Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1704/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakimi Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona Ukrayna Respublikası Petro Konaşeviç-Saqaydayeviç adına X5 Akademiyasının 30 iyun 2016-cı il tarixli B1 173562 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8816/2021 saylı, 15.10.2021-ci il tarixli qərardadı ilə İddiaçı Ukrayna Respublikası Petro Konaşeviç-Saqaydayeviç adına X5 Akademiyası tərəfindən 30.06.2016-cı il tarixdə verilmiş B16 173562 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi barədə ərizəsinə (müraciətinə) Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən baxılması üçün 2 (iki) aylıq müddət təyin edilmiş, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin həmin müddət ərzində müraciətə baxılmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə ünvanladığı 24.01.2022-ci il tarixli, 00-05-64/TKTA nömrəli məktubunda Bakı İnzibati Məhkəməsinin 15.10.2021-ci il tarixli, 2-1(112)-8816/2021 saylı qərardadının icrası məqsədilə İddiaçı X3 Konaşeviç-Saqaydayeviç adına X5 Akademiyası tərəfindən verilmiş 30.06.2016-cı il tarixli B1 173562 nömrəli diplom üzrə aldığı ixtisasın tanınması məsələsinin yenidən araşdırıldığı və ona müvafiq şəhadətnamələrin verildiyi qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarından müəyyən olunur ki, X2 Ukrayna Respublikası Petro Konaşeviç- Saqaydayeviç adına X5 Akademiyası tərəfindən verilmiş 30 iyun 2016-cı il tarixli B1 173562 nömrəli diploma ekvivalentlik haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 026157 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. İş materiallarından müəyyən olunur ki, X2 Ukrayna Respublikası Petro Konaşeviç- Saqaydayeviç adına X5 Akademiyası tərəfindən verilmiş 30 iyun 2016-cı il tarixli B1 173562 nömrəli diplomun Azərbaycan Respublikası ərizində tanınması barədə 025566 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə hazırkı halda inzibati iş üzrə iddiaçının arzuladığı inzibati akt qəbul edildiyindən, yəni iddiaçıya diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamələr verildiyindən cavabdeh inzibati orqanla iddiaçı arasında artıq inzibati mübahisə mövcud deyildir, bu əsasdan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi” tələbinə dair 2-1(112)-1704/2022 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1704/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1704/2022
28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver