Məhkəmə qərarları › İş №2-1(112)-170/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-170/2020

19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-170/2020 19.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh, Bakı şəhər Cavabdehndən Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 52.365,0 manat kompensasiyanın və 1000 manat köçürməyə görə, ümumilikdə 53.365,0 (əlli üç min üç yüz altımış beş) manatın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X19 iddianı müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli Qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün iddiaçının mülkiyyətində olan və yaşadığı Bakı şəhəri, İ.Qutqaşenli küçəsi, 98 saylı ünvanda (kod 918) həmin söküntü zonasında yerləşdiyindən kompensasiya ödənilməklə sökülməli idi, lakin iddiaçıya məlumat verilmədən mülkiyətində olan mənzil sökülmüşdür. İddiaçı Bakı şəhəri, İ.Qutqaşenli kuçəsi, 98 ünvanında yerləşən (kod 918) “A” tikintisi üzrə paylı mülkiyyətçidir, iddiaçıya aid mülk iki otaqlı olmaqla ümumi sahəsi 34.91 kv.m-dən ibarət olmuşdur. 2018-ci ildə köçürmə komissiyası tərəfindən mülkə baxış keçirilmiş və o zaman iddiaçı mülkiyətində olan əmlakına dair sənədləri köçürmə komissiyasına təqdim etmişdir və o vaxtdan söküntü ilə əlaqədar evdə şərait yaşayış üçün yararsız hala düşdüyündən başqa mənzilə köçmək məcburiyyətində olmuşdur. Təxminən sentyabr ayında söküntüyə başlanmış və iddiaçının məlumatı olmamışdır, mülkiyyətində olan mənzil sökülmüş, içərisində olan əşyalar naməlum şəxslər tərəfindən dağıdılmış və sənədlər itmişdir. Sənədlərin bərpası ilə bağlı tələb olunan sənədləri əldə edərək iddiaçı ərizə ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin xx xxxxxx 2019cu il tarixli **********53 saylı məktubla mülk söküldüyünə görə iddiaçıya Qeydiyyat Şəhadətnaməsinin dublikatının əvəzinə çıxarışın verməsindən imtina edilmiş və belə hesab edilmişdir ki, iddiaçı söküntü ilə bağlı kompensasiya almışdır. İddiaçı kompensasiyanın ödənilməsi barədə xx.xx.2019-cu il tarixdə ərizə ilə Yasamal rayon İcra Hakimiyətinə müraciət etmiş və xx.xx.2019-cu il tarixli, K-21-152 saylı məktubla kompensasiya verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-ci maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.5-ci maddəsinə əsaəıı bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı, həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara da şamil edilir). “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 66.4.4-cü maddəsinə əsasən çətinliklərlə bağlı ödəniş 10 ildən artıq müddət üçün kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında müəyyənləşdirilir. “X8rşı işdə" İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi adətən mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və belə müdaxiləyə 1-ci maddə ilə haqq qazandırıla bilməz (121-ci bənd). İşin hallarından göründüyü kimi İnsan Hüquqlarının pozulması faktı artıq baş vermişdir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işğüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu səbəbdən iddia tələbi əsaslı olduğundan 52.365,0 (əlli iki min üç yüz altımış beş) manat müvafiq olaraq çətinliyə görə 10 faizi miqdarında və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 20 (iyirmi) faizi miqdarında pulun ödənilməsinə dair qərar çıxardılmalıdır. Göstərilənlərə əsəsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının sözügedən evə dair hüquqmüəyyənedici sənədi yoxdur və həmin evdə yaşamamışdır. Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Mübahisə predmeti olan əmlak başqa şəxslərin paylı mülkiyyətində və istifadəsində olduğundan həmin əmlaka dair söküntü ilə bağlı kompensasiya başqa şəxslərə ödənilmişdir. Belə ki, sözügedən əmlaka dair iddiaçının məhkəməyə təqdim etdiyi mülkiyyət hüququnu təsdiq edən sənəddən onun saxta olduğu məlum olur. Çünki qeyd olunan sənədin nömrəsi və səlahiyyətli şəxsin imzası olmadığından hüquqi qüvvəyə malik olmadığı aşkar olunur. Beləliklə, ünvan 3 ünvanında yerləşən əmlakın iddiaçıya hər hansı aidiyyəti olmadığından iddiaçıya bu sahəyə görə kompensasiya ödənilməsi tələbi əsassızdır və iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Cavabdeh “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu"nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının təsirinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, «Sovetski» adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş “xxxxxxxxxxx” MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Göstərilənlərə əsəsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi X4 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********53 saylı imtina bildirişində qeyd olunur: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə ilkin texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2019-ci il tarixli ərizənizə baxılmışdır.Aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar müəyyən olub ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi sökülmüşdür (söküntü zonasında yerləşir). Bu səbəbdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır.Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 98 saylı evin “A” tikilisinin qalan hissədən bir hissəsi X5, “A” tikilisinin bir hissəsi və “V” tikilisi "xxxxxxxxxxxxxxxxxx" MMC-nin, “B” tikilisi X15, “A” tikilisindən qalan hissədən bir hissəsi İddiaçı adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Həmin məktuba əlavə edilmiş - Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2280/2004 saylı Qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X11 ilə X13 arasında Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 98 saylı evə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, X16 və İddiaçı ilə X11 arasında həmin evin 2/3 hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, evin sahəsi 10 kv.m. sahəsinə X11, qalan hissəsinə isə X16 və İddiaçı adına müvafiq qeydiyyat vəsiqələrinin verilməsinin bir vəzifə kimi Bakı şəhəri, Tİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2280/2004 saylı Qərardadına əsasən iş üzrə əlavə qətnamə çıxarılması barədə iddiaçıların ərizəsi təmin edilmiş, iş üzrə əlavə qətnamə çıxarılmış, iddialar tam həcmdə təmin edilmiş, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 98 saylı evin bitişik köməkçi sahələri ilə birlikdə yaşayış 20,8 kv.m olan iki otaqlı hissəsinə dair X20 ilə və evə bitişik köməkçi sahələri ilə birlikdə qalan hissəsinə dair X17 ilə alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onların adına müvafiq qeydiyyat vəsiqələrinin verilməsinin bir vəzifə kimi Bakı şəhəri, Tİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. Həmin məktuba əlavə edilmiş - AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı- Satqı Müqaviləsindən görünür ki, X14 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikintisini “xxxxxxxxxxxxxxxxxx”MMC-yə satmışdır. AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, X1 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin “V” tikintisini “xxxxxxxxxxxxxxxxxx” MMC-yə satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin FM seriyalı xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikilisinin 2 y/ot 21.66 kv.m, ü/s 32.03 kv.m. İddiaçı və X5 adına, 1 otaq 9.7 kv.m X3 adına, “B” tikilisinin 2 y/ot 32.12 kv.m ü/s 59.4 kv.m X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 178 saylı reyestr kitabında 8298 səhifədə xx.xx.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən satıcı X12 (“xxxxxxxxxxxxxxxxxx” MMC) ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evlərindən dövlət proqramı çərçivəsində müvafiq olaraq 116280 manat və 79170 manat məbləğində kompensasiya almaqla Bakı şəhəri Cavabdeh xeyrinə imtina etmişdir. Göründüyü kimi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikilisinin 2 y/ot 21.66 kv.m, ü/s 32.03 kv.m. İddiaçı və X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ev sökülən zaman ləğv edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı və X9 məxsus olan daşınmaz əmlaka dair payları müəyyənləşdirilmədiyindən, bərabər sayılaraq İddiaçı 16.015 kv.m və X9 16.015 kv.m kimi müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ-İV hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır; 169.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər; 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır; 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər; 4.2-ci maddəsinə əsasən dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz; 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər; 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir; 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər; 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 saylı qərarı ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmiş, habelə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərininin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etməsi Bakı şəhəri Cavabdehnə tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 572 nömrəli “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” Qərarının 1-ci bəndində Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması qeyd edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, hazırkı iddianın predmeti olan ünvan 3 ünvanda yerləşən daşınmaz əmlak qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, xx xxxxxx 2018-ci il tarixli, həmçinin xx xxxxxx 2018-ci il tarixli 572 nömrəli qərarının təsiri altına düşür. Lakin həmin ev Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh tərəfindən sökülmüş və həmin əmlaka dair iddiaçıya hər hansı kompensasiya ödənilməmişdir. Məhkəmə hesab edir ki, dövlət ehtiyacları məqsədi ilə sökülmə nəticəsində vurulmuş zərərin əvəzi olaraq Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 98 saylı ev üzrə İddiaçı mülkiyyətində sahəsi 16.015 kv.m olan tikilinin sökülməsinə görə, xx xxxxxx 2007ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilmiş 20% əlavə və digər əlavələr hesablanmaqla (16.015 x 1500 = 24.022) 24.022,5 (iyirmi dörd min iyirmi iki manat beş qəpik) manat məbləğin Cavabdehndən alınaraq İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması hissəsində iddia təmin edilməli, iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədiyinə görə iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə 24.022,5 (iyirmi dörd min iyirmi iki manat beş qəpik) manat kompensasiyanın cavabdeh Bakı şəhəri Cavabdehndən alınaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar