Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-170/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti, Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" MMC “daşınmaz əmlakın dövlət reyestrinə dair ləğv edilmiş qeydin bərpa edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi” GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Dövlət Təhlükəsizlik Xidməti, Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" MMC) daşınmaz əmlakın dövlət reyestrinə dair ləğv edilmiş qeydin bərpa edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 12 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanda yerləşən ev-mülkə dair Cəfər Əsəd oğlunun adına Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər- Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12150, 19 mart 1948-ci il tarixdə Çıxarış verilmişdir. ünvan 1 ünvanda yerləşən evə dair mart 1965-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” tərtib edilmişdir. Yasamal rayonu, Novaya küçəsi, ev 16 ünvanında torpaq sahəsinə dair Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən xx.xx.2017-ci il tarixli 2V-47 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamə əsasında 0,0236 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyət hüququna dair xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir. Torpaq sahəsi xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1, sonuncunun adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2017-ci il tarixlki dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddiaçı "xxxx" MMC cavabdehlər Bakı şəhər 43 saylı notariat kontoru, İddiaçı və X7, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən Yasamal Rayon icra Hakimiyyətinə qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2018 saylı, xx.xx.2018-ci i! tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı adına olan xx.xx.2017-ci il tarixli 2V-47 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş ******* nömrəli xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-1112 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş ******* nömrəli xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli 2(103)- 4399/2018 saylı qətnaməsi ilə İddiaçı adına olan xx.xx.2017-ci il tarixli 2V-47 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş ******* nömrəli xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 4Ə-1112 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş ******* nömrəli xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və İddiaçı ilə X2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 67000 manat İddiaçı alınaraq X6 qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2018-ci il tarixli 2(103)- 4399/2018 saylı icra vərəqəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən icra edilmiş, iddiaçının və X2 adına olan çıxarışlar İdarə tərəfindən ləğv edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1474/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12150, 19 mart 1948-ci il tarixdə verilmiş Çıxarış əsasında Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkün qalan hissəsinin (daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, sanitar qovşağın) Cəfər Əsəd oğlunun vərəsəsi İddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1474/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və Bakı şəhəri. 43 saylı notariat ofisi tərəfindən İddiaçı Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifvə 12150, 19 mart 1948-ci il tarixdə verilmiş Çıxarışa əsasən - Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkün qalan hissəsinin - daş hasarın, metal (dəmir) darvaza və digər yardımçı tikililər olan hin, saray, hamam, sanitar qovşaqdan ibarət miras əmlaka dair 2V-224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə verilmişdir. Bakı şəhəri, 43 saylı notariat ofisi tərəfindən verilmiş 2V-224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı **********919-10302 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli bildirişdə göstərilmişdir ki, 2V-224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamədə qeyd olunan miras əmlakın (mülkün qalan hissəsinin daş hasar, metal (dəmir) darvaza və digər yardımçı tikililər, hin, saray, hamam, sanitar qovşağı) daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınması müvafiq qanunvericilikdə nəzərdə tutulmamışdır, bu səbəbdən qeyd olunan texniki səhv aradan qaldırılmış və Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsi, 16 saylı fərdi yaşayış evinə dair Dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. İddiaçı həmin qeydin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh qeydin ləğv edilməsi və bərpasında imtina əsası kimi bildirmişdir ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 2V-224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə qeyd olunan miras əmlakın (mülkün qalan hissəsinin - daş hasar, metal (dəmir) darvaza və digər yardımçı tikililər, hin, saray, hamam, sanitar qovşağı) daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınması müvafiq qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin iddia olunan fərdi yaşayış evi sökülmüşdür. Bu səbəblərdən qeyd olunan texniki səhv aradan qaldırılmış və Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsi, 16 saylı fərdi yaşayış evinə dair İddiaçı adına dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 43 saylı notariat ofisi tərəfindən verilmiş 2V- 224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə əsasında İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququmun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli, **********919-10302 reyestr nömrəli qeydiyyatın ləğv edilməsinin qanunsuz hesab edilərək həmin qeydiyyatın bərpa edilməsi vəzifəsinin və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin (torpaq sahəsinin) JN 1134 KOD 01100003 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı üzrə keçmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin) daimi istifadəsində olan 0,303 ha torpaq sahəsi ilə üst-üstə düşməyən qalan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 43 saylı notariat ofisi tərəfindən verilmiş 2V-224 reyestr nömrəli, xx.xx.2021 -ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqından şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatında və həmin qeydiyyat əsasında daşınmaz əmlakın dövlət reyestrindən ona verilmiş **********919-10302 reyestr nömrəli çıxarışda hər hansı texniki səhvə yol verilməmişdir. Həm «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsindən, həm də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələbinə əsasən, cavabdeh inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qüvvədə olan qanunvericiliyin tələbinə görə inzibati aktda yanlışlıqlar və habelə aşkar səhvlər inzibati aktın mahiyyəti ilə əlaqədar olmadıqda, qanunla müəyyən edilmiş qaydada düzlədilə bilər. İnzibati orqan tərəfindən qəbul edilən inzibati aktda yanlışlıqlar dedikdə isə, yazı xətaları, qrammatik və orfoqrafik səhvlər nəzərdə tutulur. Lakin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə göndərilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə» **********77 saylı xx.xx.2021-ci il tarixli Bildirişdən görünür ki, cavabdeh hüquqların dövlət qevydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəldilməsi adı altında Bakı şəhəri, 43 saylı notariat ofisi tərəfindən verilmiş 2V- 224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə əsasında onun fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatını və həmin qeydiyyatla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışı ləğv etmişdir. Digər tərəfdən cavabdeh tərəfindən ləğv edilmiş çıxarışda hər hansı texniki səhv olmamışdır. Belə ki, 2V-224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamədə verilən miras əmlakın - Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151, 19 mart 1948-ci il tarixdə verilmiş Çıxarışa əsasən - Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkün qalan hissəsi - daş hasar, metal (dəmir) darvaza və digər yardımçı tikililər olan hin, saray, hamam, sanitar qovşaqdan ibarət miras əmlak olduğu göstərilmişdir. Göstərilənlər əsasında hesab edir 2V-224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə əsasında onun ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanuni olmuş və bu qeydiyyat aparılarkən hər hansı texniki səhvə yol verilməmişdir. Yuxarıda istinad olunan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1474/2021 saylı xx.xx.2021 -ci il tarixli qətnaməsinin icrası qaydasında Bakı şəhəri, 43 saylı notariat ofisi tərəfindən sözügedən miras əmlaka dair mənə verilmiş 2M-224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamədən görünür ki. şəhadətnamədə qeyd olunan miras əmlak mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin əmlakın tərkib hissəsi olduğu fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi isə 236 kv.m-dir. İddia ərizəsinə qoşmada təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri Novaya 16 ünvanı üzrə babası Cəfər Əsəd oğlunun oğlu (vərəsəsi) Tağı Cəfər oğlunun adına tərtib edilmiş mart 1965-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» Pasportdan görünür ki, (səh: 1) ev sahibi (Tağı Cəfər oğlu) «Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12151 19 mart 1948-ci il tarixdə Çıxarış» üzrə sahənin və ev-mülkün həqiqi istifadəçisi saylılır. Həmçinin, həmin Pasportdan görünür ki, cəmi meydançanın sahəsi 236 kv.m-dir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri Novaya 16 ünvanı üzrə verilmiş mart 1965-ci il tarixli «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» Pasport həmin evin altında olan torpaq sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq bildirilmişdir ki, Yasamal rayonu, Novaya küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş 1965-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda Tağı Cəfər oğlunun adı da qeyd edimişdir, lakin daşınmaz əmlakın həmin hüquq sahibindən iddiaçıya keçməsinə dair hər hansı əlaqəli sənəd təqdim edilməmişdir. Bundan başqa Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2018 saylı, xx.xx.2018-ci i! tarixli qətnaməsinin təsviri hissəsindən görünür ki, xx.xx.2015-ci il tarixli 367 saylı Bakı şəhər İHB-nin Sərəncamına əsasən ünvan 7 ünvanda və ona bitişik torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Cavabdeh etiraza əlavə tədim etmişdir. Əlavə etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, şərti olaraq koordinatları verilmiş 300 kv.m torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət təşkilatının adına verilmiş JN-1134 saylı Dövlət aktında göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. Ərazidə söküntü işləri aparıldığı üçün mərz nöqtələri itmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən İddiaçı ********** nömrəli müraciəti zamanı göstərdiyi sahədə vaxtı ilə mövcud olmuş fərdi yaşayış evi digər şəxsin adına qeydiyyatdan keçmişdir. (**********-X8, **********1-10301 reyestr nömrəli fərdi yaşayış evi). Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaya qarşı verilmiş etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkə dair Cəfər Əsəd oğlunun adına Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12150, 19 mart 1948-ci il tarixdə Çıxarış verilmişdir. Həmçinin həmin evə dair mart 1965-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” tərtib edilmişdir. İddiaçı hüquqi əhəmiyyətli faktın təsdiqi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(010)-1474/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilərək Azərbaycan SSR Bakı şəhəri X4 İcraiyyə Komitəsinin Bakı Şəhər Planlaşdırma İdarəsi yanında Şəhər-Uçot Müxəlləfat bürosu tərəfindən Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən kitab № 209, səhifə 12150, 19 mart 1948-ci il tarixdə verilmiş Çıxarış əsasında Cəfər Əsəd oğlunun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Novaya 16 ünvanda yerləşən ev-mülkün qalan hissəsinin (daş hasarın, metal (dəmir) darvazanın və digər yardımçı tikililər olan hinin, sarayın, hamamın, sanitar qovşağın) Cəfər Əsəd oğlunun vərəsəsi İddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında Bakı şəhəri. 43 saylı notariat ofisi tərəfindən iddiaçının adına «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında iddiaçının həmin tikililərə dair mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək həmin fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, bu müraciətinə baxılan zamanı iddiaçının adına tikililərə dair aparılmış qeyd ləğv edilmişdir. Qeydin ləğv edilməsi əsası kimi ona istinad edilmişdir ki, Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 2V-224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədə qeyd olunan miras əmlakın (mülkün qalan hissəsinin - daş hasar, metal (dəmir) darvaza və digər yardımçı tikililər, hin, saray, hamam, sanitar qovşağı) daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınması müvafiq qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin iddia olunan fərdi yaşayış evi sökülmüşdür. Bu səbəblərdən qeyd olunan texniki səhv aradan qaldırılmış və Bakı şəhəri, Yasamal rayonu, Novaya küçəsi, 16 saylı fərdi yaşayış evinə dair İddiaçı adına dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmişdir. İddiaçı həmin qeydin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının hazırkı tələbi iki hissədən ibarətdir: 1) ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququmun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli, **********919-10302 reyestr nömrəli qeydiyyatın ləğv edilməsinin qanunsuz hesab edilərək həmin qeydiyyatın bərpa edilməsi; 2) ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin (torpaq sahəsinin) JN 1134 KOD 01100003 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı üzrə keçmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin) daimi istifadəsində olan 0,303 ha torpaq sahəsi ilə üst-üstə düşməyən qalan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi. Cavabdeh iddiaya etiraz edərək bildirir ki; 1) daşınmaz əmlakın dövlət reyestrində ayrıca qeydiyyata alınması müvafiq qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin iddia olunan fərdi yaşayış evi sökülmüşdür; 2) Yasamal rayonu, Novaya küçəsi, ev 16 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı tərtib edilmiş 1965-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda Tağı Cəfər oğlunun adı da qeyd edimişdir, lakin daşınmaz əmlakın həmin hüquq sahibindən iddiaçıya keçməsinə dair hər hansı əlaqəli sənəd təqdim edilməmişdir. 3) Yasamal Rayon Məhkəməsinin 2(004)-306/2018 saylı, xx.xx.2018-ci i! tarixli qətnaməsinin təsviri hissəsindən görünür ki, xx.xx.2015-ci il tarixli 367 saylı Bakı şəhər İHB-nin Sərəncamına əsasən ünvan 7 ünvanda və ona bitişik torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. 4) şərti olaraq koordinatları verilmiş 300 kv.m torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən dövlət təşkilatının adına verilmiş JN-1134 saylı Dövlət aktında göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. 5) elektron kadastr baza məlumatlarına əsasən iddiaçının ********** nömrəli müraciəti zamanı göstərdiyi sahədə vaxtı ilə mövcud olmuş fərdi yaşayış evi digər şəxsin adına qeydiyyatdan keçmişdir. (**********-X8, **********1-10301 reyestr nömrəli fərdi yaşayış evi). Məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi hallar əsassızdır və iddia tələbi təmin olunmalıdır. Məhkəmə ilk növbədə tələbin 1-ci hissəsinə, yəni ləğv edilmiş qeydin bərpa olunması ilə bağlı hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyət hüququna dair reyestrdə aparılmış qeydi ləğv edərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Göründüyü kimi həmin norma, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılması ilə bağlıdır ki, belə bir texniki məsələnin aradan qaldırılmasına qanuvericilikdə cavabdehin öz təşəbbüsü ilə həmin səhvi aradan qaldırmaq imkanı verilmişdir. Lakin hazırkı halda, cavabdehin hərəkəti hər hansı texniki səhvi aradan qaldırmaq deyil, iddiaçının adına dövlət reyestrində aparılmış mükiyyət hüququna dair qeydin ləğv edilməsi ilə bağlı olmuşdur ki, cavabdehin öz təşəbbüsü ilə qeydin ləğv edilməsinə dair belə bir səlahiyyəti olmamışdır. Məhkəmə qeyd edir ki, əgər hər hansı bir daşınmaz əmlakın qeydə alınması ilə bağlı qanun pozuntusu olmuşdursa, cavabdeh idarə iddiaçının da iştirakını təmin edərkən inzibati icraat aparmalı, həmin həkətlərin məzmunu barədə iddiaçını xəbərdar etməli idi. Lakin cavabdeh bu barədə iddiaıya məlumat verməməklə, həm inzibati icraat qaydalarının tələblərini pozmuş, həmçinin yuxarıda qeyd edilən Qanunun tələblərini pozaraq maddi hüquq normasının tədbiqində də səhvə yol vermişdir. Həmin Qanunun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4-cü maddəyə görə, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göründüyü kimi, qanunvericilikdə daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirməsinin məhkəmə qaydasında mümküıyü təsbit edilmişdir. Məhkəmə tələbin 1-ci hissəsi ilə bağlı cavabdehin digər dəlilinə, yəni tikilinin sökülməsinə münasibətdə qeyd edir ki, hər hansı bir tikilinin söklüməsi halında daşınmaz əmlak üzərində qeydin ləğvi prosedurunu da qanunvericilik tənzimləmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 18.1-ci maddəsinə görə, məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Mülki Məcəllənin 150-ci maddəsinə görə, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İşdən müəyyən edilir ki, cavabdeh orqan həmin normaların tələbinə əməl etməyərək inzibati icraatın başlanması barədə qərar qəbul etməmiş, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, iddiaçının fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı müraciətinə baxarkən öz təşəbbüsü ilə evə dair apardığı qeydi də ləğv etmişdir. Beləliklə, istinad edilən normativ aktların məcburi tələbləri təmin olunmamışdır. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin 1-ci hissəsi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə tələbin ikinci hissəsi ilə bağlı qeyd edir ki, bu hissədə tələbin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3 və 8.0.8-ci maddələri təşkil edir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. vərəsəlik hüququ haqqında şəhadətnamələr; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İddiaçı iddia etdiyi torpaq sahəsinə dair yuxarıda qeyd edilən sənədlərdən vərəsəlik hüququ haqqında şəhadətnamə və Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasport tədim edir. Hər iki sənəd hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə cavabdehin yuxarıda sadalanan 2-ci imtina dəlili ilə bağlı qeyd edir ki, iddiaçı Tağı Cəfər oğlunun onun əmisi olduğunu bildirmişdir. Bu hsl iş materiallarında olan mötəbər sübutlarla təsdiq edilir. Belə ki, Milli Arxiv İdarəsindən iddiaçıya ünvanlanan xx.xx.2014-cü il tarixli arxiv arayışından görünür ki, arxiv fondunda mühafizə edilən sənədlər əsasında 1937-ci ilə dair Bakı şəhəri Oktyabr rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında xx.xx.1937-ci ildə doğulan Müseyib Cəfər oğlunun təvəllüdü qeyd edilir: X12, anası Balaca-xanım. Eyni tarixli digər bir arxiv arayışında isə qeyd edilmişdir ki, 1927-ci ilə dair Oktyabr rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında xx.xx.1927-ci ildə doğulan Tağı Cəfər oğlunun təvəllüdü qeyd edilir: aX12, anası Balacaxanım Əmirxan qızı. Həmçinin hüquqi əhəmiyyətli faktın təsdiqi ilə bağlı Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Tağı Cəfər oğlunun iddiaçının əmisi olması və iddiaçının həmin şəxsin vərəsəsi olması faktı öz təsdiqini tapmışdır. Digər tərəfdən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, iddiaçının ərizəsi təmin xx.xx.1927-ci il təvəllüdlü Tağı Cəfər oğlunun mərhum xx.xx.1937-ci il təvəllüdlü Müseyib Cəfər oğlunun qardaşı, iddiaçının isə əmisi olması faktı təsdiq edilmişdir. Mülki Prosessul Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının Tağı Cəfər oğlunun vərəsəsi olması və miras əmlakın sonuncudan iddiaçıya keçməsinə dair sənədə təqdim etməməsi barədə dəlili əsassızdır. Məhkəmə cavabdehin 3-cü imtina dəlili ilə bağlı qeyd edir ki, məhkəməyə təqdim edilmiş Bakı şəhər İHB-nin xx.xx.2015-ci il tarixli 367 saylı Sərəncamından müəyyən edilir ki, Həmin Sərəncama əsasən ünvan 7 ünvanda və ona bitişik torpaq sahəsində icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Məhkəmə qeyd edir ki, bu hal, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu qeydə alınması üçün mane ola bilməz. Belə ki, Sərəncamdan göründüyü kimi, MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılmışdır. Belə olan halda, iddiaçı gözlənti mülkiyyətçi kimi, öz mülkiyyət hüququnun realizə edilməsini, torpaq sahəsində isə gələcəkdə, yaşayış binaları tikiləcəyi halda, mülkiyyət hüququnun ədalətli kompensasiya edilməsi hüququna malik olmalıdır. İş materiallarından müəyyən edilir ki, həmin ərazidə olan tikililər sökülmüşdür və hər hansı bir tikili yoxdur. Məhkəmə cavabdenin imtinasının 4-cü dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ortofoto görüntüsündən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi üçüncü şəxs kimi cəlb edilmiş Dövlət Təhlükəsizlik Xidmətinin (keçmiş Milli Təhlükəzilik Nazirliyi) ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı isə tələbində dəqiqləşmə verərək həmin üst-üstə düşən hissədə istisna olmaqla qalan hissədə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş və göstərilən imtina əsası aradan qalxmışdır. Məhkəmə cavabdehin 5-ci imtina dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş ortofoto görüntüsündən müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə, **********1-10301 reyestr nömrəli, ********** saylı çıxarışa əsasən X3 adına qeydə alınmış fərdi yaşayış evi ilə iddiaçının iddia etdiyi torpaq sahəsi ayrı-ayrı sahələrdir və yan-yana yerləşir. Ona görə də, qeyd edilən imtina əsasları iddiaçının tələbinin rədd edilməsi üçün əsas təşkil etmir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesb edir ki, iddia tələbi hər iki hissədə əsaslıdır və təmin edilməlidir NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, 43 saylı notariat ofisi tərəfindən verilmiş 2V-224 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə əsasında İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququmun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli, **********919-10302 reyestr nömrəli qeydiyyatın ləğv edilməsinin qanunsuz hesab edilərək həmin qeydiyyat bərpa edilməsi və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin (torpaq sahəsinin) JN 1134 KOD 01100003 saylı Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı üzrə keçmiş Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin) daimi istifadəsində olan 0,303 ha torpaq sahəsi ilə üstüstə düşməyən qalan hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-170/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-170/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver