Məhkəmə qərarları › İş №2-1(112)-1694/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1694/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1694/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X29 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı 3-cü şəxslər X8 və qeyriləri işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı 3-cü şəxslər X8, X6, X9, X1, X10, X11, X12, X7, X13 işə cəlb edilməklə X8, X6, X9, X1, X10, X11, X12, X7, X3 ona məxsus olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsininin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1694/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadları ilə iş üzrə cavabdeh Bakı şəhər Baş Polis İdarəsi əsl cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi ilə əvəz edilmiş, X16, X9, X11, X10, X14 3-cü şəxslər sırasından çıxarılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili alğı-satqı müqaviləsinə əsasən almışdır. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən həmin mülkə mülkiyyət hüququ qeydə alınaraq RX seriyalı, ******* nömrəli çıxarış almış və X16 həmin ünvanda qeydiyyatdadır. Həmin evdə tanımadığı, habelə əvvəlki ev sahibinin də, tanımadığı X8, X6, X9, X1, X10, X11, X12, X7, X3 qeydiyyatı qalmışdır. Həmin şəxslərin ona məxsus evə necə və hansı əsasla, nə zaman qeydiyyata düşməsi nə ona, nə də ki, əvvəlki ev sahibinə ümumiyyətlə məlum deyildir. 3-cü şəxslərin hansı ünvanda yaşamasından tamamilə məlumxxxxızdır və hesab edir ki, üçüncü şəxslərin ona məxsus xüsusi mülkiyyətdə olan evdə qeydiyyatda qalmaqda davam etməsi bir mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu məsələ ilə bağlı cavabdehə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh onun müraciətinə rəsmi qaydada cavab verərək, aidiyyəti üzrə məhkəməyə müraciət etməsini bildirmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən 3-cü şəxslər onların qeydiyyatda olduğu ünvanın ayrıca mənzil olduğunu, həmin mənzilə orderin olduğunu, qeydiyyatlarında hər hansı bir yanlışlığın olmadığını, bildirərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsi xahiş edilmiş, cavabdeh və 3-cü şəxslər isə məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil, xx.xx.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquqi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. İşdə olan Gəncə “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, ünvan 1 ünvanında xx.xx.1983-cü il təvəllüdlü X8, xx.xx.1984-cü il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X16, xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.1960-cı il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.1981-ci il təvəllüdlü X12, xx.xx.1956-cı il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X14 qeydiyyatdadırlar. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən 125 nömrəli, xx xxxxxx 2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş xx xxxx 2014-cü il tarixdə, 4Ə-89 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notariat işinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili X2 xx xxxx 2014-cü il tarixli, **********68414/1 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır. İşdə olan “xxxx” İstehsalat və Kommersiya Şirkəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışın surətindən görünür ki, X15 həqiqətən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 22 ünvanında yerləşən 25 nömrəli mənzilin mülkiyyətçisi olmuş və həmin mənzildə yaşamış, həmin mənzildə daimi qeydiyyatda heç kim olmamış, müvəqqəti qeydiyyatda isə Məmmədli Leyla və Məmmədli Mədinə olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, xx.xx.2020-ci il tarixli, 078-9262P-3220 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən vətəndaşların qeydiyyatdan çıxarılması onların səlahiyyətinə aid olmadığından, pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir. İşdə olan Qaradağ rayon X19 tərəfindən verilmiş 041024 nömrəli, xx xxxxxx 1994-cü il tarixli orderin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 3 otaqlı, 56.64 kv.m ölçüdə mənzilə dair X4 5 nəfər ailə üzvlü ilə birlikdə order verilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyət hüququ ilə ona məxsus mənzili xx.xx.2014-cü il tarixli, **********68414/1 nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X2 almışdır. Mənzil alınan zaman “xxxx” İstehsalat və Kommersiya Şirkəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışa əsasən mənzildə heç kimin daimi qeydiyyatda olmaması göstərilmişdir. Müvəqqəti qeydiyyatda isə Məmmədli Leyla və Məmmədli Mədinə olmuşdur. -İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi 3-cü şəxslər isə məhkəmə araşdırması zamanı məhkəməyə Qaradağ rayon X19 tərəfindən verilmiş 041024 nömrəli, xx xxxxxx 1994-cü il tarixli orderin surətini təqdim edərək, onlara həmin orderə əsasən ünvan 3 ünvanında yerləşən 3 otaqlı, 56.64 kv.m ölçüdə mənzil verilməsini, həmin mənzilin iddiaçıya məxsus mənzillə heç bir əlaqəsinin olmamasını və sözügedən ünvana qeyd edilən orderə əsasən yaşayış yeri üzrə qeydiyyata alındıqlarını bildirmişlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əssaən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. İşdəki sənədlərdən, eləcə də tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən olunur ki, üçüncü şəxslər ünvan 1 ünvanında qeydiyyatda olsalar da, faktiki olaraq iddiaçıya məxsus olmayan, ayrı mənzildə yaşayırlar. Yəni, hər birinin özünəməxsus mənzilləri var, lakin daşınmaz əmlakların ünvanları eynidir. Məhkəmə işin sadalanan hallarını nəzərə alıb hesab edir ki, iddiaçının mübahisəli ünvanda yerləşən mənzilə dair mülkiyyət sənədinin olması üçüncü şəxslərin həmin ünvandan çıxarılmasına əsas verməməlidir, əks hal üçüncü şəxslərin yaşadıqları yer üzrə qeydiyyata alınmalarını nəzərdə tutan qanuni hüquqlarının pozulması deməkdir. Eləcə də, 3-cü şəxslərin də eyni ünvan altında gedən başqa mənzilə gözlənilən mülkiyyət hüquqları mövcuddur. Həm də, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması onların sosial müdafiəsinin, pensiya təminatının, hərbi xidmətə çağırışın, məhkəmə qərarlarının icrasının, seçki hüququnun (passiv), dövlət hesabına pulsuz tibbi xidmətin (ərazi aidiyyatı üzrə poliklinikalarda qeydiyyata alınmalarına), təhsil hüquqlarının (ərazi aidiyyatı üzrə məktəblərdə) reallaşdırılmasına mane və çətinlik yaratmaqla, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin pozulmasına səbəb ola bilər. Bundan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən müvafıq icra hakimiyyəti orqanları tərəfındən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır. 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafıq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafıq icra hakimiyyəti orqanlarının məlumatынa əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktmın qeydə alınması haqqında müvafıq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafıq icra hakimiyyəti orqanının məlumatı əsasında. Göründüyü kimi iddiaçı tərəfindən nə inzibati icraat, nə də məhkəmə icraatı zamanı üçüncü şəxslərə münasibətdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma ilə bağlı qanunvericilikdə («Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində) nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu ilə bağlı sübut təqdim edilmədiyindən, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi sayıla bilməz. Məhkəmə eləcə də qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: -1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. -1.5-ci bəndinə görə ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra-Komitə) tərəfindən həyata keçirilir. -3.3-cü bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə görə ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. Qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, hazırki iş üzrə eyni ünvanla bağlı yaranmış mübahisənin həlli məqsədilə iddiaçının həmin ünvanda yerləşən əmlaka mülkiyyət hüququ ilə sahib şəxsin daşınmaz əmlak obyektinə ünvan verilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etmək hüququ saxlanılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 68, 69, 73 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar