Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1696/2021 01.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə barədə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilə aid dövrə görə 18.08.2020-ci il tarixli N **********004800 saylı qərarın cavabdeh tərəfindən ləğv edilməsi və onlara səhvən tətbiq edilmiş 62317,08 azn maliyyə sanksiyasını ləğv edərək hesablarından silinən məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən onların 2019cu ilə aid dövrə görə 18.08.2020-ci il tarixli N **********004800 saylı qərar tərtib edilərək malların statistik qiyməti ilə faktiki qiymətinin fərqini onlara sanksiya kimi tətbiq etmişlər. Hesablarından 62317,08 azn məbləğ silinmişdir. İddiaçı hüquqi şəxs olaraq vergi ödəyicisi kimi onlara 2019-cu illərə aid dövr üçün təqdim etdikləri hesabatın tam, dəqiq və qüsussuz olduğunu qeyd edərək, 2019-cu ilə aid dövrə görə 18.08.2020-ci il tarixli N **********004800 saylı qərarın cavabdeh tərəfindən ləğv edilməsi və onlara səhvən tətbiq edilmiş 62317,08 azn maliyyə sanksiyasını ləğv edərək hesablarından silinən məbləğin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 06.07.2020-ci il tarixdə vergi ödəyicisi tərəfindən 2019-cu il üçün hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə yük-gömrük məlumatlarına əsasən aparılmış araşdırma zamanı müvafiq dövrdə idxal edilmiş malların statistik dəyərinin 3559484,37 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 3188548,89 manat təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin 370935,48 manat məbləğində süni şəkildə artırılması və hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmişdir. Qeyd edilən ziddiyyətli halın aradan qaldırılması məqsədilə vergi ödəyicisinə ünvanlanmış uyğunsuzluq məktubuna əlavə edilmiş cədvəl formasında malların göndərilməsinin “İnkoterm” şərti də daxil olmaqla məlumatın təqdim edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikasının Metodologiyasının tətbiqi ilə əlaqədar olaraq statistik dəyərin hesablanılmasına dair Təlimat” haqqında 25 №li Əmrin tələblərinə əsasən malların göndərilməsinin kommersiya şərti malın dəyərinin müəyyən edilməsinə birbaşa təsir göstərən haldır. Əldə edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən 163033,09 mal alışı olmaqla, ümumilikdə 287379,06 manat məbləğində əməliyyatının həyata keçirildiyi aşkar edilmişdir. Bundan başqa idxal əməliyyatları üzrə nəzərə alınmalı elektron qaimə-faktura məlumatlarına və vergi ödəyicisi tərəfindən təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən 79936,15 manat məbləğində daşıma xərcləri müəyyən edilmişdir ki, həmin xərc məbləğləri müvafiq dövr üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə xərclər bölməsinin “rezident üzrə nəqliyyat xərcləri” sətrində əks etdirilmişdir. Digər tərəfdən vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar il ərzində daxil olma 3854139,81 manat, təqdim edilmiş, silinmiş və ləğv edilmiş sütunlarında cəmi ******* manat qeyd edilmişdir ki, nəticədə vergi ödəyicisi tərəfindən idxal malları üzrə mühasibat uçotunun statistik dəyərlə aparıldığı müəyyən olunmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə 18.06.2020-ci il tarixli **********239600 nömrəli “2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktub göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluqlarla bağlı 09.07.2020-ci il tarixli **********972600 nömrəli məktubla idxal əməliyyatları barədə müvafiq cədvəl məlumatları təqdim edilsə də, həmin cədvəl üzrə qeyd edilən daşıma xərclərində inkoterms şərtlərinə, eləcə də müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən təqdim edilməli ÖMV bəyannamələrinə, DTA3 ərizə formalarına əsasən nəzərə alınası məbləğ müəyyən edilməmişdir. Nəticədə, vergi ödəyicisi idxal malları üçün faktiki qiymətləri ilə statistik qiymətləri arasında yaranmış kənarlaşma ilə əlaqədar məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü, 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar sətiri üzrə xüsusi çəki tətbiq etməklə müəyyən edilən 311585,4 manat kənarlaşma məbləğinə uyğun olaraq 62317,08 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 18.08.2020-ci il tarixli **********004800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 76.1ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur. İnzibati iş üzrə şifahi məhkəmə baxış iclası 01.09.2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının direktoru X2 elektron ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddianın əsaslılığı : İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-ə ünvanlanmış 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə müraciətdən görünür ki, 15.05.2020-ci il tarixdə hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi Bakı şəhəri, Lokal Gəlirlər Baş idarəsində araşdırır. Aparılan araşdırma ilə əlaqədar müvafiq sənədlərin 5 iş günü müddətində vergi orqanına təqdim edilməsi zərurəti yaranmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-ə ünvanlanmış müraciətə baxılmasına dair 23 iyun 2020-ci il tarixli məktubdan görünür ki, yaranmış kənarlaşma barədə MMC tərəfindən cavab məktubu təqdim edilməsinə baxmayaraq, idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərqlə bağlı göndərilmiş cədvəl forması üzrə məlumatlar araşdırmaya təqdim edilməmiş, eyni zamanda, qeyd olunan kənarlaşma barədə daşıma ilə bağlı sənədlərin təqdim edilməsinə baxmayaraq, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsi üzrə beynəlxalq daşıma barədə ödəmə mənbəyində verginin tutulması üçün müvafiq bəyannamədə məlumatlar təqdim edilməmişdir. Həmçinin, mənfəət vergisi bəyannaməsində bank xidmətləri üzrə göstərilmiş xərclər barədə araşdırmaya təqdim edilmiş bank çıxarışları bəyannamədə göstərilmiş məbləği tam qarşılamamışdır. - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********004800 saylı qərarın surətindən görünür ki, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 62,317,08 manat müəyyən edilmişdir. Beləliklə, iş üzrə araşdırma zamanı müəyyən edildi ki, vergi ödəyicisi tərəfindən 15.05.2020-ci il tarixdə hesablama metodu ilə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, daha sonra 06.07.2020-ci il tarixdə vergi ödəyicisi tərəfindən 2019-cu il üçün hesablama metodu ilə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən araşdırma zamanı idxal əməliyyatı zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 370935,48 manat fərq yaranmış, vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə idxal malları üzrə mühasibat uçotu statistik dəyərlə aparılmışdır. Belə ki, vergi orqanı tərəfindən araşdırma zamanı təqdim edilmiş sənədlərə müvafiq olaraq idxal edilmiş malların satistik dəyəri 3559484,37 manat məbləğində müəyyən edilmiş, həmin mallar üzrə invoys dəyəri isə 3188548,89 manat təşkil etmiş, xərclər 370935,48 manat məbləğində süni şəkildə artırılmışdır. Bu hal isə vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş, vergi orqanı tərəfindən uyğunsuzluq məktubu göndərilmiş, müvafiq sənədlər tələb edilmiş, lakin vergi ödəyicisi idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərqlə bağlı məlumatları araşdırmaya təqdim etməmişdir. Həmçinin, 2019-cu il üzrə mənfəət vergi bəyannaməsində bank xidmətləri üzrə xərclərin ilkin təsdiqedici sənədləri təqdim edilməmişdir. Vergi orqanı tərəfindən VMnin 37, 67 və 83-cü maddələrinə müvafiq olaraq vergi ödəyicisinin vergi öhdəlikləri yenidən hesablanmışdır. Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən Muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında hesablayır. Həmin Məcəllənin 67.6-ci maddəsinə əsasən Verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. Həmin Məcəllənin 67.7-ci maddəsinə əsasən Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. Həmin Məcəllənin 67.8-ci maddəsinə əsasən Bu Məcəllənin 16.2-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti, əmlakının, torpağının və vergi tutulan əməliyyatının olmaması barədə vergi orqanına arayış təqdim etmiş vergi ödəyicilərinə əlaqəli məlumatlar əsasında vergilər hesablanmır. Həmin Məcəllənin 67.9-cu maddəsinə əsasən Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Həmin Məcəllənin 67.10-cu maddəsinə əsasən Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 67.11-ci maddəsinə əsasən Qarşılıqlı surətdə asılı olan şəxslər arasında hər hansı əməliyyat aparıldıqda, vergi orqanı müstəqil şəxslər arasındakı əməliyyatlar zamanı əldə edilə bilən vergi tutulan gəliri müəyyənləşdirmək üçün gəlirləri və ya xərcləri həmin şəxslər arasında bölə bilər. Həmin Məcəllənin 67.12-ci maddəsinə əsasən Şəxs fərdi istehlakına, o cümlədən əmlak alınmasına çəkilən xərclərin ödənilməsi üçün kifayət olmayan məbləğdə gəlir əldə etdiyini bildirirsə, vergi orqanı gəliri və vergiləri həmin şəxsin əvvəlki dövrlərdəki gəlirlərini, habelə kredit və borclarını nəzərə almaqla çəkdiyi xərclərə əsasən müəyyənləşdirir. Həmin Məcəllənin 67.13-cü maddəsinə əsasən Verginin məqsədləri üçün barter əməliyyatları malların (işlərin, xidmətlərin) bazar qiymətləri ilə satışı kimi qiymətləndirilir. Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 67.15-ci maddəsinə əsasən Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Həmin Məcəllənin 67.16-ci maddəsinə əsasən Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 83.3-ci maddəsinə əsasən Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.4-ci maddəsinə əsasən Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər. Həmin Məcəllənin 83.5-ci maddəsinə əsasən Bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsi müəyyən edildiyi halda, verginin ödənilməsinə dair öhdəliyin əks etdirildiyi bəyannamənin tərtib edilməsi bu cür verginin hesablanması və onun ödənilməsinə dair bildirişdir. Həmin Məcəllənin 83.6-ci maddəsinə əsasən Vergilər bu Məcəllənin 5.0.1-ci , 212.4-cü və ya 221.4.1-ci maddələrinə uyğun olaraq alındıqda və vergi ödəyicisi vergi bəyannaməsini vermədiyi, vergi orqanı isə vergi ödəyicisinin ödəməli olduğu verginin məbləğini bu Məcəllə ilə müəyyən edilmiş qaydada digər məlumata əsasən hesablamadığı halda, hesab olunur ki, vergi orqanı vergi ödəyicisinin illik vergi öhdəliyini vergi ödəyicisinin il ərzində vergitutma bazasından tutulmuş və ya ödənilmiş vergi məbləğində hesablamış və verginin hesablanması barədə vergi ödəyicisinə bildiriş vermişdir. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Həmin Məcəllənin 83.8-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllənin 83.7ci maddəsinə uyğun olaraq verginin hesablanması barəsində vergi orqanının qərarından aşağıdakıları əsas tutaraq məhkəməyə müraciət etmək hüququ vardır: 83.8.1. vergi məbləğinin ödənilməli olan miqdarından çox olduğunu; 83.8.2. verginin vaxtından əvvəl hesablanmasına əsas vermiş amilin və ya vəziyyətin olmadığını. Həmin Məcəllənin 83.9-ci maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Beləliklə, kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar sətiri üzrə xüsusi çəki tətbiq etməklə müəyyən edilən 311585,4 manat kənarlaşma məbləğinə uyğun olaraq 62317,08 manat məbləğində əlavə vergi məbləğinin hesablanması qanunvericilik normalarına uyğun olmuşdur ki, bu hal da vergi ödəyicisinin hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1696/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1696/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver