Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1702/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X26 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı faktiki istifadəsində olmuş ünvan 2 ünvanında yerləşən binanın 64 saylı mənzilinə görə ona 35000 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən iki girişdən ibarət 4 mərtəbəli yataqxana Bakı Dəniz Balıq Limanı İdarəsinə məxsus olmuşdur. O, uzun müddət həmin İdarənin nəzdində olan 1 saylı TTİ-də fəhlə işləmişdir. Yaşayış sahəsinə ehtiyacı olduğu üçün ərizə ilə rəhbərliyə müraciət etmiş, müraciəti əsasında 2000-ci ilin noyabr ayında yataqxanada mənzillə təmin olunmuşdur. 07.05.2007-ci il tarixdə Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, 24 ünvanında yerləşən yataqxananın faktiki yaşadığı 64 saylı mənzilinə dair onun adına 72 saylı order verilmiş, istifadə hüququ tanınmışdır. 2000-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına qədər həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşamışdır. 2016-cı il sakinlərin müraciəti əsasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin TTİ-yə X7 "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun mütəxəsisləri tərəfindən ünvan 4 ünvanında yerləşən yataqxanaya baxış keçirilərkən yataqxana binasının sol pilləkən qəfəsəsində pilləkən marşının qırılıb aşması nəticəsində binanın bir girişinin bağlandığı, yeganə işlək olan sağ pilləkən qəfəsəsindəki 1-ci mərtəbədən 2-ci mərtəbəyə qalxan pilləkən marşının beton qatının düşməsi nəticəsində binaya giriş və çıxışın yararsız hala düşməsi müəyyən edilərək binanın qəzalı vəziyyətdə olmasına dair 21.10.2016-cı il tarixli "Rəy" tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında'' Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli. 392-İVQ nömrəli Qanununun tətbiqi barədə" 699 nömrəli, 4 sentyabr 2012-ci il tarixli Fərmanına əsasən Bakı şəhərinin Suraxanı. Nəsimi, Xətai, Nərimanov, Nizami. Yasamal, Səbail, Pirallahı, Xəzər rayonları ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarına əsasən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan 63 yaşayış binası qeydə alınmışdır. O cümlədən, ünvan 5 ünvanda yerləşən 4 mərtəbəli yataqxana da, o siyahıdadır. Qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Bakı şəhər İcra Hakimiyyətinə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də, binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı ŞİH-nin 13.07.2017-ci il tarixli 7-290/2g saylı təklifinə Azərbaycan Respublikası Baş nazirin müavininin 27.07.2017-ci il tarixli 17/17/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Mübahisəli mənzillərin yerləşdiriyi yataqxana faktiki olaraq təxminən 94 mənzildən ibarət olmuş, lakin cavabdeh tərəfindən 71 ailəyə “birdəfəlik maddi yardım” ödənilmişdir.Azərbaycan Respublikasının Prezidentinin 04 sentyabr 2012-ci il tarixli Fərmanının 1.8-ci bəndinin tələblərinə əsasən qəzalı vəziyyətdə olan binalar sökülərkən həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuş. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25.12.2016-cı il tarixli Qərarının 1.2 və 1.3-cü maddələrində isə həmin “sakinlər”in əhatə dairəsi müəyyənləşdirilmişdir. “Qərara” görə qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş binaların sakinlərinə kompensasiya mənzilə mülkiyyət hüququ əsasında və faktiki yaşayanlara ödənilməsi nəzərdə tutulmuşdur.Qəzalı vəziyyətdə olması müəyyən edilmiş ünvan 6 ünvanında yerləşən yataqxananın sakinlərinin kompensasiya verilməklə köçürülməsi cavabdehə, Suraxanı Rayonu İcra Hakimiyyətinə tapşırılmışdır. Qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılması və orada faktiki yaşayan ailələrinin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 89 saylı, 31.07.2017-ci il tarixli Sərəncamı ilə müvafiq "Komissiya” yaradılmışdır. “Komissiya” tərəfindən sakinlərin siyahısı tərtib edilmişdir, həmin siyahıda onun da, adı qeyd olunmuş, lakin, hansısa ona məlum olmayan səbəblərdən bu günədək kompensasiya ödənilməmişdir.“Komissiya” tərəfindən sakinlərin siyahıya alınmasında, kompensasiyanın ödənilməsində, sakinlərin köçürülməsində bir sıra qanun pozuntularına yol verilmişdir.Belə ki, “Komissiya” sakinləri siyahıya alarkən sakinlərin bir hissəsi ümumiyyətlə siyahıya salınmamışdır. Siyahının tərtib olunması iş vaxtına təsadüf etdiyindən sakinlərin bəziləri işdə olmuş, bəziləri isə bu və ya digər səbəblərdən yataqxanada olmamış və bu səbəbdən ilkin siyahıya düşməmişlər.Əraziyə xidmət edən 11 saylı MKİS tərəfindən əlavə siyahı tərtib olunaraq "komissiya"ya təqdim edilmiş, lakin, tərtib olunmuş əlavə siyahıda olanların heç birinə bu günədək kompensasiya verilməmişdir. Qeyd etmək istəyir ki, ilkin siyahıda olmasına baxmayaraq ona kompensasiya verilməmiş, kompensasiyanın verilməməsi səbəbi izah edilməmişdir. Cavabdeh, Suraxanı rayon İcra Hakimiyyəti qəzalı vəziyyətdə olan binanın sakinlərin köçürülməsi üçün onlara bazar qiymətinə uyğun kompensasiya verməkdən yayınma məqsədilə “hər bir ailə üçün” “birdəfəlik maddi yardım” ödənilməsi ifadəsindən istifadə etməklə o, da daxil olmaqla sakinlərin bir hissəsinin hüquqlarını pozmuşdur. Nəzərə alınmalıdır ki, “maddi yardım” və “kompensasiya” fərqli anlayışlardır. Kompensasiyadan fərqli olaraq “maddi yardım” onu verənin özünün seçimi ilə kriteriyalaşdırılan anlayışdır. Həmin kriteriya publik hüquq sahəsində “bərabərlik prinsipimin pozulması kimi qiymətləndirilməlidir. Suraxanı Rayonu İcra Hakimiyyətinin o vaxtkı rəhbərliyi tərəfindən qəzalı vəziyyətdə olan binanın sakinlərinə “kompensasiya” deyil, "maddi yardım” anlayışının mahiyyətinə uyğun ödənişlər edilmişdir. Belə ki, qəzalı binada istər mülkiyyət hüququ ilə, istər istifadə hüququ əsasında yaşamasından asılı olmayaraq sakinlərin köçürülməsi üçün ayrılmış vəsait qanunvericiliyin tələblərinə uyğun olaraq, ədalətli ödənilməmişdir. Belə ki, bir otağa görə ödənilən kompensasiya məbləği 2 və ya 3 otağa görə də eyni olmuşdur (35.000). Təqdim etdiyi Suraxanı İcra Hakimiyyətinə 27.07.2017-ci ildə daxil olmuş İF-336 saylı məktubun surətindən göründüyü kimi mübahisəli binada yaşayan 92 ailəyə və 3 qeyri- yaşayış sahəsinin mülkiyyətçisinə “birdəfəlik maddi yardım” ödənilməsi nəzərdə tutulmuşdur. Təqdim etdiyi Suraxanı rayonu İcra Hakimiyyətinin yataqxana sakini X3 qarşı “birdəfəlik maddi yardım əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması tələbinə” dair iddia ərizəsinin surətindən göründüyü kimi, cavabdeh tərəfindən ümumilikdə 71 ailəyə kompensasiya verilməsi nəzərdə tutulmuşdur. Halbuki yataqxana tam məskunlaşdırılmış, təxminən 94-dən çox ailə yaşamışdır. İddia ərizəsindən göründüyü kimi, həmin iş üzrə iddiaçı "birdəfəlik maddi vardım" əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılmasını tələb etmiş, iddia tələbi təmin edilmişdir. Cavabdeh mənzili boşaltdıqdan sonra tələbkar "birdəfəlik maddi yardım”ı cavabdehin hesabına köçürmək əvəzinə daha "müdrik" davranmışdır. Belə ki, tələbkarın ərizəsi əsasında Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə istinad edərək icra sənədini Suraxanı Rayon Məhkəməsinə qaytarmışdır. Yəni cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarını və digər qanunvericilik aktlarından irəli gələn öhdəlikləri icra etməkdən (kompensasiya ödəməkdən) imtina etmişdir, yayınmışdır. Təqdim etdiyi 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş və hələ də, icra olunmamış 2-1(82)-692/2019 saylı qətnaməsindən göründüyü kimi, cavabdeh şəxsi mülkiyyətdə olan mənzilə görə də kompensasiya ödəməkdən yayınmağa çalışmışdır. Qəzalı binanın sakinləri köçürülərkən cavabdeh Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş, yerli icra hakimiyyəti “Əsasnamə” ilə müəyyən edilmiş yerli icra hakimiyyəti başçısının fəaliyyətinin əsas prinsiplərinə (vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, qanunçuluq, müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması) riayət etməmişdir. Yuxarıda qeyd olunanlarla bildirmək istəyir ki, cavabdeh ümumilikdə qəzalı binanın sakinlərinin köçürülməsini qanunvericiliyin tələblərinə uyğun icra etməmiş, vəzifə səlahiyyətlərindən, qanundan sui-istifadə etmiş, eyni zamanda onun da, konstitusion hüquqlarını əhəmiyyətli dərəcədə pozmuşdur. Qeyd etməlidir ki, hal-hazırda binanın komunikasiya sistemləri (xətləri) fəaliyyət göstərmir, binaya giriş-çıxış tam məhdudlaşdırılması səbəbindən əmlakdan istifadə hüquqlarının məhdudlaşdırıldığı birmənalı olaraq təsdiqlənir və bu məhdudiyyətin gələcəkdə əvvəlki kimi bərpası real görünmür. Cavabdehin ciddi icra orqanı olduğundan ona etibar edərək faktiki yaşadığı mənzildən çıxmışdır. Lakin, cavabdeh ona olan etibarından istifadə edərək onu aldatmış, bu günədək ona mənzil kirayə haqqı “birdəfəlik maddi yardım” və ya "kompensasiya" ödəməmiş və ya yaşayış sahəsi verməmişdir. Cavabdehə ona kompensasiya ödənilməsinə dair dəfələrlə şifahi və yazılı şəkildə müraciət etmişdir. Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu. R.Abdullayev küçəsi 24 saylı binanın 64 saylı mənzilinə görə ona mənzilin dəyərinin bazar qiymətinə uyğun olaraq ödənilməsi tələbinə dair rəsmi müraciətinə bu günədək cavab verilməmişdir. Yuxarıda göstərdiklərini əsas tutaraq hesab edir ki, cavabdeh Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən ona qəzalı vəziyyətində olduğu müəyyən edilmiş binada 1 otaqlı mənzilə görə digər sakinlərə ödənilmiş məbləğdə (35.000 manat) "kompensasiya" "birdəfəlik maddi yardım") ödənilməli və ya yaşayış sahəsi verilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.1 -ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin məcəllənin 84.0.1 və 84.0.3-cü maddələrinin tələblərinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməsi olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Təqdim etdiyi 07.05.2007-ci il tarixli 72-saylı orderin surətindən göründüyü kimi, ümumi sahəsi 14,5 m2 olan, 1 otaqlı. 64 saylı mənzil onun qanuni istifadəsinə verilmişdir. Təqdim etdiyi kommunal xidmətlərin ödənilməsinə dair 01.11.2006-cı il tarixli, 42 saylı müqavilənin surətindən görünür ki, həmin vaxtdan kommunal xidmətlərə görə ödənişləri vaxtlı-vaxtlbda ödəməyi, nizam intizama, təmizlik işlərinə riayət etməyi və otağı yaxşı vəziyyətdə saxlamağı öz üzərinə götürmüşdür. Təqdim etdiyi 11 saylı MKİS-nin rəisi tərəfindən imzalanmış arayışın surətindən göründüyü kimi o, ailə üzvləri ilə birlikdə həmin yataqxananın 64 saylı mənzilində yaşamışdır. Təqdim etdiyi ərizə-aktın surətindən göründüyü kimi o, ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında 2000-ci ildən 2019-ci ilin aprel ayınadək yaşamışdır. Təqdim etdiyi, 11 saylı MKİS tərəfindən yaşadığı ünvana göndərilmiş "Bildirişxəbərdarlıq"dan məlum olur ki, binanın sakinləri köçürülənədək mübahisəli mənzildə yaşamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, F.Quliyev RİH-ə müraciət edərək yaşayış yeri üzrə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 saylı yataqxanada qeydiyyatda olduğunu nəzərə alaraq, həmin yataqxana binasının qəzalı vəziyyətə düşməsi ilə əlaqədar ona birdəfəlik maddi yardım ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin ünvan 8 ünvanında yerləşən qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həmin yataqxanada faktiki yaşayan ailələrin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi, eləcə də, binanın sökülərək ərazinin abadalaşdırılması üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə maliyyə vəsaiti ayrılmışdır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Suraxanı RİH-ə ünvanlanmış 195 nömrəli, 14.07.2017-ci il tarixli məktubuna əlavə edilmiş siyahıda (yataqxana binasında yaşayan sakinlər haqqında) iddiaçı F.F.Quliyevin adının olmadığı, eləcə də, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli, 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahının tərtib olunması məqsədi ilə keçirilən baxış zamanı həmin yataqxana binasında yaşamadığı müəyyən edildiyindən, onun müraciətinə RİH-nin Q-118/2-150 nömrəli, 16.09.2019-cu il tarixli məktubu ilə cavab verilərək xahişinin təmin edilməsinin RİH-in səlahiyyətləri xaricində olduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq F.F.Quliyevin qaldırdığı iddianın əsassız hesab edilməklə rədd olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləinin 47.2-ci maddəsində nəzərdə tutulmuş qaydada iddia ərizəsinə qarşı münasibət bildirilməsi üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən sərəncama əsasən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə X7 “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən yataqxanaya baxış keçirilmiş və 21.10.2016-cı il tarixli rəydə binanın mövcud texniki vəziyyətinin yolverilməz olduğu göstərilmişdir. Bununla bağlı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli, 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən sözügedən qəzalı yataqxana binasında yaşayan ailələrin sayının dəqiqləşdirilməsi və siyahısının tərtib olunması məqsədilə keçirilən baxış zamanı həmin yataqxanada 71 ailənin yaşadığı müəyyən edilsə də, onlar arasında bu iş üzrə İddiaçı yaşaması müəyyən edilməmişdir. Məlumat üçün bildirirlər ki, komissiya tərəfindən aparılan inventarlaşdırma işləri zamanı dövlət büdcəsindən əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən suni olaraq mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi və bu kimi hərəkətlər edildiyi aşkar olunmuşdur. Eyni zamanda, 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsaitdən Bakı şəhər İcra Hakimiyyətinin 26.09.2017-ci il tarixli, 7-430/4g saylı məktubu ilə verilmiş təklif Maliyyə Nazirliyinin 23.10.2017-ci il tarixli, 07/03-317-5172 saylı məktubu ilə razılaşdırılmış və Bakı şəhər İcra Hakimiyyəti başçısının 491 nömrəli, 25.10.2017-ci il tarixli sərəncamı ilə hər ailəyə ödəniləcək vəsait Suraxanı rayon İcra Hakimiyyətinə deyil Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ayrılmışdır. Qeyd olunanları nəzərə alaraq, Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddianı əsassız hesab edərək, rədd edilməsini məhkəmədən xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələri barədə isə məhkəməyə hər-hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək aşağıdakıları qeyd edir: «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əssasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nzəərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, müraciəti təsdiq edən poçt qəbzini iş materiallarına əlavə etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Qubadlı rayonunda anadan olmuş, ünvan 9 ünvanında qeydiyyatdadır. İşdə olan 1 saylı Təmir Tikinti İdarəsinin rəisi tərəfindən verilmiş 07.05.2007-ci il tarixli, 72 nömrəli orderin surətindən görünür ki, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi, ev 24 ünvanında olan 1 saylı Təmir Tikinti İdarəsinin yataqxanasına 14.5 kv.m ölçüdə, 1 otaqlı 64 saylı sahəyə dair İddiaçı adına, arvadı X18, oğlu X8, qızı X9 ilə birlikdə order verilmişdir. İşdə olan 1 saylı Təmir Tikinti İdarəsinin rəisi ilə İddiaçı arasında bağlanmış 42 nömrəli, 01 noyabr 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, həmin müqaviləyə görə 1 saylı Təmir Tikinti İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000ci il tarixli, 40 nömrəli qərarına əsasən yataqxanada yaşayan sakinlərlə mənzil və kommunal xidmətlərin yığılması haqqını almaq hüquqlarını əldə edir. İşdə olan Azərbaycan Respubliksı Baş Nazirinin müavini tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısına ünvanlanmış məktubdan görünür ki, məsələ ilə əlaqədar Maliyyə Nazirliyinin müsbət rəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin rəyinə əsasən qəza vəziyətinə düşmüş ünvan 8 üvanında yerləşən 4 mərtəbəli yataqxana binasında və ünvan 11 ünvanında yerləşən yaşayış binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin, həmçinin onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının təmin edilməsi məqsədi ilə bu binalarda yaşayan 92 ailəyə və 3 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə birdəfəlik maddi yardım ödənilməklə bu binalardan köçürülməsi, binaların sökülməsi və ərazilərinin abadlaşdırılması haqqında Bakı şəhər İHnin13.07.2017-ci il tarixli 7-290/2g nömrəli məktubundakı təklifin, tələb olunan vəsaitin ayrılmasının və ödənilməsinin müvafiq qaydada rəsmiləşdirilməsi şərti ilə, qəbul edilməsinə etiraz etməmişlrə. İşdə olan analoji məhkəmə qərarlarından və sənədlərdən görünür ki, Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasının boşaldılması və əvəzində birdəfəlik maddi yardımın ödənilməsi barədə iddia tələbi qaldırılmışdır. İddia tələbi təmin edilərək, sözügedən məhkəmə qətnaməsi icra olunmuşdur. İşdə olan 11 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 681 nömrəli, 24.09.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 nömrəli yataqxana 64 nömrəli mənzildə ailə üzvləri - X18, 1998-ci il təvəllüdlü X10, 2000-ci il təvəllüdlü X9, 2010-cu il təvəllüdlü X14 ilə birlikdə yaşamışlar. İşdə olan Suraxanı rayon İcra Hakimiyyəti başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış 30.08.2017-ci il tarixli məktubdan görünür ki, ünvan 14 ünvanında yerləşən qəzalı yataqxana binasının bir qrup sakininin onlara maddi yardımın ödənilməsi, eləcə də, sözügedən yataqxana binasında yaşamayan bəzi vətəndaşların adlarının komissiyası tərəfindən tərtib olunmuş siyahıda olduğuna dair narazılıqları barədə RİH-ə müraciətlərinin araşdırılması məqsədilə 25.07.2017-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul olunaraq, sakinlər dinlənilmiş və qaldırılan məsələ ilə əlaqədar yataqxana binasına yenidən baxış keçirilməsi komissiyası üzvlərinə tapşırılmışdır. Suraxanı rayon İcra Hakimiyyətinin ona ünvanlanmış 361 nömrəli, 21.08.2017-ci il tarixli məktubuna əlavə olaraq bildirilmişdir ki, Hövsan qəsəbsəi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin Suraxanı RİHB-nin 31.07.2017-ci il tarixli 89 saylı sərəncamının 2-ci bəndinə əsasən sayının dəqiqləşdirilməsi məqsədi ilə keçirilmiş təkrar baxış zamanı Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14.07.2017-ci il tarixli, 195 saylı məktubuna əlavə olunmuş siyahıda X1 (ailə üzvləri – X6, X4), İddiaçı və X5 yaşadığı otaqlar kimi göstərilən, hazırda və bundan əvvəl 03.08.2017-ci il tarixdə keçirilmiş yerli baxışlarda qapıları qıfılla bağlı olan, bu səbəbdən içərisində yaşayış olduğuna şübhə yaranan 44, 64 və 90 saylı otaqların əslində yataqxana binasının mətbəxləri olduğu və həmin otaqlarda ümumiyyətlə yaşayış olmadığı, eləcə də, sözügedən siyahıda 58 saylı otaqda yaşadığı göstərilən X2 (ailə üzvü – X11) yataqxanada yaşamadığı müəyyən edilmiş və bu hallar müvafiq qaydada aktlaşdırılmışdır. İşdə olan 25.08.2017-ci il tarixli aktdan görünür ki, komissiyanın sədri Etibar Yolçiyev, komissiyanın üzləri Mehman Hüseynov, Emin Hüseynov, Nizami Məmmədov bu aktı ondan ötrü tərtib etmişlər ki, rayonun Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən qəzalı yataqxana binasında yaşayan ailələrin Suraxanı RİHB-nın 31.07.2017-ci il tarixli, 89 saylı sərəncamının 2-ci bəndinə əsasən sayının dəqiqləşdirilməsi məqsədi ilə keçirtdikləri təkrar baxış zamanı Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 14.07.2017-ci il tarixli 195 saylı məktubuna əlavə olunmuş siyahıda X1 (ailə üzvləri – X6, X4), İddiaçı və X5 yaşadığı otaqlar kimi göstərilən, hazırda və bundan əvvəl 03.08.2017-ci il tarixdə keçirtdikləri yerli baxışlarda qapıları qıfılla bağlı olan, bu səbəbdən içərisində yaşayış olduğuna şübhə yaranan 44, 64 və 90 saylı otaqların əslində yataqxana binasının mətbəxləri olduğu və həmin otaqlarda ümumiyyətlə yaşayış olmadığı, eləcə də, sözügedən siyahıda 58 saylı otaqda yaşadığı göstərilən X2 (ailə üzvü – X11) yataqxanada yaşamadığı müəyyən edilmişdir. Aktın doğruluğu imzaları ilə təsdiq edilmişdir. İşdə olan cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 1/466 nömrəli, 16.04.2021-ci il tarixli məktubla təqdim edilmiş Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən qəzalı yataqxana binasından köçürülən və kompensasiya verilən şəxslərin təsdiq olunmuş siyahısından görünür ki, həmin siyahıda İddiaçı adı mövcud deyildir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının kompensasiya tələb etdiyi Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi 24 ünvanında yerləşən binanın 64 saylı mənzili üzərində heç bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan həmin yataqxana binasında yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısının tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsi üçün həmin binada inventarlaşdırma işlərinin aparılması məqsədilə Suraxanı rayon İcra hakimiyyəti başçısının 89 nömrəli, 31.07.2017-ci il tarixli Sərəncamı ilə yaradılmış komissiya tərəfindən iddiaçının həmin dövrdə sözügedən yataqxanada faktiki yaşamadığı müəyyən edildiyindən ona birdəfəlik 35000 manat maddi yardım ödənilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdehin etirazına görə ümumiyyətlə binanın 64 saylı mənzili mövcud olmamışdır. Həmin yataqxanada mənzil kimi göstərilən sahələr, əslində yataqxana binasının mətbəxi olmuşdur. İddiaçı tərəfindən mənzilə hüquqlarını təsdiq edən sənəd qismində 1 saylı TTİ-də fəhlə işlədiyi üçün verilmiş order göstərilsə də, o, həqiqətən 1 saylı TTİ-də fəhlə işləməsini tədiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmiş, həmçinin, həmin order iddiaçının sözügedən mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüququnu təsdiq edən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı sözügedən qəzalı vəziyyətdə olan yataqxana binasına formal qeydiyyatda olmaqla, yəni mübahisəli ünvana mənzil hüququ verilmədən qeydiyyata alındığından və eləcə də, məhkəmə araşdırması zamanı onun sözügedən yataqxana binasında qeydiyyatda olmaqla yaşaması faktı öz təsdiqini tapmadığından, o, yataqxana binasının boşaldılmaqla birdəfəlik ödəmə ödənilməsi nəzərdə tutulan ailələr kateqoriyasına aid olmadığından iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. “Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamənin 3.15.11-ci maddəsinə əsasən təbii fəlakət və ya fövqəladə hadisə baş verdikdə, əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görür, bu hadisələr nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsini təşkil etmək yerli icra hakimiyyəti başçısının vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) yataqxanalarda yaşayış sahələri aiddir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun təmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 84.0.1-ci və 84.0.3-cü maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məşhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1702/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1702/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver