirlərinin öz yazıları və onlara verilmiş ekspert rəyləri ilə tanış olmaq hüququna malik olması bildirilib. Aşağıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X1 X7 Fondunun Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin və qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının təqdim edilməsindən imtinası qanunsuz hesab edilməli və Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin və qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X1 X7 Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməlidir. İşin faktiki hallarına əsasən cavabdeh təşkilatın təşkil etdiyi müsabiqədə 3-cü istiqamət üzrə fərdi jurnalist məqaləsi təqdim etməklə iştirak etmişdir. Müsabiqənin nəticələri açıqlandıqdan sonra cavabdeh təşkilata sorğu ilə müraciət edərək 3-cü istiqamət üzrə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülmüş məqalələrin, həmçinin qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının açıqlanmasını xahiş etmişdir. Cavabdeh təşkilat “qüvvədə olan qanunvericiliyə” istinad edərək sorğu ilə tələb edilən məlumatların verilməsindən imtina etmişdir. Cavbdeh təşkilatın sorğu ilə tələb edilən məlumatları təqdim etməkdən imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh təşkilat sorğu ilə tələb edilən məlumatların verilməsindən imtinasını müfafiq qanunvericiliyin maddəsinə istinad etməklə həyata keçirməyib. «İnformasiya əldə etmək haqqında» qanunun 21.3-cü maddəsinə əsasən informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməli, həmçinin burada sorğuçunun cavabdan məhkəməyə şikayət etmək hüququnun olduğu öz əksini tapmalıdır. Bundan başqa, cavabdehdən tələb edilən məlumatlar alınması məhdudlaşdırılan məlumatlar kateqoriyasına daxil deyil. «İnformasiya əldə etmək haqqında» qanunun 34.1-ci maddəsinə əsasən əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Fləmin qanunun 34.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Qanunvericiliyin tələbinə əsasən cavadeh təşkilat açıqlanması tələb edilən məqalələrin və ekspertlərin adlı siyahısını alınması məhdudlaşdırılan informasiyalar kateqoriyasına daxil etdiyi halda həmin məlumatların verilməsindən imtina edə bilərdi. Lakin, tələb edilən məqalələr və ekspertlərin adlı siyahısı alınması məhdudlaşdırılan informasiyalar kateqoriyasına daxil deyil. Belə ki, müsabiqə obyektivlik, şəffaflıq, bərabər imkanlar və maraqların toqquşmasının yolverilməzliyi prinsipləri əsasında keçirilməlidir. Belə olan halda cavabdeh təşkilatın qalib elan edilmiş məqalələri ictimaiyyətə açıqlamaqdan imtinası müsabiqə prinsiplərinə ziddir və müsabiqənin qeyri-obyektiv keçirilməsinə əsaslı şübhələr yaradır. “İnformasiya əldə etmək haqqında” qanunun 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. "İnformasiya əldə etmək haqqında" qanunun 49-cu maddəsinə əsasən sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə şikayət etmək hüququna malikdir....Beləliklə, yuxarıda sadalanan normativhüquqi aktların tələblərindən göründüyü kimi cavabdeh təşkilat sorğu ilə tələb edilən məlumatları təqdim etməli olsa da, bunu etməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı məhkəmədən Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X1 X7 Fondunun Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin və qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının təqdim edilməsindən imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin və qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının təqdim edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X1 X7 Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazı məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında X1 X7 Fonduna (3-cü şəxs X6) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin və qiymətləndirmədə iştirak edən ekspertlərin adlı siyahısının təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 24.06.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən ərizə ilə müraciət edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələrin ona verilməsi vəzifəsinin X5 (əvvəlki adı X1 X7 Fondu) həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadına əsasən ərizə icraata götürülmüşdür. Cavabdeh qeyd edir ki, iddiaçının tələbi tamamilə qanunsuz və əsassızdır. Bundan başqa maraqlı məqam ondan ibarətdir ki, iddiaçı məhkəmə iclasında verdiyi iddianın dəqiqləşdirilməsi barədə ərizəyə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan öhdəliyin icra edilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qanunvericiliyin tələblərinə nəzərə yetirdkdə görnür ki, cavabdehin Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) məqalələri iddiaçıya verməsi özlüyündə qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaran hərəkətdir. Bunun üçün aşağıda qeyd olunan normalara xüsusilə diqqət yetirmək lazımdır. Hesab edirlər ki, iddiaçının Fonda ünvanlanladığı müvafiq müraciət həmin qanunla bu informasiyanı iddiaçıya vermək öhdəliyi yaratmır. Bunu əsaslandırmaq üçün qüvvədə olan aşağıda qeyd olunan qanunvericilik normalarına istinad etmək kifayətdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 2-ci maddəsinə əsasən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar bu Qanunun müddəaları şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin Qanunun 6-cı maddəsinə əsasən ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektidir. Azərbaycan Respublikası Prezidenti yanında X1 X7 Fondu tərəfindən təşkil edilən fərdi jurnalist yazıları müsabiqəsinin qaydalarına nəzər yetirəndə görünür ki, müsabiqənin ümumi şərtlərinə əsasən jurnalistlər rəsmi elanda göstərilən mövzulardan hər hansı biri üzrə yazını (məqaləni) təqdim edirlər və müsabiqənin nəticəsi elan olunanadək həmin yazını (məqaləni) heç bir yerdə dərc etməmək, yayımlamamaq və paylaşmamaq barədə öhdəlik götürürlər. Həmçinin qaydalara əlavə 1-dən görünür ki, jurnalist müsabiqə şərtlərini qəbul edib, ərizə ilə Fonda müraciət edərkən şəxsi məlumatlarını və təqdim etdiyi yazının (məqalənin) əvvəllər heç bir yerdə dərc edilmədiyini, yayımlanmadığını və paylaşılmadığını təsdiq edir. Beləliklə aydın olur ki, keçirilmiş müsabiqədə jurnalistin - “müəllifin" təqdim etdiyi yazı (məqalə) müəlliflik hüququ əsasında ona məxsus olmaqla müəlliflik hüququnun obyektidir. Bu qanuna əsasən müəllifin - “əsərin açıqlanması”, “dərc edilmə” (istifadəyə buraxılma) və “əsəri və əlaqəli hüquqların obyektlərini yaymaq” huququ vardır. Müəllifin iradə ifadəsinin ziddinə hərəkət isə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən məsuliyyət yaradır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən istifadədən götürmək də daxil olmaqla, əsərini istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ) əsərin müəllifinin şəxsi (qeyri-əmlak) hüququdur.Həmin Qanunun 15-ci maddəsinə əsasən müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Təkrarən müsabiqə qaydalarına nəzər yetirdikdə görünür ki, həm Fond, həm də müsabiqə üzrə qaliblər bu yazıların (məqalələrin) açıqlanması, dərc edilməsi, yayılması, bu yazının (məqalənin) başqa şəxslərə verilməsi ilə bağlı hər hansı bir öhdəlik götürməmişdir. Çünki bu yazılar (məqalələr) müəllifin şəxsi (qeyri-əmlak) hüququdur, yazıdan istifadə ilə bağlı müəllifə hər hansı öhdəliyin və məhdudiyyətin qoyulması qeyri-mümkündür, həmçinin bu yazılardan (məqalələrdən) istifadə müəllifin müstəsna hüququdur. Daha dəqiq dedikdə, Agentlik yazı müəllifinin bu müstəsna hüququnu kobud şəkildə pozmaqla onun yazısını (məqaləsini) üçüncü şəxslərə təqdim edə bilməz. Məhkəmə tərəfindən belə bir öhdəliyin Agentlik üzərinə qoyulması məqalə müəllifinin iradəsinin ziddinə olan hərəkətin edilməsinə və nəticə etibarı ilə ən hassas hüquqlardan birinin kobudcasına pozulmasına səbəb olacaqdır. İddiaçı müsabiqədə qalib elan edilmiş şəxslərə məxsus yazıların ona verilməsini tələb edir. Ancaq “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələblərinə əsasən məhkəmə qətnaməsi ilə bu yazıların iddiaçıya verilməsi barədə öhdəlik cavabdehin üzərinə qoyula bilməz. Bundan başqa “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Həmin Qanunun 6-cı maddəsinə əsasən informasiyanın əldə olunmasının qanuniliyi və informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması kimi prinsiplər mövcuddur. Həmin Qanunun 21.1.1-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə informasiya sahibi sorğunun icrasından imtina edir...Hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan iddiaçının məlumat azadlığı və qaliblərin əqli mülkiyyət hüququnu və yaradıcılıq azadlığını nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və bu hüquq və azadlıqlar arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də hər hansı qanunun müddəaları tətbiq edilərkən bir hüququn (azadlığın) müdafiəsi digər hüququn (azadlığın) məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Beləliklə müəyyən olunur ki, iddiaçının tələbi tamamilə qanunsuzdur, bu tələbin heç bir qanuni əsası mövcud deyildir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının Preidenti yanında X1 X7 Fonduna ünvanlanan 24 iyul 2020-ci il tarixli, m/04 saylı məktuba əsasən Milli Mətbuatın 145 illiyi ilə bağlı jurnalist müsabiqəsi elan edilyi, iyulun 22-də müsabiqəyə yekun vurulduğu, qaliblərin adlarının açıqlandığı, müsabiqəyə 3-cü istiqamət üzrə yazı təqdim etdiyi, bu baxımdan həm də maraqlı şəxs kimi 3-cü istiqamət üzrə qalib elan olunmuş (1, 2 və 3-cü yerlər) yazıların surətinin və qiymətləndirmədə iştirak etmiş ekspertlərin ad, soyadları barədə ona məlumatın verilməsini xahiş etmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11 vqust 2020-ci il tarixli, 01/04-A8/039 saylı məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılaraq bildirilmişdir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən Fond tərəfindən təşkil edilmiş Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində iştirak edən redaksiyaların ştatlı və ya ştatdankənar müxbirləri öz yazıları və onlara verilmiş ekspert rəyləri ilə tanış olmaq hüququna malikdirlər. Lakin qeyd olunan fərdi jurnalist yazıları müsabiqəsində iştirak üçün “Müxalifət” qəzetinin heç bir ştatlı və ya ştatdankənar müxbiri müraciət etməmişdir. Hazırki mübahisə üzrə iddiaçı Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) yerləri tutan məqalələrin ona verilməsini cavabdehdən tələb etmiş, bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən Fond tərəfindən təşkil edilmiş Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində iştirak edən redaksiyaların ştatlı və ya ştatdankənar müxbirləri öz yazıları və onlara verilmiş ekspert rəyləri ilə tanış olmaq hüququna malik olduğu, qeyd olunan fərdi jurnalist yazıları müsabiqəsində iştirak üçün “Müxalifət” qəzetinin heç bir ştatlı və ya ştatdankənar müxbiri müraciət etmədiyi bildirilərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının etirazının təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçı onun müraciətinin məğzinin informasiya sorğusuna cavab verilməsi barədə olduğunu hesab etsə də, lakin iddiaçının müvafiq müraciətinin “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa zidd olduğu müəyyən edilir. Belə ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olan fiziki şəxsin, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi üzrə hüquqi şəxsin müəlliflik hüququna və ya əlaqəli hüquqlara malik olduğu elm, ədəbiyyat və incəsənət əsərləri, ifalar və fonoqramlar bu Qanunun müddəaları şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Həmin Qanunun 6-cı maddəsinə əsasən ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektidir. Azərbaycan Respublikası Prezidenti yanında X1 X7 Fondu tərəfindən təşkil edilən fərdi jurnalist yazıları müsabiqəsinin Qaydalarına əsasən müsabiqəyə təqdim olunan mətnin həcmi ***-**** söz aralığında olmalı, A4 kağızına uyğun formatda, səhifədə soldan – 25 mm, sağdan – 15 mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla tam düzləndirmə (Ctrl+J) nizamında “X10” şriftində, ölçüsü 12 və sətirarası intervalı 1 vahid olmaqla tərtib olunmalı, plagiata yol verilməməlidir (jurnalist digər kütləvi informasiya vasitəsinin və ya jurnalistin materialının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər), sənədlərini kağız daşıyıcıda Fonda təqdim etməklə Müsabiqəyə müraciət edən jurnalistin təqdim etdiyi yazı yuxarıda göstərilənlərlə yanaşı aşağıdakı tələblərə də cavab verməlidir: 1. Elanda göstərilən mövzulardan hansına aid olduğu (mövzunun sıra nömrəsi və adı) yazının sərlövhəsindən əvvəl qeyd edilməlidir. 2. Üç nüsxədə hazırlanmalı, birinci nüsxəsi müəllifin şəxsi məlumatları (soyadı, adı, atasının adı, təxəllüsü (əgər varsa), hazırda işlədiyi kütləvi informasiya vasitəsi), tarix və imza göstərilməklə, digər nüsxələri isə yalnız tarix göstərilməklə tərtib edilməlidir. 3. Heç bir yerdə dərc edilməməli, yayımlanmamalı və paylaşılmamalıdır. Həmçinin qaydalara əlavə 1-dən görünür ki, jurnalist müsabiqə şərtlərini qəbul edib, ərizə ilə Fonda müraciət edərkən şəxsi məlumatlarını və təqdim etdiyi yazının (məqalənin) əvvəllər heç bir yerdə dərc edilmədiyini, yayımlanmadığını və paylaşılmadığını təsdiq edir. Göründüyü kimi Qaydaların tələblərinə müvafiq olaraq, keçirilmiş müsabiqədə jurnalistin - “müəllifin" təqdim etdiyi yazı (məqalə) müəlliflik hüququ əsasında ona məxsus olmaqla müəlliflik hüququnun obyekti hesab edilir. müəllifin - “əsərin açıqlanması”, “dərc edilmə” (istifadəyə buraxılma) və “əsəri və əlaqəli hüquqların obyektlərini yaymaq” huququ vardır. Beləliklə müsabiqədə iştirak edən müəllifin hüquqları “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən qorunur. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 14.1ci maddəsinə əsasən Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ). Həmin Qanunun 15-ci maddəsinə əsasən müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. 2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir; əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kütləyə çatdırmaq üçün kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ)...3. Əsərin qanuni dərc edilmiş nüsxələri satılma yolu ilə mülki dövriyyə buraxılmışdırsa, sonradan həmin nüsxələrin müəllifin razılığı olmadan və müəllif qonorarı ödənilmədən (bu qanunun 16-cı maddəsində göstərilən hal istisna olmaqla) yayılmasına yol verilir. Bununla birlikdə, əsərin orijinalının və ya nüsxələrinin bu nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq kirayəyə verilməklə yayılması hüququ müəllifdə və müəlliflik hüququnun digər sahibində qalır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Göründüyü kimi Qaydaların tələblərinə müvafiq olaraq nə cavabdeh, nə də müsabiqə üzrə qaliblər məqalələrin açıqlanması, dərc edilməsi, yayılması, bu yazının (məqalənin) başqa şəxslərə verilməsi ilə bağlı hər hansı bir öhdəlik götürməmişdir. Qeyd olunan məqalələr müəllifin şəxsi (qeyri-əmlak) hüququ hesab olunmaqla, həmin məqalələrin istifadəsi də öz növbəsində müəllifin müstəsna hüququnun olduğunu təşkil edilir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya müəllifinin qeyd olunan müstəsna hüququnun olduğunu nəzərə almaqla onun yazısını (məqaləsini) üçüncü şəxslərə-iddiaçıya təqdim etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. O cümlədən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Həmin Qanunun 6-cı maddəsinə əsasən informasiyanın əldə olunmasının qanuniliyi və informasiyanın əldə edilməsinin bu Qanunun 2.4-1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə zidd olmaması kimi prinsiplər mövcuddur. Həmin Qanunun 21.1.1-ci maddəsinə əsasən sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə informasiya sahibi sorğunun icrasından imtina edir... Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsində 3-cü istiqamət üzrə qalib elan edilmiş (1-ci, 2-ci və 3-cü yerlər) yerləri tutan məqalələrin ona verilməsindən imtina edilməsi qanuni olduğundan, əksinə iddia tələbinin hər hansı əsasının mövcud olması müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar